Məhkəmə qərarları › İş №e-2(010)-379/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-379/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-379/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti) şəxsin sənəddə göstərilən adı, atasının adının onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adının həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 29 aprel 1987-ci ildə Orcenikidze rayon X6 Soveti İcraiyyə Komitəsinin XİX çağırış iclasının protokolunda (qərarında) yazılmış X2 İddiaçı ilə və xx.xx.1987-ci il tarixdə verilmiş № 263595 saylı orderdə Nəbiyev soyadından sonra ad əvəzinə yazılmış "C" hərfini Cavidan, "N" hərfini isə Niyazi adı olması və həmin sənədlərin İddiaçı Niyazı oğluna məxsus olması faktının müəyyən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Vəkil daha sonra iddia ərizəsinə dəqiqləşmə verərək xx.xx.1987-ci il tarixdə verilmiş № 263595 saylı orderdə Nəbiyev soyadından sonra ad əvəzinə yazılmış "C" hərfinin Cavidan adı, "N" hərfinin isə Niyazi adının olmasına və həmin orderin İddiaçı Niyazı oğluna məxsus (aid) olması faktının müəyyən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Vəkil daha sonra iddia ərizəsinə dəqiqləşmə verərək 29 aprel 1987-ci ildə Orcenikidze rayon X6 Soveti İcraiyyə Komitəsinin XİX çağırış iclasının protokolu ilə 14. 05.1987-ci il tarixdə verilmiş № 263595 saylı orderin İddiaçı Niyazı oğluna məxsus olması faktının müəyyən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Vəkil daha sonra iddia ərizəsinə dəqiqləşmə verərək 29 aprel 1987-ci ildə Orcenikidze rayon X6 Soveti İcraiyyə Komitəsinin XİX çağırış iclasının protokolunun (qərarının) və həmin protokol əsasında xx.xx.1987-ci il tarixdə verilmiş № 263595 saylı orderin İddiaçı Niyazı oğluna məxsus olması faktının müəyyən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ərizəçi İddiaçı Nyazi oğlu xx.xx.1960-cı ildə Şəki şəhərində anadan olmuşdur. 29 aprel 1987-ci ildə işlədiyi yerdən mənzil növbəsi əsasında Orcenikidze (iniki Suraxanı) rayon X6 Soveti İcraiyyə Komitəsinin XİX çağırış iclasının (qərarı) protokoluna əsasən hal-hazırda yaşadığı ünvan 1 (ümumi sahəsi 2-otaqlı, 29,11 kv.m, 5-ci blok, 7-ci mərtəbədə yerləşən mənzil) ona verilmiş və bu barədə bir nəfər ailə üzvü ilə onun (ərizəçinin) adına xx.xx.1987-ci il tarixdə № 263595 saylı order yazılmışdır. Belə ki, bu barədə 29 aprel 1987-ci ildə Orcenikidze rayon X6 Soveti İcraiyyə Komitəsinin XİX çağırış iclasının (qərarında) protokolunda ərizəçinin soyadı olduğu kimi yazılsa da, adı Cavidan əvəzinə Cavanşir, ata adı isə Niyazi əvəzinə Niyaz kimi yazılmışdır. Yəni sənəddə doğum şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində yazılmış öz adı və atasının adı həmin protokolda fərqli, yəni səhv yazılmışdır. Bu səbəbə görə də, ünvan 1 ünvanında yerləşən evin özəlləşdirilməsi üçün müvafiq dövlət orqanına rəsmi müraciət edə bilməmişdir. 29 aprel 1987-ci ildə Orcenikidze rayon X6 Soveti İcraiyyə Komitəsinin XİX çağırış iclasının qərarına əsasən xx.xx.1987-ci il tarixdə verilmiş orderdə düzəliş edilməsi barədə Suraxanı RİH-nə ərizə ilə müraciət etmiş və həmin ərizəyə xx.xx.2022-ci il tarixdə rəsmi cavab verilərək bildirilmişdir ki, "xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş mənzil məcəlləsində dövlət mənzil fondunun yaşayış sahələrinin order əsasında verilməsi, bu orderlərdə hər hansı bir düzəliş edilməsi nəzərdə tutulmadığından müraciətində qaldırdığı məsələnin həlli RİH-in səlahiyyəti xaricindədir". Belə ki, 29 aprel 1987-ci ildə Orcenikidze rayon X6 Soveti İcraiyyə Komitəsinin XİX çağırış iclasının protokolunda (qərarında) ərizəçinin adı və ata adı nə doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində göstərilən adı və ata adı ilə düz gəlmir. Yəni qeyd edilən protokolda (qərarda) adı və ata adı səhv yazılmış, həm də həmin qərar əsasında verilmiş orderdə adı və ata adının əvəzinə adının və ata adının baş hərfləri yazılmışdır. Yəni, protokolda ərizəçinin adının ata adınən səhv yazılması, həmçinin orderdə adının və ata adının baş həriflərinin yazılması müvafiq dövlət orqanlarının səhvlər, nəticəsində yarandığından və həmin səhvlərin həmin dövlət orqanlarının bu gün fəaliyyətdə olan hüquqi varisləri hesab edilən aidiyyəti dövlət orqanları tərəfindən düzəldilməsi barədə cəhdləri heç bir nəticə vermədiyindən, həmin dövlət orqanlarının səhvləri nəticəsində pozulmuş hüquqlarının bərpa olunması üçün 29 aprel 1987-ci ildə Orcenikidze rayon X6 Soveti İcraiyyə Komitəsinin XİX çağırış iclasının protokolunun (qərarının) və xx.xx.1987-ci il tarixdə verilmiş orderin İddiaçı məxsus olması faktının müəyyən olunması haqqında qətnamə qəbul edilməlidir. Odur ki, qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında MTKİH-in 165 saylı MTK tərəfindən verilmiş xx.xx.2023 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən № 263595 saylı, xx.xx.1987-ci il tarixli orderə əsasən 1987-ci il tarixdən ünvan 1 ünvanında yaşayır və həmin mənzil ona məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş BA-03559-2022 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı rayon İH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli 52 saylı protokolda İddiaçı barədə deyil, X4 olmaqda Dövlət Arxivinin Bakı filialında mövcuddur. İş materiallarına əlavə edilmiş 859993 nömrəli, xx.xx.1960-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur, anası X7 və atası X8r. İş materiallarında olan Bakı şəhəri Orcenikidze rayon X6 Soveti İcraiyyə Komitəsinin XİX çağırış iclasının xx.xx.1987-ci il tarixli, 52 nömrəli protokolundan müəyyən olunur ki, Orcenikidze rayon İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 50 saylı qərarına əsasən X5 bir nəfər ailə üzvü olmaqla 15 saylı MTK-da 2 otaqlı mənzilin payçısı hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Orcenikidze rayon X6 Soveti İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 263595 saylı orderdən görünür ki, Günəşli qəsəbəsi, A/B, 16 saylı evin 86 saylı mənzili Nəbiyev.C.N. verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Orcenikidze rayon X6 Soveti İcraiyyə Komitəsinin XİX çağırış iclasının xx.xx.1987-ci il tarixli, 52 nömrəli protokoluna əsasən Orcenikidze rayon İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 50 saylı qərarı ilə X5 bir nəfər ailə üzvü olmaqla 15 saylı MTK-da 2 otaqlı mənzilin payçısı hesab olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında MTKİH-in 165 saylı MTK tərəfindən verilmiş xx.xx.2023 saylı arayışa əsasən İddiaçı № 263595 saylı, xx.xx.1987-ci il tarixli order əsasında 1987-ci il tarixdən ünvan 1 ünvanında yaşayır və həmin mənzil ona məxsusdur. Məhkəməyə təqdim olunmuş orderdə və protokolda İddiaçı əvəzinə X1 qeyd olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 16 saylı evin 86 saylı mənzilin ayrılmasına dair Bakı şəhəri Orcenikidze rayon X3 İcraiyyə Komitəsinin XİX cağırış iclasının xx.xx.1987-ci il tarixli, 52 saylı protokolunun (qərarının) və xx.xx.1987-ci il tarixli 263595 saylı orderin xx.xx.1960-cı il təvəllüdlü “İddiaçı” oğluna məxsus olması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 16 saylı evin, 86 saylı mənzilin ayrılmasına dair Bakı şəhəri Orcenikidze rayon X3 İcraiyyə Komitəsinin XİX cağırış iclasının xx.xx.1987-ci il tarixli, 52 saylı protokolunun (qərarının) və xx.xx.1987-ci il tarixli 263595 saylı orderin xx.xx.1960-cı il təvəllüdlü “İddiaçı” oğluna məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar