Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4171/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişi üzrə alimentin ödənilməsi faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “barışıq sazişi üzrə alimentin ödənilməsi faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200(iki yüz) manat olmaqla, ümumilikdə 400(dörd yüz) manat məbləğində alimenti İddiaçı ödəməsinə dair bağlanmış barışıq sazişi üzrə alimentin ödənilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizəçi İddiaçı Cavabdeh ilə 14 iyun 2009-ci il tarixdə Ağdam rayon, Qiyaslı kənd İƏN nümayəndəsininin 13 saylı aktı ilə rəsmi nikah bağlamışdır. Rəsmi nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. e-2(007)- 1342/2025 saylı, xx.xx.2025-ci il tarixli Bakı şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Ağdam rayon İH Başçısının Qiyaslı kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması ilə bağlı iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh mediasiya prosesində iştirak etmiş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı övladlarının İddiaçı yanında saxlanılması, uşaqların təhsil prosesinə mane olmamaq şərti ilə həftədə bir gün saat 09:00-dan 22:00-a qədər ata ilə görüş vaxtının müəyyən olunması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimentin İddiaçı ödənilməsi barədə barışıq sazişi bağlanmışdır. Lakin MəCavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmiş, alimentin ödənilməsinə laqeyd yanaşmış, alimenti istədiyi vaxt ödəmiş, istəmədiyi vaxt ödəməmişdir. Qeyd etmək lazımdır ki, cari ilin may ayından etibarən isə, artıq 6 (altı) aydır ki, ərizəçiyə birgə nikahdan olan uşaqların saxlanması üçün razılaşdırılmış alimenti ödəmir. Buna görə də, tərəflərin arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
Məhkəmənin mövqeyi :
5. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
6. İşin faktiki halı odur ki, İddiaçı ilə Cavabdeh oğlu arasında xx.xx.2022-ci il tarixində Mediasiya Təşkilatında barışıq sazişi bağlanılmışdır. Həmin sazişə əsasən tərəflər birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı övladlarının İddiaçı yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment ödəməsi barədə razılığa gəlmişlər.
7. Hazırda İddiaçı məhkəməyə “barışıq sazişi üzrə alimentin ödənilməsi faktının təsdiq edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək məhkəmədən birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200(iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimenti İddiaçı ödəməsinə dair bağlanmış barışıq sazişi üzrə alimentin ödənilməsi faktını təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tərəfindən irəli sürülən iddia tələbi və iddia tələbinin əsaslandırılmasından aydın olur ki, iddiaçı cavabdeh ilə arasında bağlanılmış barışıq sazişinin şərtləri cavabdeh tərəfindən icra edilmədiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
9. Məhkəmə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanıldığı və saziş üzrə üzərinə öhdəlik götürən tərəf sazişin şərtlərini icra etmədiyi halda digər tərəf “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası” tələbi ilə xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət etməlidir.
10. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair” işlərə xüsusi icraat qaydasında baxılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəməyə verilir. Ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
11. Yəni hazırki işin faktiki halalrı baxımından iddiaçı “barışıq sazişi üzrə alimentin ödənilməsi faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə deyil, tərəflər arasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbi ilə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməlidir.
12. Məhkəmə həmçinin qeyd edir ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilmədiyi müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
Nəticə :
13. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.
14. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “barışıq sazişi üzrə alimentin ödənilməsi faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva