Məhkəmə qərarları › İş №e-2(007)-362/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-362/2022

25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-362/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların yanında qalması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar cavabdehlə 08 yanvar 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə uşaqları 20 aprel 2010-cu il təvəllüdlü X8, 17 oktyabr 2011-ci il təvəllüdlü X10 və 28 mart 2018-ci il təvəllüdlü X5r. Cavabdehlə hazırda ayrı təsərrüfat aparırlar. Xarakterləri bir-birinə uyğun gəlmir. Nikahları formal xarakter daşıyır. Nikahın pozulmasında qəti qərarıdır. Uşaqlar hazırda onun himayəsindədir. Yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, cavabdehlə aralarında olan nikah pozulmalı, birgə nikahdan olan uşaqlar onun himayəsində saxlanılmalı və onların saxlanması üçün aliment tutulmalıdır. Qeyd edilənlərə əsasən aralarında olan 08 yanvar 2011-ci il tarixdə qeydə 06 nömrə ilə alınmış nikahın pozulması, nikah pozularkən birgə uşaqları 29 aprel 2010-cu il təvəllüdlü X8, 17 oktyabr 2011-ci il təvəllüdlü X10 və 28 mart 2018-ci il təvəllüdlü X3 onun yanında saxlanılması, cavabdehlərdən birgə uşaqları 29 aprel 2010-cu il təvəllüdlü X8, 17 oktyabr 2011-ci il təvəllüdlü X10 və 28 mart 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 600 (altı yüz) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 24 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı tərəflərin barışması üçün 3 ay müddət müəyyən edilməklə, iş təxirə salınmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulan uşaqları X8, X10 və X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa 150 manat olmaqla, ümumilikdə 450 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İ seriyalı 640810 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 08 yanvar 2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Tağıyeva soyadı verilmişdir; - AZ-İİ seriyalı 498966, AZ-İİ seriyalı 790925 və AZ-T seriyalı 164139 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 29 aprel 2010-cu il tarixdə, X10 17 oktyabr 2011-ci il tarixdə və X9 28 mart 2018-ci il tarixdə doğulmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 08 yanvar 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 29 aprel 2010cu il tarixdə Əminə, 17 oktyabr 2011-ci il tarixdə Ümüd və 28 mart 2018-ci il tarixdə Aylin adlı uşaqları doğulmuşlar. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Məhkəmənin barışıq üçün verdiyi 3 ay müddət ərzində tərəflər barışmamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Barışıq üçün verilmiş 3 ay müddət başa çatdıqdan sonra tərəflərdən biri olan arvad nikahın pozulmasında təkidli olduğundan, iddia həmin hissədə təmin edilərək Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş 29 aprel 2010-cu il təvəllüdlü X8, 17 oktyabr 2011-ci il təvəllüdlü X10 və 28 mart 2018-ci il təvəllüdlü X2 yanında qalmaları məsələsini müzakirə edib, qərar qəbul edərkən belə nəticəyə gəlir ki, uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacları olması, ana himayəsində qalıb böyümələrinin onların mənafeyinə uyğunluğu nəzərə alınmalı, uşaqlar iddiaçının yanında saxlanılmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşaqların mənafeyini və iddiaçının onun himayəsində yaşayan uşaqlara təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkəcəyini nəzərə alaraq, habelə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı baxımından azyaşlıların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 450 manat alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli və hər uşaq üçün hər ay 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutulmalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 10 noyabr 2021-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.4-cü maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında qeyd edilənlərlə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 08 yanvar 2011-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmiş nikah pozulmaslı, tərəflərin birgə nikahından doğulmuş 29 aprel 2010-cu il təvəllüdlü X8, 17 oktyabr 2011-ci il təvəllüdlü X10 və 28 mart 2018-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında qalmalı, Cavabdeh 10 noyabr 2021-ci il tarixdən başlayaraq, 29 aprel 2010-cu il təvəllüdlü X4, 17 oktyabr 2011-ci il təvəllüdlü X7 və 28 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 08 yanvar 2011-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 29 aprel 2010-cu il təvəllüdlü X8, 17 oktyabr 2011-ci il təvəllüdlü X10 və 28 mart 2018-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında qalsınlar. Cavabdeh 10 noyabr 2021-ci il tarixdən başlayaraq, 29 aprel 2010-cu il təvəllüdlü X4, 17 oktyabr 2011-ci il təvəllüdlü X7 və 28 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar