Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3904/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı ilə, Kreditor BOKT "xxxx" MMC-nin Borclu qarşı “kredit borcunun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor BOKT "xxxx" MMC Borclu qarşı “kredit borcunun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu kreditin əsas borcu üzrə 848,58 (səkkiz yüz qırx səkkiz manat 58 qəpik) manat, faiz borcu üzrə 364,88 (üç yüzaltımış dörd 88 qəpik) manat, dəbbə borcu üzrə 84,1 (səksən dörd manat 10 qəpik ), ümumilikdə 1297,56 (bir min iki yüz doxsan yeddi 56 qəpik) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 33 (otuz bir) manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədə əsasən ərizə verilərkən 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hüquqi nəticə etibarı ilə kreditor müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bu da öz növbəsində ərizənin geri qaytarılmasını şərtləndirir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 108.1.4-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə verildikdə dövlət rüsumu ödənilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır; 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir; 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir; 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, hesab edirəm ki, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, kreditora qərardadda göstərilən həmin nöqsan aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun olması, habelə hazırki qərardadın kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı, bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanacağı izah olunmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor BOKT "xxxx" MMC-nin Borclu qarşı “kredit borcunun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditor BOKT "xxxx" MMC-yə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan (müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edildikdən) sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun olması, habelə hazırki qərardadın kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı, bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanacağı izah olunsun. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3904/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3904/2022
23.12.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver