Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2931/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə birgə nikahdan olan övladlarıxx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4337/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsi üzrə yığılmış aliment borcunun 12,800 (on iki min səkkiz yüz) manat məbləğində azaldılması və tərəfindən ödənilmiş 128 manat məbləğində dövlət rüsumunun (mediasiya xərci 60 (altmış) manat və rüsum fərqi 68 (altmış səkkiz) manat) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, cavabdeh X5 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlayıb ailə qurmuş, nikah Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)- 4337/2012 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin nikahdan olan 2 (iki) övladının qarşı tərəfdə qalması və onlar 18 yaşına çatanadək xx.xx.2022-ci il tarixdən etibarən ondan aylıq qazancının 1/3 hissəsində aliment tutularaq qarşı tərəfə ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hazırki iddia üzrə cavabdehin “Nikahın pozulması barədə” məhkəməyə xx.xx.2022-ci ildə müraciəti tarixindən təxminən 14.000 AZN-dək aliment borcu yaranmış, lakin bu üzrlü səbəblərdən əmələ gəlmişdir. Belə ki, o, cavabdehin istəyi ilə boşanma dövründə yaranacaq aliment məbləğindən çıxılmaq şərti ilə uşaqlarının məişət, təlim, təhsil, tibbi xidmət və s. ilə bağlı xərclərini təmin etmişdir. Yəni qarşı tərəflə aralarındakı razılaşmaya görə “Nikahın pozulması barədə” qarşı tərəfin iddiası məhkəmənin icraatında olan dövrdə qətnamə qəbul edilən tarixədək və ondan sonra da yaranacaq aliment borcundan çıxılmaq şərti ilə uşaqları, xüsusilə də böyük övladı Cəfər Abbaslının xərclərini öz üzərinə götürmüş və həmin məqsədlər üçün təxminən 12.800 AZN məbləğində pul xərcləmişdir (qeyd etməlidir ki, qarşı tərəfin özünün maddi təminatı həmin xərclərin ödənilməsinə qətiyyən kifayət deyildi). Lakin buna baxmayaraq həmin məbləğin yaranmış aliment borcundan çıxılması üçün qarşı tərəf heç bir addım atmamış və təkliflərinə baxmayaraq bu barədə icra məmuruna ərizə verməmişdir. Hansı ki, həmin xərclər həqiqətən də övladlarının sağlamlığı və lazımi səviyyədə böyüməsi, onların bir fərd olaraq cəmiyyət üçün yararlı şəxsiyyət kimi formalaşmaları üçün çəkilmişdir. Qeyd edir ki, hələ Bakı şəhəri Xətai Rayon Məhkəməsində qarşı tərəfin “Nikahın pozulması tələbinə dair” iddiasına baxılarkən o, bütün məhkəmə iclaslarında məsuliyyətlə iştirak edərək boşanmanın səbəblərini aydınlaşdırmağa çalışmış, heç bir səbəb olmadığına görə boşanmaya etiraz etmiş, ailəni yüksək səviyyədə təmin etməyini xüsusilə bildirmiş, əgər bu, həqiqət deyildirsə, iddiaçının məhkəmədə heç olmasa bir dəfə də olsun iştirakının təmin edilməsini və onun üzbəüz surətdə bu halların təkzib etməsini, bir sözlə, hansının doğru olmadığını sübut etməyi tələb etmişdir. Hətta Bakı şəhəri Nizami Rayon Məhkəməsində “Kredit borcunda payların müəyyən edilməsinə dair” iddia tələbi ilə bağlı icraat zamanı dəfələrlə cavabdehin bilavasitə məhkəmə iclasına cəlb edilməsini xahiş etdikdən sonra, sədrlik edən hakim Fikrət Mirzəyev, nəhayət bu barədə cavabdehin nümayəndəsinə tapşırıq vermiş, lakin qarşı tərəf bir dəfə də olsun məhkəmə iclasına gəlməmiş, yalnız nümayəndə ilə təmsil edilmişdir. İddia ərizəsinə əlavə etdiyi xərc cədvəlindən görünür ki, o, cavabdehin evdən getdiyi vaxtdan, yəni 2022-ci ilin may ayından etibarən övladı Abbaslı Cəfərin şahmat dərsləri üçün ümumilikdə 600 (altı yüz) manat, 17 may 2022-ci ildən etibarən 2023-cü ilin fevral ayı da daxil olmaqla ödənişli məktəbdə təhsili üçün ümumilikdə 6,120 (altı min yüz iyirmi) manat, yay tətili zamanı Dubaya səyahəti və orada geyim və məktəb ləvazimatları üçün 2,700 (iki min yeddi yüz) manat, diş həkimi üçün 150 (yüz əlli) manat, geyimi üçün 800 (səkkiz yüz) manat, hazırlıq kursu üçün 500 (beş yüz) manat, skuter üçün 400 (dörd yüz) manat, 2023-cü ilin yanvar-aprel ayları ərzində psixoloji müalicəsi üçün 1640 (min altı yüz qırx) manat, qızı Dilbər Abbaslının dişlərinin müalicəsi üçün 350 (üç yüz əlli) manat, beləliklə də 12,800 (on iki min səkkiz yüz) manat pul xərcləmişdir (göstərilən xərclər bank hesabları üzrə kart çıxarışlarında sarı rənglə xətlənmişdir). Göründüyü kimi, yuxarıda qeyd edilən səbəblərdən onun 14,000 (on dörd min) manatadək (icra məmurunun məlumatına əsasən) aliment borcum yaranmışdır ki, həmin borcun 12,800 manat hissəsi artıq tərəfindən təyinatı üzrə, yəni uşaqlara xərclənmişdir. Və həmin məbləğin ondan tutulacağı təqdirdə isə ikiqat aliment öhdəliyinə məruz qalmış olur. Hansı ki, yuxarıda qeyd etdiyi kimi, aliment borcunun 12,800 manat hissəsi üzrlü səbəblərdən, yəni artıq həmin xərci çəkdiyindən və onu təkrar ödəməyə maddi imkanının olmaması səbəbindən yaranmışdır. Ona görə də hesab edir ki, yığılmış aliment borcu 12,800 manat məbləğində azaldılmalıdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərdikləri ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında bildirmişdir ki, tərəflər vaxtılə ailə qurublar. 26 dekabr 2022-ci ildə hazırkı cavabdeh Şəms xanımın istəyi ilə nikah pozulub. Təbii ki, İddiaçı ailənin dağılmasını istəməyib, lakin bu mümkün olmayıb. Tərəflər ayrılandan sonra da iddiaçı uşaqların xərcini çəkib. Uşaqları kurslara, bahalı məktəblərə qoyub. İcraçı iddiaçını ödəniş üçün çağıranda isə iddiaçı ödədiyini bildirib. İddiaçı 12800 manat pulu ödəyib, uşaqlar üçün xərcləyib, uşaqları bahalı məktəbə qoyub, xaricə gəzməyə aparıb. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2023-cü ildə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə baxış iclasının 20 gün müddətinə təxirə salınmasını xahiş etmiş və məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. xx.xx.2023-cü ildə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasının növbəti bayram günlərindən sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, əvvəlki məhkəmə baxış iclasının eyni əsasla təxirə salınmasını da nəzərə alaraq, hazırkı məhkəmə baxış iclasının iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, izahatında bildirmişdir ki, ata əgər övladları üçün pul xərcləyibsə, bu o demək deyil ki, o, aliment öhdəliyindən azaddır. Aliment təkcə uşağa skuter almaq üçün yox, uşağın sağlam yaşaması, geyindirilməsi, yedizdirilməsi, sağlam böyüməsi üçündür. Onlar xx.xx.2022-ci ildə boşanma ilə bağlı iddia vermişlər, qətnamə isə 2023-cü ilin yanvar ayında qüvvəyə minmişdir. İddiaçı "xxxx" ASC-də departament müdürüdür. Aliment iddiaçının maaşına yönləndirilib, lakin iddiaçının sərvəti yüksəkdir. Cavabdehin isə 200-300 manat gəliri var, o, sadəcə məşğuliyyət kimi işləyir. Uşaqlar əvvəl “Oxford” məktəbində oxuyurdu, daha sonra Şəms xanım uşaqların məktəbinin ödənişini etməli idi deyə uşaqları oradan çıxardı. İddiaçı 1 ilə yaxın aliment ödəyib. İddiaçı ödədiyi pullar ilə uşaqların asudə vaxtını dəyərləndirib, aliment borcundan niyə silinməlidir ki? İddiaçının kredit borcları da vardır. İddia tamamilə absurd, heç bir məntiqə söykənməyən iddiadır. xx.xx.2023-cü ildə cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, cavabdeh tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-4337/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Abbasova (Ağaverdiyeva) Şəms Yaqub qızı ilə cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə 454 nömrəli akt qeyd ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçı X2 himayəsində saxlanılmaları və uşaqların saxlanılması üçün hər ay cavabdehin gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. - MŞB/16-001252 nömrəli, xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. - xx.xx.2022-ci il tarixli, ********* nömrəli müqaviləyə əlavədən görünür ki, iddiaçı tərəfindən 01 ədəd 411.99 manat dəyərində elektrikli skuter alınmışdır. - İddiaçı tərəfindən məhkəməyə "xxxx" ASC-dən xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışlar və whatsapp sosial proqramı vasitəsilə cavabdehlə olan yazışmalar təqdim edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, 68 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-4337/2022 saylı qətnaməsinə əsasən, iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə 454 nömrəli akt qeyd ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçı X2 himayəsində saxlanılmaları və uşaqların saxlanılması üçün hər ay cavabdehin gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı, yığılmış alimenti borcunun təxminən 14.000 manat təşkil etdiyini, 12.800 manat miqdarında pul vəsaitini isə alimentdən kənar qaydada, uşaqların təhsilinə və digər ehtiyaclarına xərclədiyini, bununla bağlı vaxtilə aralarında cavabdehlə nikahın pozulması zamanı razılaşma əldə olunmasını əsas gətirməklə, yığılmış aliment borcunun 12.800 manat həddində azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər; 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd edilənlənlərlə müəyyən edildi ki, iddiaçı aliment üzrə borcdan azad edilməli olmasının əsasları kimi uşaqlarının təhsilinə və digər ehtiyaclarına xərclədiyinə, bununla bağlı vaxtilə aralarında cavabdehlə nikahın pozulması zamanı razılaşma əldə olunmasına istinad edərək bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, bu zaman nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri baxımından iddiaçının göstərdiyi hallar aliment ödəməli olan atanı həmin öhdəlikdən azad etmir. Məlum olduğu kimi, iddiaçının aliment üzrə borcları ödəməkdən azad edilməsi ilə bağlı aliment almaq hüququ olan hazırkı cavabdehin-ananın razılığı yoxdur, habelə aliment ödəməli olan iddiaçı digər üzürlü səbəblərə görə bu borcun əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq və sübut edən hər hansı bir sübutunu iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi və məhkəməyə təqdim etdiyi sənədlər isə onun aliment üzrə borcları ödəməkdən azad edilməsinə əsas ola bilməz və həmin hallar aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarını müəyyən edən və dairəsi müəyyən olunmuş Ailə Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmamışdır. Bununla da, müəyyən olundu ki, iddiaçının iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçının aliment üzrə borcları azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir, iddiaçı iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun azaldılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun azaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2931/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2931/2023
27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver