Məhkəmə qərarları › İş №e-2(007)-357/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-357/2024

15.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-357/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 avqust 2017-ci il tarixdə 2432 nömrəli qeyd edilmiş nikahın pozulması, 28 fevral 2019-cu il təvəllüdlü X3 iddiaçının himayəsinə verilməsi və yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, mediasiya xərclərinə görə ödənilmiş 50 (əlli ) manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 (əlli) manatın cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 avqust 2017-ci il tarixdə 2432 nömrəli qeyd edilmiş nikahın pozulması, 28 fevral 2019-cu il təvəllüdlü X3 iddiaçının himayəsinə verilməsi və yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay cavabdehin maaşının (əlavə gəlirlərinin) dörddə bir hissəsi məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, mediasiya xərclərinə görə ödənilmiş 50 (əlli) manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 (əlli) manatın cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cavabdeh ilə 08 avqust 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 28 fevral 2019-cu ildə X5 anadan olmuşdur. İlk vaxtlarda cavabdehlə aralarında normal ailə münasibətləri olmuşdur. Lakin, bir müddət sonra cavabdehlə münasibətləri kəskin pisləşmişdir. Dəfələrlə ailənin dağılmaması üçün əlindən gələni etmişdir, lakin bunun müsbət nəticəsi olmamışdır. Bundan sonra Cavabdeh ilə faktiki olaraq nikah münasibətləri kəsilib. Bildirir ki, Cavabdeh övladı ilə maraqlanmır. Uşağın saxlanılmasında və tərbiyəsində bir valideyn olaraq iştirak etmir. Uşağın geyim əşyalarının təmin edilməsi, eləcə də normal qidalanması və sağlamlığının qoruması kifayət qədər vəsait tələb edir ki, bu xərcləri tək ana olaraq qarşılamaq ona çox çətindir. Hesab edir ki, Cavabdeh övladının saxlanılmasında valideyn olaraq iştirak etməli və onun saxlanılması üçün aliment ödəməlidir. Cavabdehlə aralarında ailə münasibətlərinin bərpa edilməsi artıq mümkün olmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəbdən iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul edib, nikahın pozulmasına, uşağın ananın yanında qalmasına və saxlanılması üçün əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkilinümayəndəsinin və cavabdehin vəkili-nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 218452 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 08 avqust 2017-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” X4 nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2432 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Kərimova” soyadını qəbul etmişdir. - AZ-İV seriyalı 271606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 25 sentyabr 2023-cü il tarixli, MŞB/6-0378 saylı arayışdan görünür ki, Cavabdeh 25 sentyabr 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xərci 50 manat ödəmişdir. - xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh DİN əməkdaşıdır onun aylıq pul təminatı 1611,10 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-153/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri 14 oktyabr 2023-cü il tarixədək qüvvədə olmaqla qismən təmin olunaraq, 28 fevral 2019-cu il təvəllüdlü X1 üçün 14 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 08 avqust 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahından 28 fevral 2019-cu il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuşdur, tərəflər bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, onların nikahı formal xarakter daşıyır. Uşaq faktiki ananın yanında yaşayır. Tərəflər nikahın pozulmasına razıdırlar. Cavabdeh uşağın ananın yanında qalmasına və uşağın yetkinlik yaşına çatana qədər qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment ödəməyə razıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan, onlar arasındakı nikah Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin nikahı pozulduğu üçün Ailə Məcəlləsinin 22-ci maddəsi nəzərə alınmaqla, həmin nikahdan doğulmuş 28 fevral 2019-cu il təvəllüdlü X3 valideynlərdən hansının yanında qalması məsələsi həll edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci və 22.2-ci maddələrinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş 28 fevral 2019-cu il təvəllüdlü X2 yanında qalması məsələsini həll edərkən, uşağın yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olmasını, cavabdehin uşağın ananın yanında qalmasına etiraz etmədiyini, azyaşlının ana himayəsində qalıb böyüməsinin onun mənafeyinə uyğunluğunu nəzərə alaraq hesab edir ki, uşağın ananın yanında qalması məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 28 fevral 2019-cu il təvəllüdlü X5 ananın yanında qaldığı üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə müraciət edərək, 28 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də cavabdehin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, cavabdehin qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub iddiaçıya verilməsinə etiraz etməməsi, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən uşağın saxlanılması üçün qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 16 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment 16 oktyabr 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırki halda tərəflər arasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Həmçinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı аrаsındа 5 saylı Bakı “ASAN xidmət” X4 08 avqust 2017-ci il tarixdə bağlanmış və 2432 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, Tərəflərin birgə nikahından doğulmuş 28 fevral 2019-cu il təvəllüdlü X5 anası İddiaçı yanında qalmalı, Cavabdeh 28 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 oktyabr 2023-cü il tarixdən (Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-153/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən artıq olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı аrаsındа 5 saylı Bakı “ASAN xidmət” X4 08 avqust 2017-ci il tarixdə bağlanmış və 2432 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 28 fevral 2019-cu il təvəllüdlü X5 anası İddiaçı yanında qalsın. Cavabdeh 28 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 oktyabr 2023-cü il tarixdən (Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)- 153/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar