Məhkəmə qərarları › İş №e-2(007)-310/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-310/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-310/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının, cehiz əşyalarının və ya onların dəyərinin alınması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və cehiz əşyaları və ya onların dəyərinin alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl-zinət əşyalarının dəyəri 8.000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2.500 manat olan 1 ədəd qızıl nişan üzüyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyünün, cavabdehlərə məxsus evlərdə qalmış və ona qaytarılmamış cehiz əşyalarının dəyəri 60 manat olan 1 ədəd qara rəngli paltar asılqanı, dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 2.500 manat olan 1 ədəd süd rəngli qarderob, dəyəri 600 manat olan 1 ədəd taxta rəngli kitab şkafı, dəyəri 400 manat olan 1 ədəd ağ rəngli çilçıraq, dəyəri 350 manat olan 1 ədəd süd rəngli çilçıraq, dəyəri 300 manat olan 2 ədəd çilçıraq, dəyəri 1.150 manat olan 1 ədəd Fuji markalı kondisioner, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, 2 ədəd mütəkkə və yorğan-döşək, dəyəri 700 manat olan 1 ədəd “LG” markalı televizor, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, dəyəri 700 manat olan 1 ədəd boz rəngli uşaq kolyaskası, dəyəri 200 manat olan 1 ədəd yaşıl rəngli uşaq velosipedi, dəyəri 550 manat olan 1 ədəd “Mercedes” markalı uşaq maşını, dəyəri 700 manat olan 1 ədəd ağ rəngli uşaq yatağı, dəyəri 400 manat olan 1 ədəd taxta rəngli uşaq taxtı, dəyəri 150 manat olan 1 ədəd ağ rəngli yataq və yorğan-döşəyi, dəyəri 120 manat olan 1 ədəd mürəkkəb rəngli çemodan, dəyəri 50 manat olan 1 ədəd dəmir kəfkir dəsti, ümumi dəyəri 600 manat olan mənə məxsus kitablar, 1 ədəd böyük dibçək, dəyəri 150 manat olan 1 ədəd bozrəngli taxt üstü pərdə, 1 ədəd tozsoran, Pərdə aksessuarlarının; - Ümumi dəyəri 17.000 manat olan aşağıdakı əşyaların - 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli sobanın cavabdehlərdən alınaraq ona verilməsi, qızıl-zinət və cehiz əşyalarının cavabdehlərdən alınıb ona verilməsi mümkün olmadıqda onların dəyərinin cavabdehlərdən tutularaq ona ödənilməsi, mediasiya arayışının alınması üçün ödənilmiş 50 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 158 manat, müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat məbləğində pulun cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2lə 29 dekabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 19 mart 2019-cu il təvəllüdlü X4 adlı övladları olmuşdur. Lakin ailə münasibətləri pozulduğu üçün onun iddiası əsasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1110/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsi ilə nikahın pozulması, uşağın onun yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin gəlirinin ¼ hissəsi miqdarında aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Nikaha daxil olmamışdan əvvəl el adət-ənənəsinə uyğun olaraq keçirilən toy və ona qədərki mərasimlər zamanı ona qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Nikaha daxil olduqdan sonra o, qaynatası Cavabdeh1 məxsus “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən evə və Abşeron rayonu Goradil qəsəbəsində yerləşən bağ evinə köçərək həmin evlərdə yaşamışdır. Həmçinin cehiz əşyalarını da həmin evlərdə yerləşdirmişdir. Ailə münasibətləri pozulsa da, ona məxsus əşyalar hələ də həmin evlərdə qalmışdır. Tərəfindən mediasiya təşkilatına müraciət edilsə də, cavabdehlər bəzi əşyalarının onlarda olmadığını bildirdiyi üçün mübahisənin barışıq yolu ilə həll edilməsi mümkün olmamışdır. Beləliklə, ona məxsus qızıl-zinət əşyaları və cehiz əmlakı həmin evlərdə qalmış və cavabdehlər həmin əşyaları ona qaytarmamışlar. “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında olan evdə qalmış əşyalar aşağıdakılardır: - 2 ədəd qızıl nişan üzüyü – dəyərləri ayrılıqda 2.500 manat və 600 manat olmaqla, ümumi dəyəri 3.100 manat; - 1 ədəd qara rəngli paltar asılqanı – dəyəri 60 manat; - 1 ədəd ortopedik matraslı taxt – dəyəri 700 manat. Goradil qəsəbəsində olan evin 3-cü mərtəbəsində qalmış əşyalar aşağıdakılardır: - 1 cüt sırğa, üzük, sep-klon və qolbaqdan ibarət komplekt qızıl dəsti – dəyəri 8.000 manat; - 1 ədəd süd rəngli qarderob – dəyəri 2.500 manat; - 1 ədəd taxta rəngli kitab şkafı – dəyəri 600 manat; - 1 ədəd ağ rəngli çilçıraq – dəyəri 400 manat; - 1 ədəd süd rəngli çilçıraq – dəyəri 350 manat; - 2 ədəd çilçıraq – dəyəri 300 manat; - 1 ədəd Fuji markalı kondisioner – dəyəri 1.150 manat; - 1 ədəd qapı-pəncərə jalüzü – dəyəri 100 manat; - 2 ədəd taxta rəngli balaca tumba – dəyəri 150 manat; - 2 ədəd mütəkkə və yorğan-döşək; - 1 ədəd “LG” markalı televizor – dəyəri 700 manat; - 1 ədəd trenajor velosiped – dəyəri 600 manat; - 1 ədəd boz rəngli uşaq arabası – dəyəri 700 manat; - 1 ədəd yaşıl rəngli uşaq velosipedi – dəyəri 200 manat; - 1 ədəd “Mercedes” markalı uşaq maşını – dəyəri 550 manat; - 1 ədəd ağ rəngli uşaq yatağı – dəyəri 700 manat; - 1 ədəd taxta rəngli uşaq taxtı – dəyəri 400 manat; - 1 ədəd ağ rəngli yataq və yorğan-döşək – dəyəri 150 manat; - 1 ədəd mürəkkəb rəngli çemodan – dəyəri 120 manat; - 1 ədəd dəmir kəfkir dəsti – dəyəri 50 manat; - ona məxsus kitablar – ümumi dəyəri 600 manat; - 1 ədəd böyük dibçək; - 1 ədəd boz rəngli taxt üstü pərdə - dəyəri 150 manat; - 1 ədəd tozsoran; pərdə aksessuarları; Goradil qəsəbəsində olan evin 1-ci mərtəbəsində qalmış ümumi dəyəri 17.000 manat təşkil edən əşyalar aşağıdakılardır: - 1 ədəd krem rəngli mətbəx mebeli - dəyəri manat; - 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın – dəyəri - 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın – dəyəri - 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi – dəyəri - 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator – dəyəri - 1 ədəd qara rəngli soba – dəyəri hesab edir ki, həmin əşyalar cehiz əmlak kimi ona məxsus olduğundan, habelə hədiyyə edildiyindən birgə nikah dövründə əldə edilmiş əmlak sayılmır və ona qaytarılmalıdır. Məhkəmə hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus olan, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 saxlanılan qızıl-zinət əşyalarının dəyəri 8.000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2.500 manat olan 1 ədəd qızıl nişan üzüyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyünün, cavabdehlərə məxsus evlərdə qalmış və ona qaytarılmamış cehiz əşyalarının dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, ümumi dəyəri 17.000 manat olan əşyaların: 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd boz rəngli “LG” markalı soyuducu, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli sobanın, qızıl-zinət və cehiz əşyalarının cavabdehlərdən alınıb ona verilməsi mümkün olmadıqda onların dəyərinin cavabdehlərdən tutularaq ödənilməsi, mediasiya arayışının alınması üçün ödənilmiş 50 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 158 manat, müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat məbləğində pulun cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunan cehiz əşyalarını götürüblər yalnız iddia ərizəsinə verilmiş dəqiqiləşmədə qeyd olunmuş əşyalar və qızılzinət əşyaları qalıb. Qiymətləndirmə hesabatı ilə razıdırlar. İddiaçı qızılları “masanın “üstündə qoyub çıxmışdır və bir daha həmin mənzilə qayıtmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin 20 fevral 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Ramilin nişan üzüyünu, anasının aldığı qolbağı və 25 qramlıq qızılı götürüb çıxdı. Onların aldığı bütün qızılları masanın üstə qoydu. Daha sonra hər ikisi evdən çıxdılar. Oğlanın nişan üzüyünü götürdü, çünki onu onlar almışdılar. Elçinin qardaşı oğlu sürücü idi onunla getmişlər. Açar Ramildə olub. Evə heç kim girməyib. Mayın 29-u paltarlarını götürüb, noyabrda isə o, heç nə götürmədən çıxıb. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının əşyaları evdədir heç kim əl vurmayıb gəlib götürməyiblər. Tələb olunan əşyaların bəziləri onlarındır. O, əsgərlikdə olduğu dövrdə atası bəzi ev əşyaları almışdır. İddiaçı həmin əşyaları tələb edir. Qızılların bir hissəsi isə özündədir. Qalanını acıq edib gətirib qoyub jurnal masasının üstünə. Həmin vaxt onlar mübahisə edirdilər və qızıllara toxunmadan bir yerdə mənzildən çıxmışlar. Sonuncu dəfə evdən necə çıxmışdılarsa, elə də qapısı bağlı qalmışdır. Mənzilin açarı yalnız özündə var. İki ay o evə gedən olmamışdır. Paltarlarını götürməyə gələndə də qızıl söhbəti olmamışdır. Özləri telefonla videoçəkiliş apariblar. Qohumları evə onlarla bir yerdə giriblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2016-cı ildə nişan olmuşdur. xx.xx.2017-ci ildə toy olub. xx.xx.2016-cı ildə qabyuyan, soyuducu, soba və paltaryuyanı Kontakt Homedan o alıb. Sənədlərini də məhkəməyə təqdim edib. Gəlini və oğlu ayrı yaşamışlar. Onların evi “Xalqlar Dostluğu” metrostansiyası tərəfdə yerləşir. Aralarında söz-söhbət olduqdan sonra oğlu onu xalasigilə aparmışdır və gəlin o vaxtan geri qayıtmamışdır. Gedəndə paltarları və qızılları özü ilə aparmışdır. ərizədə qeyd olunan ortopedikmatraslı taxtı o, evi tikdirəndə duzətdirib həm də 2 ədəd eyni. Şəkildə təqdim edib. Jalüzdən evində 3 mərtəbədə hamısı eynidi 14 ədəd var.Tumbaları da taxtı düzəldən usta düzəldib. Trenajor onların idi amma lap köhnəlmişdi atıblar. Mətbəx mebelini də özü ustaya yığdırıb iki ədəd. Məhkəmənin 20 fevral 2023-cü il tarixli iclasında dindirilmiş şahid X1 ifadəsində bildirdi ki, o, iddiaçının anasıdır. İki ədəd üzük və qızıl dəstini qarşı tərəf götürüb onlarda deyil. Əvvəl paltar götürməyə gedəndə qızıllar ortaya qoyulmuşdur. Onlar evdən çıxanda heçnə götürməmişlər. Birinci dəfə evə gedəndə o, qızı, bacısı, bacısının oğlu, onlardan öncə isə Ramil, Ramilin əmisi evə girdi. Evin açarı qarşı tərəfdə olub. İkinci dəfə gedəndə evdə qızıl görməmişdir. Cehiz əşyalarını yığanda o, bacısı, bacısının uşaqları, evdəki xadimə, mebeli sökən üç nəfər usta və sürücü. Evə birinci bacısı daxil oldu və ilk öncə zalı videoya çəkdi. Niyə çəkdiyini bilmir. Taxtı o, toydan öncə almışdır. Jalüzü, tumbanı, taxtın başının parçasını o, almışdır. Taxtın pulunu 10.000 dollar Ramilin anası Firuzəyə verib. Məhkəmənin 20 fevral 2023-cü il tarixli iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, iddiaçının xalasıdır. O, evə daxil olarkən qızıl görməmişdir. Birinci evə Ramil daxil olub, sonra bacısı və o, daxil olmuşlar. Evdə video çəkiliş aparmışdır. Evdə jurnal stolunda heçnə olmayıb. Uşaq otağında və mətbəxdə nə olduğunu xatırlamır. O, ancaq qonaq otağını çəkmişdir. Evdən bilinirdi ki, heç kim olmayıb. Mətbəxdə çirkli qablar qalmışdı. Güllər susuz qalıb qurumuşdu. Məhkəmənin 20 fevral 2023-cü il tarixli iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, o, bir dəfə “Xalqlar Dostluğu” metrostansiyasının yanında olan evdə olmuşdur. Evdə Gülüş, qardaşı və ustalar vardı. Evə birinci kimin girdiyini xatırlamır, amma o, sonda girdi. Birinci yataq otağına girdilər, sonra o biriləri yığışdırdılar. Onlar gözlədirlər Ramil gəldi sonra evə girdilər. Ev ikinci ya üçüncü mərtəbədə idi, deyəsən dəqiq xatırlamır. Qapını açanda birinci Ramil girib. Evə gedəndə qızıl söhbəti eşitmədi. Məhkəmənin 20 fevral 2023-cü il tarixli iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, onlar Xanımın cehiz əşyalarını götürməyə getmişdilər. O, Xanım, anası, Gülüş, Zahidə və Xanımın qardaşı idi. Birlikdə qalxdılar, lakin qapını Ramil açdı. Həmin vaxt qızıl söhbəti olmamışdır. Xanımın birinci hara girdiyini xatırlamır. Ramillə Elçin birinci koridorda idilər. Götürəcəkləri əşyaları göstərdilər. Qonaq otağı isə bir müddət bağlı olmuşdur. Ramilgil açdıqda isə orada qızıl görmədi. Məhkəmənin 20 fevral 2023-cü il tarixli iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, şəkildə göstərilən mebeli o yığmışdır. Yataq dəstinin isə tumbalarını yığmış, yatağı deyil. Termonu da, qarderobu da o, yığmışdır. Mətbəx mebelini də o yığmışdır. Təxmini 2000-dən çox ödəniş olmuşdur. Mebelin üstü mərmər görünüşlü idi. Mebeli quraşdıranda mənzildə yaşayış vardı. Məhkəmənin 20 fevral 2023-cü il tarixli iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, Elçin müəllimin evində o, pilləkan yığmış və polu şilifovka etmişdir. Təmir işi bir il çəkmişdir. Mebeli sexdə yığıb evdə quraşdırmışlar. Tumbanı o yığmamışdır. Təxmini 2016-cı ildə quraşdırmışlar. Yataq otağının mebelinin üstü tam pərdə idi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi azaldılmış həcmdə qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞB/5-03131 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında tərəflər iştirak etsələr də mediasiya prosesinə davam etdirməyə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1110/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında Səadət Sarayında (Bakı nikah evi) 29 dekabr 2017-ci il tarixdə 938 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 19 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması, Cavabdeh2 19 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 fevral 2022-ci il tarixdən başlayaraq hər ay qazancının və əlavə gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********45-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - Cavabdeh1 tərəfindən təqdim olunmuş “Kontakt Home” Mağazalar Şəbəkəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli quraşdırama talonundan görünür ki, “LG” markalı paltaryuyan maşın, “LG” markalı soyuducu, “Gorenje” markalı soba, “Bosch” markalı qabyuyan quraşdırılmışdır. - “Kontakt Home” Mağazalar Şəbəkəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli qəbzlərdən görünür ki, Cavabdeh1 “LG” markalı soyuducu üçün 2059,09 manat, “Gorenje” markalı soba üçün 959,90 manat, “LG” markalı paltaryuyan maşın üçün 899,90 manat, “Bosch” markalı qabyuyan üçün 1189,90 manat ödənilmişdir. - “Arçelik” tərəfindən verilən xx.xx.2016-cı il tarixli zəmanət talonundan görünür ki, “Arçelik” markalı qaz və aspirator Cavabdeh1 tərəfindən alınmışdır. - “X10 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli yekun hesabat aktından görünür ki, 1 ədəd qarnitur (dəst) sep, klon, sırğalar, üzük 25 qr, 750 əyar bazar dəyəri 5500 manat, 1 ədəd nişa üzüyü 4 qr, 750 əyar bazar dəyəri 2400 manat, 1 ədəd nişa üzüyü 3 qr, 750 əyar bazar dəyəri 450 manat, cəmi 8350 manat müəyyən edilir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-45/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, qızıl-ziynət əşyaları olan dəyəri 8000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2500 manat olan 1 ədəd qızıl nişan üzuyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyü. Cehiz əşyaların dəyəri 60 manat olan 1 ədəd qara rangli paltarasılqan, dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 2500 manat otan 1 ədəd süd rəngli qarderob, dəyəri 600 manat olan 1 ədəd taxta rəngli kitab şkafı, dəyəri 400 manat olan 1 ədəd ağ rəngli çılçıraq, dəyəri 350 manat olan 1 ədəd süd rəngli çılçıraq, dəyəri 300 manat olan 2 ədəd çılçıraq, dəyəri 1150 manat olan 1 ədəd “Fuji” markalı kondisioner, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, 2 ədəd mütəkkə və yorğan-döşək, dəyəri 700 manat olan 1 ədəd "LG" markalı televizor, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, dəyəri 700 manat olan 1 ədəd boz rəngli uşaq kolyaskası, dəyəri 200 manat olan 1 ədəd yaşıl rəngli uşaq velosipedi, dəyəri 550 manat olan 1 ədəd “Mercedes” markalı uşaq maşını, dəyəri 700 manat olan 1 ədəd ağ rəngli uşaq yatağı, dəyəri 400 manat olan 1 ədəd taxta rəngli uşaq taxtı, dəyəri 150 manat olan 1 ədəd ağ rəngli yataq və yorğan-döşəyi, dəyəri 120 manat olan 1 ədəd mürəkkəb rəngli çemodan, dəyəri 50 manat olan 1 ədəd dəmir kəfkir dəsti, ümumi dəyəri 600 manat olan ona məxsus kitablar, 1 ədəd böyük dibçək, dəyəri 150 manat olan 1 ədəd boz rəngli taxt üstü pərdə, 1 ədəd tozsoran, pərdə aksessuarlarının, ümumi dəyəri 17000 manat olan aşağıdakı əşyaların - 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd metal rəngli "Bosch" markalı qabyuyan maşın, 1 ədəd metal rəngli "LG" markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli "Arçelik" markalı qaz peçi, 1 ədəd metal rəngli "Arçelik"markalı aspirator, 1 ədəd qara rəngli soba siyahıya alınmışdır. - 04 fevral 2023-cü il tarixli aktdan görünür ki, qızıl-zinət əşyaları, ortopedik matraslı taxt, qapı-pəncərə jalüzü, 2 ədəd taxta rəngli balaca tumba, trenajor velosiped, krem rəngli mətbəx mebeli, qabyuyan maşın, paltaryuyan maşın, qaz peçi, aspirator və soba istinsa olmaqla digər əşyaları və həmin qərardadda göstərilməyən əlavə olaraq 2 ədəd pufik, 1 ədəd güldan, şəxsi geyim əşyaları İddiaçı tərəfindən ünvan 1ində olan cavabdehlərə məxsus evdən götürülərək təhvil alındı. - 09.10.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 158 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və Cavabdeh2 nişan mərasimi xx.xx.2016-cı il tarixdə, toy mərasimi isə xx.xx.2017-ci il tarixdə olmuşdur. Onlar xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girməklə alə qurmuşlar. Lakin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1110/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. İddiaçıya məxsus cehiz əşyalarının cavabdehlərə məxsus evlərdə yerləşdirilmişdir. İddiaçı eyni zamanda müvəqqəti təminat tədbiri barədə ərizə ilə də məhəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-45/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən ərizədə qeyd edilmiş əşyalar siyahıya alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehlərə məhsus evdən 04 fevral 2023-cü il tarixli aktda qeyd olunan əşyalardan başqa bütün əşyaları götürmüşdür. Hazırda həmin cehiz, qızıl-zinət əşyalarının cavabdehlərdən alınıb ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının dəyəri 8.000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2.500 manat olan 1 ədəd qızıl nişan üzüyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyünün alınaraq iddiaçıya təhvil verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı qızılları cavabdehə məxsus evdə jurnal masasının üzərinə qoyduğunu və evdən çıxdığını bildirmişdir. Bu halı Cavabdeh2 da təsdiq etdi və hər ikisinin mənzildən eyni vaxtda çıxdıqlarını bildirdi. Belə olan halda qızılların olduğu son yerin cavabdehə məxsus mənzildə olması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında verilmiş izahatlardan və şahid ifadələrindən müəyyən olunur ki, həmin mənzilin açarı Cavabdeh2 başqa heç kimdə olmayıb. Sonradan tərəflər evə gəldikdə qızılların evdə olmadığı müəyyən olunmuşdur. Həmçinin 04 fevral 2023-cü il tarixdə tərtib olunmuş akdan və iş materiallarında olan flash kartda olan videodan görünür ki, qızıllar evdə yoxdur. Odur ki, mənzlin açarının Cavabdeh2 da etiraf etdiyi kimi yalnız onda olduğundan və iddiaçının ondan xəbərsiz mənzilə girmə ehtimalının olmadığından qızılların cavabdeh tərəfdə qalması müəyyən olunur. İddiaçı qızıl-zinət əşyaları olmadıqda onların dəyərini tələb etdiyindən məhkəmə tərəfindən qiymətləndirmə keçirilmişdir. “X10 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli yekun hesabat aktından görünür ki, 1 ədəd qarnitur (dəst) sep, klon, sırğalar, üzük 25 qr, 750 əyar bazar dəyəri 5500 manat, 1 ədəd nişan üzüyü 4 qr, 750 əyar bazar dəyəri 2400 manat və 1 ədəd nişan üzüyü 3 qr, 750 əyar bazar dəyəri 450 manat, cəmi 8350 manat müəyyən edilir. Qeyd edilənlərə əsasən iddia bu hissədə təmin edilməli, qızıl-zinət əşyaları olan qızıl komplekt (1 cüt sırğa, üzük, boyunbağı, klon, qolbaq), 1 ədəd qızıl nişan üzüyü və 1 ədəd qızıl nişan üzüyü, qızıl-zinət əşyaları olmadıqda onların dəyəri olan 8350 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə “cavabdehlərə məxsus evlərdə qalmış və ona qaytarılmamış cehiz əşyalarının dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, ümumi dəyəri 17.000 manat olan əşyaların: 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd boz rəngli “LG” markalı soyuducu, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli sobanın cavabdehlərdən alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, 1 ədəd ortopedik matraslı taxt, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, ümumi dəyəri 17.000 manat olan əşyaların: 1 ədəd krem rəngli mətbəx mebel ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə məhkəmə iclaslarında dindirilmiş şahid ifadələri ilə müəyyən olundu ki, həmin əşyalar, yəni taxt, 2 ədəd taxta rəngli balaca tumba və 1 ədəd krem rəngli mətbəx mebeli ustalar tərəfindən yığılmış və dəyəri Cavabdeh1 tərəfindən ödənilmişdir. Həmçinin 1 ədəd boz rəngli “LG” markalı soyuducu, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli soba iş materiallarında olan qəbzlərdən və zəmanət talonundan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdə xx.xx.2017-ci il tarixli nikahdan əvvəl alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, qızıl-zinət əşyaları olan qızıl komplekt (1 cüt sırğa, üzük, boyunbağı, klon, qolbaq), 1 ədəd qızıl nişan üzüyü, 1 ədəd qızıl nişan üzüyü, qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri olan 8350 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən 50 manat mediasiya xərci, ödənilmiş 158 manat dövlət rüsumunun 92 manatı və müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manatın 15.80 manatı İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qızıl-zinət əşyaları olan qızıl komplekt (1 cüt sırğa, üzük, boyunbağı, klon, qolbaq), 1 ədəd qızıl nişan üzüyü, 1 ədəd qızıl nişan üzüyü, qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri olan 8350 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı verilsin. Cavabdeh2 50 manat mediasiya xərci, ödənilmiş 158 manat dövlət rüsumunun 92 manatı və müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manatın 15.80 manatı İddiaçı xeyrinə tutulsun, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar