Məhkəmə qərarları › İş №e-2(007)-3754/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3754/2024

20.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3754/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin edilməsini, sırğa, boyunbağı, qolbağı və üzükdən ibarət bir ədəd qızıl dəsti (ağ qızıl), bir ədəd nişan üzüyü (sarı qızıl), bir ədəd sırğa dəsti (pandoralı, sarı qızıl), bir ədəd sırğa dəsti (sarı qızıl), bir ədəd üzük (pandoralı, sarı qızıl), bir ədəd qolbağı (sarı qızıl), üzük və sırğadan ibarət bir ədəd qızıl dəsti (sarı qızıl), bir ədəd sırğa dəsti (sarı qızıl)ın, qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq; aylıq müavinətlərdən əldə olunmuş 4457 manat, uşaqların doğulmasına görə verilmiş birdəfəlik müavinət olan 1500 manat və valideyni tərəfindən verilmiş 500 manat olmaqla 6457 manat pulun cavabdehlərdən tutularaq; məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun, mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan 50 manat məbləğində mediasiya haqqı, 10 manat məbləğində kargüzarlıq haqqı və vəkilə ödənilmiş 300 manat xidmət haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə 13 iyul 2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahları 4 saylı Bakı “Asan-xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1624 nömrə ilə qeyd edilmiş, AZ-İ № 051769 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Rəsmi nikahlarından xx.xx.2023-ci ildə X2, X1 və X3 anadan olmuşlar. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da, sonradan üçəm oğul övladları dünyaya gəldikdən sonra cavabdeh övladı Cəfərin xəstəliyi ilə əlaqədar ona baxmaqdan onun sağlam uşaq olmamasını bəhanə edərək imtina etmiş, o isə övladının sağalması üçün bütün səylərini əsirgəməyəcəyini bildirdiyindən münasibətləri pozulmuş və Cavabdeh3 nikahın pozulması və uşaqlar ilə ünsiyyət tələbi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş, hazırda e-2(017)-677/2024 saylı mülki iş məhkəmənin icraatındadır. Qeyd edir ki, övladları doğulduqdan sonra uşaqlara tək baxmağı çətin olduğundan qaynatası Cəfər Fətullayevə məxsus Hövsan qəsəbəsində evdə yaşamış, 22 aprel 2024-cü il tarixində isə uşaqlar doğulana kimi daimi olaraq yaşadığı ünvan 1 ünvanına gəlib qalmışam, həftəsonları isə yenə qaynatama məxsus evə getmişdir. X4 06 may 2024-cü ildə qəflətən xəstələnməsi səbəbindən dərhal onu, keçmiş əri ilə xəstəxanaya aparmış və xəstəxanada qalmışdır. Qeyd edir ki, ona ensefalit diaqnozu ilə (“Ensefalit” termini altında baş beynin infeksion, allergik, infeksion-allergik və toksiki zədələnməsi nəzərdə tutulur) intensiv müalicə təyin edilmiş və o, bir aya yaxın müddətdə mütəmadi olaraq xəstəxanada qalmış, 04 iyun 2024-cü il tarixində xəstəxanadan çıxmışdır. Lakin, həyat yoldaşı və ailəsi xəstə övladını qəbul etmək istəməmiş, nəticədə hələ o, xəstəxanada olanda aralarında narazılıq yaranmış və 04 iyun 2024-cü il tarixində xəstəxanadan çıxıb Hövsan qəsəbəsində olan evə gəldikdə onu evə buraxmamışlar, digər uşaqları da ona verdikləri üçün o, digər 2 oğlunu da götürüb valideynlərinin yaşadığı Ağcabədi rayonuna getməyə məcbur olmuşdur. O, xəstəxanada olduğu müddətdə qızılzinət əşyaları keçmiş qaynanası Cavabdeh2 qalmış, həmin qızılları keçmiş baldızı Cavabdeh1 tələb etsə də, geri qaytarmamış, Cavabdeh3 isə ona mesaj yazaraq qızılları sataraq süni mayalanmaya xərclədiklərini bildirmişdir. Lakin qızıllar süni mayalanma üçün xərclənməmiş, keçmiş qaynanası Cavabdeh2 qalmışdır, bunun təsdiqi olaraq uşaqlar doğulduqdan sonra qızıllar üzərində olan şəkilləri məhkəmə iclasında təqdim edəcəkdir. Həmin qızıllar aşağıdakılardır:

1. Sırğa, boyunbağı, qolbağı və üzükdən ibarət bir ədəd qızıl dəsti (ağ qızıl);

2. Bir ədəd nişan üzüyü (sarı qızıl);

3. Bir ədəd sırğa dəsti (pandoralı, sarı qızıl);

4. Bir ədəd sırğa dəsti (sarı qızıl);

5. Bir ədəd üzük (pandoralı, sarı qızıl);

6. Bir ədəd qolbağı (sarı qızıl);

7. Üzük və sırğadan ibarət bir ədəd qızıl dəsti (sarı qızıl);

8. Bir ədəd sırğa dəsti (sarı qızıl). Bundan əlavə, uşaqlar doğulduqdan sonra mənə dövlət tərəfindən sosial yardım və uşaqların xərclərinin ödənilməsinə yardım məqsədilə aylıq müavinətlər verilirdi ki, həmin ödənişləri hazırda da alır. Lakin həmin ödənişlər üzrə bank kartları keçmiş baldızı Cavabdeh1 olmuş, o, isə həmin pulları götürərək ona verməmişdir. Belə ki, sosial yardıma görə ödənilmiş ödənişlərdən sonu 8475 olan plastik karta köçürülən hər ay 595 manatdan verilmiş ödənişləri xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 90 manat, xx.xx.2024-cü il tarixdə 3 dəfəyə 200+200+100+86 olmaqla 586 manat, xx.xx.2024-cü il tarixdə 596 manat, xx.xx.2024-cü il tarixdə 595 manat və xx.xx.2024-cü il tarixdə 590 olmaqla, cəmi 2957 manat pulu bankomat vasitəsilə nağdlaşdırmış, eləcə də uşaqlara yardım üçün verilmiş ödənişlərdən sonu 9784 olan plastik karta hər ay 300 manatdan köçürülümüş ödənişləri xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə olmaqla, cəmi 1500 manat pulu bankomat vasitəsilə nağdlaşdırmış, nəticədə uşaqlara görə ona verilmiş 4457 manat pulu götürmüşdür. Həmin pullardan 2024-cü ilin aprel ayı daxil olmaqla olan pulları Cavabdeh2 vermiş, may ayında olan ödənişləri də çıxartmış, lakin xəstəxanada olduğundan nə etdiyini bilmir. Eyni zamanda uşaqlara anadan olmasına görə verilmiş müavinət olan 1500 manat pul da, uşaqlar doğulduqdan sonra onun valideynləri 500 manat və ailə üzvləri də müəyyən pullar vermişdir ki, həmin pullar da Cavabdeh2 qalmışdır. Həmin pullar toplanıb, uşaqlara ev alınacaqdır. Həmin pulları o, Cavabdeh1 tələb etdikdə isə, Cavabdeh3 ona mesaj yazaraq 6 il ərzində gəlin olaraq atası evində qalmısan yediyin yeməyin xərcinə çıx demişdir. Hazırda özünə məxsus qızıl-zinət əşyalarını və ona dövlət tərəfindən verilmiş və uşaqlarının haqqı olan 4457 manat pulu, eləcə də doğuma görə verilmiş birdəfəlik müavinət olan 1500 manat və valideyini tərəfindən verilmiş 500 manatı da hazırda cavabdehlərdən tələb edir, lakin onlar qızıl-zinət əşyalarını və pulları ona qaytarmaqdan imtina edirlər. Halbuki, mənzildən istifadə hüququ ilə bağlı mediasiya prosesinə başladıqdan və bu barədə cavabdehlərə təklif göndərdikdən sonra onlar tam şəkildə olmasa da ona məxsus cehizləri bir yük avtomobili ilə Ağcabədi rayonuna göndərmiş (bəzi əşyalarımı göndərməmiş), lakin qızıl-zinət əşyalarını və pul vəsaitini qaytarmamışlar.

İş materialları :

3. Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00285 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh2 və Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərcləri ödənilmişdir.

4. İş materiallarına 15 ədəd mədaxil qəbzi əlavə edilmişdir.

5. İş materiallarına 9 ədəd fotoşəkil əlavə edilmişdir.

6. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 35.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

7. İddiaçı nümayəndəsi və vəkili Vəkil Məlik oğlu xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında razılıq əldə olunduğunu, işə məhkəmədə baxılmasına zərurət olmadığını, buna görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları :

8. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Məlik oğlu ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, iddiaçı və cavabdeh arasında razılıq əldə olunduğunu, işə məhkəmədə baxılmasına zərurət olmadığını, buna görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir.

10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

12. “Dövlət rüsumu haqqında” Qanun : 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

13. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

15. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Məlik oğlu tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, iddiaçı və cavabdeh arasında razılıq əldə olunduğunu, işə məhkəmədə baxılmasına zərurət olmadığını, buna görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).

17. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.

18. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

19. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

20. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

21. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu (ödəyici: "xxxx" ASC, VÖEN:**********; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu:1; tarix:xx.xx.2024, saat:16:52:12) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu (ödəyici: "xxxx" ASC, VÖEN:**********; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu:1; tarix:xx.xx.2024, saat:16:52:12) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar