Məhkəmə qərarları › İş №e-2(007)-554/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-554/2022

16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-554/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Najafi Mohammədin, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Najafi Mohammada qarşı “nikahın pozulması və əmlak” tələbinə dair ilkin, iddiaçı Najafi Mohammadın cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddiaları dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Najafi Mohammada qarşı “nikahın pozulması və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanılan nikahının pozulmasna, birgə nikah dövründə əldə edilmiş dövlət qeydiyyat nömrəsi ** MV *** olan “Mercedes Benz ML350” minik (rəngi: ağ, buraxılış ili: 2011-ci il, Ban:4JGDA5HB7CA014568) markalı nəqliyyat vasitəsi və ünvan 1 ünvanında yerləşən əmlaklar üzərində onun ½ hissədə mülkiyyət hüququnun tanımasına, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində onun ¾ hissədə mülkiyyət hüququnun tanımasına, ödənilmiş dövlət rüsumunun Cavabdehn tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İran İslam Respublikası vətəndaşı Cavabdeh ilə 08.08.2007-ci ildə İran İslam Respublikasında rəsmi nikaha daxil olmuşlar. Artıq 14 ildir ki, onlar ailə qurmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birilərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Artıq bir müddətdir ki, həyat yoldaşının xəyanəti səbəbindən ailə münasibətləri dağılmış, ailə münasibətlərinin bərpa olunması mümkün deyldir. Artıq necə müddətdir ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Həyat yoldaşı ilə ailə münasibətlərinin normallaşdırmaq üçün bütün cəhdlərin əhəmiyyəti olmur. Sonuncu dəfə də bu ilin sentyabr ayında evi tərk edərək getmişdir, hal-hazırda da harada olması barədə məlumatı yoxdur. Birgə nikah dövründə, yəni 02.08.2019-cu ildə onunla cavabdehin ümumi vəsaiti hesabına dövlət qeydiyyat nömrəsi ** MV *** olan “Mercedes Benz ML350” minik (rəngi: ağ, buraxılış ili: 2011-ci il, Ban:4JGDA5HB7CA014568) markalı avtomobil əldə edilmişdir. Hal-hazırda nəqliyyat vasitəsi cavabdehin istifadəsindədir. Daha sonra birgə nikah dövründə onunla cavabdehin ümumi vəsaiti hesabına ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaklar əldə edilmişdir. Qanunun tələbinə görə həmin daşınar və daşınmaz əmlaklara onun ½ hüququ vardır. Həmçinin, cavabdehlə birgə nikaha daxil olmazdan əvvəl onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə sovxozu deyilən ərazidə 0,02 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi 2015-ci il ildə 15000 manat məbləğində satılmış və həmin pulun üzərinə də 12500 manat qoyularaq, 27500 manat məbləğində cavabdehin adına ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak əldə edilmişdir. Hesab edir ki, ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzilin alınmasında xərclənən pulun yarısından çoxu onun nikahdan əvvəl əldə etdiyi torpaq sahəsinin satılmasından əldə edilən pul vəsaiti təşkil edir və ona görə də həmin daşınmaz əmlak üzərində onun pay hüququ vardır. Cavabdeh Najafi Mohammad qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk İddiaçı ilk iddia tələbinin qismən təmin edilməsi və ünvan 4 ünvanda yerləşən mənzilin və ünvan 5 ünvanında yerləşən bir otaqlı mənzilin 1/2 hissəsinə ilk iddiaçı ilə onun bərabər paylı mülkiyyət hüququnun tanınması, ilk iddiaçı ilə İran İslam Respublikasında 08.08.2007-ci il tarixdə bağlanılan nikahın pozulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, eləcə də qarşılıqlı iddia tələbinin təmin edilməsi və ilk iddiaçı ilə nikah zamanı əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində inşa edilən iki mərtəbəli fərdi yaşayış evinin və həmin torpaq sahəsinin 1/2 hissəsinə, nikah zamanı əldə edilən və ilk iddiaçının adına rəsmiləşdirilən ** XA *** dövlət nömrə nişanlı “HYUNDAİ 120” markalı minik avtomobilinin 1/2 hissəsinə onun paylı mülkiyyət hüququnun tanınması, o cümlədən nikah zamanı əldə edilən mənzillərdə və ikimərtəbəli fərdi yaşayış evində yerləşən məişət avadanlıqlarının (cv əşyalarının), ilk iddiaçıda olan və dəyəri 40000 (qırx min) manat olan qızıl-zinət əşyalarının yarısının ilk iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh Najafi Mohammad qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, hesab edir ki, ilk İddiaçı ilk iddia tələbi qismən təmin edilməli və ünvan 4 ünvanda yerləşən mənzilin, ünvan 5 ünvanında yerləşən bir otaqlı mənzilin ½ hissəsinə ilk iddiaçı ilə onun bərabər paylı mülkiyyət hüququm tanınmalı, nikah pozulmalı, ilk iddia qalan hissədə təmin edilməməli, eləcə də qarşılıqlı iddia tələbim təmin edilərək ilk iddiaçı ilə nikah zamanı əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin və həmin torpaq sahəsinin ½ hissəsinə, nikah zamanı əldə edilən və ilk iddiaçının adına rəsmiləşdirilən ** XA *** dövlət nömrə nişanlı “HYUNDAİ 120” markalı minik avtomobilinin ½ hissəsinə onun paylı mülkiyyət hüququnun tanınması, o cümlədən nikah zamanı əldə edilən mənzillərdə və fərdi yaşayış evində yerləşən məişət avadanlıqlarının (ev əşyalarının), ilk iddiaçıda olan və dəyəri 40000 (qırx min) manat olan qızıl-zinət əşyalarının yarısının ilk iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlə 08.08.2007-ci ildə İran İslam Respublikasında nikaha daxil olmuşdur. Bir müddət İranda yaşadıqdan sonra Azərbaycana gəlib Bakı şəhərində yaşamağa başlamışlar. Məhkəmənin nəzərinə çatdırır ki, o, ali təhsilli memardır və özəl sahədə memarlıq, dizaynerlik fəaliyyəti ilə məşğul olmuşdur. Bakı şəhərinə gələrkən onların nə evləri, nə də başqa əmlakları yox idi. Uzun illər ərzində çalışaraq ailənin yeganə qazanc gətirən başçısı kimi cavabdehlə özünə ünvan 4 ünvanda yerləşən mənzili, ** MV *** dövlət nömrə nişanlı “Mersedes Benz ML 350” minik avtomobilini, ünvan 5 ünvanında yerləşən bir otaqlı mənzili, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini, ilk iddiaçının adına rəsmiləşdirilən ** XA *** dövlət nömrə nişanlı “HYUNDAİ 120” markalı minik avtomobilini, eləcə də ilk iddiaçı üçün qızıl-zinət əşyaları, evləri üçün mebel və məişət avadanlıqları almışdır. 2013-cü ildə aldıqları 0,03 ha torpaq sahəsində də iki mərtəbəli ev inşa etdirmişdir. Bütün bunlar onun uzun illər ərzində çəkdiyi zəhmətin hesabına əldə olunmuşdur. O, tək işləmişdir. İlk iddiaçı işləməmiş, ailələrinə gəlir gətirməmişdir. O, heç vaxt bunu onun qüsuru və təqsiri hesab etməmiş və indi də etmir. Sadəcə olaraq bildirir ki, ilk iddia ərizəsində yazılanlar heç də həqiqəti ifadə etmir. İlk iddiaçı ərizəsində ünvan 5 ünvanında yerləşən bir otaqlı mənzil üzərində ¾ hissə pay tələb etməsini belə əsaslandırır ki, guya həmin mənzil onun nikaha qədər mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin satışından əldə olunan pula alınmışdır. Halbuki, bu belə deyil. Bakının Xəzər rayonu, Binə qəsəbəsində Donuz kökəltmə sovxozu deyilən ərazidə 2015-ci ildə torpağın bir sotunun real bazar dəyəri 1000-1500 manat arasında dəyişmişdir. Həmin iki sot torpağın qiyməti ən çoxu 2500 manat idi. O, öz qazancı hesabına həmin torpaqda kiçik bir ev, ayrıca bir mətbəx inşa etmişdir və onlar ərarvad qərara gəlmişlər ki, həmin evi salıb rastlaşdıqları problemi həll etsinlər. Bəs problemləri nə olmuşdur? O, bir neçə cümlə ilə məhkəmənin diqqətini bu problemə yönəltmək istəyir. Ona görə tərəflər arasında ədalətli qərar qəbul etmək üçün bu problemi və onun aradan qaldırılmasına yönələn səylərini, problemin həll olunmadığını bildikdən sonra isə onun ilk iddiaçıya münasibətini bilmək müəyyən əhəmiyyət kəsb edəcəkdir. Onlar 15 il evli olsalar da, onların övladları olmamışdır. Bunun sırf tibbi səbəbi ilk iddiaçı ilə bağlıdır. Bunu bildikdən sonra ilk gündən o və ilk iddiaçı qərara gəlmişlər ki, onun ciddi şəkildə müailcəsini təşkil etsinlər. O, iranlı olduğu üçün vətəni də daxil olmaqla bir sıra ölkələrdə ilk iddiaçının müalicəsi üçün əlindən gələn hər şeyi etmişdir. İlk iddiaçının hamilə qala bilməsi üçün 3 dəfə İUİ adlı müalicə proseduru keçirilmişdir. Bu ən müasir və təbii ki, çox bahalı prosedurdur. Bu tətbiqlərin hər birinə təxminən 6000 (altı min) ABŞ dolları vəsait xərcləmişdir. Müxtəlif ölkələrdə və müxtəlif klinikalarda 10 dəfə süni mayalanma proseduru tətbiq olunmuşdur. Bu tətbiqlərə ən azı 80000 (səksən min) manat vəsait xərcləmişdir, Həm ilk iddiaçı, həm də o, övlad sahibi olmağı arzulamışlar və bu istəklərinə çatmaq üçün tibb elminin imkanlarından maksimum dərəcədə faydalanmağa çalışmışlar. Bu isə, əlbəttə, həm zəhmət, əziyyət, həm də külli miqdarda vəsait sərf etmək deməkdir. Amma o, bu məsələdə qazancını əsirgəməmiş və ilk iddiaçının müalicəsi üçün nə qədər vəsait lazımdırsa, vermişdir. İlk iddiaçı qardaşının yaşadığı Rusiyanın Perm şəhərində də müalicə almışdır. O, özü Permə getməsə də, səfər və müalicə xərci kimi 7000 (yeddi min) ABŞ dolları vəsaiti ilk iddiaçıya vermişdir. Permdə alınan müalicə nəticə vermədikdə, Bakıda Mərkəzi Klinik Xəstəxanada iki dəfə, “Oksigen” klinikasında 3 dəfə müalicə prosedurları həyata keçirilmişdir. Təkcə iki klinikada həyata keçirilən 5 kurs müalicəyə 30000 (otuz min) manat vəsait xərcləmişdir. Bakının Əhmədli qəsəbəsində yerləşən X2 həyata keçirilən və 3000 (üç min) manata başa gələn müalicə də bir nəticə verməmişdir. Övlad sahibi olmaqları üçün indi burada yerini, vaxtını qeyd edə bilmədiyi çoxsaylı müalicə kursları da olmuşdur. Bütün bunlar isə həm vəsait, xərc, həm də işindən ayrılıb ilk iddiaçı ilə klinikalara getmək, onun yanında olmaq deməkdir. O, bütün bunları deməklə ilk iddiaçıya zərrə qədər də olsa tənə etmək istəmir. İlk iddiaçı onun həyat yoldaşım olmuş və o bunu etməli idi. Əgər uzun-uzadı, bitib-tükənməyən müalicə kursları ona ağır maddi məsrəflərə başa gəlirdisə, ilk iddiaçı bunun fiziki, cismani ağrısını daşıyırdı. O, bunu görməyə və deməyə bilməz. Amma bununla belə deməlidir ki, O, ilk iddiaçının torpağını satıb ev almamışdır. Yuxanda qeyd etdiyi kimi, torpaq üzərində kiçik bir ev tikib nisbətən baha qiymətə satıb müalicə xərclərinə sərf etmişlər. Hər üç evi və avtomobilləri isə o, öz şəxsi biznesi ilə əldə etdiyi qazanc hesabına almışdır. İlk iddiaçıya avtomobili də o almışdır. Bunu ilk iddiaçı özü də bilir. Bununla belə son vaxtlar aralarında mübahisə yarananda ona qarşı əsassız olaraq aqressiv davranmağa başlamışdır. Mübahisə zamanı o, ilk iddiaçıya bir ev və sürdüyü avtomobili təklif etmişdir. Lakin ilk iddiaçı bu təkliflə razı olmamışdır. Bundan sonra ona bildirmişdir ki, nə qazanmışlarsa, hamısını bərabər şəkildə bölsünlər. Lakin ilk iddiaçı buna da razı olmadı və bildirdi ki, qazanılan əmlakların daha çox hissəsi ona çatmalıdır. Elə bu fikirlə də ona qarşı mövcud iddianı qaldırmışdır. Bildirir ki, ilk iddiaçının müalicə xərclərini qarşılamaq üçün üçüncü şəxslərdən borc pul da almışdır. Həmin borc məbləği 40000 (qırx min) manatdan çox olmuşdur. Həmin borcu qaytarmaq üçün o, özümə məxsus olan ** MV *** dövlət nömrə nişanlı “Mercedes Benz ML 350” minik avtomobilini 2021-ci ilin sentyabr ayında 35000 manata satmış və borclu olduğu Farshid Keyvaniyə olan 40000 manat borcunun 30000 manat hissəsini nağd şəkildə ödəmişdir. Hazırda həmin şəxsə onun 10000 manat borcu qalmışdır. Yəni hazırda ilk iddiaçının pay tələb etdiyi “Mercedes Benz ML 350” minik avtomobili ümumi əmlak kimi mövcud deyil, ilki iddiaçı onun borclu olduğunu bilirdi. Onun müalicəsinə çəkilən xərclərin də 150000 (bir yüz əlli min) manatdan çox olduğunu, müalicə dövründə işləmədiyini, vaxtını ona sərf etdiyini, borca da düşdüyünü, avtomobili də ona görə satdığını bilirdi. Bu mənada ilk iddiaçının “Mercedes Benz ML 350” minik avtomobili ilə bağlı qaldırdığı iddia tələbi əsassızdır. Odur ki, onun qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Bununla bağlı olaraq bildirirəm ki, qeyd olunan əmlaklar mənim hesabıma alınıb. İlk iddiaçının həmin əmlakların alınmasında xüsusi bir rolu olmamışdır. Ailələrinin bütün maddi ehtiyaclarını o ödəmişdir. İlk iddiaçının illərlə davam və böyük xərc tələb edən müalicəsini o həyata keçirmiş, ona avtomobili o almışdır. İlk iddiaçı işləyib müstəqil qazanc gətirməmişdir, o isə daim əməklə məşğul olmuşdur. Bu mənada hesab edir ki, onun öz şəxsi əməyi, eləcə də Azərbaycan qanunlarının müəyyən etdiyi bölgü prinsipləri nəzərə alınaraq qeyd olunan əmlaklar bərabər nisbətdə bölünməli və əmlakların 1/2 hissəsi üzərində onun mülkiyyət hüququ tanınmalıdır. Məhkəmənin nəzərinə onu da çatdırır ki, hər üç evlərində olan əşyalar (avadanlıqlar) və ilk iddiaçıda olan qızıl-zinət əşyaları da bərabər əsaslarla bölünməlidir. Bildirir ki, o, ilk iddiaçıya onun ürəyi istəyən hər bir geyimi, şəxsi əşyanı (telefon, şəxsi aksessuarlar və s.) almışdır. Bundan əlavə, ilk iddiaçı ilə mübahisələrinin təzə-təzə yarandığı 2019-cu ilin sonlarında o, evdə olmadığı vaxt ilk iddiaçı evdəki seyfdən 29000 avro və 2800 ABŞ dolları pulu seyflə birlikdə götürmüşdür. O, o vaxt ilk iddiaçının bu hərəkətini ona bağışlamış və o, çox sonra ona etiraf etmişdir ki, həmin pulla özünə kiçik bir kosmetoloji mərkəz açmışdır. O, ilk iddiaçının bu etirafını o vaxt belə bir əsasa görə anlayışla qarşılamışdır ki, əgər mübahisələri boşanmaya qədər gedərsə, o halda ilk iddiaçı çətin maddi sıxıntıda qalmaz. İki mərtəbəli evi kirayəyə verib hər ay həmin evdən 300 manat qazanc əldə etməsinə də etirazı olmamışdır. Bunlarla bağlı və ona aid olan şəxsi geyim və əşyalarla bağlı ona qarşı heç bir tələbi yoxdur. Amma evlərində olan ev əşyaları (mebellər, məişət avadanlıqları), eləcə də ümumi dəyəri 40000 (qırx min) manat olan qızıl-zinət əşyaları ilk iddiaçı ilə aralarında bərabər əsaslarla bölünməlidir. Məhkəmənin 16.03.2022-ci il tarixli qərardadı ilə iddiaçı “İddiaçı cavabdeh Najafi Mohammada qarşı “nikahın pozulması və əmlak” tələbinə dair ilkin, iddiaçı Najafi Mohammədin cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddiasına dair 2(007)-554/2022 saylı mülki iş üzrə tərəflərin bağladıqları barışıq sazişi qəbul edilərək həmin barışıq sazişi təsdiq edilmiş və 2(007)-554/2022 saylı mülki iş üzrə icraata “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” hissəsində xitam verilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, cavabdehlə nikahın pozulmasına razıdır və onlara ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etmədən nikahlarına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək tərəflərə barışıq üçün vaxt verilmədən nikahın pozulmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Najafi Mohamməd iddiaçı ilə nikahın pozulmasına razıdır və onlara ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etmədən nikahlarına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəflərə barışıq üçün vaxt verilmədən nikahın pozulmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsinin 26 avqust 2021-ci il tarixli 5150/13424 saylı məlumatından görünür ki, 1974-cü il təvəllüdlü X4 (X5) oğlu 08.08.2007-ci il tarixdə 1973-cü il təvəllüdlü X3 (İddiaçı Əliguşad) qızı ilə nikah bağlamışlar. Məhkəmə iclasında müəyyən olundu ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Najafi Mohammad 08 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahından uşaqları doğulmamışdır. Tərəflərin münasibətləri pozulmuşdur, bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, onların nikahı formal xarakter daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər; 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir; 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tərəflərin nikahın pozulmasına razılıqlarını və nikahın pozulmasına dair təkidlərini nəzərə alaraq hesab edir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, nikahları formal xarakter daşıyır, ona görə iddia təmin edilməli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları yoxdur, ona görə Ailə Məcəlləsinin 22.2.1-ci maddəsində nəzərdə tutulan məsələ ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə mülkiyyətində olan əmlakın bölgüsü ilə bağlı mübahisə olmuş, həmin mübahisə ilə bağlı tərəflər arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 ilə İddiaçı arasında 08 avqust 2007-ci il tarixdə İran İslam Respublikasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 ilə İddiaçı arasında 08 avqust 2007-ci il tarixdə İran İslam Respublikasında bağlanmış nikah pozulsun. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar