Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-507/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi X3 Qurbanovun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcmini artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olub. Nikahları Bakı şəhəri, Səadət Sarayında 1763 nömrə ilə rəsmiləşdirilib.xx.xx.2021-ci il tarixli, 2(007)-987/2021 saylı Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanan nikaha xitam verilməsi qət edilib. Belə ki, birgə nikahdan anadan olan xx.xx.2008-ci il təvəllüdlü Dilşad Yusubzadə və xx.xx.2012-ci il təvəllüdlü Aylin Yusubzadənin iddiaçının himayəsində saxlanılmasında dair qətnamə çıxarılıb.Qeyd etmək istəyir ki,tərəflər arasında bağlanan nikaha xitam verildikdən sonra cavabdeh ümumiyyətlə uşaqlarla maraqlanmayıb, onların maddi cəhətdən təmin edilməsində iştirak etməyib, eləcə də ünsiyyət saxlamayıb.Valideynlər uşaqlarını saxlamağın qayda və formasını müstəqil müəyyən edirlər. Buna baxmayaraq iddiaçı himayəsində olan hər iki uşağın saxalanmasında iştirak etməsi barədə cavabdehə dəfələrlə müraciət etsə də nəticəsiz qalıb.Hansı ki,buna dair mediasiya sessiyasında iştirak etməkdən də cavabdeh yayınır.Qeyd etmək lazımdır ki, cavabdehin aylıq maaş və ya qazancı stabil olmadığından himayəsində olan hər iki uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasını zəruri hesab edir.Qeyd olunanlara əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 500 manat olmaqla cəmi 1000 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-987/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına dair iddiasının təmin olunması,tərəflər arasında bağlanmış nikahın pozulması,nikah pozulduqdan sonra birgə nikahdan anadan olan xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 ataları İddiaçı yanında saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat həddində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən 31 yanvar 2022-ci ilədək hər uşağa görə hər ay 193 manat olmaqla cəmi 386 manat,01 yanvar 2023-cü ildən başlayaraq hər uşağa görə hər ay 220 manat olmaqla cəmi 440 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən 31 yanvar 2022-ci ilədək hər uşağa görə hər ay 193 manat olmaqla cəmi 386 manat,01 yanvar 2023-cü ildən başlayaraq hər uşağa görə hər ay 220 manat olmaqla, cəmi 440 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-507/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-507/2023
08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver