Məhkəmə qərarları › İş №e-2(007)-3382/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3382/2025

17.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3382/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahından xx.xx.2025-ci il tarixində anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aldığı əmək haqqı və digər gəlirlərin ¼ alimentin, xx.xx.2025-ci il tarixində anadan olmuş X9 3 yaşına çatanadək özünün saxlanması üçün hər ay 150 manatın, mediasiyaya ödənmiş 60 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2024-cü ildə evlənərək ailə həyatı qurmuşdur. Bu münasibətlərini xx.xx.2024-cü il tarixində 1 saylı Bakı Asan Xidmət X8 2512 saylı qeydlə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2025-ci il tarixində X13 anadan olmuşdur. Cavabdehlə xüsusiyyətlərinin üst-üstə düşməməsi səbəbindən birgə yaşamaları qeyri-mümkündür. Belə ki, bu xüsusiyət fərqliliyi çətin vəziyətlərdə müəyyən söz-söhbətə səbəb olur və cavabdehlə ortaq məxrəcə gələ bilmir və artıq rəsmi olaraq da ayrılmaq qərarına gəlmişdir. Artıq bir neçə gündür ki, faktiki olaraq cavabdehlə ailə münasibəti bitib. Cavabdeh artıq bir neçə vaxtdır ki, uşağın heç nəyi ilə maraqlanmayıb, saxlanması üçün aliment ödəməyib. Hal hazırda cavabdeh uşağın saxlanması üçün alimenti də, digər xərcləri də ödəmir. Xüsusiyyətləri uyğun gəlmədiyindən və onun ailəsinə qarşı belə laqeydliyindən artıq ailə şəklində bir yerdə yaşamaları qeyrimümkündür və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment tutulmasının təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə iddia ərizəsinə etirazlar verərək bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin 2(007)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onunla X5 arasında Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 05 mart 2009-cu il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 08 mart 2009-cu il təvəllüdlü X11, 16 mart 2011-ci il təvəllüdlü X12 və 19 aprel 2015-ci il təvəllüdlü X6 anaları X1 yanında qalması, 15 sentyabr 2022-ci il tarixdən başlayaraq, 08 mart 2009-cu il təvəllüdlü X3, 16 mart 2011-ci il təvəllüdlü X7 və 19 aprel 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X4 hər ay qazancının (başqa gəlirinin) yarısı miqdarında (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007) 3058/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) aliment tutulub, X2 verilməsi, qətnamənin alimentin alınmasına dair hissədə dərhal icra edilməsi, məhkəmə xərclərinin iddiaçı tərəfə aid edilməsi qət edilmişdir. Onun həmin qətnamə ilə əvvəlki nikahından olan uşaqlarının aliment xərci ilə yanaşı "xxxx" ASC qarşısında ipoteka və kredit müqaviləsi üzrə öhdəlikləri var. Belə ki, təqdim etdiyi sübutlardan da göründüyü kimi onun aldığı əmək haqqının ½ hissəsi aliment olaraq tutulur. "xxxx" ASC qarşısında 90000 manatlıq kredit öhdəliyi var ki, həmin öhdəliyi üzrə xx.xx.2048-ci ilədək hər ay 464.44 manatdır. Məhkəmə qərardad çıxarmaqla onun əmək haqqından əlavə olaraq ¼ hissə də tutulur ki, belə olan halda onun əmək haqqının 75%- i alimentə gedir. Bu isə qanunsuzdur. Bu səbəbdən mülki iş üzrə iddia ərizəsinə öz etirazını bildirir və iddianın həmin hissədə təmin edilməməsini xahiş edir. O, öz övladının saxlanmasından boyun qaçırmır. Aliment ödəməkdən də imtina etmir. O, yalnız qanunvericiliyin tələbinin düzgün yerinə yetirilməsini və onun digər öhdəliklərini də icra edə və yaşaya bilməyi üçün əvvəlki nikahdan anadan olan uşaqları və hazırki nikahdan olan uşaqlarının cəmi kimi əmək haqqımın 50%-nin tutulmasının təmin edilməsini istəyir. Bunun üçün isə hazırki iddia tələbini qismən qəbul edir, aldığı əmək haqqının 1/8 hissəsinin aliment kimi tutulmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək onun əmək haqqının 1/8 hissəsinin aliment kimi tutulmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 3200 manat əmək haqqı alır, bu məbləğdən 800 manat ona pul qalır. Belə ki, o, 2022-ci ildə ipoteka müqaviləsi bağlamış, 532 manat ipoteka xərci, 450 manat sığorta ödənişləri, ipotekası, kommunal xərcləri vardır. Demək olar ki, dolanışıq xərci yoxdur. O, 1700 manat aliment ödəyir, 1450 manat yerdə qalır. Məhkəmə qərardadı ilə tnaməsi ilə bir uşaq üçün 1132 manat aliment tutulmuşdur. Onun əmək haqqısının 50 faizindən yuxarı aliment tutulmamalı olduğu halda onun hazırda 75 faiz maaşından aliment tutulur. Hazırda o, bu məbləğlə dolanmağa çətinlik çəkir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçıməhkəmə iclasına gəlməmiş, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində ərizə verilərək himayəsində olan azyaşlı uşağı tək başına qoyub evdən çıxa bilmədiyi üçün mülki iş üzrə iclasın iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 20 avqust 2025-ci il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Hazırda iddiaçı cavabdehdən uşaq üçün cavabdehin əmək haqqı və digər gəlirlərin ¼ hissəsi miqdarında alimentin və uşağın 3 yaşına çatanadək özünün saxlanması üçün hər ay 150 manat məbləğin tutulmasını tələb edir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/20/2025-01280 saylı xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci, 10 manat poçt-kargüzarlıq xərci çəkilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, işdə iştirak edən şəxsin izahatını dinləyərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci bəndinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 13-cü bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin alimentin alınması hissəsində tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini cavabdehin əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 05 mart 2009-cu il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 08 mart 2009-cu il təvəllüdlü X11, 16 mart 2011-ci il təvəllüdlü X12 və 19 aprel 2015-ci il təvəllüdlü X6 anaları X1 yanında qalması, 15 sentyabr 2022-ci il tarixdən başlayaraq, 08 mart 2009-cu il təvəllüdlü X3, 16 mart 2011-ci il təvəllüdlü X7 və 19 aprel 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X4 hər ay qazancının (başqa gəlirinin) yarısı miqdarında (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007) 3058/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) aliment tutulub, X2 verilməsi, qətnamənin alimentin alınmasına dair hissədə dərhal icra edilməsi, məhkəmə xərclərinin iddiaçı tərəfə aid edilməsi qət edilmişdir. Məhkəmə bununla bağlı bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.6 və 8.7-ci bəndlərində qeyd edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Göründüyü kimi məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdehdən əmək haqqı və gəlirlərinin yarısı qədər aliment tutulmuşdur. Hazırda 20 avqust 2025-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən əmək haqqı və gəlirlərinin ¼ hissəsi midarında aliment tutulması onun maddi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaqdır və aliment ödənilən zaman cavabdehin əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox olacaqdır. Hansı ki, qanunvericilikdə qeyd olunan xərclər ödənilən zaman tutmaların məbləği 70 faizdən çox ola bilməz. Beləliklə məhkəmə tərəfindən aliment ödəməli cavabdehin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olmasını, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Cavabdeh 20 avqust 2025-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqısının və digər gəlirlərinin 1/5 hissəsi miqdarında aliment təyin edilməsi qanuni və əsaslıdır. Məhkəmə Ailə Məcəlləsinin 84.1 və 84.2.2-ci maddələrini nəzərə alaraq qeyd edir ki, tərəflərin ümumi uşağı doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırda uşaq körpə olduğundan, onunla bağlı əlavə xərclər çəkildiyindən və qulluq göstərilməli olduğundan hazırkı halda iddiaçının həmin hüququ qismən təmin edilməklə onların birgə nikahından doğulmuş 20 avqust 2025-ci il təvəllüdlü X14 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu, ödənilməli olan aliment məbləğini nəzərə alır və belə qənaətə gəlir ki, 20 avqust 2025-ci il təvəllüdlü X10 üç yaşına çatanadək ona qulluğa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsini nəzərə alaraq, hesab edir ki, aliment ərizənin verildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20 avqust 2025-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 sentyabr 2025-ci il tarixdən başlayaraq əmək haqqısının və digər gəlirlərinin 1/5 hissəsi miqdarında aliment, 20 avqust 2025-ci il təvəllüdlü X10 3 yaşına çatanadək ona qulluğa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20 avqust 2025-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 sentyabr 2025-ci il tarixdən başlayaraq əmək haqqısının və digər gəlirlərinin 1/5 hissəsi miqdarında aliment, 20 avqust 2025-ci il təvəllüdlü X10 3 yaşına çatanadək ona qulluğa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddiaçı tərəfindən çəkilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar