Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3264/2025 02.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X10 və X6 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X10 və Cavabdeh2 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı cavabdehlər X10 və "xxxx" MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və X4 İddiaçı xeyrinə 70000 (yetmiş min) manat mənəvi ziyan və ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, İddiaçı cavabdehlər “Azerbaijan Coca-Cola Bottlers" MMCdən və X4 İddiaçı xeyrinə 70000 (yetmiş min) manat mənəvi ziyan və ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası dövründə müəyyən olunmuşdur ki, “Azerbaijan Coca-Cola Bottlers" MMC ilə Cavabdeh2 arasında (Fin: xxxxxxx) D004/2020 nömrəli, xx.xx.2020-ci il tarixli distribyutorluq müqaviləsi bağlanmışdır. Buradan da məlum olur ki, hadisəni törədən sürücü X14 əmək münasibətlərini icra edərkən Cavabdeh2 xidmət göstərmişdir və onun sifarişlərini icra etmişdir. Odur ki, qeyd olunan halları nəzərə alaraq cavabdeh “Azerbaijan Coca-Cola Bottlers" MMC-nin cavabdehlər siyahısından çıxarılması və Cavabdeh2 cavabdeh ilə əvəz edilməklə cavabdeh qismində cəlb edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh “Azerbaijan Coca-Cola Bottlers" MMC-nin Cavabdeh2 ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X5 itkisi ailəsi üçün dərin və ağır bir kədər buraxmışdır. Qeyd edildiyi kimi Məhəmməd Quliyev 05 oktyabr 2003-cü il tarixdə anadan olmuşdur. Vəfat etdiyi vaxt onun cəmi 16 yaşı olmuş, hələ yeniyetməlik dövründə, həyatının ən gənc çağında, gələcək arzularını həyata keçirməyə hazırlaşdığı bir dövrdə qəfil və faciəvi şəkildə həyatdan ayrılmışdır. O, ailənin böyük oğlu olmuş və ailəsinin gələcək ümid yeri sayılmışdır. Onun həyatdan qəfil və faciəvi şəkildə ayrılması anası üçün bərpaolunmaz bir itki olmuşdur. Bu ağır faciədən sonra ana mənəvi sarsıntıya düçar olmuş, oğlunun qəfil və amansız itkisi ilə sarsılmışdır. Ana üçün övladını itirmək təkcə böyük psixoloji sarsıntı deyil, həm də bütün həyatının mənasının, gələcək ümidlərinin və yaşamaq stimulunun itməsidir. Belə olan halda yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən bu faciəvi hadisə ananın mənəvi dünyasında sağalmaz izlər buraxmışdır. O, övladını itirməklə həm gələcəkdə ona arxa-dayaq olacaq övladını, həm də öz həyatının ən qiymətli dəyərini itirmişdir. Bu acı və ağrı onun həyatının sonunadək davam edəcək və heç bir məbləğlə ölçülməyəcək bir iztirab olacaqdır. Hadisə nəticəsində iddiaçı - mərhumun anası ömrünün sonuna qədər sağalmayacaq bir yara ilə yaşamağa məhkum edilmişdir. O, hər gün övladının vaxtsız itkisini xatırlayır, məktəbini bitirib ali təhsil almalı olan, ailəsinə dayaq olmalı olan övladının olmaması ilə barışa bilmir. Övladını uşaq yaşında, 16 yaşında itirməsi isə ona ikiqat zərbədir. Psixoloji baxımdan ağır sarsıntılar keçirməklə yanaşı, bu itki onun gündəlik həyatına, sağlamlığına və sosial münasibətlərinə də ciddi mənfi təsir göstərmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, X14 zərərçəkmişin ailəsinə məhkəmə istintaqının gedişatı zamanı dəfn xərclərinin əvəzi kimi 6000 manat vəsait vermişdir. Lakin bu iddiaçının mənəvi ziyan tələb etməsini istisna etmir. Bu səbəbdən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi və 2 (iki) il müddətinə nəqliyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablanması hökm edilmişdir.
9. AZ-İİ seriyalı, 107190 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
10. 09 avqust 2018-ci il, 648973 nömrəli etibarnamənin surətindən görünür ki, “Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam yerməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı, (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənimadımdan ərizə verməyi, imza etməyi, işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm. Qeyd: Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələrim, etibar edən qismində mənə ətraflı izah olundu. Bu etibarnamə "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. X10 etibar edir. Etibarnamə 5 il müddətinə verilib və xx.xx.2023-cü ilədək qüvvədədir.
11. 20.10.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında 04 yanvar 2020-ci il tarixdə D-004/2020 nömrəli distribyutorluq müqaviləsi bağlanmışdır.
12. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 yanvar 2020-ci il tarixli, D- 004/2020 nömrəli “Distribyutorluq” müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən Şirkət istehsal və satışını təşkil etdiyi və hazırda payı 35%-dən artıq olan sərinləşdirici spirtsiz içkiləri, çayları (bundan sonra "İ Qrup məhsullar") və bazarda payı 35% və daha az olan sərinləşdirici spirtsiz içkiləri, çayları (bundan sonra "İİ Qrup məhsullar") (İ Qrup Məhsullar və İİ Qrup Məhsullar birlikdə bundan sonra "Məhsullar" adlandırılacaq) "xxxx"-ndə nəzərdə tutulmuş bölgədə fəaliyyət göstərəcək Distribyutora satmağı və çatdırmağı öhdəsinə götürür. "xxxx" müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqaviləyə əsasən alıcı üzərinə aşağıdakı öhdəliyi götürmüşdür: "xxxx"-ndə dəqiq müəyyən olunmuş ərazidə yalnız Şirkətin istehsal və satışını təşkil etdiyi və edəcəyi sərinləşdirici spirtsiz içkiləri, çayları qaytarılan və qaytarılmayan şüşə qabları, yeşikləri (premix və postmix tanklar, CO2 qaz balonu və s.) birbaşa özü və (və ya) nümayəndələri vasitəsi ilə öz satış yerlərində və bölgəsində olan "Satış məntəqələrində" müştərilərə satmaq və çatdırmaq.
13. 7E-4154 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X2 Dilman Salman oğluna “X21 yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün vermişdir.
14. 26 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə müraciət etmək üçün 300 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında 04 yanvar 2020-ci il tarixli, 0-004/2020 nömrəli “Distribyutorluq müqaviləsi” bağlanmışdır. Cavabdeh2 qardaşı X10 09 avqust 2018-ci il, 648973 nömrəli əmlakın idarə olunması və işlərin yerinə yetirilməsi üçün etibarnamə vermişdir. X1 Nizami Nəbi oğlunun mülkiyyətində olan avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi törətmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X14 31 iyul 2020-ci il tarixdə saat 22:35-də “BC” kateqoriyalı, AB seriyalı 47711 nömrəli sürücülük vəsiqəsi və 7E-4154 seriyalı etibarnamə əsasında X10 məxsus səs siqnalı nasaz vəziyyətdə idarə etdiyi “X21 yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi istiqamətindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu ilə üzü Binəqədi qəsəbəsi istiqamətində saatda təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini və Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu döngə 5 ünvanının qarşısından keçən avtomobil yolunda hərəkətdə olduğu yolun sağ tərəfi ilə ona doğru üzbəüz velosipedlə hərəkət edən X12 velosipedin idarə etməsini itirib, yolun hərəkət hissəsinə yıxılmış, Dilman Zamanov ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi və 2 (iki) il müddətinə nəqliyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablanması hökm edilmişdir. Hazırda iddiaçı Cavabdeh2 və X4 İddiaçı xeyrinə 70000 manat mənəvi ziyan və ödənilmiş 300 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasi Konstitusiyasının:
24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
18. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı:
Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olubolmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər.
20. “Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarı:
Kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.
21. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının:
8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin izahatnı dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
23. İşin hallarından və məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında 04 yanvar 2020-ci il tarixdə D-004/2020 nömrəli “Distribyutorluq müqaviləsi” bağlanmışdır. Cavabdeh2 qardaşı X10 əmlakın idarə olunması və işlərin yerinə yetirilməsi üçün etibarnamə vermişdir. X14 7E-4154 reyestr nömrəli etibarnamə əsasında X7 mülkiyyətində olan səs siqnalı nasaz vəziyyətdə olan “X21 yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi törətmişdir.
24. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən X14 31 iyul 2020-ci il tarixdə saat 22:35-də “BC” kateqoriyalı, AB seriyalı 47711 nömrəli sürücülük vəsiqəsi və 7E-4154 seriyalı etibarnamə əsasında X10 məxsus səs siqnalı nasaz vəziyyətdə idarə etdiyi “X21 yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi istiqamətindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu ilə üzü Binəqədi qəsəbəsi istiqamətində saatda təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini və Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu döngə 5 ünvanının qarşısından keçən avtomobil yolunda hərəkətdə olduğu yolun sağ tərəfi ilə ona doğru üzbəüz velosipedlə hərəkət edən X12 velosipedin idarə etməsini itirib, yolun hərəkət hissəsinə yıxılmış, D.Zamanov ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi və 2 (iki) il müddətinə nəqliyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablanması hökm edilmişdir.
25. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 yanvar 2020-ci il tarixdə D- 004/2020 nömrəli “Distribyutorluq müqaviləsi” əsasında, X7 mülkiyyətində olan “X21 yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X14 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmənin 1(001)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündə «“Coca cola” şirkətinə işə düzələndə ona həmin şirkətin yük maşınlarından biri etibar edilərək həmin maşınlardan birinə görə etibarnamə verilmişdir. 17 iyul 2020-ci il tarixindən etibarən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə X7 adına olan “X21 yük” markalı, AZ ** CB *** dövlət qeydiyyat nişanlı yük avtomobilini xx.xx.2022-ci il tarixinədək hüquqi qüvvəsi olan AB № 477111 seriyalı, “BC” dərəcəli sürücülük vəsiqəsi və xx.xx.2020-ci il tarixdə verilmiş 7E-4154 seriyalı etibarnamə ilə idarə etmişdir.» kimi ifadə verməsi qeyd olunmuşdur.
26. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, «İş üzrə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, fərdi sahibkarlıqla məşğuldur, onun iki ədəd “X21” markalı yük markalı avtomobili vardır. Həmin yük avtomobillərindən biri AZ ** CB *** dövlət qeydiyyat nişanlıdır. “Coca Cola” şirkətinin, habelə digər şirkətlərin mallarını həmin şirkətin Sulutəpə qəsəbəsindəki anbarlarından təhvil götürüb Məhəmmədi kəndindəki anbara aparıb yığdıraraq orada səyyar satışı ilə məşğuldur. Onun özü rəsmi olaraq “Coca-cola” şirkətində işləməmiş, sadəcə həmin şirkətin mallarını özünə məxsus yük avtomobilləri ilə şirkətdən təhvil alıb aparıb satmışdır. O, 17 iyul 2020-ci il tarixdə Dilman Zamanovun adına “Mercedes Ateco yük” markalı, AZ ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Dilmanın sürücülük vəsiqəsinin müddətinə uyğun 2 il 2 ay 21 gün müddətinə etibarnamə vermişdir. Həmin etibarnamə Dilman Zamanova nəqliyyat vasitəsini yalnız idarə etmək üçün verilmişdir. 17 iyul 2020-ci il tarixdən etibarən Dilman Zamanov şəxsən ona məxsus “X21 yük” markalı, AZ ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə başlamışdır. Dilman hər gün səhər saat 08 radələrində Məhəmmədi kəndindəki depoya getmiş, orada “X21 yük” markalı, AZ ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilini təhvil almış, axşama qədər “Coca-cola” şirkətinin Sulutəpə qəsəbəsindəki anbarından yükləri təhvil götürüb Məhəmmədi kəndindəki depoya gətirib boşaltmışdır. Gün ərzində Dilman həmin qaydada 3-4 reys etmişdir. 01 avqust 2020-ci il tarixdə səhər tezdən Dilmanın qardaşı zəng edib ona Dilmanın 31 iyul 2020-ci il tarixdə gecə saat 23 radələrində onun etibar etdiyi “X21 yük” markalı, AZ ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə “Cocacola” şirkətinin Sulutəpə qəsəbəsindəki anbarından yükü təhvil götürüb Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqəli yolu ilə üzü Binəqədi istiqamətində hərəkətdə olarkən ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyini demişdir. O, “X21 yük” markalı, AZ ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin siqnalının işləmədiyini bilməmişdir, Dilman ona bunu deməmişdir. O, siqnalın işləmədiyini bilsəydi, siqnalını mütləq düzəltdirərmiş. Dilmanla o, gündəlik 15 manatdan danışmışlar, aya hesablayanda elə 400-450 manat etmişdir. Zamanov Dilman heç vaxt “Coca Cola” şirkətində işləməmişdir və orada işə götürürülməmişdir.»
27. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 yanvar 2020-ci il tarixli “Distribyutorluq” müqaviləsinə əsasən Cavabdeh2 "xxxx"-ndə dəqiq müəyyən olunmuş ərazidə yalnız Şirkətin istehsal və satışını təşkil etdiyi və edəcəyi sərinləşdirici spirtsiz içkiləri, çayları qaytarılan və qaytarılmayan şüşə qabları, yeşikləri (premix və postmix tanklar, CO2 qaz balonu və s.) birbaşa özü və (və ya) nümayəndələri vasitəsi ilə öz satış yerlərində və bölgəsində olan "Satış məntəqələrində" müştərilərə satmağı və çatdırmağı öhdəsinə götürmüşdür. Bu səbəbdən X15 özünə məxsus yük avtomobillərini “Coca-Cola” şirkətinin istifadəsinə vermişdir. X15 “Mercedes Ateco yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili Zamanov Dilmana idarə etmək üçün etibarnamə vermişdir. X8 təqsirli hərəkəti nəticəsində də iddaçının övladı ölmüşdür. Bütün bu hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqini tapır.
28. Belə olan halda məhkəmə hesab edir edir ki, cavabdehlər X15 və X13 hər ikisi iddiaçıya vurulmuş mənəvi ziyana görə cavabdehlik daşıyır. Odur ki, mənəvi ziyan hər iki cavabdehdən müştərək qaydada iddiaçını xeyirinə tutulmalıdır.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
30. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X8 zərərçəkmişin ailəsinə məhkəmə istintaqının gedişatı zamanı dəfn xərclərinin əvəzi kimi 6000 manat vəsait verdiyi bildirmişdir. Lakin yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə görə bu iddiaçının oğlunun ölümünə görə cavabdehlərdən mənəvi ziyan tələb etməsini istisna etmir.
31. Göründüyü kimi iddiaçının övladının ölməsi onu dərindən sarsıtmışdır. Hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı streslər, əzab və əziyyətlərlə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir.
32. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir.
33. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
34. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. X14 törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X5 ölümünə səbəb olmuşdur. Bu da iddiaçının (ananın) yeniyetmə yaşında olan oğlunu itirməsi ilə bağlı sarsıntı, iztirab, əzab çəkməsi nəticəsində mənəvi zərər dəyməsinə səbəb olmuşdur.
35. Məhkəmə iddiaçıya dəymiş mənəvi ziyanın məbləğini 5000 manat həddində müəyyən edilməsini ağlabatan hesab edir.
Məhkəmə baxışının hədləri:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Məhkəmə xəcləri:
37. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 300 manat dövlət rüsumunun 21,42 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
38. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X4 və X3 müştərək qaydada 5000 manat mənəvi ziyan və məhkəmə xərclərinə aid olan ödənilmiş 300 manat dövlət rüsumunun 21,42 manatı tutularaq İddiaçı ödənilməlidir.
39. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər X4 və X3 müştərək qaydada 5000 manat mənəvi ziyan və məhkəmə xərclərinə aid olan ödənilmiş 300 manat dövlət rüsumunun 21,42 manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova