Məhkəmə qərarları › İş №e-2(007)-3200/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3200/2025

10.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3200/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 013607 saylı order və Nizami rayon İH-nin xx.xx.1993-cü il tarixli, 3073 saylı sərəncamı olan hüquqmüəyyənedici sənədin həmin sənəddə adıçəkilən şəxs, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına edilmiş xx.xx.2025-ci il tarixli müraciət əsasında həmin orqan tərəfindən təqdim olunan keçmiş Nizami rayon İH-nin xx.xx.1993-cü il tarixli, 3073 saylı sərəncamının təsdiq edilmiş surətində nümayəndəsi olduğu şəxsin adı “Rafiq” olaraq qeyd olunmuşdur. Həmçinin 013607 saylı orderdə də nümayəndəsi olduğu şəxsin adı yalnış, yəni “Rafiq” olaraq qeyd edilmişdir. Lakin şəxsin adı “Rafiq” deyil, “Rafik”dir. Belə ki, bu fakt onun şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi, AZ-İ№ 78 saylı nikahın pozulması haqqında şəhadətnamədə də öz təsdiqini tapmışdır. 013607 saylı order və Nizami rayon İH-nin sözügedən sərəncamında qeyd olunan qeyri-müəyyənlik nümayəndəsi olduğu şəxsin əmlak hüquqlarının pozuntusuna səbəb olur. Odur ki, həmin sənədin nümayəndəsi olduğu şəxsə məxsusluğunun müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi zəruri hesab edir. İş üzrə sadalanan sənədlərdən göründüyü kimi adlar üst-üstə düşmədikdə, həmin sənədləri ərizəçi başqa qaydada ala bilmədikdə və yaxud itirilmiş sənədlərin alınması mümkün olmadıqda belə faktlar hüquqi fakt kimi təsdiq oluna bilər. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, ərizəçinin adı qeyd olunan sərəncam və orderdə səhv olaraq yəni ərizəçinin adı “Rafik” olsa da, “Rafiq” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onlara rəsmi qaydada imtina məktubu verməmiş, onlara məhkəmənin müraciət etməli olması qeyd edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. - İ ИЕ seriyalı 298263 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - Quba Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ nöməli, 523278 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 arasında olan nikaha Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə xx.xx.2005-ci il tarixdə xitam verilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin "xxxx" Səhmdar Şirkətinin “Termoizolyasiya” BQİ-nin işçisi X4 mənzil verilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 3073 saylı sərəncamından görünür ki, Nizami Rayon İcra Hakimiyyətinin ictimai mənzil komissiyasının 73 saylı, xx.xx.1993-cü il tarixli protokolunda Bakı şəhəri, Rahib Məmmədov küçəsindəki 2335-2336-cı məhəllə, 3 nömrəli evin, 1-ci giriş, mərtəbə 6, 2 otaqlı, mənzil sahəsi 28,82 kv.m olan 13 nömrəli mənzilin vətəndaş Ərizəçi 3 nəfər ailə tərkibi ilə (özü, arvadı və oğlu) verilməsi haqqında “Termoizolyasiya” BQİ-nin müdriyyəti və həmkarlar ittifaqı komitəsinin 3 nömrəli, xx.xx.1993-cü il tarixli qərarını təsdiq edir və həmin mənzilə köçmək üçün vətəndaş Ərizəçi order verilsin. Orderə daxil edilmişdir: X5, X2 və X8. - X3 Nizami Rayonu İcraiyyə Komitəsinin 013607 nömrəli orderinin surətindən görünür ki, X4 Bakı şəhəri, Rahib Məmmədov küçəsindəki 2335-2336-cı məhəllə, 3 nömrəli evin, 1-ci giriş, mərtəbə 6, 2 otaqlı, mənzil sahəsi 28,82 kv.m olan 13 nömrəli mənzili verilmişdir. Ailə tərkibinə X5 (özü), X2 (arvadı) və X8 (oğlu) daxildir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçi tərəfin izahatını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2-ci, 307.2.5ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 3073 saylı sərəncamı və X3 Nizami Rayonu İcraiyyə Komitəsinin 013607 nömrəli orderi əsasında X4 Bakı şəhəri, Rahib Məmmədov küçəsindəki 2335-2336-cı məhəllə, 3 nömrəli evin, 1-ci giriş, mərtəbə 6, 2 otaqlı, mənzil sahəsi 28,82 kv.m olan 13 nömrəli mənzil verilmişdir. Doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, ərizəçinin adı “Rafik” kimi qeyd edilmişdir. Bununla əlaqədar ərizəçi onun adına olan mənzil üzrə müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə də ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin “"xxxx" Səhmdar Şirkətinin “Termoizolyasiya” BQİ-nin işçisi X4 mənzil verilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 3073 saylı sərəncamının və X3 Nizami Rayonu İcraiyyə Komitəsinin 013607 nömrəli orderinin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100,60 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin “"xxxx" Səhmdar Şirkətinin “Termoizolyasiya” Bakı Quraşdırma İdarəsinin işçisi X4 mənzil verilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 3073 saylı sərəncamının və X3 Nizami Rayonu İcraiyyə Komitəsinin 013607 nömrəli orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,60 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar