Məhkəmə qərarları › İş №e-2(012)-3200/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3200/2025

22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3200/2025 22.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılaraq ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsi ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi nümayəndəsi Nümayəndə Abşeron Rayon Məhkəməsinə ərizə verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu X4 vasitəsilə xx.xx.2025-ci ildə saat 15:26-da Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» tələbinə dair 2(012)-3200/2025 saylı mülki iş üzrə X4 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi nümayəndəsi Nümayəndə qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar