Məhkəmə qərarları › İş №e-2(007)-500/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-500/2023

01.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-500/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlunun, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlunun cavabdehlər "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə, X6 və Cavabdeh2 qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlu cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə heç bir təqsirinin olmamasına və qanunun tələblərini pozmamağına baxmayaraq "xxxx" MMC-nin direktoru X4 qanunsuz hərəkətlərinə, təyziqlərinə və həmin MMC-nin əməkdaşlarının davamlı qanunsuz zənglərinə məruz qalaraq ciddi sarsıntı, stress və mənəvi əzab keçirmiş, bu səbəbdən "xxxx" MMC-nin direktoru X4 qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi zərərin əvəzi kimi 20.000 (iyirmi min ) manat məbləğində təzminatın "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlunun vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsin əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iş üzrə X4 və Cavabdeh2 cavabdeh qismində cəlb edilməsinin zəruri olduğunu bildirərək, iş üzrə heç bir təqsirinin olmamasına və qanunun tələblərini pozmamağına baxmayaraq "xxxx" MMC-nin direktoru X4 və Cavabdeh2 qanunsuz hərəkətlərinə, təyziqlərinə və həmin MMC-nin əməkdaşlarının davamlı qanunsuz zənglərinə məruz qalaraq ciddi sarsıntı, stress və mənəvi əzab keçirmiş, bu səbəbdən "xxxx" MMC-nin direktoru X4, Cavabdeh2 və "xxxx" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi zərərin əvəzi olaraq ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində təzminatın X2, Cavabdeh2 və "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 07 may 2022-ci il tarixli, 82C/22 saylı lizinq müqaviləsi ilə "xxxx" MMC-dən “BMW 528İ” minik markalı avtomobil almışdır. Sözügedən avtomobili aldığı gündən bu günə kimi ödənişlərində heç bir problem olmayıb. Hər ay ödənişin vaxtına beş gün qalmış ödənişlərini məsuliyyətlə icra etmişdir. Lakin, zəmanət müddəti ərzində xx.xx.2022-ci il tarixdə “BMW 528İ” minik markalı avtomobilin mühərrikində nasazlıq baş verdi. Həmin nasazlığın aradan qaldırılması üçün "xxxx" MMCyə müraciət etdi. Avtomobil təmirdə olan zaman "xxxx" MMC-nin əməkdaşı Emin adlı şəxs ona +994 (077) *** ** ** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma proqramı ilə səs ataraq avtomobilin mühərrikinin avtomobilə qoyulduğunu və problemin təkrarlanmaması üçün hər şeyin keyfiyyətli olduğunu bildirdi. Onlar avtomobili qəbul edib mühərrikindəki nasazlığı aradan qaldırdıqdan sonra ona xx.xx.2022-ci il tarixdə təhvil vermək əvəzinə “Koroğlu” metrostansiyasının yaxınlığındakı “Bravo” marketin həyətindəki avtoyuma məntəqəsinə qoyaraq ona bildirdilər ki, avtomobilin ordadır. Gedib ordan götürərsən. O, avtomobilini gedib “Bravo” marketin həyətindən götürdü. Qısa zaman sonra sözügedən avtomobilin mühərrikində yenə nasazlıq baş verdi və həmin avtomobili təmir etmələri üçün "xxxx" MMC-yə təhvil verdi. Lakin, "xxxx" MMC-nin əməkdaşları bildirdilər ki, zəmanət müddəti keçib və rəhbərlik yenidən avtomobilin təmir edilməsinə razılıq vermir. O, onlara bildirdi ki, onların əməlləri qanunsuzdur. Çünki avtomobil zəmanət müddəti ərzində qüsurlu təmir edildiyi üçün yenidən nasazlıq baş verib və onlar avtomobili iddiaçıya təhviltəslim aktına əsasən vermək əvəzinə aparıb “Bravo” marketin həyətinə qoymuşlar. "xxxx" MMC-nin əməkdaşı X3 +994 (077) *** ** ** saylı mobil nömrəsinə zəng vurarkən bildirdi ki, rəhbərliyin qəti tapşırığı var və onlar iddiaçının avtomobilini təmir etməyəcəklər. O, onların əməllərinin qanunsuz olduğunu bildirdikdən bir müddət sonra ona +994 (050) *** ** ** saylı mobil nömrədən zəng vuran şəxs özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edərək ona hədə-qorxu gələrək psixoloji təzyiqlər göstərməyə başladı. O, isə ondan avtomobilini təmir etmələrini tələb etdi. Daha sonra iddiaçı "xxxx" MMC-nin əməkdaşı X3 +994 (077) *** ** ** saylı mobil nömrəsinə zəng vuraraq ona zəng vuran şəxsin kim olduğu dəqiqləşdirərkən, ona zəng vuran şəxsin MMC-nin rəhbərliyindən olduğunu bildirdi. İddiaçı artıq gördü ki, qanuni tələblərini "xxxx" MMC-nin rəhbərliyi yerinə yetirmir ondan sonra avtomobili başqa təmir məntəqəsində təmir etdirmək qərarına gəldi. Digər təmir mərkəzində avtomobilə baxış keçirən zaman məlum oldu ki, "xxxx" MMC tərəfindən onun avtomobili qüsurlu təmir edilmişdir və bu səbəbdən də avtomobili onun özünə təhvil vermək əvəzinə aparıb “Bravo” marketin qarşısında qoyaraq çıxıb gediblər. Avtomobildəki qüsurlu təmir nəticəsində avtomobilin bütün altı yağla çirklənmişdir. Bu faktı biləndən sonra o, qanuni tələblərinə görə "xxxx" MMC-nin rəhbərliyinin ona qarşı qanunsuz hərəkətləri və psixoloji təzyiqləri barədə Nərimanov RPİ-nin 17-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət etdi. Nərimanov RPİnin 17-ci PŞ-də ona məlum oldu ki, +994 (050) *** ** ** saylı mobil nömrə ilə ona zəng vuraraq özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edən Zaur adlı şəxs əslində "xxxx" MMC-nin direktoru deyildir. Lakin, o izahatında bildirdi ki, "xxxx" MMC-nin rəhbəri X10 tərəfindən öyrədilərək ona zəng vurmağı ondan xahiş etmişdir. O, bu faktları bilərkən gərgin psixoloji iztirab keçirdi və bu cür qanunsuzluqların nəticəsində ona ciddi mənəvi ziyan dəymişdir. Belə ki, qanunun tələblərinə uyğun olaraq "xxxx" MMC-dən lizinq müqaviləsi əsasında aldığı avtomobilin ödənişlərini vicdanlı şəkildə, məsuliyyətli bir vətəndaş və müştəri olaraq ödəməyinə baxmayaraq "xxxx" MMC-nin rəhbərliyi onun qanuni tələblərindən imtina etmək üçün yuxarıda göstərilən əməlləri törətməklə onun stress, narahatlıq, mənəvi sarsıntı keçirməyinə səbəb olaraq mənəvi ziyan vurmuşdur. Yuxarıda göstərilən faktiki hallardan da görünür ki, vicdanlı, məsuliyyətli və qanuni tələblərinin icrasını tələb edən müştəriyə qarşı edilmiş bu cür qanunsuzluqlar onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur və ona ciddi mənəvi ziyan dəymişdir. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin vəkili və nümayəndəsi Nümayəndə etiraz ərizə verərək bildirmişdir ki, İddiaçı hüquqlarını müdafiə etdiyi cavabdeh "xxxx" MMC-yə qarşı iddia verərək sağlamlığına vurulmuş mənəvi zərərə görə 20.000 manat (iyirmi min manat) məbləğində təzminatın "xxxx" MMC-dən tutulması barədə tələb irəli sürmüşdür. Bildirir ki, iddia ərizəsində göstərilənlərin heç biri həqiqəti əks etdirmir. Ona görə də onlar iddia ilə qətiyyən razı deyillər və ümumiyyətlə qəbul etmirlər. İddianın əsassızlığını aşağıdakı dəlillərlə sübut edir: 1. İşin hallarından görünür ki, "xxxx" MMC ilə Daxili lizinq müqaviləsi bağlayan İddiaçı və müvafiq avtomobili idarə edən, iddiaçının yaxın dostu Tural Misirov tərəfindən xx.xx.2022-ci il tarixində lizinqə götürdükləri avtomobildə yaranmış texniki problemin şirkət ilə aralarında bağlanılmış müqavilə şərtinə daxil olmadığı halda, məhz "xxxx" MMC tərəfindən həll olunmasının istənməsindən ötrü, şirkətin əməkdaşları (Abusəttarova Jalə, Fərəcov Şaiq, Süleymanov Şahin və b.) və rəhbərinə qarşı hədə qorxu gəlinmiş, ağır təhqirlər edilmiş, lizinqə götürdükləri avtomobilin 24 saat ərzində yandıralacağı, zədələnəcəyi deyilmiş, bu barədə “Votsap” proqramı vasitəsilə aşkar səs mesajları göndərilmişdir (CD disk əlavə edilir). Belə ki, Bakı Şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsində izahatı alınan X12 və digər işçi X8 oxşar məzmunlu izahat verərək "xxxx" MMC-də problemli kreditlər şöbəsində mütəxəssis vəzifəsində çalışdığını, X7 "xxxx" MMC tərəfindən “BMW” markalı avtomobil təhvil verildiyi zaman avtomobilə baxış keçirildiyini, təhvil-təslim aktının tərtib olunduğunu, avtomobilin tam saz vəziyyətdə verildiyini, avtomobil verilən zaman avtomobilin mühərrikinə və surətlər qutusuna 1 ay müddətinə zəmanət verildiyini, Tural Misirovun avtomobili almasının 1 ay tamamında avtomobilin mühərrikində problem yarandığından şirkətin zəmanətə əsasən, avtomobilin mühərrikinin "xxxx" MMC tərəfindən təmir etdirilərək Tural Misirova verildiyini, lakin zəmanət müddəti bitdikdən sonra, yəni xx.xx.2022-ci il tarixində T.Misirov şirkətlə bir daha əlaqə saxlayaraq, “BMW” markalı avtomobildə yenidən nasazlığın meydana gəlməsini bildirərərək, bu nasazlığın "xxxx" MMC tərəfindən aradan qaldırılmasını istədiyini bildirdiyini, şirkət olaraq isə T.Misirovun avtomobilin zəmanət müddətinin bitdiyini və bununla da, "xxxx" MMC-nin avtomobildə yenidən baş verən nasazlığın aradan qaldırmaq iqtidarında olmadığını söylədiyini, bu zaman isə onlara hədəqorxu gəldiyini, şirkətə zəng vuraraq şirkət işçilərini nalayiq ifadələrlə təhqir etdiyini, onların başına oyun açacağını söylədiyini, ölümlə hədələdiyini bildirmişdir. Bu məsələ ilə bağlı Bakı Şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən X5 və İddiaçı yaşadığı ünvana çağırış vərəqəsi göndərilsə də, onlar təhqiqat müddəti ərzində polis bölməsinə gəlməmiş, izahat verməmişdirlər. Qeyd olunan bu hal da hər iki şəxsin təqsirlərini dərk etdiklərinin və qanundan qaçdıqlarının göstəricisidir. 2. Daha sonra cavabdehin işçisi X1 Tural Saday oğlu və İddiaçı tərəfindən edilən təhqir və hədələrdən ötrü vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İşin halları ilə bağlı bildirmişdir ki, ciddi mənəvi sarsıntı keçirmiş, vəzifəsini vicdanla yerinə yetirməsinə baxmayaraq, iş üzrə heç bir təqsiri olmasa da, insan ləyaqətini, şəxsiyyətini alçaldan, söyüş və digər qeyri-etik ifadələrə məruz qalmış, ağır formada təhqir olunmuşdur. Bu səbəbdən də İddiaçı və X5 ondan üzr istəməsi, bir daha bu cür hərəkətlər etməyəcəklərinə dair söz vermələri və özünə vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manat məbləğində təzminatın öz xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda 2(005)-333/2023 nömrəli mülki iş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi Nərgiz Tağıyevanın icraatındadır. İş üzrə materiallara əlavə edilən diskdə əks olunmuş səs yazılarında təhqir formalı, hədə-qorxu məzmunlu ifadələrin təsbit olunub-olunmadığını müəyyən etməkdən ötrü hakim Nərgiz Tağıyeva tərəfindən xx.xx.2022-ci il tarixli qərardad ilə 2(005)-4014/2022 nömrəli mülki iş üzrə məhkəmə linqvistik ekpertizası təyin olunmuş, xx.xx.2023-cü il tarixli Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarına əlavə edilmiş DVD diskdə qeyd olunan səs yazılarında təhqir xüsusiyyətli, şərəf və ləyaqəti alçaldan, eləcə də hədə-qorxu (şantaj) bildirən ifadələr mövcuddur. Həmin ifadələr konkret şəxsə ("xxxx" şirkətinin rəhbəri və ya Şahin adı ilə qeyd olunan şəxsə) ünvanlanmışdır. Yuxarıda qeyd olunan məqamlardan əlavə olaraq bir məsələni də qeyd etmək lazımdır ki, həmin iş üzrə müqayisəli tədqiqatın aparılması üçün eksperimental səs və nitq nümunələrinin təqdim olunmaması səbəbinə görə xx.xx.2023-cü il tarixində ekspert vəsatəti verilməsinə baxmayaraq, X11 və İddiaçı ekspertizanın həyata keçirilməsi üçün zəruri səs yazılarını da təqdim etməkdən yayınırlar. Burdan da aydın şəkildə əks olunur ki, səs və nitq nümunələrinin təqdim olunması hər iki şəxsin təqsirliliyinin birbaşa olaraq aydın göstəricisidir. 3. İddiaçı iddia ərizəsində əks olunan halların heç biri təsdiqini də tapmır. İddiaçı göstərir ki, guya ona cavabdeh tərəfindən Zaur adlı “kriminal avtoritet” zəng edib hədə qorxu gəlib. Halbuki məsələ belə olmuşdur ki, "xxxx" MMC iddiaçı ilə 2022-ci ilin yayında baş verən münaqişədən sonra cavabdehin əməkdaşlarının mobil zəngləri əsasən iddiaçı tərəfindən bloklanırmış və ya cavab verilmirmiş. Buna görə də cavabdehin direktoru O.Hümbətov iddiaçı və dostunu şirkətə dəvət etməkdən ötrü yaxın tanışı Cavabdeh2 xahiş etmişdir. Bu zaman iddiaçıya heç bir hədə-qorxu gəlinməmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində aparılan araşdırmalar nəticəsində də bu hal öz təsdiqini tapmışdır. Beləliklə, İddiada qeyd olunan hallardan biri kimi Cavabdeh2 İddiaçı hədə-qorxu gəlməsi qeyd olunsa da, bu da iddiaçı tərəfindən hər hansı bir sübutla təsdiq olunmayıb, əksinə İddiaçı və T.Misirovun "xxxx" MMC rəhbərliyinə və işçilərinə qarşı təhqir xüsusiyyətli, hədə-qorxu gəldiyini əks etdirən ifadələr işlətdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyi, səs yazılarının əks olunduğu DVD diski (müvafiq DVD disk əlavə olunub) və digər faktlarla təsdiqlənir. 4. İddiaçı tərəfindən qaldırılan iddiada qeyd olunan əsassız hallardan biri də məhz “BMW” markalı avtomobilin guya qüsurlu təmir olunmasıdır. İddiaçının isə bu halı təsdiqləyən hər hansı bir sənədi, o cümlədə bu faktın əks olunduğu heç bir rəsmi sənəd, (“Qüsur Aktı”, mütəxəssis rəyi və s.) yoxdur və avtomobil onun idarəetməsindədir. Burdan da aydın şəkildə görünür ki, iddiada qeyd olunan bu hal da digər hallar kimi əsassızdır. Nəticədə, bu hadisə və proseslərin nəticəsində İddiaçı mənəvi zərərin (mənəvi sarsıntı və ya mənəvi iztirab) vurulması ilə bağlı hər hansı bir mötəbər və əsaslı dəlilin ortada olmaması müəyyən olunur. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehlər "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi və X4 vəkili və nümayəndəsi Nümayəndə etiraza uyğun izahat verərək iddianı qəbul etmədiklərini bildirmiş, əlavə olaraq qeyd etdi ki, iddiaçı zəmanətə düşməyən ehtiyat hissələrinin təmir etdirilməsini istəmişdir. Bununla yanaşı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin əməkdaşlarını təhqir etmişdir. Zamiq şirkətin əməkdaşlarının telefonlarını açmadığı üçün Cəmiyyətin direktoru Orxan müəllim Zaur adlı tanışından xahiş etmişdir ki, Zamiqə maşını gətirməsini desin. İddiaçı baxmayaraq ki, onların işi məhkəmələrdə gedir, bu gündə maşının ödənişlərini edir. Hal-hazırda maşın Gəncədə şəxsi münasibətlər zəminində başqa şəxs tərəfindən yandırılmışdır. Məhkəmə iclasında iddiaçı Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlu iddia tələbini müdafiə edib, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermişdir, əlavə olaraq bildirmişdir ki, maşın faktiki olaraq Zamiqdə idi, etibarnamə əsasında dostu Misirov Tural idarə edirdi. Həmin maşını Göygöldə Zamiq və Turalla düşmənçilik edən şəxslər yandırmışlar. “BMW 528İ” minik markalı avtomobil "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin mülkiyyətindədir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlu ilə "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında bağlanmış 82C/22 saylı, 07 may 2022-ci il tarixli “Lizinq” müqaviləsinin surətindən görünür ki, “BMW 528İ” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlunun müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. - 07 may 2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlu “BMW 528İ” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam işlək və saz vəziyyətdə təhvil aldı. - 07 may 2022-ci il tarixli, 82C/22 saylı “Lizinq” müqaviləsinin ödəniş cədvəlinin surətindən görünür ki, 48 ay müddətinə 4000 manat ilkin ödəniş etməklə, hər ayın 15-i və 30-u 1000 manat ödəniş olunmalıdır. - "xxxx" MMC-nin 02 noyabr 2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, “BMW 528İ” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci 389.40 manatdır. - Bakı Şəhəri Nərimanov Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 07 noyabr 2022-ci il tarixli, 080-18182A-3m nömrəli məktubunun surətindən görünür ki, Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlunun müraciətinə baxılmış və bildirilmişdir ki, araşdırma zamanı toplanmış materialda göstərilən faktlar mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 yanvar 2023-cü il tarixli, 41/1883 nömrəli məhkəmə linqvistik ekspertizasının rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş DVD diskdə qeyd olunan səs yazılarında təhqir xüsusiyyətli, şərəf və ləyaqəti alçaldan, eləcə də hədə-qorxu (şantaj) bildirən ifadələr mövcuddur. Həmin ifadələr konkret şəxsə ("xxxx" Şirkətinin rəhbəri və ya Şahin adı ilə qeyd olunan şəxsə) ünvanlanmışdır. Nitqdə bildirilən məlumatların böhtan və ya həqiqət olmasının müəyyən edilməsi hüquqi araşdırmaya aid məsələlərdir. - 07 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Nümayəndə müraciəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlu ilə "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında bağlanmış 82C/22 saylı, 07 may 2022-ci il tarixli “Lizinq” müqaviləsinə əsasən “BMW 528İ” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlunun müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlu “BMW 528İ” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam işlək və saz vəziyyətdə təhvil almışdır. Lakin avtomobildə yaranan texniki nasazlıq səbəbindən "xxxx" MMC-yə müraciət etmiş və maşın MMC tərəfindən təmir edilmişdir. Sonradan iddiaçı maşın qüsurlu təmir edildiyi üçün "xxxx" MMC-yə müraciət etmişdir. Hazırda "xxxx" MMC-nin direktoru X4 və Cavabdeh2 keçirdiyi mənəvi zərərin əvəzi olaraq ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində təzminatın X2, Cavabdeh2 və "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlu iddia ərizəsində cavabdehlər tərəfindən qanunsuz hərəkətlərin, təyziqlərin və MMC-nin əməkdaşlarının davamlı qanunsuz zənglərinə məruz qalmasının nəticəsində ciddi sarsıntı, stress və mənəvi əzab keçirməsini qeyd edir. Lakin cavabdehlərin qeyd olunan hərəkətləri törətməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının məhkəməyə ona mənəvi ziyan vurulmasını təsdiq edə biləcək sübut qismində təqdim etdiyi 1 ədəd “CD” diskə münasibətdə isə qeyd edir ki, həmin diskdə olan səs yazıları məhkəmə baxışı zamanı təqdiq edilmiş və iddia tələbinin həmin hissəsinin əsaslılığını təsdiq edəcək hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi 1 ədəd “CD” diskə münasibətdə isə məhkəmə bildirir ki, diskdə olan səs yazılarından müəyyən olunur ki, iddiaçı Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlu MMC-nin əməkdaşlarına qarşı söyüş və nalayiq ifadələr işlətmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəyən mənəvi zərərlə bağlı 20000 manat pul tələb edir. Lakin yuxarıda qeyd olunan normanın tələblərindən göründüyü kimi iddiaçı ona dəymiş mənəvi zərəri təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan Plenum Qərarına əsasən mənəvi zərər vurulması- onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallar nəzərdə tutulur. Göründüyü kimi hazlrki iş üzrə qeyd olunanların heç biri iddiaçıya münasibətdə mövcüd olmamışıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü cavabdehin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri yəni 20000 manat vəsaitin iddiaçıya verməsi nəticəsində mənəvi ziyan dəyməsini sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlunun cavabdehlər "xxxx" MMC-nin direktoru X4, Cavabdeh2 və "xxxx" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi zərərin əvəzi olaraq ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində təzminatın X2, Cavabdeh2 və "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğluna aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğlunun cavabdehlər "xxxx" MMC-nin direktoru X4, Cavabdeh2 və "xxxx" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi zərərin əvəzi olaraq ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində təzminatın X2, Cavabdeh2 və "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı Ağayev Zamı̇ q Fəxrəddı̇ n oğluna aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar