Məhkəmə qərarları › İş №e-2(007)-479/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-479/2024

01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-479/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 23 noyabr 2019-cu il tarixdə Cavabdeh ilə ailə qurub. Nikah həmin tarixdə Səadət Sarayı Bakı Nikah Evi tərəfindən 1035 saylı akt qeydi ilə rəsmiləşdirilib. Birgə nikahda olarkən xx.xx.2020-ci il təvəllüdlü X2 adlı bir övladları olub. Hazırda cavabdehlə ailə münasibətləri pozulduğundan onlar ailə olaraq birgə yaşamır, birgə təsərrüfat aparmırlar. Tərəfindən nikahın ləğvi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilib. Cehizə aid olan əşyalar aşağıdakılardır: Qonaq otağı: 1. Weimar servis 24 ədəd; 2. Weimar limonluq 2 göy, 1 tünd qırmızı; 3. Weimar Egoist 2 fincan 2 boşqab; 4. La Skala 2 şamdan 1 saat; 5. 2 ədəd gül Roza (Royal Gallery); 6. Lladro 2 ədəd (ana qucağında bala mələk); 7. 2 ədəd meyvə qabı, başı qızılı (İtaly); 8. 2 ədəd vaza, başı qızılı (İtaly); 9. Villari Baku pozetka (mürəbbə üçün); 10. La Skala qəhvəyi meyvə qabı; 11. 2 ədəd konfet qabı, xrustal qızılı (İtaly); 12. 2 ədəd mürəbbə qabı, xrustal, qızılı (İtaly); 13. 2 ədəd gecə lampası qızılı (İtaly); 14. V and Boch yeni il servisi 12 ədəd; 15. Bakal 11+12+12 və 6 ədəd rumka; 16. Çaxır bakalı 6 ədəd; 17. Rəngli bakallar 24 ədəd; 18. Cattin piroq qabı 1 ədəd; 19. Cattin lominluq 2 ədəd; 20. Cattin rakuşka 2 ədəd; 21. Royal Gallery kareta 1 ədəd; 22. Armudu stəkan 6 ədəd; 23. Çəngəl dəst çemodan; 24. Yeni il boşqabları; 25. Tort və meyvə üçün qablar; 26. Egiria tort qabı; Mətbəx: 1. V x Boch french garden servis (çay və naharlıq); 2. Konteyner Tupperivare; 3. Xrustal 12 ədəd; 4. Xrustal dəsti Nachman; 5. Bakallar Nachman; 6. Şüşə konteynerlər; 7. Duz, istiot qabı 3 dəst; 8. Sarı, qırmızı dəst istiotdan; 9. Limon printli konteynerlər (İtaly); 10. Bosch toster; 11. Bosch şirəçəkən; 12. Bosch ətçəkən; 13. Sonifor kokteyl düzəldən; 14. Kenwood apelsin; 15. Əl tozsoranı Bosch; 16. Philips tozsoran; 17. Qazan dəsti Jumbo; 18. Mətbəx ləvazimatları (çəngəl, qaşıq, bıçaq); 19. Buxarlı ütü Sonifor; 20. Ütü Bosch və ütüləmə stolu; 21. Qabyuyan; 22. Qaz; 23. Duxovka; 24. Mikrovalnovka; 25. Soyuducu; 26. Zibil qutusu 2 ədəd (Barbanta); 27. Səbət qablar (Saleen); 28. Bosch elektrik çaynik; 29. Taxtadan düz istiot qabı; Əlavə: 1. Televizor; 2. Çılçıraq Euroluchi; 3. Farfor Braları 3 ədəd; 4. 2 ədəd Çılçıraq; 5. Paltaryuyan maşın; 6. Xalça 2 ədəd böyük, 2 ədəd balaca; 7. Evdəki bütün mebellər (Türkidəyən alınma ilə bağlı sənədləri əlavə edir); 8. Pərdələr; 9. Ev telefonu; 10. Blumarine uşaq ədyalı. Hazırki cehiz əşyalarını cavabdeh yaşadığı ünvandan sərbəst şəkildə götürə bilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən cehiz əşyaları olan - Weimar servis 24 ədəd, Weimar limonluq 2 göy, 1 tünd qırmızı, Weimar Egoist 2 fincan 2 boşqab, La Skala 2 şamdan 1 saat, 2 ədəd gül Roza (Royal Gallery), Lladro 2 ədəd (ana qucağında bala mələk), 2 ədəd meyvə qabı, başı qızılı (İtaly), 2 ədəd vaza, başı qızılı (İtaly), Villari Baku pozetka (mürəbbə üçün), La Skala qəhvəyi meyvə qabı, 2 ədəd konfet qabı, xrustal qızılı (İtaly), 2 ədəd mürəbbə qabı, xrustal, qızılı (İtaly), 2 ədəd gecə lampası qızılı (İtaly), V and Boch yeni il servisi 12 ədəd, Bakal 11 + 12+12 və 6 ədəd rumka, Çaxır bakalı 6 ədəd, Rəngli bakallar 24 ədəd, Cattin piroq qabı 1 ədəd, Cattin lominluq 2 ədəd, Cattin rakuşka 2 ədəd, Royal Gallery kareta 1 ədəd, Armudu stəkan 6 ədəd, Çəngəl dəst çemodan, Yeni il boşqabları, Tort və meyvə üçün qablar, Egiria tort qabı, V x Boch french garden servis (çay və naharlıq), Konteyner Tupperivare, Xrustal 12 ədəd, Xrustal dəsti Nachman, Bakallar Nachman, Şüşə konteynerlər, Duz, istiot qabı 3 dəst, Sarı, qırmızı dəst istiotdan, Limon printli konteynerlər (İtaly), Bosch toster, Bosch şirəçəkən, Bosch ətçəkən, Sonifor kokteyl düzəldən, Kenwood apelsin, Əl tozsoranı Bosch, Philips tozsoran, Qazan dəsti Jumbo, Mətbəx ləvazimatları (çəngəl, qaşıq, bıçaq), Buxarlı ütü Sonifor, Ütü Bosch və ütüləmə stolu, Qabyuyan, Qaz, Duxovka, Mikrovalnovka, Soyuducu, Zibil qutusu 2 ədəd (Barbanta), Səbət qablar (Saleen), Bosch elektrik çaynik, Taxtadan düz istiot qabı, Televizor, Çilçıraq Euroluchi, Farfor Braları 3 ədəd, 2 ədəd Çilçıraq, Paltaryuyan maşın, Xalça 2 ədəd böyük, 2 ədəd balaca, evdəki bütün mebellər, pərdələr, ev telefonu, Blumarine uşaq ədyalı adlı əşyaların cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cehiz əşyalarının Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 42B, mənzil 91 ünvanında yerləşməsini nəzərə alaraq əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq cehiz əşyalarının dəyəri ilə bağlı tələblərinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iddia ərizəsinə verilmiş etirazı və mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Mediasiya Şurası” Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/10-000517 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 7 manat poçt xərci ödənilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - Xətai rayon İcra şöbəsinin icra çəmuru X3, hal şahidləri X7, X4, borclu Cavabdeh, tələbkar X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-215/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı sözügedən mənzilə (cehiz əşyaların yerləşdiyi) gediblər və mənzilin giriş qapısını borclu Cavabdeh açıb. Tələbkarın iştirakı ilə mənzildə olan cehiz əşyalarına birbir tərəfindən baxış keçirilmiş və sayı, növü özü tərəfindən müəyyən olunmuşdur. İcra vərəqəsində adları sadalanan əşyalardan “Cattinq limonluq 2 ədəd” və “Bosch toster” müəyyən etmək mümkün olmadı. Digər əşyaların hamısı saz və işlək vəziyyətdə olduğu tələbkar tərəfindən təsdiq olundu. Müəyyən olunmuş əşyaları üzərinə həbs qoyulmuş və borclu şəxsə qanunvericiliklə nəzərdə tutulmuş aydada məsuliyyət daşımağı barədə elan və izah olundu. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 23 noyabr 2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə birlikdə yaşamış, ailə münasibətlərinin pozulması nəticəsində faktiki olaraq ayrılmışlar. Tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X2 adlı övladları dünyaya gəlib. Hazırkı halda İddiaçı ona məxsus olan cehiz əşyalarının cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmədə işə baxılarkən iddiaçının ərizəsinə əsasən iddianı təmin etmək üçün müvafiq qərardad çıxarılmış, icra məmuru tərəfindən qərardadın icrası ilə bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, bu zaman “Cattinq limonluq 2 ədəd” və “Bosch toster” istisna olmaqla digər cehiz əşyaları cavabdehin mənzilində aşkar edilmiş, onların üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1 maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2 maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı gəlin köçərkən Cavabdeh mənzilinə özü ilə cehiz əşyaları aparmışdır. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş və ayrılmışlar. Həmin əşyaların mülkiyyətçisinin isə özgəsinin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etmək hüququ vardır. Ona görə məhkəmə hesab edir ki, xx.xx.2023-ci il tarixli akt əsasında mövcudluğu müəyyən edilmiş əşyaların cavabdehindən alınaraq iddiaçıya verilməsi hissəsində iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi ““Cattinq limonluq 2 ədəd” və “Bosch toster” adlı əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda iddiaçı həmin əşyaların mövcudluğuna, cavabdehin mənzilinə köçərkən özü ilə həmin ünvana aparmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, cavabdehə məxsus mənzildə müəyyən edilmiş əşyaların dəyərinin alınması üçün əsas yoxdur, naturada mövcud olduqları üçün həmin əşyaların özləri iddiaçıya qaytarılmalıdır, həmçinin iddiaçının əşyaların dəyərinin qaytarılması ilə bağlı tələbi olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cehiz əşyalarının adını özünə məlum olan adlarla təsvir etdiyindən, hazırda isə ərizəsinə dəqiqləşdirmə vermədiyindən qətnamədə həmin əmlakların adı ərizədə göstərilən qaydada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 42B, mənzil 91 ünvanında yerləşən cehiz əşyaları- “Weimar” serviz 24 ədəd; “Weimar” limonluq 2 ədəd göy, 1 ədəd tünd qırmızı; “Weimar” egoist 2 ədəd fincan, 2 ədəd boşqab; La Skala 2 ədəd şamdan, 1 ədəd saat; 2 ədəd gül roza (royal gallery); “Lladro” 2 ədəd fiqur (ana qucağında bala mələk); 2 ədəd meyvə qabı başı qızılı (italy): 2 ədəd vaza başı qızılı (italy); Villari Baku rozetka (mürəbbə üçün); La Skala qəhvəyi meyvə qabı; 2 ədəd konfet qabı; xrustal qızılı (italy); 2 ədəd mürəbbə qabı, xrustal, qızılı (italy); 2 ədəd gecə lampası qızılı (italy); “V and Boch” yeni il servizi 12 ədəd; bokal 11 + 12+12 və 6 ədəd rumka, çaxır bokalı 6 ədəd, rəngli bokallar 24 ədəd, “Cattin” piroq qabı 1 ədəd; “Cattin” rakuşka 2 ədəd; Royal Gallery “kareta” 1 ədəd; armudu stəkan 6 ədəd; çəngəl dəsti (çemodan); yeni il boşqabları; tort və meyvə üçün qabları; “Egiria” tort qabı; “V x Boch” french garden servis (çay və naharlıq); Konteyner Tupperivare; xrustal 12 ədəd; xrustal dəsti “Nachman”; bokallar “Nachman”; şüşə konteynerlər; duz, istiot qabı 3 dəst; sarı, qırmızı dəst istiotdan; limon printli konteynerlər (italy); “Bosch” şirəçəkən; “Bosch” ətçəkən; “Sonifor” kokteyl düzəldən; “Kenwood” (apelsin); əl tozsoranı “Bosch”; “Philips” tozsoran; qazan dəsti “Jumbo”; mətbəx ləvazimatları (çəngəl, qaşıq, bıçaq); buxarlı ütü “Sonifor”; ütü “Bosch” və ütüləmə stolu; qabyuyan; qaz; duxovka (soba); mikrovalnovka (mikrodalğalı soba); soyuducu; zibil qutusu 2 ədəd (Barbanta); səbət qablar (Saleen); “Bosch” elektrik çaynik; taxtadan düz istiot qabı; televizor; çilçıraq “Euroluchi”; Farfor braları 3 ədəd; 2 ədəd çilçıraq; paltaryuyan maşın; xalça 2 ədəd böyük və 2 ədəd balaca; evdəki bütün mebellər, pərdələr, ev telefonu, “Blumarine” uşaq odeyalı Cavabdeh alınaraq, İddiaçı verilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçı tələb etmədiyindən özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 42B, mənzil 91 ünvanında yerləşən cehiz əşyaları- “Weimar” serviz 24 ədəd; “Weimar” limonluq 2 ədəd göy, 1 ədəd tünd qırmızı; “Weimar” egoist 2 ədəd fincan, 2 ədəd boşqab; La Skala 2 ədəd şamdan, 1 ədəd saat; 2 ədəd gül roza (royal gallery); “Lladro” 2 ədəd fiqur (ana qucağında bala mələk); 2 ədəd meyvə qabı başı qızılı (italy): 2 ədəd vaza başı qızılı (italy); Villari Baku rozetka (mürəbbə üçün); La Skala qəhvəyi meyvə qabı; 2 ədəd konfet qabı; xrustal qızılı (italy); 2 ədəd mürəbbə qabı, xrustal, qızılı (italy); 2 ədəd gecə lampası qızılı (italy); “V and Boch” yeni il servizi 12 ədəd; bokal 11 + 12+12 və 6 ədəd rumka, çaxır bokalı 6 ədəd, rəngli bokallar 24 ədəd, “Cattin” piroq qabı 1 ədəd; “Cattin” rakuşka 2 ədəd; Royal Gallery “kareta” 1 ədəd; armudu stəkan 6 ədəd; çəngəl dəsti (çemodan); yeni il boşqabları; tort və meyvə üçün qabları; “Egiria” tort qabı; “V x Boch” french garden servis (çay və naharlıq); Konteyner Tupperivare; xrustal 12 ədəd; xrustal dəsti “Nachman”; bokallar “Nachman”; şüşə konteynerlər; duz, istiot qabı 3 dəst; sarı, qırmızı dəst istiotdan; limon printli konteynerlər (italy); “Bosch” şirəçəkən; “Bosch” ətçəkən; “Sonifor” kokteyl düzəldən; “Kenwood” (apelsin); əl tozsoranı “Bosch”; “Philips” tozsoran; qazan dəsti “Jumbo”; mətbəx ləvazimatları (çəngəl, qaşıq, bıçaq); buxarlı ütü “Sonifor”; ütü “Bosch” və ütüləmə stolu; qabyuyan; qaz; duxovka (soba); mikrovalnovka (mikrodalğalı soba); soyuducu; zibil qutusu 2 ədəd (Barbanta); səbət qablar (Saleen); “Bosch” elektrik çaynik; taxtadan düz istiot qabı; televizor; çilçıraq “Euroluchi”; Farfor braları 3 ədəd; 2 ədəd çilçıraq; paltaryuyan maşın; xalça 2 ədəd böyük və 2 ədəd balaca; evdəki bütün mebellər, pərdələr, ev telefonu, “Blumarine” uşaq odeyalı Cavabdeh alınaraq, İddiaçı verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar