Məhkəmə qərarları › İş №e-2(007)-331/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-331/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-331/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh5, X1, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 19.11.2019 il tarixli, NZNPT-0089 saylı Baş kredit müqaviləsi üzrə 30997,18 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 8906,61 manat məbləğində faiz borcu, cərimə borcuna görə 7000 manat olmaqla, cəmi 46903,79 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 230,71 manat məbləğində, cəmi 260,71 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 47,1 kv.m ümumi sahədən ibarət mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 19.11.2019 il tarixli, NZNPT-0089 saylı kredit müqaviləsi üzrə cəmi 46903,79 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 260,71 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında 47,1 kv.m ümumi sahədən ibarət mənzilinə yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 ünvan 1 ünvanında 47,1 kv.m ümumi sahədən ibarət mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami» filialı ilə Cavabdeh2 arasında bağlanmış 19.11.2019-cu il tarixli, NZNPT-0089 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% dərəcəsi olmaqla 48 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. 19.11.2019-cu il tarixli, NZNPT-0089 saylı saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 19.11.2019-cu il tarixli, NZNPT-0089 saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 31747,18 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6368,03 manat məbləğində faiz borcu və 328,56 manat məbləğində dəbbə borcu, cəmi 38443,77 manat təşkil etmişdir. 19.11.2019-cu il tarixli, NZNPT-0089 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 47,1 kv.m ümumi sahədən ibarət mənzili 19.11.2019 il tarixli, NZNPT- 0089 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Bundan başqa İddiaçı ASC-nin “Nizami» filialı arasında bağlanmış 19.11.2019-cu il tarixli, NZNPT- 0089 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər cavabdeh - Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ilə İddiaçı ASC-nin “Nizami» filialı arasında 03.03.2015-ci ildə Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Zaminlik müqavilələrinə görə zamin və borclu 19.11.2019-cu il tarixli, NZNPT-0089 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 19.11.2019-cu il tarixli, NZNPT-0089 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Mülki iş məhkəmə baxışında olduğu vaxt ərzində borcalanın banka olan əsas borcu azalmış, faiz və dəbbə borcu artmışdır. İddiaçı ASC məhkəməyə 30.03.2022-ci il tarixdə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, cərimələr və evin qiymətləndirilməsi ilə razı olmadığını, pandemiya ilə bağlı olan dövrdə cərimələrin olmaması lazım olduğunu, 3 aya 7000 manat cərimənin gəlməsinin mümkün olmadığını, eyni zamanda evin qiymətinin az qoyulduğunu, evinə qiymətləndirmənin gəlib baxış keçirmədiyini, qiymətləndirici evə baxış keçirmədiyi halda evi qiymətləndirdiyini, evinin 2 otaqlı, təmirli və evin sahəsinin 47 kv.metr olduğunu, 2 otaqlı təmirsiz, birinci mərtəbədə yerləşən evlər 68000 manata olduğunu qeyd etmiş, lakin iş üzrə təkrara qiymətləndirilməyə göndərilməsi istənilməmiş və məhkəmədən maddi vəziyyətinin nəzərə alınaraq cərimə məbləğində güzəşt edilməsini və icra mərhələsində ona borcunun hissəhissə ödənilməsinə köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 19.11.2019-cu il tarixli, NZNPT-0089 saylı Baş kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehlərə şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 35000 manat məbləğində aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmişdir. - 19.11.2019-cu il tarixli, NZNPT-0089 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan borcalan Cavabdeh2 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,1 kv.m. olan 169 saylı mənzil kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi ipoteka qoymuşdur; - 19.11.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 35000 manat məbləğində pulu İddiaçı ASC-dən qəbul etmişdir. - İddiaçı ASC-nin 10.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcluların 30997,18 manat məbləğində əsas kredit borcu, 8906,61 manat məbləğində faiz borcu, 7000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 46903,79 manat məbləğində borcu vardır. - Məhkəmənin qərardadına əsasən “X3 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 28.01.2022-ci il tarixli rəylə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,1 kv.m. olan 169 saylı mənzilin hazırkı bazar qiyməti təqribən 61.200 manat, likvid dəyəri 58000 manat təşkil etmişdir. - 26.10.2021-ci il və 10.03.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 205,33 və 25,78 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalanlar”a 48 ay müddətinə, illik 20 faiz olmaqla, 35000 manat məbləğində pul ayrılmışdır. Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə ipoteka qoyan borcalan Cavabdeh2 arasında bağlanmış 19.11.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,1 kv.m. olan 169 saylı mənzilin kredit müqaviləsi üzrə Cavabdeh2 yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Lakin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC-nin 10.03.2022-ci il tarixli maliyyə arayışı üzrə borcluların 30997,18 manat məbləğində əsas kredit borcu, 8906,61 manat məbləğində faiz borcu, 7000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 46903,79 manat məbləğində borcu müəyyən olunmuşdur. “X3 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 28.01.2022-ci il tarixli rəy ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,1 kv.m. olan 169 saylı mənzilin hazırkı bazar qiyməti təqribən 61.200 manat, likvid dəyəri 58000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Qeyd edilənlərlə müəyyən olundu ki, borclular Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC ilə bağladığı 19.11.2019-cu il tarixli, NZNPT-0089 saylı kredit müqaviləsi üzrə götürdükləri öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdehlər müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə qeyd edir ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi aparılmış və ipoteka predmetinin hazırkı likvid dəyərinin 58000,0 manat olması müəyyən edilmişdir. Belə olan halda, qiymətləndiricinin gəldiyi nəticə obyektiv, qərəzsiz və hərtərəfli hesab edilərək ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndiricinin hesabat aktında göstərilənlər əsas götürülməlidir. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh2 ona məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə digər borclularla birlikdə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,1 kv.m. olan 169 saylı mənzilin hərracda ilkin satış qiyməti 58000 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməli, hərrac yolu ilə satıldıqdan sonra mənzil ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, kredit razılaşması üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 Şahbazova Səbı̇ nə Vəlı̇ yulla qızından, Nadı̇ rova Xanım Arı̇ fovnadan, Murğuzova Nazı̇ lə Məmməd qızından və Murğuzov Vəlı̇ yulla Bəxtı̇ yar oğlundan 19.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 30997,18 manat məbləğində əsas borc, 8906,61 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 40003,79 manat pul məbləği və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 230,71 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh2n mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 47,1 m2 ümumi sahədən ibarət 39 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 58.000,00 manat müəyyən edilməli və həmin mənzil açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməli, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 47,1 m2 ümumi sahədən ibarət 39 nömrəli evin 69 nömrəli mənzili boşaldaraq banka təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh2 Şahbazova Səbı̇ nə Vəlı̇ yulla qızından, Nadı̇ rova Xanim Arı̇ fovnadan, Murğuzova Nazı̇ lə Məmməd qızından və Murğuzov Vəlı̇ yulla Bəxtı̇ yar oğlundan əmlakın qiymətləndirilməsi ilə bağlı 250 manat xərc məbləği tutularaq "X3 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 Şahbazova Səbı̇ nə Vəlı̇ yulla qızından, Nadı̇ rova Xanım Arı̇ fovnadan, Murğuzova Nazı̇ lə Məmməd qızından və Murğuzov Vəlı̇ yulla Bəxtı̇ yar oğlundan 19 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 30997,18 manat məbləğində əsas borc, 8906,61 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 40003,79 manat pul məbləği, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 230,71 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh2n mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 47,1 m2 ümumi sahədən ibarət 39 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 58.000,00 manat müəyyən edilsin və həmin mənzil açıq hərracdan satılsın. Əldə olunacaq vəsait hesabına kredit borcu ödənilsin. Tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 47,1 m2 ümumi sahədən ibarət 39 nömrəli evin 69 nömrəli mənzili boşaldılaraq banka təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Əmlakı qiymətləndirilməsi ilə bağlı 250 manat xərc məbləği Cavabdeh2 Şahbazova Səbı̇ nə Vəlı̇ yulla qızından, Nadı̇ rova Xanim Arı̇ fovnadan, Murğuzova Nazı̇ lə Məmməd qızından və Murğuzov Vəlı̇ yulla Bəxtı̇ yar oğlundan tutularaq "X3 Mərkəzi” MMC-yə (Hesablaşma hesabı: “Paşa Bank" ASC, filial kodu: 505141, VÖEN: **********, H\H AZ30AZRT**********0019299007 SWİFT BİK:PAHAAZ22, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar