Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2850/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü nəvəsi X6 ilə hər həftənin cümə günündən bazar ertəsinədək və eyni zamanda bayram günlərinin sayı ikidən artıq olduqda bir gün onunla birlikdə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, oğlu X7 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Gəlini Cavabdeh onu nəvəsi Sofiya ilə ünsiyyət qurmağına maneə törədərək, nəvəsi ilə görüşməyini məhdudlaşdırmışdır. Bununla bağlı Cavabdeh dəfələrlə uşaqla görüşməyi lə bağlı xahiş etsə də, hər hansı nəticə olmamışdır. Ünsiyyət hüququnun müəyyən edilməsi ilə bağlı tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və himayəçilik komissiyasına müraciət edilmiş və həmin komssiyanın 17 avqust 2022-ci il tarixli qərarına əsasən, Cavabdeh tərəfindən İddiaçı və X3 yetkinlik yaşına çatmayan nəvəsi xx.xx.2017ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olmalarına yaradılan maneələr aradan qaldırılmasına, İddiaçı və X3 nəvəsi X6 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək görüşü təmin edilməsi qərara alınmışdır. Əfsuslar olsun ki, bu günədək sözügedən qərar icrasız qalmışdır. Dəfələrlə həmin qərarın icrası ilə bağlı Cavabdeh müraciət etsə də, nəvəsi ilə görüşməyi mümkün olmamışdır. Qanunvericliyin tələbində da göründüyü kimi, baba və nənə nəvə ilə ünsiyyət qurmaq hüquq vardır və bu hüququ qanunla qorunur. Bütün bunlar nəzərə alınaraq, xx.xx.2017-ci il təvəllüdlü nəvəsi X6 ilə hər həftənin cümə günündən bazar ertəsinədək və eyni zamanda bayram günlərinin sayı ikidən artıq olduqda bir gün onunla birlikdə saxlanılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 354/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh ilə X7 arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2013-cü il tarixli 290 saylı nikah qeydinın ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X4 atası X5, xx.xx.2017-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay 800 avro sabit pul məbləğində aliment ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla Cavabdeh xeyrinə tutulması qət edilmişdir; - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın xx.xx.2022-ci il tarixli 19/2022 saylı ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaşlar İddiaçı və X8 xx.xx.2022-ci il tarixli M-177-099 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət edərək, nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X6 ilə ünsiyyət hüquqlarının bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişlər. Daxil olmuş müraciətlə əlaqədar ərizəçilər və yetkinlik yaşma çatmayan X1 anası Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq Komissiya iclasına dəvət edilmişlər. Komissiya iclasında ərizəçilər İddiaçı və X8 iştirak etsələr də, Cavabdeh iclasda iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Komissiya üzvləri vətəndaş Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçilər İddiaçı və Mehmanə Məmmədova müraciətlərində və Komissiya iclasında olarkən verdikləri izahatda bildirdilər ki, övladı X7 ilə Cavabdeh 2013cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahından xx.xx.2017ci il tarixdə X6 dünyaya gəlmişdir. Aralarında narazılıqlar olduğuna görə onlar ayrılmışlar, hazırda nikahları pozulmasa da birgə yaşamırlar, oğlu və gəlini Almaniyada olmuşlar, uşaq isə bir müddət onların himayəsində yaşayıb və onlara xüsusi bağlılığı vardır. Cari ilin 28 iyun tarixində Cavabdeh Almaniyadan gəlib və uşağı da götürüb valideynlərinin evinə gedib. Həmin vaxtdan nəvəsi Sofiya Məmmədli ilə görüşə bilmirlər, bu səbəbdən hazırki ərizə ilə müraciət edərək, hər həftənin cümə günündən bazar ertəsinədək uşaqla ünsiyyətdə olmaları barədə qərar qəbul edilməsini Komissiyadan xahiş etmişlər. Komissiya tərəfindən vətəndaşlar İddiaçı və X3 həyat şəraitinin müayinə edilməsinin nəticələri və aparılan müşahidələr göstərir ki, onların mənzil-məişət şəraiti yetkinlik yaşına çatmayan nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olmaları üçün əlverişlidir. Qeyd edilənlərə əsasən vətəndaş Cavabdeh tərəfindən, vətəndaşlar İddiaçı və X3 yetkinlik yaşma çalmayan nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olmalarına yaradılan maneələr aradan qaldırıması, vətəndaşlar İddiaçı və X3 nəvəsi X6 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək görüşü təmin edilməsi qərara almışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı oğlu X7 ilə Cavabdeh xx.xx.2013-cü ildə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, birgə nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində X7 ilə Cavabdeh ayrılmışlar, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-354/2023 saylı qətnaməsi ilə onların nikahın qeydinın ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X4 atası X5, xx.xx.2017-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay 800 avro sabit pul məbləğində aliment ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla Cavabdeh xeyrinə tutulması qət edilmişdir (iş Bakı Apellyasiya Məhkəməsini icraatındadır). Hazırda xx.xx.2017-ci il təvəllüdlü X6 anasının himayəsindədir. Ayrı yaşadıqları müddətdə cavabdehin yaratdığı maneələrə görə iddiaçı azyaşlı nəvəsi ilə görüşə bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir; 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər; 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər; 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir; “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X6 babası ilə ünsiyyətdə olmaq hüququna malikdir, baxmayaraq ki, xx.xx.2017-ci il təvəllüdlü X1 valideynləri X7 ilə Cavabdeh ayrı yaşayır, bu, uşağın həmin hüququna təsir etmir. O cümlədən Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba İddiaçı, nəvəsi X6 ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin 62.2-ci maddəsinə əsasən hazırkı cavabdeh uşağın babası olan hazırkı iddiaçı ilə ünsiyyətinə etiraz etdiyi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiya cavabdehin bu ünsiyyətə mane olmamasını tələb etsə də, cavabdeh maneçiliyi davam etdirmişdir və həmin Komissiyanın qərarına tabe olmadığından, uşağın babası olan hazırkı iddiaçı Ailə Məcəlləsinin 62.3-cü maddəsinə əsasən uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında Konvensiya”nın 12-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, azyaşlı uşaq öz baxışlarını tam formalaşdırmadığa qadir olan yaşda olmadığından, mübahisə üzrə qərar qəbul edilərkən, yalnız uşağın marağı nəzərə alınmalıdır. Bu marağın təmin edilməsi isə özünü onda ifadə edir ki, iddiaçı iddia tələblərində nəvəsi X6 ilə görüşməsi (ünsiyyət) üçün hər həftənin cümə günündən bazar ertəsinədək və eyni zamanda bayram günlərinin sayı ikidən artıq olduqda bir gün müəyyən edilməsini xahiş etsə də, nəzərə alınmalıdır ki, uşağın yaşından irəli gələrək onun davamlı istirahətə, ana qayğısına ehtiyacı vardır. Bu zaman nəzərə alınmalıdır ki, uşaqla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Məhkəmə iddiaçıya münasibətdə Ailə Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri ilə bağlı qeyd edir ki, iddiaçının baba kimi nəvəsi ilə ünsiyyətdə olmaq hüququ ailə qanunvericiliyi ilə müəyyən edilmişdir və bu hüquq məhkəmə qaydasında məhdudlaşdırılmamışdır, habelə iddiaçıların baba kimi nəvəsinin fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına xələl gətirəcək hallara yol verməsi halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı nəvəsi ilə görüşüb, ünsiyyətdə olmaq üçün komissiyaya müraciət etmiş, bundan sonra məhkəməyə müraciət etməsi onun nəvəsi ilə ünsiyyətə can atması kimi nəzərə alınmalıdır. Ailə tək ata, ana və uşaqdan ibarət deyil. Hər bir qohumla olan münasibətin belə uşağa təsiri olur. Nənə-baba tərbiyəsi isə birinci növbədə qayğı, müdriklik və həyat təcrübəsi deməkdir. Uşaq onlarla münasibət nəticəsində yaşlı nəsilə davranış qaydalarını öyrənir. Ümumilikdə, tərbiyə prosesində iki nəslin iştirakı müsbət haldır və uşağın şəxsiyyətinin formalaşmasına yaxşı təsir göstərir. Yaşlı nəsillə yaxşı münasibətdə olan ailədə böyüyən uşaqlar qarşılıqlı anlaşma, hörmət və sevgi anlayışlarını mənimsəyirlər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının nəvəsi ilə görüşüb, ünsiyyətdə olmasına mane olacaq hal müəyyən edilməmişdir. Baxmayaraq ki, iddiaçı iddia tələbində belə tələb qoymamışlar, məhkəmə hesab edir ki, görüş, ünsiyyət yeri məhkəmə tərəfindən müəyyən edilməlidir, bu isə, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Mülki Prosessual Məcəllənin 218.3-cü maddənin tələbinin pozulması kimi qəbul edilməməlidir. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində də nəzərdə tutulmuşdur ki, tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Bundan başqa, uşağın bayram gününün birinci günü babası ilə görüşməsi, növbəti günlər isə ardıcıl olaraq anası ilə olması həm uşağın mənafeyi baxımından, həm də bayram günlərində anaları ilə ardıcıl olaraq vaxt keçirməsi baxımından daha məqsədəmüvafiq və əlverişli hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, işin faktiki halları, X1 yaşını, təhsil və istirahət vaxtını, Qəyyumluq və himayəçilik üzrə komissiyasının mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixli 19/2022 saylı iclası ilə gəldiyi nəticəni, cavabdehin də uşaqla səmərəli vaxt keçirməli olduğunu nəzərə alınaraq, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X6 ilə hər həftəsinin bazar günü saat 11:00-dan saat 16:00-dək, iki gündən artıq davam edən (Yeni il, Novruz, Ramazan, Qurban) bayramların birinci günündə saat 12:00-dan saat 16:00-dək anası Cavabdeh iştirakı olmadan, uşağa uyğun məkanda ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X6 ilə hər həftəsinin bazar günü saat 11:00dan saat 16:00-dək, iki gündən artıq davam edən (Yeni il, Novruz, Ramazan, Qurban) bayramların birinci günündə saat 12:00-dan saat 16:00-dək anası Cavabdeh iştirakı olmadan, uşağa uyğun məkanda ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2850/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2850/2023
02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver