Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-606/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh Salmanov Səı̇ d Ağamənsı̇ m oğlunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış, 1205 nömrə ilə qeyd olunmuş nikahın pozulması, birgə nikahdan anadan olan uşaq xx.xx.2018-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi, yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində, yəni 193 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha dахil оlmuş, birgə nikahdan xx.xx.2018-cı təvəlüdlü X5 adlı övladları dünyaya gəlmişdır. Cavabdehlə bir müddət normal ailə münasibətində olsalar da, sonradan aralarında müəyyən problemlər yaranmışdır. Hal-hazırda cavabdehlə birgə yaşamırlar. Cavabdehlə aralarında da olan nikah formal xarakter daşıyır, cаvаbdеhlə аilə münаsibətlərinin bərpаsı qеyri-mümкündür. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə münasibətdə yazılı etiraz verərək, ailələrini nəzərə alıb iddanın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh nikahın pozulmasını aralarında müəyyən problemlərin yaranması ilə əlaqələndirməyə çalışmışdır. Əslində isə ailədə ciddi bir problem yoxdur və aralarında olan narazılıqlar iddiaçının öz səhlənkar əməlləri nəticəsində meydana çıxmışdır. O, bu narazılıqları aradan qaldırmaq əvəzinə məhkəməyə müraciət etmişdir. O, iddianı qəbul etmir və ailələrinin saxlanmasını, qız övladı Fatmanın yanımda qalmasını istəyir. İddiaçı 8 aydan çoxdur ki, getmişdir və övladını ona göstərmir. Dəfələrlə ona bildirmişdir ki, qızını onunla görüşdürsün. Lakin o, qərəzli olaraq uşağı ona göstərmir və uşağından ona qarşı bir silah kimi istifadə edir. O, 2-ci qrup əlildir və əmək qabiliyyətsizdir, ayda cəmi 190 manat pensiya alır. Uşaq vaxtı beyin pozuntusu keçirmişdir. Xəstəlyi ilə əladar müalicə olunmuş və respublikanın ən təcrübəli həkimlərinin müalicəsini almışdır. Xəstəliyi artıq sabitləşmiş və səhhəti bərpa olunmağa başlanmışdır. O və Aysel 2016-cı ildə ailə qurmuşlar. Həmin vaxtı səhhəti onu daha çox narahat edirdi. Aysel və valideynləri, qohumları bunu bilmiş və onların ailə qurmalarına çox razı olmuş, onlar xəstəliyinin müalicə olunacağını, əsas məsələ isə narkotik və digər pis vərdişlərə aludə olmamağını bildirirmişlər. Ailə qurandən sonra onlar çox mehriban dolanmış və maddi imkanları da yaxşı olmuşdur. Onlar onun valideynlərinin Cəlilabad şəhərində olan evində yaşamışlar. Ayselin atası doktor X6 Kollecinin direktorudur. Aysel də həmin kollecdə işləyir və atasının bütün işini aparır. Aysel uşaq olan zaman avtomobil qəzasına düşüb, o da onun kimi mütəmadi müalicə alır və aldığı əmək haqqını dərmanlara verir. Kollecdə işlərin böyük hissəsini Aysel yerinə yetirir. O, evdə də işləyir. Daimi yüklənməsi və işləməsi onu ailəsindən soyutmuşdur. Gedib valideynlərinin evində qalmağa başlamış və sonra daha onunla yaşamaq istəmədiyini bildirmişdir. Ailələrinin dağılması həm də onun valideynlərinə çox pis təsir göstərmişdir. Atası ürəkdən cərrahiyə əməliyyatı keçirmiş, anası isə şəkər xəstəsidir. Onun aldığı 190 manat sosial müavinət heç öz dərmanlarına çatmır. Bu məbləğ ondan alimet adı ilə tutulandan sonra müalicə oluna və dərman ala bilməz və xəstəliyi yenidən şiddətlənə bilər. Ailənin dağılması azyaşlı qızları üçün də çox ağır olacaqdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən tərəflərin barışması üçün 3 ay müddət müəyyən etməklə iş təxirə salınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı nikahın pozulması və uşağın ananın himayəsində saxlanılması hissəsində qəbul etdiklərini, qəyumluq və himayəçilik orqanının rəyinə etiraz etmədiklərini, 193 manat alimenti qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, oğlu şizofreniya xəstəsidir, şizofreniya oğlunda 10-cu sinifdən var, onun fəaliyyət qabiliyyətsizliyi ilə bağlı qanuni məhkəmə qətnaməsi yoxdur. O, pensiya alır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq səhhətilə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və onun və nümayəndəsi olduğu şəxs İddiaçı iştirakı olmadan məhkəmə işi üzrə yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki ilcaslarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Əliyusib qızı ilə Salmanov Səı̇ d Ağamənsı̇ m oğlu xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı "ASAN xidmət" X3 1205 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə birgə təsərrüfat aparmırlar. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir.Tərəflərin barışması üçün məhkəmə tərəfindən 3 ay vaxt verilməklə məhkəmə iclası təxirə salınsa da bu müddət ərzində onların arasında barışıq olmamışdır. Məhkəmə qərardadına əsasən Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, komissiya Fatimə Salmanovanın azyaşlı olmasını və ana nəvazişinə daha çox ehtiyac duyduğunu nəzərə alaraq onun anası İddiaçı ilə birlikdə qalmasını məqsədəmüvafiq hesabetmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Barışıq üçün verilmiş 3 ay müddət başa çatdıqdan sonra tərəflər arasında barışıq olmadığından, iddia təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah pozulmalıdır. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş uşaqların kimin yanında qalması məsələsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən müzakirə edib, qərar qəbul edərkən, belə nəticəyə gəlir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarında doğulmuş uşağın yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olması, azyaşlının ana himayəsində qalıb böyüməsinin onun mənafeyinə uyğunluğu nəzərə alınmalı, boşanmadan sonra uşaq ananın yanında saxlanılmalıdır. Buna cavabdeh tərəf də etiraz etməmiş və qəyyumluq və himayəçilik komissiyası da uşağın ananın himayəsinə verilməsi barədə rəy vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay 193 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğundan aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulan ərarvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsü, ərindən (arvadından) saxlanması üçün vəsait tutulması ilə bağlı mübahisə yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Əliyusib qızı ilə Salmanov Səı̇ d Ağamənsı̇ m oğlu arasında xx.xx.2018-ci il tarixdə 5 saylı "ASAN xidmət" X3 bağlanılmış və 1205 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X5 anası İddiaçı Əliyusib qızının yanında saxlanılmalı, Salmanov Səı̇ d Ağamənsı̇ m oğlundan xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı Əliyusib qızına verilməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə əməl edərək 50 manat məbləğində mediasiya xərci çəkmiş və 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. İddiaçı Əliyusib qızı ilə Salmanov Səı̇ d Ağamənsı̇ m oğlu arasında xx.xx.2018-ci il tarixdə 5 saylı "ASAN xidmət" X3 bağlanılmış və 1205 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X5 anası İddiaçı Əliyusib qızının yanında saxlanılsın. Salmanov Səı̇ d Ağamənsı̇ m oğlundan xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı Əliyusib qızına verilsin. İddiaçı Əliyusib qızı tərəfindən ödənilmiş 100 manat məhkəmə xərci ona aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-606/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-606/2023
15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver