Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3512/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndəiddia tələbini onunla əsaslandırdı ki,hüquqlarını müdafiə etdiyi şəxs cavabdehlə 25 noyabr 2020-ci tarixdə toy edib ailə qurub. Lakin müəyyən səbəblərdən faktiki nigahları müvafiq icra hakimiyyəti orqanlarında rəsmiləşdirilməyib.Ailə qurandan sonra iddiaçı cavabdehin yaşadığı Sumqayıt şəhəri, MİK-12, 30 saylı evin 34 saylı mənzilinə köçüb yaşayıb. Faktiki nigahlarından qızları, X3 05 oktyabr 2021-ci ildə anadan olub. Cavabdehin qızları Aysunun atası olması barədə 19 iyun 2022- ci il tarixli, 284 saylı atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilib. Cavabdehlə ailə qurduqdan sonra bir müddət onların faktiki ailə münasibətləri normal olub. Lakin az bir müddət sonra cavabdehin təqsiri üzündən onların ailə münasibətlərində problemlər yaranıb və tərəflər yaşadıqları evi tərk edərək valideynlərin yanına qayıdıb.Artıq xeyli müddətdir ki, iddiaçı azyaşlı qızı ilə birlikdə Bakı şəhərində valideynlərinin yanında yaşayır.Cavabdeh nə hamiləlik dövründə, nə də ki, qızı doğulandan sonra azyaşlı uşağın saxlanması üçün hər hansı maddi köməklik göstərməyib və görünür heç göstərmək fikrində də deyildir. Odur ki, iddiaçı cavabdehdən aliment tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulması qanunvericiliyin tələblərinə uyğundur.Qeyd olunanlara əsasən cavabdehdən 05 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına catana kimi saxlanması üçün əmək haqqının dörddə biri miqdarında və uşaq üç yaşına çatanadək onun saxlanmsı üçün əlavə 100 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 oktyabr 2021-ci il təvəllüdlü X2 atası Cavabdeh,anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə,alimentlə bağlı tərəflər arasında razılıq olmadığını,yetkinlik yaşına çatmayan uşağın mənafeyini nəzərə alaraq hesab edir ki,cavabdehin əmək haqqının ¼ hissəsinin tutulması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə uşaq 3 yaşına çatanadək iddiaçıya cavabdehdən 100 manat aliment tutulması hissədə iddianın qismən,50 manat məbləğində təmin olunmasını məqsədəuyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalı, 05 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq X1 İddiaçı xeyrinə cavabehin əmək haqqının ¼ hissəsində aliment, eləcə də 05 oktyabr 2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək caxlanması üçün 50 manat aliment tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 05 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq X1 İddiaçı xeyrinə cavabehin əmək haqqının ¼ hissəsində aliment, eləcə də 05 oktyabr 2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək caxlanması üçün 50 manat aliment tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-3512/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3512/2022
15.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver