Məhkəmə qərarları › İş №e-2(007)-368/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-368/2022

10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-368/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin, hüquqi xidmət haqqının və mediasiya ödənişinin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin, hüquqi xidmət haqqının və mediasiya ödənişinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil oğl iddia tələbini onunla əsaslandırdı ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-862/2021-ci il tarixli qətnaməsilə hüquqlarını müdafiə etdiyi şəxslə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə qeydə alınan nikahın pozulması və uşaqları xx.xx.2017-ci il təvəllüdlü X1 iddiaçının yanında qalması qət edilib. Həmin qətnamədə uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilməmişdir. Lakin, cavabdeh uşağın saxlanması üçün könüllü olaraq aliment ödəmir, uşağın saxlanma xərclərində iştirak etmir. Göründüyü kimi, uşaq X2 iddiaçı ilə birlikdə yaşayır, o, iddiaçının himayəsindədir, iddiaçının yanında böyüyür, onun bütün əziyyətini iddiaçı çəkir. Onun böyüdükcə tələbatı və müvafiq olaraq həmin tələbatı ödəmək üçün xərclər də artır.Cavabdeh əmək qabiliyyətlidir, qazanc əldə edir və aliment ödəmək iqtidarındadır. Hətta, aliment ödəməli olan əmək qabiliyyətli şəxsin heç bir yerdə işləməməsi və qazanca malik olmaması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il qərarına əsasən həmin şəxsi uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məlum olduğu kimi, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, uşağın artan təlabatını ödəmək və xərclərinin bir hissəsini qarşılamaq üçün uşaq yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh bir ata kimi uşağının xərclərinin ödənilməsində, uşağın saxlanmasında iştirak etməlidir. Digər tərəfdən isə, qanunvericiliyin tələbinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, iddiaçı tərəfindən vəkil bürosuna ödənilən 510 manat məbləğində hüquqi müdafiə xərcinin və ilkin mediasiya üçün ödənilən 50 manat məbləğində ilkin mediasiya xərcinin əvəzi də cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı xeyrinə birgə nikahdan doğulmuş 04.082017-ci il təvəllüd Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-862/2021-ci il tarixli qətnaməsilə hüquqlarını müdafiə etdiyi şəxslə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə qeydə alınan nikahın pozulması və uşaqları xx.xx.2017-ci il təvəllüdlü X1 iddiaçının yanında qalması qət edilib.lü X2 yetkinlik yaçına çatanadaək sabit pul məbləğində 200 manat aliment,hüquqi xidmət göstərilməsi üçün 510 manat,mediassiya sessiyasında içtirak etmək üçün ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, daima uşağımın qulluğunda durmuş, lazım olan vəsaiti ödəmişdir. Buna baxmayaraq iddiaçı onu uşağı ilə görüşdürmür.O, rəsmi olaraq hər ay 100 manat aliment ödəyə bilər, lakin vəkilə xidmək haqqını və mediasıya xərcini ödəyə bilməyəcək. Buna görə də, xahiş edirəm iddia qismən təmin olunsun. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-862/2021-ci il tarixli qətnaməsi ilə İddiaçı qız ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə qeydə alınan nikahın pozulması və uşaqları xx.xx.2017-ci il təvəllüdlü X1 iddiaçının yanında qalması qət edilmişdir. İş materiallarında olan nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci X2 doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərdın görünür ki,iddiaçı hüquqi yardıma görə 510 manat,müdiassiya sessiyası üçün 50 manat vəsait ödəmişdir. Məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalı Cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci X2 yetkinlik yaşına saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 193 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh hüquqi xidmətə görə vəkilə ödənilmiş 510 manat və medissiya xərclərinə görə ödənilmiş 50 manat vəsait alınaraq İddiaçı verilməlidir. Qalan hissədə iddia təmin olunmamalıdır. Aliment hissəsində qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci X2 yetkinlik yaşına saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 193 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh hüquqi xidmətə görə vəkilə ödənilmiş 510 manat və medissiya xərclərinə görə ödənilmiş 50 manat vəsait alınaraq İddiaçı verilsin.Qalan hissədə iddia təmin olunmasın. Aliment hissəsində qətnamə dərhal icra olunmalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar