Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2970/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı olan “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə qazancının və (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi və xx.xx.2025-ci il tarixli mediasiya arayışının əldə edilməsi üçün ödənilmiş 60 manat vəsaitin Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 20 dekabr 2018-ci il tarixdə ailə həyatı qurmuşlar. Nikaha daxil olduqdan sonra 3 ay Gəncə şəhərində yaşamışlar. Daha sonra həyat yoldaşı Cavabdeh işindəki dəyişiklik ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmişlər. Evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, bir müddət sonra Əbdülsəməd müxtəlif bəhanələrlə (işi ilə baglı rayona gedirəm, növbədəyəm və s. kimi bəhanələr söyləmişdir) İddiaçıı iddiaçının atasıgilə aparıb qoymuşdur. İddiaçı ər evində ard-arda heç 1 il yaşamamışdır. 2018-ci ildən 2021-ci ilə kimi tərəflərin ailə münasibətləri belə davam etmişdir. Qaynanası iddiaçı Hürüxanımı istəmədiyini hər bir sözü ilə hər zaman ona bəlli etmiş, hətta iddiaçının ata evində qaldıgı ərəfədə belə onun ata evinə gələrək onu incitməyə çalışmış, Hürüxanımın barəsində olar olmaz xoşagəlməz sözlər demişdir. Yoldaşı Əbdülsəməd isə onun zənglərini cavabsız qoymuşdur. Ailəli olduqları müddət ərzində Əbdülsəməd həyat yoldaşı Hürüxanıma bir manat da olsa pul xərcləməmiş, bir ər kimi onun heç bir tələbatını qarşılamamışdır. Hürüxanımı bir qadın, həyat yoldaşı kimi saymamışdır. İddiaçı hətta toydan yığılan pulu belə həyat yoldaşına, hazırki mülki iş üzrə Cavabdeh vermişdir. (Baxmayaraq ki, bütün xərclər iddiaçının atası Mübariz bəy tərəfindən qarşılanmışdır). 2021-ci il dekabrın 21-də tərəflərin ilk övladı X4 dünyaya gəlmişdir. Hürüxanım, yəni, hazırki mülki iş üzrə iddiaçı övladına hamilə oldugu müddət ərzində də valideynlərinin yanında qalmış və bütün xərclər onun valideynləri tərəfindən qarşılanmışdır. Ailəli olduqları müddətdə İddiaçı ara-sıra yoldaşına məxsus 9-cu mkr-da yerləşən evdə təxmini 5-6 ay kimi qalmışdır (Əbdülsəməd hər gün iddiaçıya “get atangildə qal” deyirdi). İddiaçının dediyi məlumatlara əsasən, onlar heç vaxt yoldaşı ilə bir ailə ola bilməmişdilər. Cavabdeh yoldaşının heç nəyi ilə maraqlanmamış, hətta hamilə oldugu zaman onu həkimə belə aparmamışdır. İddiaçı bildirir ki, dəfələrlə yoldaşı Əbdülsəmədin xəyanətinin, onun rus qadınları ilə telefon danışıqlarının şahidi olmuşdur. Hürüxanım buna öz narazıçılığını bildirsə belə bunun heç bir xeyri olmamış, əksinə qarşı tərəf buna görə evdə əsassız yerə dava dalaş yaratmışdır. Ailənin ilk övladı Rəhbər dünyaya gəldikdən sonra Hürüxanım 6 ay kimi yoldaşı ilə ər evində qalmışdır. Həmin ərəfədə iddiaçının oğlunu ona kömək məqsədilə anası saxlayırdı. Ailəyə qaynana və baldız tərəfindən daima basqı və təzyiqlər olmuşdur, onlar hər dəfəsində Hürüxanımı aşağılamışlar. Hürüxanım bütün bunlara ailənin tamlığını qorumaq üçün dözmüşdür. 2022ci ilin yay aylarında tərəflər arasındakı münasibətlər gərginləşməyə başlamış və ailədə artıq daha böyük dava dalaşlar yaranmaga başlamışdır. Buna ən başlıca səbəb isə İddiaçı baldızı oğlunun ad gününə cavabdehin iddiaçını özü ilə aparmaması, ora tək gedəcəyini bildirməsi olmuşdur. İddiaçı bir ailə şəklində yoldaşı və övladları ilə həmin məclisə getmək istəmiş, lakin Cavabdeh onu həmin məclisə aparmamışdır. Sonra yoldaşı və onun ailə üzvləri iddiaçıya acıq verirmiş kimi həmin məclisdən şəkillər paylaşmaga başlamışlar. Və bu hadisə haqlı olaraq iddiaçı Hürüxanıma olduqca pis təsir etmiş və cavabdehlə aralarında böyük söz-söhbət olmuş, yoldaşı Hürüxanıma qarşı təhqiramiz ifadələr işlətmiş, hətta onu döymüşdür. Yoldaşı Hürüxanımı döydüyü anları videoya almış və bunu onun atasına göstərmişdir. Bu hadisənin səhəri günü, yəni 2022-ci il avqust ayının 6-ı iddiaçı Hürüxanım valideynlərinin yanına gəlmiş, nə yoldaşı, nə də ailəsi onun və uşaqların dalınca gəlməmiş, hətta Cavabdeh Hürüxanımın zənglərini blok etmişdir. İddiaçının qaynatası dünyasını dəyişməzdən öncə Hürüxanım özünə və övladlarına məxsus geyim əşyalarını götürmək üçün qardaşı ilə birlikdə evə getdiyi zaman mənzilin qapısının açarlarının dəyişdirildiyini görmüşdür. İddiaçının atası Mübariz müəllim qudasına telefon zəngi etmiş, o, isə Bakıda olmadıgını, gələrkən Hürüxanımın geyimlərini gəlib götürə biləcəyini söyləmişdir. Qaynatası Rəhbər Bakıya gəldikdə Hürüxanım geyimlərini mənzildən götürmüşdür. Amma heç kim ona “qal, getmə” kimi söz deməmişdir. Həmin ərəfədə iddiaçı kiçik ogluna hamilə idi. 2023-cü ilin mart ayının 29-u kiçik oğlu dünyaya gəlmişdir. Cavabdeh və onun ailəsindən heç kim uşaq dogulanda belə gəlməmişdilər. Artıq 4 ildir ki, iddiaçı öz övladları ilə birlikdə öz valideynlərinin yanında qalır. 2023-cü il dekabrın 21-də tərəflərin böyük oglu Rəhbərin 2-ci yaş günündə, iddiaçının qaynanası, qaynatasının anası onları aparmaq üçün iddiaçının valideynlərinin evinə gəlmişdilər. Hürüxanım həmin vaxt Sumqayıtda dərsdə olmuşdur. Qayananası ilə danışaraq yenə də olar olmaz sözlər danışmış və çıxıb getmişdirlər. Onu da qeyd edək ki, cavabdehin valideynləri Ağcabədidə yaşayırdılar. Və bu hadisədə belə onlar Hürüxanımı və onun valideynlərini günahlandırmağa çalışırdılar. 2024-cü il sentyabrın 29-u iddiaçının bibisigil onu yoldaşı ilə barışdırmaq üçün cavabehin 9-cu mkr-da yerləşən evinə aparmışlar. Həmin günün səhərisi Cavabdeh işə getdikdən sonra qaynanası öz qaynı Sevindik Əzizliyə zəng edərək gəlini Hürüxanımdan şikayətlənməyə başlamışdır. Və nəhayət iddiaçı bu qədər basqıya, təhqirlərə dözməyərək uşaqlarını da götürüb evdən çıxaraq atasının evinə getmişdir. Onu da qeyd edək ki, iddiaçı həmin evdə olmadıgı müddətdə evə kamera quraşdırılmış və iddiaçının bundan xəbəri olmamışdır. Cavabdehin ailəsi kamera görüntülərini iddiaçının dayısıgilə, dayısı isə Hürüxanımın atası Mübariz müəllimə göndərmişdir. Artıq 4 ildir ki iddiaçı valideynlərinin evindədir, yoldaşı və ailəsi tərəfindən nə onu, nə də övladlarını heç kim axtarmır, heç kim onlarla maraqlanmır. Onu da qeyd edək ki, iddiaçının ailəsi hər zaman Hürüxanımın yoldaşının ailəsinə qarşı çox yaxşı münasibət göstərmiş, hətta 2018-ci ildə iddiaçının qaynatasının işinin düzəlməsi üçün və daha sonra böyük miqdarda vəsait xərcləmişdi, lakin, kürəkəni illərdir ki, öz dogma 2 balasının həyatında nə maddi, nə mənəvi yoxdur!!! İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Buna dair MSB/2-00668/25 saylı arayış da mövcuddur. Cavabdeh mediasiya sessiyasına gəlməkdən imtina etmişdir. Odur ki, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir uşağa görə qazancının (və başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı yəni, İddiaçı verilməsi daha məqsədə müvafiqdir.
İş materialları :
3. AZ-İİ seriyalı, 275092 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 262 nömrə ilə qeyd edilmişdir. Ərə Əzizli, arvada Əsədli soyadı verilmişdir.
4. AZ-İV seriyalı, 691699 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə doğulmuş və bu barədə 3 saylı Bakı “Asan Xidmət” X6 doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 78 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.
5. AZ-İV seriyalı, 824700 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə doğulmuş və bu barədə Nizami rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 66 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.
6. “Mediasiya Şurası” Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/2-00668/25 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat İMS və 10 manat kargüzarlıq xərcini ödəmişdir.
7. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı 2 saylı Mediasiya təşkilatına mediasiya xidmətinə görə 60 manat ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, uşaqların saxlanması üçün alimentin bir uşaq üçün 246 manat olmaqla sabir pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. İşin faktiki halı :
10. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018-cü il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin nikahından xx.xx.2021ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 anadan olmuşdur.
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar və birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsindədir.
Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur; 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
15. “Uşaq Hüquqları haqqında” Qanun:
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikasına Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı:
8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
Məhkəmənin mövqeyi :
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
21. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
22. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
23. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
24. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
25. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
26. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.
27. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh qarşı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (və başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulması tələbini irəli sürmüşdür.
28. Cavabdehin nümayəndəsi isə alimentin hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir.
29. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməsini xahiş etdiyindən, ailə qanunvericiliyinin tələbləri nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə uşaqların yetikinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır.
30. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri:
31. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
32. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Məhkəmə iddiaçının ödəməkdən azad edildiyi 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
Nəticə:
34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, 21 dekabr 2021-ci il təvəllüdlü X4 və 29 mart 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq 21 dekabr 2021-ci il təvəllüdlü X4 və 29 mart 2023cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva