Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-570/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında Cavabdeh məxsus olan və cavabdehin idarə etdiyi “Mercedes Benz 420” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və Nizami RPİ-nin müstəntiqi, polis baş leytenantı Nicat Nayıbov tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən iş materialları barəsində həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. "xxxx" markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən 8328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş MİB- AZNY-0106-0/13 saylı, xx.xx.2013-cü il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, ** SX *** dövlətqeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında 20700 (iyirmi min yeddi yüz) manat məbləğində sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və iş materialları cavabdeh barəsində həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, hadisə nəticəsində "xxxx" markalı, ** SX *** dövlətqeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8728 (səkkiz min yeddi yüz iyirmi səkkiz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, 769/14 saylı sığorta aktından müəyyən olunur ki, dəymiş zərərin aradan qaldırılması üçün 400 (dörd yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 8328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişi edilməlidir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** SX *** dövlətqeydiyyat nişanlıavtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 8328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/5490 saylı “Geriyə tələb (subroqasiya)” məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 8328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişinin, 5000 (beş min) manatdan artıq olan hissəsi, yəni 3328 (üç min üç yüz iyirmi səkkiz) manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 8328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişinin, cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış “Azərbaycan Sənaye Sığorta Şirkəti” tərəfindən ödənilməli olan 5000 (beş min) manatdan artıq olan hissəsi, yəni 3328 (üç min üç yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, hesab edirlər ki, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutulmalıdır. Bununla bağlı bildirirlər ki, 53,28 (əlli üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx) manat xidmət haqqının ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir. Qeyd olunanlara əsasən 3328 (üç min üç yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişinin, 53,28 (əlli üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx) manat xidmət haqqının, cəmi 3381,68 (üç min üç yüz səksən bir manat, altmış səkkiz qəpik) manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin etirazına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmirlər. Məhkəmə hazırlıq iclasının və sonrakı məhkəmə iclarının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, inzibati protokol üzrə cərimə ödənişini edib və protokol onun tərəfindən mübahisələndirilməyib. O, yol-nəqliyyat hadisəsi nəticəsində maşına ziyan dəydiyini qəbul edir, lakin zərərin miqdarı iddia tələbindəki kimi deyil. Ekspert rəyi ilə razıdır. Lakin ekspert rəyindən 5000 manat və 400 manat şərtsiz azadolma məbləğ çıxılmalıdır. Qalan 1960 manat ödənişi qəbul edir. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Fizki şəxslərin Sahibliyində olan minik avtomobillərin tam sığortası üzr sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2013-cü il saat 24:00-dan xx.xx.2014-cü il saat 24:00-dək sığortalanmışdır. Əmlakın bazar zəyəri 20700 manat, sığorta məbləği 20700 manat, sığorta haqqı 582,50 manat, hər bir hadisə üzrə 200 manat nəzərdə tutulmuşdur; - xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktının surətindən görünür ki, "xxxx" markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 8728 manat tələb olunur; - "xxxx" ASC-nin 769/14-CM 516/14 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASCdə PBA********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək sığortalanmış, "xxxx" markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes-Benz 420” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Dəymiş zərər 8728 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 400 manat şərtsiz azadolma məbləği çıxılmaqla 8328 manat sığorta ödənişi edilmişdir; - Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, “Mercedes-Benz 420” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibinin əlamətləri olmadığından rədd edilmiş və qərarın surətinin barəsində Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsinin əlamətlərinin olmasını nəzrər alaraq barəsində inzibati protokol tərtib edilərək, inzibati təsir tədbirlərinin görülməsi məqsədi ilə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin məlumatından görünür ki, “Mercedes-Benz 420” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin (151.1) 327.1-ci maddəsi ilə CYP 878375 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Cavabdeh barəsində tərtib edilmiş CYP 878375 saylı inzibati xəta haqqında protokol Azərbaycan respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli aktına əsasən məhv edilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə saat 01:00-da Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh mülkiyyətində olan “Mercedes-Benz 420” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 8328 manat sığorta ödənişi Ağaəli Təhməzov tərəfindən təhvil alınmışdır; - "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli BS-S-22/5490 saylı məktubundan görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2627 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, , "xxxx" markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyathissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7360 manat müəyyən edilmişdir; - Ödəniş tapşırığlarından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 30 manat və xx.xx.2022-ci il tarixdə 23,28 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında Cavabdeh məxsus olan və cavabdehin idarə etdiyi “Mercedes Benz 420” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASCdə “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və Nizami RPİ-nin müstəntiqi, polis baş leytenantı Nicat Nayıbov tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən iş materialları barəsində həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. "xxxx" markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən 8328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC xx.xx.2022-ci il tarixdə məktubu ilə Cavabdeh müraciət edərək zərərin aradan qaldırılması üçün ödənilmiş 8328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişinin, 5000 (beş min) manatdan artıq olan hissəsi, yəni 3328 (üç min üç yüz iyirmi səkkiz) manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh məxsus olan və cavabdehin idarə etdiyi “Mercedes Benz 420” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 8328 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı X2 İdarəsinin arayışan əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli olan tərəf qismində iştirak etmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunan inzibati xəta haqqında protokolda Cavabdeh yol hərəkəti qaydalarını pozmuşdur. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Araşdırma zamanı cavabdeh iddiaçının subroqasiya tələbini qəbul etmiş, lakin avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə, bu xüsusatı nəzərə alaraq zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin etmişdir. Ekspertizanın xx.xx.2023-cü il tarixli 9/2627 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2014cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, , "xxxx" markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyathissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7360 manat müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği 7360 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, iddiaçının cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış “Azərbaycan Sənaye Sığorta Şirkəti” tərəfindən ödənilməli olan 5000 (beş min) manatdan artıq olan hissəsini cavabdehdən tələb etmək hüququ vardır. Həmçinin dəymiş zərərdən 400 (dörd yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxılmalıdır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 1960 manat sığorta ödənişi məbləği Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 53,28 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/2627 saylı saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 53,28 manat dövlət rüsumunun 21,9 manatı iddiaçıya, 31,38 manatı cavabdehə və 0,40 manat xidmət haqqının 0,16 manatı iddiaçıya, 0,24 cavabdehə aid edilməli və iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 manatın 41,1 manatı iddiaçıdan, 58,9 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1960 manat sığorta ödənişi məbləği və ödənilmiş 31,38 manat dövlət rüsumunun və 0,24 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 21,9 manatı və xidmət haqqının 0,16 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 41,1 manatı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və 58,9 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1960 manat sığorta ödənişi məbləği və ödənilmiş 31,38 manat dövlət rüsumunun və 0,24 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 21,9 manatı və xidmət haqqının 0,16 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 41,1 manatı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və 58,9 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-570/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-570/2023
19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver