Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3008/2022 09.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 27 oktyabr 2021-ci il tarixdə rəsmi nikahlarını qeydiyyata almaqla ailə qurmuşdur. Bir müddət birlikdə yaşasalar da, sonra birlikdə yaşamaqları qeyri-mümkün olduğundan 21 yanvar 2022-ci il tarixdə evdən çıxmış və öz valideyinlərinin evində yaşayır. Cavabdehlə həmin vaxtdan heç bir əlaqəsi yoxdur. Hazırda nikahın pozulması ilə bağlı mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmaqdadır. Birlikdə yaşadıqları vaxt, yəni 18 noyabr 2021-ci il tarixdə Kamran ona toy zamanı hədiyyə olunan qızıl-zinət əşyalarını (bir ədəd komplekt 1500 manat dəyərində və 1 ədəd 900 manat dəyərində üzük) lombarda girov qoymaqla pul götürmüş və özünə avtomobil almışdır. O, evdən çıxıb gedən zaman qızıl-zinət əşyaları lombarda olmuş və o, sonra 05 aprel 2022-ci il tarixdə borcunu tam ödəməklə qızılları girovdan azad etmiş və hazırda qızıllar cavabdehdədir. Bundan əlavə, cavabdeh avtomobil alarkən onun adına xx.xx.2021-ci il tarixdə Azərbaycan Beynalxalq Bankından 1500 manat kredit götürmüşdür. Bundan əlavə, cavabdeh xx.xx.2021-ci il tarixdə onun adına kredit müqaviləsi əsasında "İrşad Electronics” MMC-dən 2653,79 manat dəyərində "Apple MacBook Air M 1 MGN63RU" markalı noutbuk almış və həmin noutbuku da avtomobil alarkən satmışdır. O, 14 iyul 2022-ci il tarixdə "xxxx" ASC-dən kredit götürərək Beynəlxalq Banka olan 1661 manat kredit borcunu və "xxxx" MMC-yə 2653,79 manat borcu bağlamışdır. O, cavabdehə məxsus evdən xeyli vaxtdır ki, çıxmış, evdən çıxarkən ancaq geyim əşyalarını götürmüşdür. Hazırda da həmin qızıl-zinət əşyaları cavabdehdədir. Göstərdikləri, fotoşəkillər, ərizənə əlavə etdiyi sənədlər və məhkəmə iclası zamanı təqdim edəcəyi digər rəsmi sübut növləri ilə təsdiqlənir. Qeyd edilənlərə əsasən cavabdeh Molamov Cavabdeh bir ədəd komplekt 1500 manat dəyərində və 1 ədəd 900 manat dəyərində üzük olan qızıl-zinət əşyalarının, nikah dövründə götürülən kredit borcu olan 4314,79 manat pul və dövlət rüsumu kimi ödənilmiş 100 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini əsassız və qanunsuz hesab edir. Qarşılıqlı iddiada cavabdeh İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 27 oktyabr 2021-ci il tarixdə rəsmi nikahı qeydiyyata alınmaqla ailə qurmuş, bir müddət birlikdə yaşadıqdan sonra birlikdə yaşamaları mümkün olmadığından 21 yanvar 2022-ci il tarixdə evdən çıxmışdır və öz valideyinlərinin evində yaşayır, cavabdehlə həmin vaxtdan heç bir əlaqə yoxdur, hazırda nikahın pozulması ilə bağlı mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmaqdadır, birlikdə yaşadıqları vaxt, yəni 18 noyabr 2021-ci il tarixdə qarşılıqlı iddiada iddiaçı ona toy zamanı hədiyyə olunan qızıl-zinət əşyalarını (1 ədəd komplekt 1500 manat dəyərində və 1 ədəd 900 manat dəyərində üzük) lombarda girov qoymaqla pul götürüb özünə avtomobil almışdır, o, evdən çıxıb gedən zaman qızıl-zinət əşyaları lombardda olmuş və qarşılıqlı iddiada iddiaçı sonra 05 aprel 2022-ci il tarixdə borcunu tam ödəməklə qızılları girovdan azad etmiş və hazırda qızıllar qarşılıqlı iddiada iddiaçıdadır. Qarşılıqlı iddiada cavabdehin iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, qarşılıqlı iddiada iddiaçı qeyd olunan qızıl-zinət əşyalarını lombardda girov qoymaqla götürdüyü pulla özünə avtomobil almamışdır. ƏN-VN 891220 nömrəli 04 yanvar 2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi avtomobil isə başqa şəxsə məxsusdur və həmin şəxsin mülkiyyətindədir. Qarşılıqlı iddiada iddiaçı həmin avtomobili istifadə edib işləməklə özünü və ailə üzvülərini dolandırmaq məqsədi ilə icarə əsasında götürmüşdür. Sual yaranır, necə ola bilər ki, Cavabdeh 18 noyabr 2021-ci il tarixdə qızılzinət əşyalarını lombardda girov qoymaqla götürdüyü 1300 manat manat pulla uzun müddətdən sonra avtomobil alır? Həmin məbləğə avtomobil almaq mümkün deyil. Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılan mülki iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnamə ilə nikahın pozulması qət edilmişdir. Qarşılıqlı iddiada iddiaçı qızıl-zinət əşyalarını lombardda girov qoymaqla götürdüyü 1300 manat pul vəsaitinin faizləri ilə birlikdə 2000 manatı özü ödəmişdir. Halbuki, həmin pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh ilə birgə nikah dövründə götürülmüş və ailənin digər məişət problemləri üçün xərclənmişdir. Buna görə də, götürülmüş və ödənilmiş 2000 manat pul vəsaitinin 1000 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddiada iddiaçıya qaytarılmalıdır. Qızıl-zinət əşyalarında olan 1 ədəd komplekt nikah dövründə satılaraq ailə üçün xərclənmiş, 1 ədəd nişan üzüyü isə qarşılıqlı iddia üzrə cavabdehə qaytarılmışdır. Qarşılıqlı iddiada cavabdeh sonra iddia ərizəsində göstərmişdir ki, qarşılıqlı iddiada iddiaçı avtomobil alarkən onun adına xx.xx.2021-ci tarixdə Azərbaycan Beynəlxalq Bankından 1500 manat kredit götürmüşdür. O, xx.xx.2021-ci il tarixdə adına kredit müqaviləsi əsasında "İrşad Elecironics” MMC-dən 2653,79 manat dəvətində “X9 Air M 1 MGN63RU” markalı noolbuk almış və həmin noutbuku da avtomobil alarkən satmışdır. Qarşılıqlı iddiada cavabdeh qızı daha sonra iddia ərizəsində göstərmişdir ki, o 14 iyul 2022-ci il tarixdə "xxxx" ASC-dən kredit götürərək Beynəlxalq Banka olan 1661 manat borcu və “İrşad Elecetronics" MMC-və 2653,79 manat borcu bağlamışdır. Qarşılıqlı iddiada cavabdehin iddia ərizəsində göstərdikləri bu xüsusatlar da, həqiqəti əks etmr və onun uydurmasıdır. Belə ki, qarşılıqlı iddiada iddiaçı qeyd olunan vəsaiti və noutbukun satışından əldə olunan pulu ailənin digər məişət problemlərinin həlli ilə əlaqədar qarşılıqlı iddiada cavabdehlə birlikdə xərcləmişdir. Beynəlxalq Banka olan 1661 manatı məbləğindəki borc və "xxxx" MMC-yə 2653,79 manat məbləğində olan borcu tərəflər birlikdə ödəmişlər. Bundan başqa, rəsmi nikah dövründə qarşılıqlı iddiada iddiaçının adına "xxxx" MMC Şirkətindən 5942,92 manat dəyərində məişət malları alınmış və qarşılıqlı iddiada iddiaçı həmin malların 5589,76 manat hissəsini ödəmişdir. Buna görə də, "xxxx" MMC Şirkətinə 353,16 manat borc qalmış, həmin borcun 176,58 manat hissəsi qarşılıqlı iddiada cavabdehin tərəfindən qarşılıqlı iddiada iddiaçıya qaytarılmalıdır. Bundan başqa rəsmi nikah dövründə qarşılıqlı iddiada iddiaçının adına "xxxx" Kommersiya Bankından 579nkBKX/22 saylı kredit müqaviləsi bağlanılmış və ona 5622 manat nəbləğində kredit verilmişdir. Qarşılıqlı iddiada iddiaçı həmin kreditin 800 manat hissəsini Banka ödəmişdir. Buna görə də, “UNİBANK" Kommersiya Bankın 4822 manat borc qalmışdır və həmin borcun 2411 manat hissəsi qarşılıqlı iddiada cavabdehin tərəfindən qarşılıqlı iddiada iddiaçıya qaytarılmalıdır. Bundan başqa, rəsmi nikah dövründə qarşılıqlı iddiada iddiaçının adına “Kapital Bank” dan RGTK5612291A207 saylı kredit müqaviləsi bağlanılmışdır və ona 1156,65 manat məbləğində kredit verilmişdir. Qarşılıqlı iddiada iddiaçı həmin kreditin 257,94 manat hissəsini Banka ödəmişdir. Buna görə də, “Kapital Bank”a 898,71 manat borc qalmışdır və həmin borcun 449,36 manat hissəsi qarşılıqlı iddiada cavabdehin lərəliııdən qarşılıqlı iddiada iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının təmin edilməməsi, birgə nikah dövründə yaranmış 8073,9 borcun ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqarova Güİsarə Rövşən qızının arasında 1/2 nisbətdə bölünməsi, qarşılıqlı iddiada iddiaçının ödəmiş olduğu birgə nikah dövründə yaranmış 8073,87 manat borcun 1/2 hissəsinin, yəni 4037 manatın qarşılıqlı iddiada cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, rəsmi nikah dövründə onun adına "xxxx" Kommersiya Bankından 579nkBKX/22 saylı kredit müqaviləsi bağlanılmış və ona 5622 manat məbləğində kredit verilmişdir. Həmin kreditin qaytarılan hissəsi isə 7539,37 manat təşkil etmişdir. Qarşılıqlı iddiada iddiaçı həmin kreditin 742,60 manat hissəsini Banka ödəmişdir. Buna görə də, "xxxx" Kommersiya Bankın 6796,4 manat borc qalıb və həmin borcun 3398,2 manat hissəsi qarşılıqlı iddiada cavabdehin tərəfindən qarşılıqlı iddiada iddiaçıya qaytarılmalıdır. Bundan başqa rəsmi nikah dövründə qarşılıqlı iddiada iddiaçının adına "xxxx" Şirkətindən 4500 manat dəyərində məişət malları alınmışdır. Qarşılıqlı iddiada iddiaçı həmin malların 1864 manat hissəsini Şirkətə ödəmişdir. Buna görə də. "xxxx" Şirkətinə 2636 manat borc qalmışdır və həmin borcun 1318 manat hissəsi qarşılıqlı iddiada cavabdehin tərəfindən qarşılıqlı iddiada iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının təmin edilməməsi, birgə nikah dövründə yaranmış 12684 borcun ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında 1/2 nisbətdə bölünməsi, qarşılıqlı iddiada iddiaçının ödəmiş olduğu birgə nikah dövründə yaranmış 12684 manat borcun 1/2 hissəsinin, yəni 6342,15 manatın qarşılıqlı iddiada cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, ərizəsi ilə eyni məzmunlu izahat verdi və ilkin iddiasının təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, 27 oktyabr 2021-ci ildə ailə həyatı qurmuşdur. 2 ay 24 gün evli qalaraq 23 yanvar 2022-ci il tarixdə öz ata evinə qayıtmışdır. Daha doğrusu həmin gün axşam saat 11-12 arası evdən çıxarılmışdır. 2022-ci ilin mart ayında nikahın pozulması üçün mediasiya təşkilatına müraciət etmişdir. Lakin aralarında barışıq olmamışdır. xx.xx.2022-ci il tarixdə atası vəfat etmiş, xx.xx.2022-ci il tarixdə cavabdeh ona başsağlığı vermək üçün gəlmişdir. Ondan sonra isə onunla ümumiyyətlə görüşməmişdir. Evlilik müddətində Beynəlxalq Bankdan kredit götürmüşdür. O, qızıllar alınan zaman iştirak etməmiş, lakin nişan üzüyü alınarkən iştirak etmişdir. O, Macbooku kreditlə alan zaman 18 aylıq kreditlə götürmək istəyirdi, lakin qarşı tərəf 24 aylıq götürməyini bildirmişdir. "xxxx" ASC krediti isə xx.xx.2022-ci ildə götürülmüşdür. Həmin zaman atası rəhmətə getdiyindən qarşı tərəf onun borcunun olub-olmamasını heç fikirləşməmişdir. Avtomobil Leyla xanımdan alınmışdır. O, 3000 manat civarında ilkin ödənişi Leyla xanıma vermişdir. Komplekt sep, sırğa, üzük, qolbaqdan ibarət idi, həmçinin nişan üzüyü var idi. Həri üzüyü onun özündə qalmışdır. 900 manat nişan üzüyü idi. Ətrafı qalın və yumru üzükdür. Qızıllar 2021-ci ilin noyabr ayında lombarda qoyulmuşdur. Komplektin qiyməti 1500 manatdır və qiymətini özü yoxlatmışdır. ”UNİBANK” KB ASC-nin krediti ödənilməmişdir. Avqust ayından hər ay 280 manat ödəyir. 7000 manat civarında kredit götürmüşdür. Cavabdehin restrukturizasiya olunmuş müqaviləsi "xxxx" ASC-yə aid müqavilədir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və ilkin iddiasının təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq ki, “Kontakt Home”dan ancaq telefon götürülmüşdür. Başqa əşyalar götürülməmişdir. Nəzərə çatdırır ki, onların tələbləri qızıllar, bank krediti və Apple markalı noutbukdur. İlkin iddia üzrə iddiaçı nikah dövründə, yəni avqust ayında digər borclarını bağlamaq üçün 7000 manat civarında kredit götürmüşlər. Həmçinin, bildirir ki, qarşılıqlı iddia tələbini qəbul etmir. Faktiki olaraq həmin kreditlər nikah dövründə götürülməmişdir. Qarşı tərəf həmin kredit üzrə borcu tələb edirsə, onda ilkin iddia üzrə iddiaçının da "xxxx" KB ASC-dən götürülmüş kredit məbləğinin yarısını tələb etmək hüququ da var. Lakin o, belə bir tələb irəli sürməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edib, ərizəsi ilə eyni məzmunlu izahat verdi və qarşılıqlı iddiasının təmin edilməsini, ilkin iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq ki, nişan üzüyü iddiaçının özündədir. Nişan üzüyü lombarda qoyulmamışdır. Nikahları pozulan vaxtdan faktiki olaraq ayrılmışlar. Borcu ilə bağlı Gülsarənin atasına 2000 manat ödəmişdir. Atası ilə olan “whatsapp” yazışmaları ona aiddir, lakin digər yazışmalar ona aid deyil. “Kontakt Home” dan telefon, soyuducu, mikrodalğalı soba almışlar. Bununla bağlı sənədlər yoxdur. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və qarşılıqlı iddiasının təmin edilməsini, ilkin iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq ki, qarşı tərəf öz iddiasında cavabdehin pulları mənimsəyərək, özünə avtomobil almasını qeyd etmişdir. Lakin Cavabdeh avtomobil alınmamışdır. Qeyd olunan avtomobil başqa şəxsin adına olmuş və cavabdeh tərəfindən etibarnamə ilə sürülmüşdür. Məhkəmə iclasında şahid kimi dindirilən X5 ifadəsində göstərdi ki, tərəflər "xxxx" LTD-də işləyən zaman onun iş yoldaşı olmuşlar və tərəflər ona qarşı heç vaxt pis münasibət göstərməmişlər. Cavabdeh oğlu yaxşı dost, yaxşı iş yoldaşı olmuş, amma yaxşı həyat yoldaşı ola bilməmişdir. Dekabr ayının sonlarında iş yoldaşı Leyladan maşın almışlar. Bununla əlaqədar iş yoldaşı Gülsarə öz adına öhdəliklərinin çox olmasını bildirərək, onun adına kredit götürülməsi ilə bağlı ona müraciət etmişdir. Lakin onun adına da kredit olduğundan kredit götürmək mümkün olmamışdır. Yanvar ayının əvvəllərində avtomobilin ilkin ödənişini ödəyərək götürmüşlər. İlkin ödənişi Gülsarə xanım ödəmişdir, nağd alınmamışdır. İlkin ödənişlə hissə-hisə alınmışdır. Gülsarə həmişə Kamrana dəstək olmuşdur, borclar ilə bağlı həmişə ona kömək etmişdir. O, 2020-ci ilin mart ayında işə qəbul olmuşdur, 2021-ci ilin iyun ayında isə işdən çıxmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, iddia ərizəsinə verilmiş etirazı və mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 429830 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 27 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 112 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Molamov, arvada Zülfüqarova soyadı verilmişdir; - “Lombardcini” Lombard Kreditlərinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, X4 ilə 18 noyabr 2021-ci il tarixdə qızıl-zinət əşyaları girov qoyulmaqla kredit müqaviləsi bağlanmışdır. X7 05 aprel 2022-ci il tarixdə kredit müqaviləsi üzrə borcu tam bağladıqdan sonra qızıl-zinət əşyaları girovdan azad olunaraq özünə qaytarılmışdır; - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********69 saylı Kredit müqaviləsindən və ona əlavə sənədlərdən görünür ki, “Bank” İddiaçı 36 ay müddətinə, illik 24% dərəcəsi ilə hesablanmaqla, 1500 manat məbləğində kredit verməyi, borc alan isə qeyd olunan krediti müqavilədə göstərilən şərtlərlə qaytarmağı öz öhdəsinə götürmüşdür; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 3175-(1) saylı məlumatından görünür ki, İddiaçı "xxxx" MMC ilə ********* saylı, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 24 ay müddətinə 2653,79 manat dəyərində “Apple MacBook Air M 1MGN63RU” markalı noutbuk almışdır. Nisyə alınmış məhsul İddiaçı tərəfindən tam olaraq ödənilmişdir; "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixinədək, illik 23% ödəmək şərti ilə 6800 manat məbləğində kredit verilmişdir. İddiaçı müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixinədək, illik 27% ödəmək şərti ilə 5400 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 579nkBKX/22 saylı kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli, 1 saylı əlavədən görünür ki, bank tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixinədək, illik 18% ödəmək şərti ilə 5622 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - xx.xx.2022-ci il tarixli RGTK5612291A207 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 20% ödəmək şərti ilə 1156,65 manat məbləğində kredit verilmişdir. - ƏN-V seriyalı 891220 saylı xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X3 “Opel Astra minik” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, idarə etməsi üçün Cavabdeh xx.xx.2025-ci-ci il tarixədək etibar etmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2383/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış və 112 sayla rəsmiləşdirilmiş nikah qeydinin pozulması qət edilmişdir; - "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" QSCyə hər hansı borcu yoxdur. Əlavə olaraq qeyd edirlər ki, "xxxx" QSC-nin işçisi İddiaçı işlədiyi müddət ərzində "xxxx" QSC-yə qarşı hər hansı borcu yaranmamışdır; - Məhkəməyə qızıl-zinət əşyalarının əks olunduğu fotoşəkilləri təqdim edilmişdir; - Məhkəməyə “Whatsapp” adlı sosisal şəbəkədə aparılmış söhbətinin əks olunduğu fotoşəkillər təqdim edilmişdir; - Məhkəməyə bir ədəd disk təqdim edilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ümumilikdə 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə birlikdə yaşamış, ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırkı halda ilkin iddia üzrə İddiaçı ona məxsus olan bir ədəd komplekt 1500 manat dəyərində və 1 ədəd 900 manat dəyərində üzük olan qızıl-zinət əşyalarının, nikah dövründə götürülən kredit borcu olan 4314,79 manat pul və dövlət rüsumu kimi ödənilmiş 100 manatın alınıb ona verilməsi ilə bağlı iddia qaldırmışdır. Bundan sonra isə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və sonuncu dəqiqləşməsi ilə birgə nikah dövründə yaranmış 12684 borcun onun və İddiaçı arasında 1/2 nisbətdə bölünməsi, onun ödəmiş olduğu birgə nikah dövründə yaranmış 12684 manat borcun 1/2 hissəsinin, yəni 6342,15 manatın qarşılıqlı İddiaçı alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hazırda mübahisə predmetləri aşağıdakılardır:
1. bir ədəd komplekt 1500 manat dəyərində və 1 ədəd 900 manat dəyərində üzük olan qızıl-zinət əşyaları;
2. "xxxx" ASC-dən götürülmüş 1500 manat məbləğində kredit məbləği üzrə ödənilmiş 1661 manat və "İrşad Electronics” MMC-dən alınmış 2653,79 manat dəyərində "Apple MacBook Air M 1 MGN63RU" markalı noutbuk pulu, ümumilikdə 4314,79 manat pulun ½ hissəsi;
3. 579nkBKX/22 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC tərəfindən Cavabdeh verilmiş 5622 manat məbləğində kredit borcunun (qaytarılmalı olan 7539,37) ödənilməmiş 6796,4 manatın ½ hissəsi;
4. "xxxx" Şirkətindən 4500 manat dəyərində məişət əşyalarının ödənilməmiş 2636 manatın ½ hissəsi;
5. xx.xx.2022-ci il tarixli RGTK5612291A207 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş 1156,65 manat məbləğində kreditin ödənilməmiş 898,71 manatının ½ hissəsi;
6. “Lombardcini” Lombard Kreditləri şirkətinə ödənilmiş 2000 manatın ½ hissəsi;
7. "xxxx" MMC-dən alınmış 5942,92 manat dəyərində məişət əşyaları üzrə ödənilməmiş 353,16 manatın ½ hissəsi. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilkin iddia tələbinin “bir ədəd komplekt 1500 manat dəyərində və 1 ədəd 900 manat dəyərində üzük olan qızıl-zinət əşyalarının, alınıb verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər nikah münasibətlərinə daxil olarkən ilkin iddia üzrə iddiaçıya 1 ədəd komplekt (sırğa, üzük, sep və qolbaq) və 1 ədəd üzüyün hədiyyə edilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı cavabdehlə yaşadıqları evi tərk edən zaman həmin zinət-əşyalarının evdə qaldığını və həmin əşyaların ona təhvil verilmədiyini qeyd etmişdir. Cavabdeh isə ilkin iddia tələbinin mübahisələndirilən hissəsi ilə bağlı fərqli fikirlər irəli sürmüşdür. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, bir ədəd komplekt ondandır, üzük isə iddiaçının özündədir, üzük 900 manata alınmışdır. Bundan sonra məhkəmə tərəfindən qızıl-zinət əşyalarının fotoşəkilləri cavabdehə göstərilmiş, cavabdeh şəkildə əks olunmuş 1 ədəd komplektin (sırğa, üzük, sep və qolbaq) ondan olduğunu etiraf etmişdir. Növbəti məhkəmə iclaslarından isə cavabdeh 1 ədəd komplektin (sırğa, üzük, sep və qolbaq) satılaraq kreditlərin ödənildiyini qeyd etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, mübahisələndirilən qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixə kredit müqabilində girova qoyulmuş və qızıllar kredit üzrə borc xx.xx.2022-ci il tarixdə ödənildikdən sonra Cavabdeh qaytarılmışdır. Göstərilən məsələ ilə bağlı iddiaçı tərəf 1 ədəd komplekt və 1 ədəd üzüyün girova qoyulduğunu və əşyaların daha sonra cavabdehə təhvil verildiyini bildirmiş, cavabdeh isə qeyd edilənlərə etiraz edərək, ancaq 1 ədəd komplektin (sırğa, üzük, sep və qolbaq) girova qoyulduğunu, 1300 manat kredit götürüldüyünü və əvəzində 2000 manat ödənildiyini, həmin kreditin birgə nikah dövründə götürüldüyündən kredit üzrə ödənilmiş 2000 manatın yarısının iddiaçıdan onun xeyrinə tutulmalı olduğunu, həmçinin 1 ədəd komplektin daha sonra satılaraq kredit üzrə borclarını ödədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar. MPM-in: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Belə ki, Cavabdeh ilkin iddia tələbindən göstərilmiş 1 ədəd komplektin (sırğa, üzük, sep və qolbaq) ondan olduğunu etiraf etmiş, növbəti məhkəmə iclasında isə qızılın onun xəbəri olmadan evdəkilər tərəfindən satdığını və kredit borcunun ödənildiyi bildirmişdir. Belə olan halda, Cavabdeh mübahisələndirilən 1 ədəd komplektin (sırğa, üzük, sep və qolbaq) girovdan azad edildikdən sonra onda olması halını qəbul etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, iddia tələbində adı çəkilən qızıl-zinət əşyaları hədiyyə şəklində İddiaçı verildiyindən həmin əşyalar sonuncunun fərdi mülkiyyəti hesab edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 34.1-ci və 34.2-ci maddələrinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Hazırkı mülki iş üzrə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan 1 ədəd komplekt cavabdehin sahibliyində olmuşdur, həmçinin cavabdeh həmin əmlakı artıq satdığını bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatları və tədqiq olunmuş iş materialları ilə müəyyən edildi ki, iddiaçı hədiyyə kimi müvafiq qızıl-zinət əşyaları verilmişdir. Həmin qızıl əşyalarının iddiaçıya hədiyyə şəklində verilməsi, onların iddiaçıya məxsus olması məhkəməyə təqdim edilməklə tədqiq olunmuş müvafiq sübutlarla, o cümlədən fotoşəkillərlə təsdiq olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 1 ədəd komplekt (sırğa, üzük, sep və qolbaq) Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə ilkin iddia tələbinin “1 ədəd qızıl üzüyün qaytarılması” hissəsinə münasibtədə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı cavabdehlə yaşadıqları evi tərk edərkən üzüyün evdə qaldığını, ilkin iddia üzrə cavabdeh isə üzüyün onda deyil, iddiaçıda olduğunu bildirmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı evi tərk edərkən qızıl üzüyü götürmədiyini, qızıl üzüyün cavabdehdə olmasını, üzüyün də lombarda girova qoyulması halını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, ilkin iddia tələbi mübahisələndirilən hissədə sübuta yetirilməmiş hesab edilir. Bundan başqa, məhkəmə Həmidov Rövşən tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qəbz təqdim edilmişdir. Qəbzdə qızıl-zinət əşyalarından başqa bir çox məişət əşyalarının mövcud olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, öncəliklə həmin qəbz oxunaqlı vəziyyətdə deyil. Həmçinin, məhkəmə tərəfindən qəbzdə göstərilən imzalaların kimə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qarşılıqlı iddia tələbinin ““Lombardcini” Lombard Kreditləri şirkətinə ödənilmiş 2000 manatın ½ hissəsi”nə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbində göstərilmişdir ki, qarşılıqlı iddiada iddiaçı Cavabdeh qızıl-zinət əşyalarını lombardda girov qoymaqla götürdüyü 1300 manat pul vəsaitinin faizləri ilə birlikdə 2000 manatı özü ödəmişdir. Halbuki, həmin pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh ilə birgə nikah dövründə götürülmüş və ailənin digər məişət problemləri üçün xərclənmişdir. Buna görə də, götürülmüş və ödənilmiş 2000 manat pul vəsaitinin 1000 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddiada iddiaçıya qaytarılmalıdır. Qızıl-zinət əşyalarında olan 1 ədəd komplekt nikah dövründə satılaraq ailə üçün xərclənmiş, 1 ədəd nişan üzüyü isə qarşılıqlı iddia üzrə cavabdehə qaytarılmışdır. Öncəliklə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı cavabdehlə faktiki olaraq xx.xx.2022-ci il tarixdə ayrıldığını qeyd etmiş, cavabdeh isə məhkəmənin bu istiqamətdə vermiş olduğu sualları konkret cavablamayaraq nikah rəsmi qaydada pozulduğu ərəfədə ayrıldıqlarını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2022-ci il tarixdə nikahın pozulması ilə bağlı mediasiya təşkilatına dəvət edilmiş, xx.xx.2022-ci il tarixdə isə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə müraciət olunmuşdur. Nəticədə, müəyyən edilir ki, tərəflər həmin vaxt artıq faktiki olaraq ayrılmışlar. Qarşılıqlı iddia üzrə iddiaçı qızıl-zinət əşyalarını lombardda qoyulması nəticəsində əldə edilmiş 1300 manat məbləğində pulun ailə məsrəfləri üçün sərf edildiyini və yaranmış borcun onların birgə borcu olduğunu iddia etsə də, məhkəmə göstərilənləri ağlabatan hesab etmir. Belə ki, girova qoyulmuş qızıl-zinət əşyaları ilkin iddia üzrə iddiaçıya məxsus olsa da, əşyalara girova məhz qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qoyulmuş və onun tərəfindən geri alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçıdan ona məxsus olan əşyaların girova qoyulması nəticəsində yaranmış borcun yarısının tutulması onun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Həmçinin, qarşılılıq iddia üzrə iddiaçı qızıl-zinət əşyalarının girova qoyulması nəticəsində əldə edilən məbləğin məhz ailə məsrəfləri üçün xərclənməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi “bir ədəd komplekt 1500 manat dəyərində və 1 ədəd 900 manat dəyərində üzük olan qızıl-zinət əşyalarının, alınıb ona verilməsi” hissəsində qismən təmin edilməli, 1 ədəd komplekt (sırğa, üzük, sep və qolbaq) Cavabdeh alınaraq, İddiaçı verilməli, qarşılıqlı iddia tələbi “ödənilmiş 2000 manat pul vəsaitinin 1000 manatının qaytarılması” hissəsində təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinin “nikah dövründə götürülən kredit borcu olan 4314,79 manat pulun alınıb verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbində göstərilmişdir ki, ilkin iddia üzrə cavabdeh avtomobil alarkən ilkin iddia üzrə iddiaçının adına xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən 1500 manat kredit götürmüşdür. Bundan əlavə, iddiaçı ilə "İrşad Electronics” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı cəmiyyətdən 2653,79 manat dəyərində "Apple MacBook Air M 1 MGN63RU" markalı noutbuk almışdır. İddiaçı qeyd edir ki, cavabdeh həmin noutbuku da avtomobil alarkən satmışdır. O, 14 iyul 2022-ci il tarixdə "xxxx" ASC-dən kredit götürərək "xxxx" ASC-yə olan 1661 manat kredit borcunu və "xxxx" MMC-yə 2653,79 manat borcu bağlamışdır. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********69 saylı Kredit müqaviləsi ilə “Bank” İddiaçı 36 ay müddətinə, illik 24% dərəcəsi ilə hesablanmaqla, 1500 manat məbləğində kredit verməyi, borc alan isə qeyd olunan krediti müqavilədə göstərilən şərtlərlə qaytarmağı öz öhdəsinə götürmüşdür. Bundan sonra İddiaçı "xxxx" MMC ilə bağlanmış ********* saylı, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 24 ay müddətinə 2653,79 manat dəyərində “Apple MacBook Air M 1MGN63RU” markalı noutbuk almışdır. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixinədək, illik 23% ödəmək şərti ilə 6800 manat məbləğində kredit verilmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-dən götürülmüş 1500 manat kredit və “Apple MacBook Air M 1MGN63RU” markalı noutbukun satışından əldə edilən vəsaitlə ilkin iddia üzrə iddiaçı tərəfindən avtomobil alındığını qeyd etsə də, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ümumiyyətlə iş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə X3 “Opel Astra minik” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, idarə etməsi üçün Cavabdeh xx.xx.2025-ci-ci il tarixədək etibar etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən avtomobil alınması halı, həmçinin Apple MacBook Air M 1MGN63RU” markalı noutbukun satılması, satışdan əldə edilən vəsaitin cavabdehə verilmə halı öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə iclasında şahid kimi dindirilmiş X5 tərəflərin “Leyla” adlı şəxsdən maşın aldıqlarını bildirsə də, ümumiyyətlə Cavabdeh idarəetməsinə verilmiş avtomobilin X1 məxsus olduğu müəyyən edilmiş, “Leyla” adlı şəxsin mübahisə ilə bağlılığı aşkar edilməmişdir. Həmçinin, şahid 2021-ci ilin iyun ayında işdən çıxdığını qeyd etmişdir, halbuki, ilkin iddia üzrə iddiaçının avtomobilin alınması üçün formalaşdırdığını iddia etdiyi vəsait 2021-ci ilin noyabr-dekabr aylarında əldə edilmişdir. Nəticədə, şahidin ifadələri ilə ilkin iddianın mübahisələndirilən hissəsi öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə “Whatsapp” yazışmaları və səs yazılarının olduğu 1 ədəd disk təqdim edilmiş, həmin səs yazılarının bir qismində ilkin iddia üzrə iddiaçı və onun anası arasında noutbukun alınması ilə bağlı hallar öz əksini tapmışdır. Lakin qeyd edildiyi kimi həmin söhbət məhz iddiaçı və onun anası arasında baş tutmuşdur. Digər səs yazılarında isə bir neçə şəxsin söhbəti müşahidə edilsə də, məhkəmə iclasında Cavabdeh səs yazısının və Whatsapp” yazışmalarının ona məxsus olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.10-cü maddəsinə əsasə şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Belə olan halda, məhkəməyə təsdim edilmiş yazışmalar və səs yazılarının qeyd olunduğu 1 ədəd disk sübut kimi qiymətləndirilmir. Məhkəmə qarşılıqlı iddia tələbinin “xx.xx.2022-ci il tarixli RGTK5612291A207 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş 1156,65 manat məbləğində kreditin ödənilməmiş 898,71 manatının ½ hissəsi”nə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı göstərilən krediti xx.xx.2022-ci il tarixdə, yəni tərəflər faktiki olaraq ayrı yaşadıqları vaxta götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh həmin kredit müqaviləsi üzrə hər hansı bir öhdəlik daşımır. Məhkəmə qarşılıqlı iddia tələbinin “"xxxx" Şirkətindən 4500 manat dəyərində məişət əşyalarının ödənilməmiş 2636 manat hissəsinin ½ hissəsi”nə münasibtədə qeyd edir ki, ümumiyyətlə məhkəməyə "xxxx" ilə bağlanmış müqavilə, götürülmüş əşyaya (əşyalara), yaranmış borc məbləğinə dair məhkəmə heç bir sübut təqdim edilməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı həmin şirkətdən sadəcə telefon alındığını, qarşılıqlı iddia üzrə iddiaçı isə məişət əşyaları alındığını və həmin əşyaların artıq satıldığını və əldə edilmiş məbləğlə kreditlətlərin ödənildiyini bildirmişdir. Göründüyü kimi, iddia bu hissədə sübuta yetirilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin “579nkBKX/22 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC tərəfindən Cavabdeh verilmiş 5622 manat məbləğində kredit borcunun (qaytarılmalı olan 7539,37) ödənilməmiş 6796,4 manatın ½ hissəsi”nə münasibətdə qeyd edir ki, materialları ilə müəyyən edilir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixinədək, illik 27% ödəmək şərti ilə 5400 manat məbləğində kredit verilmişdir. Həmçinin, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 579nkBKX/22 saylı kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli, 1 saylı əlavəyə əsasən bank tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixinədək, illik 18% ödəmək şərti ilə 5622 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qeyd etmişdir ki, "xxxx" KB ASC ilə bağlanmış ikinci müqavilə, ilkin müqavilə üzrə borcun restruktirizasiya edilməsi məqsədi ilə bağlanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı yəni, kredit müqaviləsi üzrə kreditor da göstərilən halı qəbul etmişdir. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında ilkin müqavilə xx.xx.2021-ci il tarixdə, yəni tərəflər nikaha daxil olmamışdan əvvəl bağlandığından Cavabdeh öhdəliyi üçün İddiaçı məsuliyyət daşımır və iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “"xxxx" MMC-dən alınmış 5942,92 manat dəyərində məişət əşyaları üzrə ödənilməmiş 353,16 manatın ½ hissəsi”nə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında "xxxx" MMC-də yaranmış borcla bağlı hər hansı bir tələblərinin olmadığını bildirmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh "xxxx" QSC-yə hər hansı borcu yoxdur, İddiaçı isə işlədiyi müddət ərzində "xxxx" QSC-yə qarşı hər hansı borcu yaranmamışdır. Məhkəmə hər iki iddiaya münasibətdə qeyd edir ki, ümumiyyətlə ilkin iddia tələbinin “1 ədəd qızıl üzüyün qaytarılması hissəsi, "xxxx" ASC-dən götürülmüş kredit hesabına və "xxxx" MMC-dən alınmış əşyanın satılması hesabına əldə edilən vəsaitlə cavabdehə maşın alınması” və qarşılıqlı iddia tələbinin “ “Lombardcini” Lombard Kreditləri şirkətinə ödənilmiş 2000 manatın ½ hissəsinin ödənilməsi, "xxxx" Şirkətindən 4500 manat dəyərində məişət əşyalarının ödənilməmiş 2636 manat hissəsinin ½ hissəsinin ödənilməsi” hissələri ümumiyyətlə öz təsdiqini tapmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-in: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə araşdırması zamanı tərəflər iddia tələblərini yuxarıda göstərilən hissələrdə sübut edə bilməmiş, iddia tələblərini mübahisələndirilən hissədə əsaslandıra biləcəyi mötəbər sübutları məhkəməyə təqdim etməmişlər və ilkin və qarşılılqı iddia ərizələrində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən ilkin və qarşılıqlı iddia üzrə iddiaçı tərəf mübahisələndirilən hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, 1 ədəd komplekt (sırğa, üzük, sep və qolbaq) Cavabdeh alınaraq, İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Həmçinin, qarşılıqlı iddia üzrə ödənilməli olan əlavə 23,42 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. 1 ədəd komplekt (sırğa, üzük, sep və qolbaq) Cavabdeh alınaraq, İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilməli olan əlavə 23,42 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Qumru Əliyeva