Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4196/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçılar İddiaçı, Maraqlı şəxs2 və X2 cavabdehlər Cavabdeh, X4 və X1 qarşı “Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Fuad Qaziyevin 26 avqust 2021-ci il tarixli cinayətkar dəstəyə vaxt qazandıran 088-11421 saylı qərarının ləğv olunması, X3 ilə Cavabdeh DƏDRX-nin Ərazi İdarəsində onlarla əlaqəli kompüter bazalarına müdaxilələrlə CM-nin 320.1-ci maddəsi ilə cinayət tərkibi yaradan əməllər törədən şəxslərin şəxsiyyətlərinin müəyyən olunmaqla istintaqa cəlb olunması və barələrində CM-nin 320.1, 178, 322.1-ci maddəsinin tam tərkibi ilə CMnin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə adı çəkilən şəxslər barəsində cinayət işinin başlanması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı, Maraqlı şəxs2 və X5 cavabdehlər Cavabdeh, X4 və X1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Fuad Qaziyevin 26 avqust 2021-ci il tarixli cinayətkar dəstəyə vaxt qazandıran 088-11421 saylı qərarının ləğv olunması, X3 ilə Cavabdeh DƏDRX-nin Ərazi İdarəsində onlarla əlaqəli kompüter bazalarına müdaxilələrlə CM-nin 320.1-ci maddəsi ilə cinayət tərkibi yaradan əməllər törədən şəxslərin şəxsiyyətlərinin müəyyən olunmaqla istintaqa cəlb olunması və barələrində CM-nin 320.1, 178, 322.1-ci maddəsinin tam tərkibi ilə CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə adı çəkilən şəxslər barəsində cinayət işinin başlanması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçıların tələbinin əsasını cinayət prosesini həyata keçirən orqanın qərarının ləğv olunması və müvafiq şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təşkil edir, hansı ki, qeyd olunan məsələyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 442.1-ci maddəsinə əsasən, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir; 442.2 və 442.2.2-ci maddələrinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır; 449.1 və 449.1.1-ci maddələrinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.2 və 449.2.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi MPM-nin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun olaraq məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) prosessual hərəkətlərindən və ya qərarlarından şikayətlə məhkəməyə müraciət etmək hüquqlarının olması iddiaçılara izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı, Maraqlı şəxs2 və X2 cavabdehlər Cavabdeh, X4 və X1 qarşı “Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Fuad Qaziyevin 26 avqust 2021-ci il tarixli cinayətkar dəstəyə vaxt qazandıran 088-11421 saylı qərarının ləğv olunması, X3 ilə Cavabdeh DƏDRX-nin Ərazi İdarəsində onlarla əlaqəli kompüter bazalarına müdaxilələrlə CM-nin 320.1-ci maddəsi ilə cinayət tərkibi yaradan əməllər törədən şəxslərin şəxsiyyətlərinin müəyyən olunmaqla istintaqa cəlb olunması və barələrində CM-nin 320.1, 178, 322.1-ci maddəsinin tam tərkibi ilə CMnin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə adı çəkilən şəxslər barəsində cinayət işinin başlanması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılara təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-4196/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-4196/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver