Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-61/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 cəlb edilməklə, cavabdeh “X7 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək haqqı və kompensasiya”) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 cəlb edilməklə, cavabdeh “X7 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 cəlb edilməklə, cavabdeh “X7 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasındakı Filialı ilə təmsil olunan “X7 X2 Danışmanlık İnşaat Limited Şirketi”ndən məzuniyyət hüququnun pozulmasına görə 718,70 AZN, əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə cəlb etməyə görə 9279,77 AZN, iş vaxtının pozulması və iş vaxtından artıq işə cəlb etməyə görə 54785,14 AZN, istirahət və bayram günlərində işə cəlb edilməyə görə 9295,88 AZN, əmək haqqı ödənişinin gecikdirilməsinə görə 160,85 AZN, onun çəkdiyi hüquqi xərclər və mediasiya xərclərinə görə 560 AZN olmaqla, cəmi 74800,34 AZN tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixindən etibarən xx.xx.2023-cü il tarixinədək “X7 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında (bundan sonra – İşəgötürən və ya Filial) SƏTƏM üzrə mühəndis vəzifəsində çalışıb. Əmək fəaliyyətində işəgötürən tərəfindən aşağıda sadalanan (lakin onlarla məhdudlaşmayan) qanun pozuntuları ilə üzləşib. 1. Məzuniyyət hüququnun pozulması: Əmək Müqaviləsinin 6.1-ci maddəsinə əsasən, işçinin illik ödənişli əsas məzuniyyətinin müddəti 30 təqvim günü təşkil edir. Qeyd edir ki, əmək müqaviləsinə (maddə 4.2) və qanunvericiliyə əsasən iş yeri əmək şəraiti ağır və zərərli olan iş yeri hesab edilib. Əmək Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə 2004-cü il 5 iyul tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən (103 a) bəndi), dəniz səviyyəsi hündürlüyündən yüksəkdə (1500 metrdən 3000 metrə qədər) işləri yerinə yetirən fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçulara əlavə 6 gün əmək məzuniyyəti verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarı ilə ünvan 1i Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqəsi kimi müəyyən edilib. Qeyd edir ki, əmək funksiyasını dağ-mədən sənayesinə aid edilən və ünvan 1ində yerləşən Çovdar yatağında icra edib. Əmək fəaliyyətində faktiki olaraq aşağıdakıları (lakin onlarla məhdudlaşmadan) icra edib: 1. sahədə əməyin təhlükəsizliyini təmin etmək; 2. müxtəlif növ nəqliyyat vasitələrinin əraziyə daxil olmasını təmin etmək; 3. tapşırıqları elektron məktub ilə cavablandırmaq; 4. "xxxx" QSC-nin SƏTƏM şöbəsi tərəfindən uyğunsuzluq kimi qiymətləndirilən risklərin və təhlükələrin həll olunmasını təmin etmək; 5. sahə və inzibati ərazilər üzrə təhlükəsizlik nişanlarının hazırlanmasını təmin etmək; 6. gələn qonaqların qarşılanmasını təmin etmək və təlimatdan keçirmək; 7. tələblərə uyğun olaraq müxtəlif növ sənədlər hazırlamaq, üzərində işləmək və həmin tələbləri yerinə yetirmək; 8. iş sahəsini və inzibati ərazini inspeksiya etmək; 9. təhlükələrin risklərini qiymətləndirmək və qeydiyyatını aparmaq; 10. monitorinq və tədbirlər proqramına uyğun olaraq monitorinq aparmaq; 11. günlük, həftəlik və aylıq hesabatlar hazırlamaq. İş yerinin əmək şəraiti ağır və zərərli olması aşağıdakılarla xarakterizə olunur: 1. İş yerində potensial təhlükəli obyektlərin yerləşməsi; 2. Əmək funksiyalarımı icra edərkən həmin obyektlərlə birbaşa təmasın olması; 3. İş yerində insan həyatı və sağlamlığı üçün təhlükəli hesab olunan kimyəvi maddələrin mövcud olması; 4. İşləri icra edərkən həmin kimyəvi maddələrin sağlamlığı üçün potensial təhlükə mənbəyi olması; 5. İş yerinin dəniz səviyyəsindən 1500 metrdən artıq yüksəklikdə yerləşməsi. Bildirmək istəyir ki, işəgötürən tərəfindən ona əmək şəraiti ağır və zərərli olan işdən irəli gələn əlavə məzuniyyət günləri verilməyib və bu məzuniyyət günləri üçün kompensasiya ödənilməyib. Əmək şəraiti ağır və zərərli olan işdən irəli gələn əlavə məzuniyyət günləri üçün kompensasiyanın ödənilməməsi faktı 2023-cü ilin iyul ayının əmək haqqı ödənişinə (son haqq-hesabın aparılmasına) dair bank çıxarışı ilə öz təsdiqi tapa bilər. Bununla da, Əmək Məcəlləsi ilə təmin edilən məzuniyyət hüququ işəgötürən tərəfindən pozulub. Bank çıxarışının surəti məhkəməyə ayrıca təqdim olunacaq. Nəticə etibarilə, əmək şəraitinə görə istifadə olunmamış 6 gün əmək məzuniyyəti qalıb. Həmin günlər üçün 718,70 AZN kompensasiya (451,70 AZN məzuniyyət pulu, 267 AZN faiz məbləği) tələb edir. Kompensasiya məbləğinin hesablanması qaydası məhkəməyə ayrıca təqdim olunacaqdır (1 saylı Cədvəl). Əlavə olaraq qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra –İXM) 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən İşəgötürənin İXM-in 192.5-ci maddəsində göstərilən inzibati xətanı törətməyə görə məsuliyyətə cəlb edilməsini xahiş edib. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.4cü maddəsinə əsasən, 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin üçüncü şəxs qismində işə cəlb edilməsini, İşəgötürənin İXM-in 192.5-ci maddəsində göstərilən inzibati xətanı törətməyə görə məsuliyyətə cəlb edilməsini xahiş edirlər. Bununla bağlı Mülki Prosessual Məcəllənin (bundan sonra –MPM) 57.1-ci maddəsində qeyd olunur ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 2. Əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə cəlb etmə Əmək Məcəlləsinin 43.1-ci (e) bəndinə əsasən, işçinin əmək funksiyası əmək müqaviləsində mütləq qaydada göstərilməlidir. Əmək Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının-əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir (maddə 57.2, Əmək Məcəlləsi). X11 əmək funksiyası dəqiq və birmənalı göstərilməyib. Əmək Müqaviləsinin 3.1-ci maddəsinə əsasən, işçinin əmək funksiyalarının tam siyahısı bu Əmək Müqaviləsinə əlavə edilib və onun tərkib hissəsi olan “Vəzifə Təlimatı” adlı Əlavə 1də göstərilib. Lakin ona nə belə bir Əlavə 1 təqdim edilib, nə də ki həmin Əlavə 1-i imzalayıb. Vəzifəsi SƏTƏM üzrə mühəndis olsa da, həmin vəzifəyə uyğun olmayan aşağıdakı işləri də yerinə yetirməyə məcbur edilib: (1) əraziyə gələn işçilərin, nəqliyyat vasitələrinin və qonaqların "xxxx" QSC-nin mühafizə postundan keçə bilməsi üçün icazələrin alınması; (2) əraziyə daxil olmaq istəyən işçilərin, nəqliyyat vasitələrinin və qonaqların "xxxx" QSC-nin mühafizə postunda qarşılanaraq əraziyə daxil edilməsi. Hətta bununla bağlı "xxxx" QSC-nin SƏTƏM şöbəsinin rəsmi elektron məktubu (surəti məhkəməyə ayrıca təqdim olunacaq) da var ki, gələn qonaqların və yaxud işçilərin qəbulunu aidiyyəti məsul şəxslər etsin. Bunların SƏTƏM şöbəsinin işi olmamasına baxmayaraq, işəgötürən yenə də yuxarıda sadalanan işləri ona və digər SƏTƏM şöbəsininin əməkdaşlarına gördürüb. Əmək Məcəlləsinin 61.2-ci maddəsinə əsasən, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Qeyd edir ki, öz vəzifəmdən əlavə başqa vəzifə üzrə əmək funksiyasını icra etsə də, işəgötürən tərəfindən ona həmin vəzifə üçün nəzərdə tutulmuş əlavə əmək haqqı ödənilməyib. 2022ci ilin noyabr ayından 2023-cü ilin iyul ayınadək ölkə üzrə orta aylıq əmək haqqı dinamikası əsas götürülməklə əmək funksiyama daxil olmayan işi icra etdiyinə görə 9279,77 AZN kompensasiya (3627,18 AZN əmək haqqı, 5652,59 AZN faiz məbləği) tələb edir. 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyul ayınadək ölkə üzrə orta aylıq əmək haqqı dinamikası haqqında məlumat Dövlət Statistika Komitəsinin 19 sentyabr 2023-cü il tarixli məktubunda qeyd olunb (məktubun surəti məhkəməyə ayrıca təqdim olunacaq). Kompensasiya məbləğinin hesablanması qaydası məhkəməyə ayrıca təqdim olunacaqdır (2 saylı Cədvəl). Bu pozuntu faktı ilə bağlı aşağıdakı sübutlar mövcuddur: (a) Nəqliyyat vasitələrinin girişi üçün icazələrin alınmasına dair elektron poçt yazışmaları; (b) Qonaqların girişi üçün icazələrin alınmasına dair elektron poçt yazışmaları; (c) “Whatsapp” yazışmaları; (d) Filialda işləmiş digər işçilər tərəfindən imzalanmış aktlar; (e) "xxxx" QSCnin SƏTƏMşöbəsinin xx.xx.2023-cü il tarixli elektron məktubu. Sözügedən sənədlər məhkəməyə ayrıca təqdim olunacaq. Əlavə olaraq qeyd olunmalıdır ki, İXM-in 200-cü maddəsinə əsasən, işəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə – min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən İşəgötürənin İXM-in 200-cü maddəsində göstərilən inzibati xətanı törətməyə görə məsuliyyətə cəlb edilməsini xahiş edir. 3. İş vaxtının pozulması və iş vaxtından artıq işə cəlb etmə: Əmək Müqaviləsinin 5.1ci maddəsinə əsasən, işçi gündə 7 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Əmək Müqaviləsinin 5.2-ci maddəsində daha sonra qeyd olunur ki, iş saatı həftənin 5 günü 08:00-da başlanır, 18:00-da qurtarır. İstirahət fasilələri 10:30-dan 11:00-dək, 16:30dan 17:00-dək, nahar fasiləsi 12:00-dən 14:00-dək olan müddətləri əhatə edir. Həftənin 1 günü iş saatı 08:00-da başlayır, 16:00-da qurtarır. İstirahət fasilələri 10:30-dan 11:00-dək, 15:00-dan 15:30-dək, nahar fasiləsi 12:00-dən 14:00-dək olan müddətləri əhatə edir. İşəgötürən tərəfindən Əmək Müqaviləsində yuxarıda qeyd olunan formada iş qrafikinin müəyyən olunması hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə uyğun deyil. Normalda qısamüddətli fasilələr (işçinin şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə) işçinin faktiki işdə olma saatlarının həcminə təsir etməməlidir. Yəni tutaq ki, işçi günlük 7 saatlıq qrafik ilə işləyirsə, əlavə olaraq 1 saat da nahar fasiləsi ilə ümumilikdə işdə 8 saat olur. Amma yuxarıda qeyd olunan iş qrafikində, işçi faktiki olaraq gün ərzində 10 saat işdə olur (bunun isə 7 saatı ödənilir). Bu bənddə qeyd olunanlar yalnız əmək münasibətlərinin formal tərəfinə (yəni Əmək Müqaviləsində qeyd olunan) aiddir. Bildirmək istəyir ki, işəgötürənin tələbi əsasında o, saat 08:00-dan 18:00-a kimi faktiki olaraq fasiləsiz olaraq işdə olurdu. Gün ərzində günü saat 18:00-a kimi, bazar günləri isə 17:00-a kimi və bəzi hallarda (həm həftəiçi, həm də həftəsonları) hətta 18:00-dan sonra da işə cəlb olunub. Saat 18:00-dan sonra isə müxtəlif saatlarda "xxxx" QSC-yə məxsus X16 Sahəsinə (ÇFES) giriş icazələrinin alınması üçün elektron məktublar göndərmək məcburiyyətində qalıb. Həmçinin, saat 18:00-dan sonra ayda bir neçə dəfə müxtəlif saatlarda zavodda istifadə olunacaq müxtəlif malları gətirən nəqiliyyat vasitələrinin (NV) ÇFES-ə girişini təmin etmək üçün "xxxx" QSC-nin mühafizə postuna gedib və gələn NV-nin sürücülərini "xxxx" QSC-yə təlimata aparıb və daha sonra isə NV-nin sahəyə girişini təmin edib. Əmək Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir (maddə 99.3, Əmək Məcəlləsi). Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz (maddə 99.3, Əmək Məcəlləsi). Əmək Məcəlləsinin 165.1-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Qeyd edir ki, iş vaxtından artıq işə görə işəgötürən tərəfindən ona heç bir əlavə ödəniş edilməyib. Bu pozuntu faktları aşağıda sadalanan sübutlar ilə öz təsdiqini tapa bilər: (1) elektron poçt yazışmaları; (2) “Whatsapp” yazışmaları; (3) Filialda işləmiş digər işçilər tərəfindən imzalanmış aktlar. Sözügedən sənədlər məhkəməyə ayrıca təqdim olunacaq. Əmək Məcəlləsinin 90.3-cü maddəsinə əsasən, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Bundan başqa, Əmək Məcəlləsinin 92.1-ci maddəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Yuxarıda sadalananların təhlilinə əsasən, nəzərə alaraq ki, iş yeri əmək şəraiti ağır və zərərli olan iş yeri hesab edildiyindən onun iş norması həftəlik 36 saatdan, gündəlik isə 6 saatdan çox olmamalı idi. Nəticə etibarilə, faktiki iş vaxtı həm Əmək Müqaviləsində, həm də Əmək Məcəlləsində göstərilən normadan daha çox olub. Həmçinin, Əmək Müqaviləsində iş vaxtı müəyyən edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin iş vaxtı ilə bağlı tələblərinə riayət edilməyib. İş vaxtının pozulması və iş vaxtından artıq işə cəlb etməyə görə kompensasiyanın məbləğinin hesablanmasını şərti olaraq 2 qrupa ayırır: 1. İş vaxtı, lakin nahar fasilələrində və istirahət fasilələrində işə cəlb edilməyə görə. İşəgötürən tərəfindən iş vaxtının pozulması səbəbindən artıq işlədiyi saatlara görə 49529,99 AZN kompensasiya (18978,50 AZN əmək haqqı, 30551,49 AZN faiz məbləği) tələb edir. Kompensasiya məbləğinin hesablanması qaydası məhkəməyə ayrıca təqdim olunacaqdır (3 saylı Cədvəl). 2. İş günü, amma iş saatı bitdikdən sonra işə cəlb edilməyə görə. İş saatı bitdikdən sonra işə cəlb edilməyə görə 5255,15 AZN məbləğində kompensasiya (2299,47 AZN əmək haqqı, 2955.68 AZN faiz məbləği) tələb edir. Kompensasiya məbləğinin hesablanması qaydası məhkəməyə ayrıca təqdim olunacaqdır (4 saylı Cədvəl). 4. İstirahət və bayram günlərində işə cəlb edilmə: istirahət günlərində və iş günü hesab edilməyən bayram günlərində işəgötürən tərəfindən işə cəlb edilib. İstirahət günlərində və iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilmə faktı aşağıdakı sübutlar ilə öz təsdiqini tapa bilər: (a) iş öncəsi təlimatlar; (b) elektron məktub yazışmaları; (c) “Whatsapp” yazışmaları; (d) cavabdehin nümayəndələri ilə mübahisənin müzakirəsi zamanı aparılmış etirafedici səs yazısı; (e) Filialda işləmiş digər işçilər tərəfindən imzalanmış aktlar. Sözügedən sənədlər (və səs yazısı) məhkəməyə ayrıca təqdim olunacaq. İstirahət və bayram günlərində işə cəlb edildiyimə görə: İşəgötürən tərəfindən heç bir ödəniş edilməyib. Bununla bağlı Əmək Məcəlləsinin 164.1-ci maddəsində qeyd olunur ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla kimi ödənilir. İstirahət günlərində və iş günü hesab edilməyən bayram günlərində işəgötürən tərəfindən işə cəlb edildiyinə görə: 9295,88 AZN kompensasiya (3593,98 AZN əmək haqqı, 5701,9 AZN faiz məbləği) tələb edir. Kompensasiya məbləğinin hesablanması qaydası məhkəməyə ayrıca təqdim olunacaqdır (5 saylı Cədvəl). 5. Əmək haqqı ödənişinin gecikdirilməsi: İşəgötürən tərəfindən əmək haqqının gecikdirilməsi halı da baş verib. Əmək Müqaviləsinin 4.1-ci maddəsinə əsasən, işəgötürən İşçiyə hər ayın 10-cu iş gününə kimi (ayın 10-u daxil olmaqla) əvvəlki ayda tamamlanmış iş üzrə aylıq əmək haqqını bank köçürməsi ilə işçinin bank hesabına köçürəcək. Belə ki, 2023-cü ilin aprel ayının əmək haqqı 7 gün gecikmə ilə xx.xx.2023-cü il tarixində köçürülüb. Bu fakt əmək haqqı kartı hesabından çıxarışla öz təsdiqini tapa bilər. Kart hesabından çıxarış məhkəməyə ayrıca təqdim olunacaq. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bildirmək istəyir ki, əmək haqqının gecikdirilməsinə görə işəgötürən tərəfindən heç bir faiz məbləği ödənilməyib. Əmək haqqının işəgötürən tərəfindən gecikdirilməsinə görə 160,85 AZN kompensasiya (yəni 2297,89 AZN (net əmək haqqı) x 1% x 7 gün) tələb edir. Kompensasiyanın məbləğinin bəzi hallarda qanunvericiliklə təmin olunan məbləğdən daha az hesablanması onun həmin yüksək məbləğə olan hüququndan imtina kimi qiymətləndirilməməlidir. Əmək münasibətlərinin düzgün sənədləşdirilməməsi: Həmçinin, işəgötürən tərəfindən əmək münasibətinin rəsmiləşdirilməsində aşağıdakı pozuntulara yol verilib: a. Əmək Müqaviləsi formal olaraq xx.xx.2022-ci il tarixində bağlansa da, indiyədək həmin müqavilənin əsli olan nüsxəsi ona təqdim edilməyib. Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. b. Əmək Müqaviləsinin 3.1-ci maddəsinə əsasən, işçinin əmək funksiyalarının tam siyahısı bu Əmək Müqaviləsinə əlavə edilib və onun tərkib hissəsi olan “Vəzifə Təlimatı” adlı Əlavə 1-də göstərilib. Daha sonra həmin Müqavilənin 3.3-cü maddəsində qeyd olunur ki, işçi əmək münasibətləri şərtlərinə müəyyən edilən işəgötürənin Siyasət və Qaydalarının (“Qaydalar”) tətbiq olunması ilə razılaşır və bunu təsdiq edir. İşçiyə həmin Qaydalarla tanış olmaq imkanı yaradılmalıdır. Nəzərə çatdırmaq istəyir ki, nə “Vəzifə Təlimatı”adlı Əlavə 1-i, nə də ki, sözügedən Qaydaları imzalayıb və işəgötürən tərəfindən həmin sənədlər tanışlıq üçün ona təqdim olunmayıb. c. Əmək Müqaviləsinə əmək haqqı və müqavilənin müddətinin artırılması ilə bağlı bir neçə dəfə dəyişiklik edilsə də, bu dəyişiklikləri əks etdirən Əlavələri dəfələrlə tələb etsə də, ona təqdim olunmayıb. Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda, ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. d. Əmək Müqaviləsində əmək funksiyasının hərtərəfli göstərilməsinə dair qanunvericiliyin tələbi olmasına baxmayaraq, işəgötürən tərəfindən bu tələbə əməl edilməyib. e. Əmək Müqaviləsində də ziddiyyətli məqamlar var. Məsələn, Əmək Müqaviləsinin 4.2-ci maddəsində əmək haqqı məbləği düzgün ifadə (sözlə 2669,71 AZN, rəqəmlə 2269,71 AZN) edilməyib. Əmək Müqaviləsi elektron informasiya sisteminə daxil ediləndə daha az məbləğ (2269,71 AZN) qeyd olunub. f. Əmək Müqaviləsi və Əmək Müqaviləsi bildirişi arasında da ziddiyyətli məqamlar var. Həmçinin, Əmək Müqaviləsində nahar fasiləsi 12:00-dən 14:00-dək olan müddət göstərilib, lakin Əmək Müqaviləsinin bildirişində 12:00-15:00-kimi müəyyən edilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən yuxarıda sadalanan faktları araşdıraraq işəgötürənin məsuliyyətə cəlb edilməsi üzrə zəruri tədbirlərin görülməsini xahiş edir. Həmçinin, qeyd etmək istəyir ki, iddiaçı hazırki mübahisənin həlli ilə bağlı 500 AZN hüquqi xərclər (vəkilə ödənilmiş xidmət haqqı) və 60 AZN ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq və digər xərclər çəkib. Bu xərcləri təsdiq edən qəbzlər hazırkı iddia ərizəsinə əlavə olunur. Tələbinin əsası kimi istinad etdiyi faktları və halları təsdiq edən sübutların (sənədlərin) həcmi onları elektron qaydada təqdim etməyə imkan vermədiyindən onlar məhkəməyə ayrıca təqdim olunacaq. Əlavə olaraq, məhkəmə əgər zəruri hesab edərsə, Filialda işləmiş digər işçilər tərəfindən imzalanmış aktlardakı faktların doğruluğunu yoxlamaq məqsədilə, həmin şəxsləri şahid qismində dindirə bilər. Şahid kimi dindirilə biləcək şəxslərin siyahısı məhkəməyə ayrıca təqdim olunacaq. Cavabdehə X5 iştirak barədə təklif göndərilsə də, o X5 iştirak etməyib. Bununla bağlı müvafiq arayışın surəti hazırkı iddia ərizəsinə əlavə olunur.
Cavabdehin etirazı və ona dəlilləri:
3. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü ildə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məzuniyyət hüququnun pozulması: İddiaçı ilə cavabdeh arasında imzalanmış 22/11/01 saylı əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçinin illik ödənişli əsas məzuniyyətinin müddəti 30 (otuz) təqvim gündür. Habelə, həmin maddədə əmək qanunvericiliyində nəzərdə tutulan hallarda işçiyə əmək şəraitinə, əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə və Əmək Məcəlləsində nəzərdə tutulan digər əlavə məzuniyyətlərin verilməsi nəzərdə tutulub. Sadəcə olaraq işçi öz iddiasında da etiraf etdiyi kimi əsas və əlavə əmək məzuniyyət hüququndan istifadə etməyib, yalnız 1 dəfə ödənişsiz məzuniyyət götürüb. Bu isə öz növbəsində məzuniyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144.3-cü maddəsinin tələblərinə əsasən isə əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 (Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə) və 116-cı (Əmək stajına görə) maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 25 avqust 1999-cu il tarixli, 137 saylı Nazirlər Kabinetinin (bundan sonra NK) qərarında da əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin hesablanması qaydası müəyyən edilib. İşçinin əmək müqaviləsinə xitam verilən zaman ödənilən son haqq-hesabında qanunvericiliyin bütün tələbləri nəzərə alınıb və ona müvafiq şəkildə ödənişlər həyata keçirilib. İddiaçının özünün də istinad etdiyi 05 iyul 2004-cü il 92 nömrəli NK-nın qərarının tətbiqi barədə 30 may 2005-ci il 95 nömrəli qərarın 9-cu bəndində də açıq şəkildə vurğulanır ki, əlavə məzuniyyətin pulla kompensasiya edilməsi qadağandır. Bu baxımdan da istifadə edilməmiş əlavə məzuniyyət günləri üçün kompensasiya tələb edilməsinin heç bir qanuni əsası yoxdur. Habelə, iddiaçı qeyd edir ki, 2023-cü ilin yanvarın 16-22 tarixləri arasında öz hesabına məzuniyyət götürüb və müvafiq olaraq 2023-cü ilin yanvar ayının əmək haqqı tam ödənilməyib, Vaxtamuzd əmək haqqı formasında əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir. İddiaçı qeyd etdiyi kimi 16-22 yanvar tarixləri arasında ödənişsiz məzuniyyətdə olduğundan həmin günlər əmək haqqı hesablanması zamanı işlənməmiş günlər olaraq çıxılıb. 2. Əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə cəlb etmə: SƏTƏM - Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X12. İşçi ilə işəgötürən arasında imzalanmış əmək müqaviləsi və sözügedən əmək müqaviləsinə imzalanmış 1 №-li Əlavəyə əsasən, işçi işəgötürənin direktorunun tələb etdiyi digər aidiyyəti işləri yerinə yetirmək vəzifəsini daşıyır. Əraziyə gələn işçilərin, nəqliyyat vasitələrinin və qonaqların qarşılanması və əraziyə daxil edilməsi və bu vəzifənin icrası üçün icazələrin alınması vəzifə təlimatında qeyd edildiyi kimi SƏTƏM üzrə mühəndisin və mütəxəssislərin vəzifəsinə aid olan, sağlamlıq, əməyin təhlükəsizliyi və X12 sahəsində digər aidiyyəti işləri ehtiva edir. Belə ki, tikinti üçün nəzərdə tutulmuş mühafizə zonasına daxil olan işçilərin, şirkət nümayəndələrinin sağlamlığı, əməyin təhlükəsizliyi və X12 SƏTƏM üzrə mühəndis və mütəxəssislərin məsuliyyəti çərçivəsindədir. Əraziyə daxil olan istənilən şəxsin sağlamlığına, əməyin təhlükəsizliyi və X12nə cavabdeh şəxslər SƏTƏM üzrə mühəndis və mütəxəssislərdir. İddiaçının xx.xx.2023-cü il tarixli "xxxx" QSC-nin SƏTƏM şöbəsi tərəfindən göndərilmiş elektron məktuba sübut kimi istinad etməsi absurddur. Belə ki, həmin məktubda da aydın şəkildə qeyd olunur ki, əraziyə daxil olan şəxslərin qeydiyyatının aparılması və təhlükəsizlyinin təmin olunması SƏTƏM-in vəzifə öhdəliyi olduğu üçün digər şəxslər tərəfindən əraziyə gələn şəxslərin qarşılanması qadağan edilir. İddiaçı əsassız olaraq qonaqların qarşılanması və onların təhlükəsizliyinin təmin olunmasını ayrıca vəzifə olduğunu iddia edərək, hətta orta aylıq əmək haqqı məbləği ilə onu hesablamış buna görə ödəniş və kompensasiya tələb edib. Halbuki iddiaçı açıq aydın öz vəzifə öhdəliyində olan bir işi necə başqa bir “boş vəzifə” olaraq müəyyən etməsini və hansı əsasa dayanaraq həmin “boş vəzifənin” maaşının orta aylıq əmək haqqı ilə hesablanmasını əsaslandırmayıb. Cavabdehə aid 05 yanvar 2023-cü il tarixli təsdiq olunmuş və EMAS alt sistemində də işlənmiş Ştat Cədvəlində göründüyü kimi 57 iş yeri olmaqla 37 ştat vahidi olub və onların hamısı dolu ştatlar olub. 3. İş vaxtının pozulması və iş vaxtından artıq işə cəlb etmə: Əmək şəraitinin şərtləri, iş şəraitinin ağır və zərərliliyi iş yerlərinin attestasiya sənədi əsasında müəyyən edilir. Cavabdeh xx.xx.2022-ci ildə yaranmış yeni müəssisə olduğu üçün iş yeri attestasiya olmayıb və bu səbəbdən də hansı iş peşə və vəzifələr üçün iş vaxtının qısaldılmış olması, əmək şəraitinin ağır və zərərliliyi öz təsdiqini tapmır. Bundan başqa cavabdehin Layihə üzrə Podratçı "xxxx" MMC ilə bağladığı müqavilə əsasında X4 yerləşən Çovdar yatağının keçid və sulfid filizinin emalı üçün X14 və Tullantı anbarının tikintisi işlərini icra edilməsində iştirak edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 06 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin siyahısında XİX. Tikinti-Quraşdırma və Təmir-Tikinti İşləri bölməsində və ümumiyyətlə bütün siyahıda SƏTƏM üzrə mütəxəssi və ya rəhbər vəzifələri qeyd olunmur. Bu səbəblə iddiaçı ilə əmək müqaviləsi bağlanarkən 40 saatlıq iş həftəsinə görə əmək haqqı təklifi edilib, o da təklif edilən əmək şəraiti şərtləri ilə 40 saatlıq iş rejimi ilə əmək müqaviləsi əsasında işləməyi könüllü qəbul edib. Habelə Əmək Məcəlləsinin 43.2.ə) bəndinə əsasən işçinin iş və istirahət vaxtı əmək şəraitinin şərtlərinə daxildir. Əmək Məcəlləsinin 223.3-cü bəndinə əsasən əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər. Əgər SƏTƏM mütəxəsisi olan iddiaçı həqiqətən 40 saatlıq iş rejiminin onun hüquqlarının pozduğunu düşünürdüsə, bu barədə aidiyyəti şəxslərə müraciət edə bilərdi. Bu onun həm hüququ, həm də əsas vəzifə öhdəliyini təşkil edirdi. Bunun xaricində yaşayış və iş yerinin bir ərazidə yerləşməsi nəzərə alınmaqla onun əmək müqaviləsində nəzərdə tutulan iş saatından artıq işləməsi faktını təsdiqləyən mötəbər sübut yoxdur. Bu səbəbdəndə düşünürlər ki, dolayı yolla tələb etdiyi kompensasiya haqqının yaranmasına səbəb olan hüquq poztunsunun əsas səbəbi öz işinə olan səhlənkar və etinasız münasibəti olub. Əks halda iş saatının qanunvericliyə uyğun olmaması düşünürdüsə və buna qanunvericilik əsasında hər hansı istinadı vardısa bu barədə aidiyyəti şəxsləri məlumatlandırmalıydı. Bundan əlavə, olaraq iddiaçının iddiasının əksinə olaraq müqavilədə təsbit olunan qaydalara uyğun iş, nahar və fasilə vaxtları ilə işçinin təmin edilməsini təsdiqləyən şahid ifadələri də mövcuddur. 4. İstirahət və bayram günlərində işə cəlb etmə: İşçi ərizə ilə müraciət edərək istirahət və bayram günlərinin iş günləri ilə əvəz edilməsini və ardıcıl bir neçə günlük şəxsi işlərinin görülməsi üçün ona şəraitin yaradılmasını işəgötürənən xahiş edib. Həmin ərizələr tərəflərindən məhkəməyə təqdim edilib. Bu cür hallara hüquq poztunsu olaraq istinad etməsi bir daha onu təsdiqləyir ki, iddiaçının əsas məqsədi hüquqlarını müdafiə etmək yox, hüquqdan sui-istifadə etməklə əsassız varlanmağa çalışmaqdır. 5. Əmək haqqı ödənişinin gecikdirilməsi: Daşkəsən rayonunda inşa edilən X15 Zavodu dövlət layihəsi çərçivəsində həyata keçirildiyindən dövlət tərəfindən maliyyələşir. Müəyyən səbəblərə görə dövlət tərəfindən vəsaitin köçürülməsində gecikmə olduğu üçün 2023-cü ilin may ayında əmək haqqının köçürülməsi yubanıb. Şirkətin 2 (iki) illik fəaliyyəti ərzində ilk dəfə və üzrlü səbəblərdən işçiyə əmək haqqının ödənilməsi gecikdirilib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin (bundan sonra KM) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinin şərh edilməsinə dair Plenum qərarında qeyd olunur ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilib. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən edib. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Bu vəziyyətdə də açıq şəkildə görünür ki, əmək haqqının ödənilməsinin gecikdirilməsi işəgötürəndən asılı olmayan səbəblər ucbatından baş verib. Belə ki, xx.xx.2023 cü il tarixli təsdiqlənmiş əmək haqqı cədvəlindən və xx.xx.2023-cü il tarixli cavabdehə aid bank çıxarışından göründüyü kimi əmək haqqı cədvəli hazırlanıb təsdiq edilsə də, cavabdehin bank hesabında kifayət qədər vəsait olmadığından əmək haqqıların həmin tarixdə köçürülməsi mümkün olmayıb. 6. Əmək münasibətlərinin düzgün sənədləşdirilməməsi: Əmək müqaviləsi, əmək müqaviləsinə imzalanmış 1 №-li Əlavə “Vəzifə Təlimatları” və müqaviləyə imzalanmış bütün əlavələr 2 nüsxədə tərtib edilərək işəgötürən və işçi tərəfindən imzalanmış və hər bir tərəfdə 1 nüsxə saxlanılıb. İşəgötürəndə olan imzalanmış nüsxələrin əslləri tərəflərindən məhkəməyə təqdim edilib. Bildirirlər ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmə, məzuniyyət hüququnun pozulması, əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə cəlb etmə, iş vaxtının pozulması və iş vaxtından artıq işə cəlb etmə, istirahət və bayram günlərində işə cəlb etmə, habelə əmək münasibətlərinin düzgün sənədləşdirilməməsi kimi xüsusatlar öz təsdiqini tapmayıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ƏMAS sistemindən əldə etdiyi əmək müqaviləsində əmək funksiyalarında heç bir qeydlər yazılmayıb. Onun əmək müqaviləsinə iyul ayının sonu xitam verilməli olduğu halda, ƏMAS sistemindən əldə etdiyi əmək müqaviləsindən avqust ayının sonunda müqaviləyə xitam verildiyi görünür. Əmək müqaviləsinə gec xitam verilirdisə, işəgötürən ƏMAS sisteminə müraciət etməli idi. Bir müəssisədə 50 nəfərdən çox işçi olursa, onda SƏTƏM üzrə mütəxəssis təyin olunur. Əmək müqaviləsində olan imza ona məxsusdur. Vəzifə təlimatındakı imza onun imzasına oxşayır. O, sahədə işlədiyindən əmək məzuniyyətinə çıxmağını orada işləyən şəxslərlə müzakirə edib. Lakin əmək məzuniyyətinə çıxmağına icazə verilməyib. Cavabdeh müəssisədə işləyərkən həftədə bir dəfə bazar günləri istirahət günü idi. Lakin layihəyə müddət qoyulduğundan və həmin müddət ərzində layihəni icra edib bitirməli olduğundan, onları bazar günləri də işlədir, işlədiyi bazar günlərini daha sonra əvəzləşdirəcəklərini bildirirdilər. Lakin həmin istirahət günlərini əzəvləşdirməyiblər. O, işlədiyi 9 ay müddətində müəyyən günlər istirahətə çıxsa da, o, işlədiyi istirahət günlərinin haqqını tələb edir. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər cavabdeh müəssisədə işləyib. Həmin müddətdə 39 gün bazar günü olub. Lakin işəgötürən 39 bazar günü əvəzləşdirməyib. Bayram və qeyri-iş günlərinin ya ödənişini etməli, ya da əvəzləşdirməli idilər. Bunu da etməyiblər. Layihə icra edildiyi üçün bazar, bayram, digər qeyri-iş günlərini aradan qaldırıblar. Bazar günləri onunla bərabər yüzlərlə işçi işləyirdi. Cavabdeh müəssisədə ustalar, fəhlələrə günəmuzd əmək haqqı verirdilər. Onlar isə “oklad” üzrə işlədiklərindən ancaq bazar günləri istirahətləri var idi. Zavodun quraşdırılması, dəmir-beton, metal-konstruksiya işləri həyəta keçirilirdi. Həftənin iş günləri işlər necə həyata keçirilirdisə, şənbə və bazar günləri də o qaydada olurdu. Yalnız 31 dekabr və 01 yanvarda sahədə iş olmayıb. 31 dekabr evdə də o, gecə saatlarında işlər icra edirdi. Cavabdeh bazar günləri üçün müəyyən əvəzləşdirmə verib, lakin bütün bazar günlərini əvəzləşdirməyib. O, əvvəlcə cavabdehin həmin günlərinə əvəzləşdirəcəyinə ümid edib. Lakin əvəzləşməni görmədikdə pretenziya yazıb. Əvəzləşdirmə bir ay daxilində olmalıdır. Ona da etiraz bildirməyib, lakin işlədiyi bazar günləri çoxaldıqca narazılıq yarandı. İş yeri zərərli sahə olduğu üçün həmin ərazidə yerləşən digər sahələrlə hasarlanıb. Həmin sahəyə daxil olan insanlar, yük maşınları və digər nəqliyyat vasitələrinə qarşılanmasını və nəzarəti onlar edirdilər. Əslində isə SƏTƏM əməkdaşları monitorinq aparmalı idi. Bu barədə mail və WhatsApp yazışmalarını təqdim edib. Son haqq-hesabı alıb. İşlədiyi 9 ay üçün məzuniyyət pulu verilib. Lakin əmək şəraiti zərərli olduğuna görə əlavə məzuniyyət pulu verilməyib. Sahədə günəmuzd işçilər çox olduğundan bir SƏTƏM üzrə mütəxəssinin onlara nəzarət etməsi mümkün deyildi. Ona görə də, SƏTƏM üzrə mütəxəssislər də bazar və bayram günlərində işə çıxırdılar. Onlar Forma 2-ləri vaxtında icra etsələr də, cavabdeh vaxtında dövlətə təhvil verməyib, buna görə də, əmək haqları gecikdirilib. Ona əmək haqqının ödənilməsi 7 gün gecikdirilib. Dövlət tərəfindən cəmiyyətə vəsait ödənilməsi üçün gərək cəmiyyət zəruri məlumatları, forma 2 və s. təqdim etsin. Həmin məlumatlar gecikdirildiyi üçün pulun cavabdehin hesabına köçürülməsi gecikib. O, əmək funksiyana daxil olmayan işləri yerinə yetirib. Bunlar gələn işçilərə, texnikaya, tırlara icazələr yazılmasıdır. Bu izacələr günün istənilən saatında tərtib edilirdi. Layihə müddətində ora bəlkə 500-600 ədəd tır gəlib, hər gün işçilər gəlirdi. Hər biri ilə bağlı icazə yazılmalı idi, yoxsa postdan keçməyə icazə verilmirdi. O, icazə verilməsi üçün müvafiq sənədləri “mail” və ya “whatsapp” proqramları vasitəsi ilə göndərilirdi. Hətta bəzən gedib özü sənədləri təhvil alırdı. Onun həmin vaxt maddi sıxıntıları çox olduğu üçün risk edib, müdriyyətə əmək funskiyalarına daxil olmayan işləri yerinə yetirməyi ilə bağlı müraciət edə bilmirdi. O, gün ərzində 9 saat işləyirdi. Hər hansı bir şəxsi sahədən SƏTƏM-in vəzifəsi deyil. SƏTƏM administrativ şöbənin işçisidir. SƏTƏM-in məsuliyyəti müəssisə rəhbərinin məsuliyyətini azaltmaqdır. Əmr yazsın, hansı ki rəhbər əmrin düz olmasına və hansı əsasla yazılmasına baxmalıdır. SƏTƏM mühəndisi otağında əyləşməli, müəssisənin yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin təyin olması barədə sənədləri yoxlamalı, işçilərin bilikləri yoxlamalı, əmrlər yazmalı, bu kimi prosedurları etməli, sahədə işçinin yanında gəzməli deyil. İşçi hansı sahədən, şöbədən gəlirsə, onu rəhbəri qəbul etməlidir. İşçi gəldi, SƏTƏM şöbəsinə qəbul etdilər, SƏTƏM şöbəsi orada ona təlimat keçdikdən sonra işçini ora gətirən iş icraçısının birbaşa öhdəliyi var ki, ona ilkin təlimat keçsin. İşçi sahəyə yeni gəldiyi, təcrübəsiz olduğu, harada təhlükəli vəziyyətlərin, harada hansı proseslərin getdiyini bilmədiyi üçün iş icraçısı işçinin yanına bir məsuliyətli şəxs verməlidir ki, yeni işçi işi öyrənənə qədər onun onun yanında olsun. SƏTƏM işçinin yanında sahədə gəzməli deyil. O, işlədiyi 9 ay müddətində stabil əmək haqqı nədirsə, onu alıb. İlk işlədiyi 2 aydan sonra bütün işçilər üçün 15% əmək haqqı artımı olub. Ondan sonra həmin artımlarla əmək haqqını alıb. İşdən çıxdığı gün bir ay tam işlədiyinə görə həmin ayın əmək haqqı yüklənib. 9 ay işlədiyi günlər üçün məzuniyyət pulunu köçürüblər. İşdən çıxanda 4000 manat yaxın pul alıb. Rəsmi əmək haqqı isə 2300 manat idi. Onlara başqa heç bir kompensasiya ödəməyiblər.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, DOST iş mərkəzindən əldə etdikləri əmək müqaviləsinin sistemdən çıxarışında və tərəflər arasında bağlanmış yazılı müqavilədə də iddiaçının iş yeri zərərli iş yer kimi müəyyən olunub. Buna görə də, iddiaçıya 6 gün əlavə məzuniyyət verilməsi qeyd olunub. Əlavə məzuniyyətə görə ödənişlər Əmək Məcəlləsinin 135-ci maddəsində qeyd olunub. Əmək Məcəlləsinin 135-ci maddəsində göstərilir ki, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Cavabdehin istinad etdiyi Əmək Məcəlləsinin 144-cü maddəsi isə əmək müqaviləsinə xitam verilməsi hallarını nəzərdə tutur. İddiaçı əmək münasibətlərinə xitam verilməmişdən əvvəl cavabdehə pretenziya göndərib və əmək məzuniyyətinə görə kompensasiya ödənilməsini xahiş edib. Lakin cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməyib. Bu halda Əmək Məcəlləsinin 135-ci maddəsi tətbiq olunmalıdır. Əmək məzuniyyəti əsas və əlavə məzuniyyətdən ibarətdir. Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Cavabdehin hesabında pul olmaması əmək haqqını gecikdirməsinə haqq qazandırmır. SƏTƏM-in funksiyaları qanunvericilikdə dəqiq göstərilib. Şəxslərin postda qarşılanması və ya onlar üçün icazələrin verilməsi ilə bağlı heç bir qeyd yoxdur. Cəmiyyət podratçı şirkət olub və orada daxil qaydalar "xxxx" QSC-nin daxili qaydaları ilə müəyyən edilib. "xxxx" QSC-nin daxili qaydalarına əsasən əraziyə gələn qonaqları, nəqliyyat vasitələrinin qarşılanmasını mühafizə təmin edir. İddiaçı əmək funsiyalarına daxil olmayan işlərinin yerinə yetirilməsi ilə bağlı şifahi məlumat verib. Bir işçi mövcud məsələ ilə bağlı təkbaşına tətil elan edib, onu işdən azad ediblər. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022 və xx.xx.2023-cü il tarixli ərizələrə əsasən ümumilikdə 10 gün olmaqla iş günləri müvafiq olaraq istirahət günləri ilə əvəz edilib. İşçi və işəgötürən arasında bağlanmış Əmək Müqaviləsinin 5.3-cü maddəsinə əsasən həftənin bazar günü istirahət günü kimi müəyyən edilmişdir. Qeyd edir ki, iddiaçı əmək fəaliyyəti müddətində istirahət günlərini (yəni bazar günləri) işləyib. Bununla bağlı aşağıdakı sübutlar məhkəməyə təqdim olunub: iş öncəsi təlimatlar, elektron məktub yazışmaları, “Whatsapp” yazışmaları, Filialda işləmiş digər işçilər tərəfindən imzalanmış aktlar. Qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş 2022 və 2023-cü illərin istehsalat təqvimlərinə əsasən, iddiaçı filialda əmək fəaliyyəti müddətində, yəni xx.xx.2022 – xx.xx.2023 tarixlərdə 39 sayda bazar günləri olub, həmin bazar günlərinin 33 gününü işləyib və işlədiyi bazar günlərinin cəmi 10 gününü iş günləri ilə əvəzləşdirilib. İşəgötürən tərəfindən artıq işlədiyi digər istirahət günləri üçün əmək haqqı ödənilməyib. Məhkəməyə xx.xx.2023-cü il tarixində təqdim etdikləri 3 saylı cədvəldən də göründüyü kimi əvəzləşdirilən günlər üçün kompensasiya hesablanmayıb. Bu ərizələrin bayram günlərinə aidiyyəti yoxdur. Bayram günlərində işlədiyinə dair aşağıdakı sübutlar məhkəməyə təqdim olunub: iş öncəsi təlimatlar, elektron məktub yazışmaları, “Whatsapp” yazışmaları, Filialda işləmiş digər işçilər tərəfindən imzalanmış aktlar. Həmçinin, bayram günləri üçün kompensasiyanın ödənilməməsi xx.xx.2023-cü tarixində görüş zamanı işəgötürənin insan resursları üzrə meneceri tərəfindən etiraf edilib. Bununla bağlı səs yazısı da xx.xx.2023-cü il tarixində məhkəməyə təqdim olunub. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyil və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birilərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Səs yazısının işçi və işəgötürən arasında hüquqi münasibətlə bağlı olduğunu və heç bir tərəfin şəxsi və ailə həyatının sirrinə aid olmadığını nəzərə alaraq, onun sübut kimi istifadə olunması qanunvercilyin tələblərinə uyğundur. Vəzifə təlimatının surəti Əmək Müqaviləsinin 3.1-ci maddəsinə əsasən, işçinin əmək funksiyalarının tam siyahısı bu Əmək Müqaviləsinə əlavə edilmiş və onun tərkib hissəsi olan “Vəzifə Təlimatı” adlı Əlavə 1-də göstərilib. Əmək Müqaviləsi xx.xx.2023-cü il tarixində elektron qaydada təqdim olunanda Əmək Müqaviləsi ilə birlikdə imzalanmış “Vəzifə Təlimatı” adlı Əlavə 1 təqdim olunmayıb. Lakin xx.xx.2023-cü il tarixində işəgötürənin insan resursları üzrə meneceri Nümayəndə3 tərəfindən yalnız Əmək Müqaviləsinin özü (elektron qaydada) təqdim olunub. Günel Ağayevə ilə xx.xx.2023-cü il tarixli yazışmaya əsasən Nümayəndə3 qeyd edib ki, müqavilənin əslini yalnız istəyən şəxslərə verirlər. Əlavə olaraq qeyd edirlər ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində İşəgötürən tərəfindən qeydiyyata alınmış əmək müqaviləsində “işçinin əmək funksiyası” hissəsinə, 3.1-ci maddəsinə işəgötürən tərəfindən heç bir məlumat daxil edilməyib. Elektron informasiya sistemindən çıxarılmış həmin əmək müqaviləsinin surəti bu mülahizəyə əlavə etmişik. Həmçinin qeyd edim ki, işəgötürən tərəfindən təqdim olunan Vəzifə Təlimatında “direktorun tələbi ilə digər aidiyyəti işləri yerinə yetirmək” ifadəsi SƏTƏM üzrə mühəndis vəzifəsinin aidiyyəti olmayan işlərin görülməsi, yəni qonaqların və nəqliyyat vasitələrinin qarşılanması və onlar üçün icazələrin alınması öhdəliyinə dəlalət etmir. Məhz qanunverici orqan əməyin mühafizəsi xidmətinin müəssisədə xüsusi əhəmiyyətini nəzərə alaraq işəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasını qadağan edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1999-cu il tarixli 6-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr”in 3-cü maddəsinə əsasən, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün əməyin mühafizəsi xidmətinə aşağıdakı funksiyalar həvalə edilməlidir: İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi, istehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi, təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək, işəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya vermək, istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək, müəssisənin müvafiq bölmələri ilə birlikdə və həmkarlar ittifaqlarının və ya əmək kollektivlərinin vəkil etdikləri şəxslərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak etmək, müəssisənin bölmə rəhbərləri və digər xidmətləri ilə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırmaq, tədbirlər hazırlamaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərmək, müəssisədə kollektiv müqavilənin, “Əməyin mühafizəsi” bölməsinin tərtib edilməsində iştirak etmək, müəssisədə hazırlanan layihə sənədlərinin əməyin mühafizəsi tələblərinə uyğun gəlməsi məqsədilə razılaşdırılması, əməyin mühafizəsi haqqında normativ hüquqi aktların tələblərinə əməl edilməsi üçün tikintisi başa çatmış və yenidənqurulmuş istehsalat təyinatlı obyektlərin istismara qəbul komissiyalarının, həmçinin qurğuların, aqreqatların, dəzgahların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyaların işində iştirak etmək, müəssisə bölmələrinin rəhbərlərinə icbari olaraq əvvəlcədən və dövrü tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının hazırlanmasında, həmçinin qüvvədə olan qanunvericilik əsasında ağır, zərərli və təhlükəli iş şəraitinə görə işçilərə verilən müavinət və imtiyazlara uyğun peşə və vəzifələrin siyahıların tərtib olunmasına kömək etmək, müəssisənin və müvafiq xidmətlərin rəhbərlərinin iştirakı ilə əməyin mühafizəsi üzrə təlimatların hazırlanması, peşələrin və iş növlərinin siyahısının tərtib edilməsi, müəssisənin bölmə rəhbərlərinin işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların, əməyin təhlükəsizliyi sistemi standartlarının müəssisə standartlarının hazırlanması və yenidən baxılması zamanı metodiki köməklik göstərmək, yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçirmək, işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların, əməyin mühafizəsi sistemi standartların müəssisə standartının, iş yerlərində ilkin təlimatlandırmadan azad olunan peşələrin və işçi vəzifələrinin siyahısına aid sənədlərin layihələrinin razılaşdırılması, əməyin mühafizəsi üzrə təlimatlandırmanın və biliklərin yoxlanılmasının təşkilinə metodiki köməklik göstərmək, müəssisə işçilərinin əməyin mühafizəsi üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak etmək, müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərmək, müvafiq müddətə və müayinədən edilmiş formada əməyin mühafizəsi üzrə hesabat hazırlamaq, aşağıdakılara nəzarəti həyata keçirmək: - əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə; - fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsinə; - istehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi uçotunun aparılması haqqında Əsasnaməyə əməl edilməsinə; - kollektiv müqavilənin, “Əməyin mühafizəsi” bölməsinin əməyin mühafizəsi, bədbəxt hadisə əmələ gətirən səbəblərin aradan qaldırılması üzrə tədbirlərin, dövlət nəzarət orqanları tərəfindən verilmiş göstərişlərin, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə digər tədbirlərin yerinə yetirilməsinə; - əməyin mühafizəsi üzrə təlimatların hazırlanması vacib olan peşə və iş növlərinin siyahısına uyğun olaraq bölmələrdə işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların mövcudluğuna və vaxtında onlara yenidən baxılmasına; - təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsi qrafikinə əməl edilməsinə; - avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinə; - ventilyasiya və aspirasiya sistemlərinin işinin səmərəliliyinə; - qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə; - əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və hər cür təlimatlandırmanın vaxtında və keyfiyyətli keçməsinə; - xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, yuyulmasına, kimyəvi təmizlənməsinə, qurudulmasına, tozsuzlaşdırılmasına, yağsızlaşdırılmasına və təmirinə; - əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə ayrılmış vəsaitin muəssisə tərəfindən düzgün xərclənməsinə, daha mükəmməl hasarlama texnikası, qoruyucu və blakirovka qurğuları, konstruksiyaları, təhlükəli və zərərli istehsalat amillərinin təsirindən digər müdafiə vasitələrinin hazırlanması və tətbiqi haqqında təkliflər hazırlayıb vermək, müəssisənin əməyin mühafizəsi fondundan istifadə edilməsi üzrə təkliflərin ümumiləşdirilməsi və təhlil edilməsi. Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq, normativ hüquqi aktlara müəyyən edilmiş müddətlərdə sənədlərin saxlanılmasının təşkili, işçilərin əməyin mühafizəsi üzrə məktublarına, ərizələrinə və şikayətlərinə baxmaq, onlar üzrə mövcud və təhqiqat nəticəsində aşkar olunmuş çatışmazlıqlar və nöqsanların aradan qaldırılması üzrə işəgötürənə təkliflər vermək, əməyin mühafizəsi kabinetinin işinə, müəssisədə əməyin mühafizəsi üzrə informasiyanın və təbliğatın təşkili, bu məqsəd üçün daxili radio qovşağı, televiziya proqramını, video və kinofilmləri, müəssisənin az tirajlı mətbuatını, divar qəzetini, vitrinanı və s. istifadə etmək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yuxarıda sözügedən qərarından da göründüyü kimi iş yerinə gələn qonaqların və nəqliyyat vasitələrinin qarşılanması və onlara icazələrin alınması əməyin mühafizəsi xidmətinin funksiyalarına aid edilmir. Bundan başqa, işçi və işəgötürən arasında bağlanmış Əmək Müqaviləsinin 3.2-ci maddəsinə əsasən, işçi digər işləri yerinə yetirdiyi halda ona Əmək Məcəlləsinə müvafiq olaraq orta aylıq əmək haqqı ödəniləcəkdir. İddiaçı digər işləri, yəni qonaqların və nəqliyyat vasitələrinin qarşılanması və onlar üçün icazələrin alınması və s. yerinə yetirsə də, lakin işəgötürən tərəfindən həmin əlavə işlərə görə əmək haqqı ödənilməmişdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin ə bəndinə əsasən, işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən də, Dövlət Statistika Komitəsinin 19 sentyabr 2023-cü il tarixli məktubu ilə təsdiq olunan 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyul ayınadək ölkə üzrə orta aylıq əmək haqqı dinamikası əsas götürülməklə iddiaçı əmək funksiyasına daxil olmayan işi icra etdiyinə görə işəgötürəndən kompensasiya tələb edir. İşəgötürənin maliyyə vəziyyətinə görə işçiyə əmək haqqı ödənilməməsi üzrlü səbəb sayıla bilməz.Daşkəsən rayonu dəniz səviyyəsindən 1500 metr yüksəklikdədir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və vəkili və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclaslarında məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 etirazın dəlillərinə uyğun izahat verərək bldirmişdir ki, Vəzifə təlimatı əmək müqaviləsinə əlavə olunur və işçilərə imza edilməklə təqdim edilir. Əsas məzuniyyətlər istifadə olunduqdan sonra əlavə məzuniyyətlər verilir. Əsas məzuniyyətdən istifadə etməmiş işçinin ərizə verərək əsas və əlavə məzuniyyətin kompensasiyasını tələb etməsi qanunsuzdur. Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Dövlət tərəfindən cavabdehin hesabına vəsait ödənilmədiyinə görə işçilərin əmək haqqının gecikdirilməsi üzrlü səbəbdir. İddia ərizəsində qeyd olunanlar qanundan sui-istifadədir. İddiaçı özü ərizə verərək iş günlərinin istirahət, bayram günləri ilə əvəz edilməsi barədə ərizə versə də, hazırda həmin günlərə görə haqq tələb edir. Etirazda qeyd etdiyi “işçi öz iddiasında etiraf etdiyi kimi əmək məzuniyyətindən istifadə etməmişdir, yalnız bir dəfə ödənişsiz məzuniyyət götürmüşdür” cümləsi mexaniki səhvdir. Sətəm üzrə mütəxəssislər həmin sahədə yeyib və orada qalıblar. İşçilərin öz aralarında WhatsApp qrupu açaraq yazışmaları həmin günü işdə olması və iş icra etməsi üçün sübut kimi qəbul edilə bilməz. Zərərli əmək şəraiti müəyyən olunmayıb. Amma yüksəkliyə görə iddiaçının əmək haqqına əlavələr hesablanaraq ödənilib. Əlavə məzuniyyətə görə son haqq-hesabın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Həftənin beşinci günü pul cəmiyyətin balansına köçüb, şənbə və bazar günləri əmək haqqının iddiaçının hesabına köçürülməsi mümkün olmadığından birinci gün əmək haqqı kart hesabına yerləşdirilib. Ümumi gecikmə 3-4 gün olub. Dövlət tərəfindən maliyyələşdirmə olduğu üçün cəmiyyətin hesabına pul köçürülmədiyindən iddiaçıya əmək haqqının ödənilməsində gecikmə olub. İki illik layihə çərçivəsində ancaq bir dəfə, 4 gün olmaqla gecikmə olub. Məzuniyyət pulu son haqqhesab aparılarkən ödənilib. Cəmiyyətin işçiləri əmək funksiyalarına daxil olmayan işlərin yerinə yetirmələri məzmununda mövcud narazılıqlardan xəbəri olmayıb. İddiaçıya işlədiyi müddət üçün son haqq-hesab ödənilib və mütəxəssisdən son bir il üçün hesablanma aparılması ilə bağlı sual yaranmışdı. İddiaçı işlədiyi son bir il üçün pul tələb edə bilərdi. Əvvəlki illər üzrə iddiaçı ilə hesablaşma aparılıb, iddiaçı ödənilən ödənişlərlə bağlı hesabdan çıxarışlar təqdim edilib. İddiaçıya işlədiyi müddət üçün hesablanmış məzuniyyət haqqı ödənilib. Məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus əmək haqqı katından çıxarışdan görünür ki, iddiaçı son haqq-hesab ödənilib. Mütəxəssis son bir il üçün 264,75 manat hesablayıb və onların ödədiyi məbləğlə mütəxəssis ödədiyi məbləğ arasında fərq yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyib, izahat verərək bildirmişdir ki, müəssisə yarandıqdan ilk 5 il ərzində attestasiya keçirilməsi müəssisənin təşəbbüsünə buraxılır. Müəssisələrdə attestasiyanın keçirilməsi qaydalarına əsasən attestasiyanın ilkin keçirilməsi müddətini qanunvericilik müəyyən etmir. Cavabdeh sifariş üzrə layihənin, yəni Çovdar yatağında "xxxx" QSC-nin dövlət layihəsinin icrası ilə məşğuldur. Ərazi "xxxx" QSC-nin ərazisi olduğundan, cavabdeh "xxxx" QSC-nin ərazisində tikinti işlərinin icrası ilə məşğul olub. Cavabdeh müəssisə 2022-ci ilin yanvar ayında təsis edilmiş, layihəsi də "xxxx" QSC ilə götürdüyü ilk layihədir. Cavabdehin öz xüsusi büdcəsi olmadığından attestasiyaya ayıracaq büdcəsi də yoxdur. Bu səbəbdən də, cavabdeh müəssisədə attestasiya həyata keçirilməyib. Cavabdeh müəssisə ərazi olaraq "xxxx" QSC-nin SƏTƏM-nin nəzarətində olan müəssisədə işin icrasını həyata keçirib. Çovdar yatağı hündürlükdə olduğuna görə cavabdeh müəssisə tərəfindən işçinin əmək haqqında əmsallaşma nəzərə alınıb. 1500 metr hündürlüyə görə əlavə 6 gün məzuniyyət hüququ nəzərə alınıb. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısında XİX. Tikinti- Quraşdırma və Təmir-Tikinti İşləri bölməsində və ümumiyyətlə bütün Siyahıda SƏTƏM üzrə mütəxəssi və ya rəhbər vəzifələri qeyd olunmur. Bu səbəbldən iddiaçı ilə əmək müqaviləsi bağlanarkən 40 saatlıq iş həftəsinə görə əmək haqqı təklifi edilmiş o da təklif edilən əmək şəraiti şərtləri ilə 40 saatlıq iş rejimi ilə əmək müqaviləsi əsasında işləməyi könüllü qəbul edib. Təyin olunmuş əmək haqqı 36 saat deyil, 40 saat işin müqabilində iddiaçıya ödənilib. İddiaçı iş vaxtı 40 saat nəzərdə tutulmuş əmək müqaviləsinə imza çəkib. İş vaxtının rejimi əmək şəraitinin şərtlərinə şərtlərinə daxildir. SƏTƏM əməyin mühafizəsi qanunvericiliyini mükəmməl bilən, sertifikasiyası olan şəxslərdən təyin olunur. İddiaçı narazılığını vaxtında bildirməli idi. Cavabdeh layihə şirkətidir, istehsal və ya satış etmir. Cavabdehə layihənin icrası ilə əlaqədar ödənişlər gəlir. Ödənişlər gəldikcə məhsulların alındığı şirkətlərə və işçilərə pul ödənilir. Cavabdehin hesabında vəsait olmadığına görə 2023-cü ilin may ayında əmək haqqı ödənişlərində gecikmələr olub. Bu cavabdehin iradəsindən asılı olmayıb. Başqa aylarda isə heç vaxt gecikmələr olmayıb. Bank çıxarışlarında da may ayının əvvəlində cavabdehin hesabında pul olmadığı görünür. Hesaba pul daxil olan kimi işçilərə əmək haqqı ödənilib. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyib, izahat verərək bildirmişdir ki, o, cavabdeh müəssisədə insan hüquqları üzrə menecer vəzifəsində işləyir. İddiaçı əmək məzuniyyəti götürməsi barədə ərizə ilə müraciət etməyib. Sadəcə iddiaçının əmək müqaviləsinə xitam verilərkən iddiaçıya son haqq-hesab ödənilib. İddiaçıya maksimum dərəcədə güzəşt olunub. İddiaçının pretenziya məktubuna və işin məhkəməyə göndərilməməsinə görə onu ofisə dəvət ediblər. İddiaçı isə qanunsuz olaraq səs yazıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Şahidlərin ifadələri:
9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilmiş ekspert X6 bildirmişdir ki, rəyi müdafiə edir və əlavə olaraq bildirir ki, rəyin tədqiqat hissəsindən görünür ki, rəyin tədqiqat və nəticə hissəsində sürüşdürmə olduğuna görə texniki səhvə yol verilib. Rəyin nəticə hissəsində 5-ci sual üzrə 44991,69 manat olmalı təqdirdə, texniki səhv olaraq 6-cı sual cavablandırılaraq 4264,28 manat qeyd olunub. Əslində isə 44991,69 manat yazılmalı idi. Rəyin 5 və 6-cı bəndlərində texniki səhv olub. Qanunvericiliyə əsasən işçi müqavilədə nəzərdə tutulmayan işləri görürsə, əlavə işlərə cəlb olunursa, əlavə əmək haqqı hesablanmalı və ödənilməlidir.
10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə Daşkəsən rayonunda “X7 X2 Danışmanlık İnşaat Limited Şirketində mühəndis olaraq birlikdə işləyirdilər. Müqavilədə istirahət saatları 12:00-dan 15:00-a qədər göstərilib. Lakin 13:00-dan 14:00-a qədər nahar edirdilər. İş görən avtomobillər sahəyə daxil olmalı idilər, qapıda qalırdılar. 12:00-dan 15:00-a qədər istirahət saatlarından tam şəkildə istifadə etmirdilər. Bu iş çoxluğu ilə bağlı idi. İş vaxtı 09:00-dan 18:00-a qədər idi. Lakin böyük yük avtomobilləri gəlirdi, onları gecə saat 01:00-02:00-da çıxarmaq məcburiyyətində idilər. Avtomobillər SƏTƏM üzrə mütəxəssisin icazəsi ilə “mail” yazmaqla sahəyə daxil ola bilərdi. Əslində isə həmin işlər onların səlahiyyətlərinə aid olmayıb, insan resurslarının səlahiyyətinə aid məsələ idi. Sadəcə onlar orada olduqlarına görə onlara həmin işləri etmələri deyilirdi. İş saatı çox idi, 6 gün iş idi, çətin şəraitdə, dağ mədən sahəsi idi, iş çox olduğuna görə artıq saatlarda da işləyirdilər. O, çox işləyib az pul aldığına görə “mail” ünvanlayıb, ona sonra da razılaşma olmadığına görə işə xitam ediblər. Ona işlədiyi artıq saatlara görə pul ödənilməyib. Hər bir işçi əraziyə daxil olanda təhlükəsizlik üzrə təlimat verirdilər. Sahəyə insan buraxılmasına icazə almaq onların səlahiyyətlərində deyil. Sahəyə daxil olub SƏTƏM üzrə mühəndisə gətirmək icraçının səlahiyyətində idi. İlk öncə əraziyə daxil olan şəxs "xxxx" QSC-nin SƏTƏM-lərinə təqdim olunurdu. SƏTƏM qapıya getməməli idi. Əraziyə daxil olmaq istəyən şəxsi gecə saat 02:00-da qapıdan gətirmək SƏTƏM-in vəzifəsinə daxil deyil. SƏTƏM-in vəzifəsi ərazidə olan baş verə biləcək təhlükə ilə bağlı təlimat vermək idi. Ona görə də, icraçı əraziyə daxil olmaq istəyən şəxsi içəridə SƏTƏM-in ofisinə təhvil verməlidir. İcraçı həmin şəxsi SƏTƏM-ə təqdim etməyibsə, SƏTƏM baş verə biləcək hadisə ilə bağlı məsuliyyət daşımır. O, şikayət etdiyinə görə onu ofisə dəvət ediblər. Onun işinə mart ayının 17-də xitam veriblər. Mart ayında işləmiş kimi bütöv ayın pulunu ödəyiblər. O, məhkəmədə iddia qaldırmayıb. Rəhbərlik tərəfindən tapşırıq verildiyinə görə artıq saatlarda işləyirdilər, müqavilədə nəzərdə tutulmayan əlavə işlər görürdülər. Onların da iş saatı pul yazırdı deyə hansı səbəbdən sahəyə daxil olmadığını soruşurdular.
11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə 2023-cü ildə “X7 X2 Danışmanlık İnşaat Limited Şirketində tanış olub, iş yoldaşı olub. Onlarda nahar fasiləsi saat 12:00-15:00 aralığında idi. Amma nahar fasiləsi ən çoxu 1 saat müddətində olub. 90 faiz hallarda isə 20-40 dəqiqə olub. Heç vaxt 3 saat tam şəkildə nahar fasiləsi, istirahət vaxtı olaraq istifadə etməyiblər. İş çoxluğuna görə elə olub ki, nahar fasiləsinə çıxa bilməyiblər, ya yarım saat çıxıblar ya da kimsə onu əvəz edib, yəni sahədə olublar. Bu rəhbərlikdən verilən tapşırıq əsasında iş çoxluğuna görə olub. İş saatı 09:00-dan 18:00-a qədər idi. Dəfələrlə olub ki, 18:00-dan sonra 22:00-a qədər işləyiblər. O, “kampda” qalmadığına görə Gəncə şəhərində qalırdı, servis iş vaxtı qutardığına görə saat 18:00, 18:30-dan Daşkəsən rayonundan Gəncə şəhərinə hərəkət edirdi. Onlar 20:00-21:00-a qədər sahədə olduqlarına görə servisə çata bilmirdilər, ona görə də gecəni “kampda” keçirmək məcburiyyətində qalırdılar. Orada da onlara ayrılmış xüsusi bir yer yox idi. Bununla bağlı onlara əlavə kompensasiya ödənilmirdi. Bayram günləri də adi günlər kimi işləyirdilər. O, mütəmadi olaraq “kampda” qalmayıb. Onun daimi yaşayış yeri Gəncə şəhəri nəzərdə tutulub, orada qalıb. Sadəcə 21:00-a qədər işlədiklərinə görə servis də 19:00-da hərəkətə başladığına görə servisə çata bilmirdilər. Həmin vaxt o, kampda qalmağa məcbur olurdu. O da SƏTƏM üzrə mühəndis vəzifəsində çalışırdı. O, “kampda” qalanda iddiaçı ilə eyni yerdə qaldığı vaxtlar da olub, onların otağında yer olmayanda başqa əməkdaşlarla qalırdılar. Sırf deyə bilməz ki, iddiaçı ilə eyni otaqda qalıb. “Kampda” yer olmadığına görə onları Gəncə şəhərinə köçürüblər. Elə olurdu ki, məzuniyyətdə olan fəhlənin, ustanın, qaynaqçının yerində qalırdılar. Hüquqlarının pozulduğunu qismən bilirdi. O vaxt onun iş təcrübəsi kifayət qədər olmadığı üçün bu halların fərqində deyildi. Elə bilirdi ki, bəlkə də belə olmalıdır. Sonradan o, bunun qayda pozuntusu olduğunu bilib.
12. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə iş yoldaşı olub. Onlarda nahar fasiləsi saat 12:00-15:00 aralığında idi. Amma nahar fasiləsini tam olaraq istifadə etməyiblər. Çünki 1-in yarısı, 2-nin yarısı avtomobillər gəlirdi, onlar avtomobilləri qəbul edirdilər. Nahar vaxtını səmərəli istifadə etməyiblər, əslində onlar həmin işləri yerinə yetirməli deyildilər. Tapşırıq əsasında bu işləri görüblər. Daşkəsən rayonunda deyil, Göygöl rayonunda yaşayırdı. Əlavə olaraq gecələr Daşkəsən rayonunda qaldığı vaxtlar da olurdu. Buna görə kompensasiya almırdı.
13. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü ildən iyul ayına kimi iddiaçı ilə X7 X2 Danışmanlık İnşaat Limited Şirketində birlikdə işləyib. Çənquraşdırma zavodunun tikintisi idi, onlar subpodratçı şirkətdə işləyirdilər. Onlar orada metal-konstruksiya işi görürdülər. Onlarda nahar fasiləsi saat 12:00-dan 15:00-a qədər idi. Amma oraya 12:00, 12:30-da gəlirdilər, 30-40 dəqiqə nahar edirdilər, sonra əraziyə gedirdilər. Eyni hallar iddiaçıya, həm də SƏTƏM işçilərinə də şamil edilirdi. O, gecə növbəsi işləyib. İddiaçının işi gecə növbəsi deyildi. Gecə növbəsində başqa şəxs işləməli idi. Amma iddiaçı işçi olmadığına görə gecə növbəsi də işləyirdi. Gecə nə problem olsa, iddiaçıya məlumat verirdilər. O, subpodratçı şirkətdə işləyib. Məsələn dövlət 7 gün bayram günü müəyyənləşdirirdisə, 2 gün istirahət günü olub, qalan günləri işləyiblər. Buna görə kompensasiya almayıblar.
İş materialları:
14. “X7 X3 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 22/11/01 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə işə qəbul edilmiş, işçinin iş yeri olaraq ünvan 1ində yerləşən "xxxx" QSC-nin Çovdar yatağıdır, iş vaxtı gündə 7 saat, həftə ərzində isə 40 saatdan çox olmayaraq müəyyən edilmişdir. Əmək müqaviləsi xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinədək bağlanmışdır.
15. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “X7 X3 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlanılmışdır.
16. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “X7 X3 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında olan əmək müqaviləsinin müddəti xx.xx.2023-cü ildə bitir.
17. İş materiallarına iddiaçının özü tərəfindən tərtib edilmiş istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanmasına dair cədvəl-1, əmək funksiyasına daxil olmayan iş yerinə yetirməyə görə kompensasiyanın hesablanmasına dair cədvəl-2, iş vaxtının pozulmasına görə kompensasiyanın hesablanmasına dair-cədvəl 3, iş vaxtının pozulmasına görə kompensasiyanın hesablanmasına dair cədvəl-4, bayram günlərində və ümumxalq hüzn günündə işləməyə görə kompensasiyanın hesablanmasına dair cədvəl-5 əlavə edilmişdir.
18. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən iddiaçının nümayəndə və vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-34/2-438/02-2/2023 saylı məktubdan görünür ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin oktyabr ayı üzrə 828.80 manat, 2022-ci ilin noyabr ayı üzrə 845.20 manat, 2022-ci ilin dekabr ayı üzrə 949.60 manat, 2023-cü ilin yanvar ayı üzrə 856.20 manat, 2022-ci ilin fevral ayı üzrə 852.80 manat, 2023-cü ilin mart ayı üzrə 987.40 manat, 2023-cü ilin aprel ayı üzrə 951.30 manat, 2023-ci ilin may ayı üzrə 928.20 manat, 2023-cü ilin iyun ayı üzrə 946.20 manat və 2023-cü ilin iyul ayı üzrə 941.80 manat olmuşdur.
19. Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/1/2023-00206 saylı “X5 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, X5 İddiaçı iştirak etsə də, cavabdehin nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəfindən İMS xərci 50 manat, poçt, kargüzarlıq və digər cari xərclərə 10 manat ödənilmişdir.
20. İş materiallarına "xxxx" ASC tərəfindən İddiaçı məxsus 416974******1753 nömrəli kart hesabı üzrə xx.xx.2022-xx.xx.2023 dövrü əhatə edən hesabdan çıxarış əlavə edilmişdir (9-cu cild, səhifə 62). xx.xx.2023-cü il tarixdə 3997,77 manat son haqq-hesba köçürülmüşdür.
21. İş materiallarına iddiaçı tərəfindən ünvanlanmış və ya iddiaçıya ünvanlanmış elektron poçt yazışmaları əlavə edilmişdir.
22. İş materiallarına xx.xx.2022-ci il tarixli, 22/11/01 nömrəli əmək müqaviləsinə Əlavə 1 olan “Vəzifə Təlimatı” əlavə edilmişdir.
23. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ərizədə noyabr, dekabr 2022-ci il tarixində istirahət günləri işləməyinin əvəz günü olaraq 08-14 dekabr 2022-ci il tarixində icazə verilməsini xahiş etmişdir (X cild, 141).
24. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ərizədə aprel 2023-cü il tarixində istirahət günləri işləməyinin əvəz günü olaraq 18-20 aprel 2023-cü il tarixində icazə verilməsini xahiş etmişdir (X cild, 142).
25. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 22/11/01 nömrəli əmək müqaviləsinə dair bağlanılmış 2 nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Razılaşmadan görünür ki, əmək haqqının miqdarının 2610,16 manat olaraq dəyişdirilməsinə dair razılıq əldə edilmişdir.
26. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 22/11/01 nömrəli əmək müqaviləsinə dair bağlanılmış 3 nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Razılaşmadan görünür ki, əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək dəyişdirilməsi barədə razılıq əldə edilmişdir.
27. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 22/11/01 nömrəli əmək müqaviləsinə dair bağlanılmış 4 nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Razılaşmadan görünür ki, əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək dəyişdirilməsi barədə razılıq əldə edilmişdir.
28. “X7 X3 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının bank hesabından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində bank hesabında ilkin qalıq 3334.03 manat, son qalıq 2362.52 manat təşkil etmişdir.
29. “X7 X3 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının bank hesabından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində bank hesabına xx.xx.2023-cü il tarixində 4784717.43 manat məbləğində vəsait daxil olmuşdur.
30. xx.xx.2023-cü il tarixli Ödəniş Tapşırığından görünür ki, “X7 X3 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödənişin təyinatı əmək haqqı olmaqla 123341.28 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
31. İş materiallarına iş öncəsi təlimat formaları əlavə edilmişdir.
32. İş materiallarına İddiaçı məxsus əmək kitabçasının surəti əlavə edilmişdir.
33. İş materiallarına HST YPT qrupu (8-9-cu cildlər), Gunel Xanim YPT HR ilə aparılan danışıqlara dair whatsapp yazışmalarının foto şəkilləri əlavə edilmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1130 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan məlumatları nəzərə alaraq, ekpertiza təyini haqqında qərarın ekpsert qarşısında qoyulmuş suallar üzrə: 1-ci sual üzrə: İddiaçı tərəfindən bayram günlərində və ümumxalq hüzn günündə işləməyə görə hesablanmış əmək haqqı və faiz məbləği düzgün hesablanmamışdır. Bayram günlərində və ümumxalq hüzn günündə işləməyə görə Cədvəl 5-də iddiaçı tərəfindən hesablamaların məbləği Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164 maddəsinin 1-ci bəndinə əsasən işçi bayram və ümumxalq hüzn günündə işləməyə cəlb edildikdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən az olmamaqla hesablanaraq (mülki işin 11-ci cildinin 121 və 180-ci səhifələrində göstərilən faktlar nəzərə alınmaqla) tərtib edilmiş cədvələ əsasən İddiaçı bayram və ümumxalq hüzn günündə işləməyə cəlb edilməsinə görə hesablanmalı əmək haqqı məbləği 2170,66 manat olmaqla, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğin 1963,31 manat təşkil etdiyi müəyyən olunur. 2-ci sual üzrə; 1 qeyri iş günü və 1 iş günü hesab edilməyən bayram günü işləməyə görə əmək haqqının gecikdirilməsi üzrə hesablanan faiz məbləği aylar üzrə müəyyən edilmiş kompensasiya məbləğinin 1%-nin gecikdirilmiş günlərin sayına vurulmaqla hesablanır və tərtib edilmiş cədvəldən göründüyü kimi, İddiaçı bayram və ümumxalq hüzn günündə işləməyə cəlb edilməsinə görə əmək haqqının gecikdirilməsi üzrə hesablanan faiz məbləği 3360,86 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğin 3005,00 manat təşkil etdiyi müəyyən olunur. 3-cü, 9-cu və 10-cu suallar üzrə; Cədvəl 1-də göstərilən istifadə edilməmiş məzuniyyətə görə iddiaçı tərəfindən hesablanmış əmək haqqı və faiz məbləği Əmək Məcəlləsinə əsasən hesablanaraq aşağıdakı kimi müəyyən edilir (mülki işin 11-ci cildinin 117 və 170-ci səhifələrində göstərilən faktlar nəzərə alınmaqla): İşçinin işlədiyi ayların cəmi əmək haqqı (22810.54): işlədiyi ayların sayı(9):30.4* məzuniyyət günlərinin sayı (6)=500,23 manat. Məzuniyyət ödənişinin gecikdirilməsinə görə faiz məbləği aşağıdakı kimi təşkil edir: 500.23*1 %*61 (gecikdirilmiş günlərin sayı)=305,14 manat. Ümumilikdə istifadə edilməmiş məzuniyyətə görə əmək haqqı və faiz məbləği 805,37 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğin 718,70 manat təşkil etdiyi müəyyən olunur. 4-cü, 11cu və 12-cu suallar sual üzrə; Cədvəl 2-də göstərilən əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə görə iddiaçı tərəfindən hesablanmış əmək haqqı və faiz məbləği düzgün hesablanmışdır (mülki işin 11-ci cildinin 118-ci səhifələrində göstərilən faktlar nəzərə alınmaqla) və ümumilikdə hesablanmış məbləğin 11021,77 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğin 9279,77 manat təşkil etdiyi müəyyən olunur. 5-ci sual üzrə: Cədvəl 3-də göstərilən iş vaxtının pozulmasına görə (iş vaxtı) iddiaçı tərəfindən hesablanmış əmək haqqı və kompensasiya məbləği düzgün hesablanmamışdır. Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci bəndinə əsasən iş vaxtından artıq işə görə əmək haqqı saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla hesablanır (mülki işin 11-ci cildinin 119-120-ci səhifələrində göstərilən faktlar nəzərə alınmaqla) və tərtib edilmiş cədvələ əsasən ümumilikdə iş vaxtının pozulmasına görə (iş vaxtından sonra əmək haqqı və faiz məbləği 4264,28 manat (məcburi tutulmalar çıxıldıqdan sonra) təşkil etdiyi müəyyən olunur. “Təqiqat hissəsində: 5ci sual üzrə: Cədvəl 3-də göstərilən iş vaxtının pozulmasına görə (iş vaxtı) iddiaçı tərəfindən hesablanmış əmək haqqı və kompensasiya məbləği düzgün hesablanmamışdır. Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci bəndinə əsasən iş vaxtından artıq işə görə əmək haqqı saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla hesablanır və aşağıdakı cədvəldəki kimi müəyyən edilir (mülki işin 11-ci cildinin 119-120-ci səhifələrində göstərilən faktlar nəzərə alınmaqla): Tərtib edilmiş cədvələ əsasən ümumilikdə iş vaxtının pozulmasına görə (iş vaxtı) əmək haqqı və faiz məbləği 44991,69 manat (məcburi tutulmalar çıxıldıqdan sonra) təşkil etdiyi müəyyən olunur. 6-cı sual üzrə: Cədvəl 4-də göstərilən iş vaxtının pozulmasına görə (iş vaxtından sonra) iddiaçı tərəfindən hesablanmış əmək haqqı və kompensasiya məbləği düzgün hesablanmamışdır. Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci bəndinə əsasən iş vaxtından artıq işə görə əmək haqqı saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla hesablanır (mülki işin 11-ci cildinin 119-120-ci səhifələrində göstərilən faktlar nəzərə alınmaqla) və tərtib edilmiş cədvələ əsasən ümumilikdə iş vaxtının pozulmasına görə (iş vaxtından sonra) əmək haqqı və faiz məbləği 4264,28 manat (məcburi tutulmalar çıxıldıqdan sonra) təşkil etdiyi müəyyən olunur. 7-ci və 13-cü suallar üzrə: İş vaxtından artıq işləməyə görə 1 saat üçün əmək haqqı Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci bəndinə əsasən tarif maaşının ikiqat məbləğindən az olmamaqla hesablanır və aylar üzrə aşağıdakı kimi müəyyən edilir (mülki işin 11-ci cildinin 175-ci səhifəsində göstərilən faktlar nəzərə alınmaqla): Noyabr 2022 (1830.41:144*2=25,42) – 2542 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ – 24,02; dekabr 2022 (1830.41:156*2=23,46) – 23,46 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ – 22,17; yanvar 2023 (2104.97:138*2-30,5) -30,50 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ –28,82 manat; fevral 2023 (2104.97:144*2)=29,22 – 29,22 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ –27,26 manat; mart 2023 (2104.97:126*2-33,4) – 33,4 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ –31,56 manat; aprel 2023 (2104.97:138*2=30,5) – 30,50 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ –28,82; may 2023 (2104.97:150*2=28,06) – 28,06 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ – 26,52 manat; iyun 2023 (2104.97:132*2=31,88) – 31,88 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ –30,13 manat; iyul 2023 (2104.97:156*2=26,98) – 26,98 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ – 25,50 manat. 8-ci və 15-ci suallar üzrə: İddiaçı tərəfindən əmək haqqı ödənişinin gecikdirilməsinə görə hesablanmış 160,85 manat kompensasiya məbləği düzgün hesablandığı müəyyən edilir (mülki işin 11-ci cildinin 122 və 186-cı səhifələrində göstərilən faktlar nəzərə alınmaqla). 14-cü sual üzrə: faiz məbləğlərinə aidiyyəti üzrə digər suallarda aydınlıq gətirilmişdir.
35. İş materiallarına iddiaçı tərəfindən cavabdeh ilə aralarında aparılmış danışığa dair səs yazısının olduğu CD disk və fləşkard əlavə edilmişdir.
36. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Bakı 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində pul vəsaiti ödənilmişdir.
37. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ilə bağlanılmış müqavilə üzrə “İsmayılbəyli və partnyorları” vəkil bürosunun hesabına 250 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
38. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ilə bağlanılmış müqavilə üzrə “İsmayılbəyli və partnyorları” vəkil bürosunun hesabına 250 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
İşin faktiki halı:
39. İddiaçı ilə cavabdeh “X8 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı SƏTƏM mühəndis vəzifəsi üzrə işə başlamışdır. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə AR ƏM-nin 73.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə əsasən İddiaçı əmək haqqısı 6 günlük iş rejiminə uyğun olaraq, 1830,41 manat aylıq tarif maaşı, 73,22 manat aylıq tarif maaşının 4% əmək şəraitinin zərərli olmasına görə və 366,08 manat aylıq tarif maaşının 20% iqlim şəraitinə görə əlavələr nəzərə alınaraq ümumilikdə tutulmalar daxil olmaqla 2269,71 manat təşkil etdiyi və əmək müqaviləsinin 6-ci maddəsində İddiaçı 30 gün əsas məzuniyyət günü olduğu müəyyən edilir. 2023-cü ilin yanvar ayından etibarən İddiaçı əmək haqqısı 2104,97 manat aylıq tarif maaşı,84,20 manat aylıq tarif maaşının 4% əmək şəraitinin zərərli olmasına görə və 420,99 manat aylıq tarif maaşının 20% iqlim şəraitinə görə əlavələr nəzərə alınaraq ümumilikdə tutulmalar daxil olmaqla 2610,16 manat təşkil etdiyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətində (cild İ, səh.14) iddiaçının iş yerinin əsas iş yeri olaraq qeyd edilməsi müəyyən edilmişdir. İddiaçının əmək şəraiti zərərli qeyd edilmiş, iddiaçıya əmək şəraiti zərərli olan işə görə və iqlim şəraitinə görə əmək haqqına əlavə verilmişdir.
40. İddiaçı ilə bağlanılmış əmək müqaviləsində iş vaxtı gündə 7 saat, həftə ərzində 40 saatdan çox olmayaraq, iş saatı həftənin 5 günü 08:00-dan 18:00-dək, istirahət fasilələri 10:30-dan 11:00-dək, 16:30-dan 17:00-dək, nahar fasiləsi 12:00-dan 14:00-dək, həftənin bir günü iş saatı 08:00-dan 16:00-dək, istirahət fasilələri 10:30-dan 11:00-dək, 15:00-dan 15:30-dək, nahar fasiləsi 12:00-dan 14:00-dək müəyyən edilmişdir.
41. İddiaçı və cavabdehin qarşılıqlı razılığına əsasən iddiaçının ərizəsi onun işlədiyi istirahət günlərinin əvəzində ona əlavə istirahət günləri verilmiş, müvafiq qaydada əvəzləşdirmə aparılmışdır.
Məhkəmə baxışının hədləri:
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 90.1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. 90.2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. 92.1. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 92.2. Əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, bu maddənin birinci hissəsində göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir. 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 99.3. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. 99.4. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. 104.1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. 115.1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. 116.1. Əmək stajından asılı olaraq işçilərə:beş ildən on ilədək əmək stajı olduqda - 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. 116.2. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir.
131. 1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 131.6. Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir. 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Məhkəmənin mövqeyi:
45. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
46. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh “X7 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı olan iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:
1. iş vaxtından artıq işə cəlb etməyə görə əmək haqqının ödənilməsi;
2. istirahət və bayram günlərində işə cəlb etməyə görə əmək haqqının ödənilməsi;
3. istifadə edilməmiş əlavə məzuniyyətə görə pul əvəzinin ödənilməsi;
4. əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə görə əmək haqqının ödənilməsi;
5. əmək haqqının verilməsinin gecikdirilməsinə görə kompensasiya ödənilməsi;
6. çəkilmiş xərclərin ödənilməsi.
İddia tələbinin “iş vaxtından artıq işə cəlb etməyə görə əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı:
47. Hazırda İddiaçı cavabdeh “X7 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı olan iddia tələbinin “iş vaxtından artıq işə cəlb etməyə görə əmək haqqının ödənilməsi” hissəsini əmək müqaviləsi ilə müəyyən edilmiş istirahət vaxtlarında, iş vaxtından sonra işə cəlb edilməsi, o cümlədən əmək qanunvericiliyinə əsasən əmək şəraitinə görə həftəlik 36 saatdan artıq işə cəlb edilməsi yolverilməz olmasına baxmayaraq əmək müqaviləsi ilə həftəlik 40 saat iş vaxtının müəyyən edilməsi ilə əsaslandırmışdır.
48. İddia tələbinin hazırki hissəsi faktiki olaraq iki hissədən ibarətdir:
a) Əmək şəraiti zərərli olmasına baxmayaraq əmək müqaviləsi üzrə 40 saat iş vaxtı müəyyən edilməsinə görə əmək haqqı tələbi. b) İstirahət vaxtı və iş vaxtından sonra işə cəlb etməyə görə əmək haqqı tələbi.
a) Əmək şəraiti zərərli olmasına baxmayaraq əmək müqaviləsi üzrə 40 saat iş vaxtı müəyyən edilməsinə görə əmək haqqı tələbi:
49. Əmək qanunvericiliyinə əsasən bir qayda olaraq gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq olmayan iş vaxtı, o cümlədən, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
50. Bununla belə, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
51. Qısaldılmış iş vaxtının müəyyən edilməsi əsaslarından biri Əmək Məcəlləsinin 92-ci maddəsi ilə tənzimlənmişdir. Həmin normaya əsasən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
52. Həmin siyahı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə 175 nömrəli 06 noyabr 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmişdir.
53. Həmin siyahıda istismar olunan və tikilməkdə olan karxanalar, açıq dağ-mədən, eləcə də dağ-mədən şaxta səthi işləri və geoloji kəşfiyyat sahəsində dəniz səviyyəsindən 1500 metrdən yüksək işləri yerinə yetirən fəhlələr və mütəxəssislər üçün 36 saat qısaldılmış iş vaxtı müəyyən edilmişdir.
54. Hazırki mülki iş üzrə İddiaçı əmək funksiyasını dəniz səviyyəsindən 1500 metrdən yüksəklikdə əmək şəraiti zərərli olan işdə yerinə yetirməsi işin mübahisəsiz halıdır.
55. Belə ki, əmək müqaviləsinə əsasən iddiaçının iş yeri ünvan 1i ünvanında yerləşən "xxxx" QSC-nin Çovdar yatağı, vəzifəsi SƏTƏM üzrə mühəndis, əmək şəraiti zərərli olan işə görə əmək haqqına əlavə müəyyən edilmişdir.
56. Cavabdeh etiraz ərizəsində, cavabdeh müəssisənin yeni yaranmış müəssisə olması səbəbindən iş yerlərinin attestasiyası olmadığından, hansı işin ağır və zərərli olması müəyyən edilmədiyindən, yəni iddiaçının yerinə yetirdiyi işin ağır və zərərli olması öz təsdini tapmadığından onun iş vaxtının həftəlik olaraq 40 saat müəyyən edildiyini bildirsə də, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə əsasən müəyyən edilir ki, iddiaçıya cavabdeh müəssisə tərəfindən iddiaçının əmək haqqına əmək şəraiti zərərli olan işə görə əlavə müəyyən edilərək ödənilmişdir.
57. Həmçinin məhkəmə tərəfindən tədqiq edilən iş materiallarına əlavə edilmiş əmək müqavilələrinə əsasən müəyyən edilmişdir ki, əmək müqaviləsində işçinin əmək şəraiti zərəli qeyd edilmişdir. Lakin işin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının əmək şəraitini zərərli olaraq qiymətləndirərək, əmək şəraiti zərərli olan işə görə əmək haqqına əlavə müəyyən edərək ödəmişdir.
58. Beləliklə, işin müəyyən edilmiş halıdır ki, iddiaçı əmək şəraiti zərərli olan vəzifədə işləməsinə baxmayaraq cavabdeh tərəfindən əmək qanunvericiliyinin imperativ tələbi pozularaq iddiaçının həftəlik iş vaxtı 40 saat olaraq müəyyən edilmişdir.
59. Həmçinin, əmək qanunvericiliyinə əsasən istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.
60. Hazırki mülki iş üzrə həftənin 5 günü gündəlik iş vaxtı 7 saat, bir günü 4 saat olmaqla, həftəlik iş vaxtı 40 saat olan altıgünlük iş həftəsi müəyyən edilmişdir.
61. Halbuki, əmək qanunvericiliyinə əsasən altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz (ƏM, maddə 90, bənd 3).
62. Odur ki, hazırki mülki iş üzrə iddiaçının gündəlik iş vaxtının 6 saatdan çox olması yolverilməz olduğu cavabdeh müəssisə tərəfindən iddiaçının gündəlik iş vaxtı 7 saat olaraq müəyyən edilərək iş vaxtından artıq işə cəlb etməklə iddiaçıya maddi ziyan vurulmuşdur.
63. Vurulmuş maddi ziyanın miqdarı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir.
64. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən iş vaxtından artıq işləməyə görə əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir.
55. Hazırki mülki iş üzrə cavabdeh tərəfindən iddiaçıya gündəlik iş vaxtı normasından artıq işə cəlb edilməyə görə əmək haqqı ödənilməsi müəyyən edilməmişdir.
56. Müəyyən edilmiş haldır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılmış və həmin müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Odur ki, hazırki mülki iş üzrə iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi müddətə görə ödənilməli olan əmək haqqının müəyyən edilməsi üçün işçinin cavabdeh müəssisədə əmək fəaliyyətində olduğu müddət ərzində iş vaxtından artıq işə cəlb edildiyi müddət (saat) və həmin müddətə görə ödənilməli olan əmək haqqının miqdarı müəyyən edilməlidir.
58. Məhkəmə qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə verilmiş ekspert rəyinə əsasən iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi 1 saata görə ödənilməli olan əmək haqqı ayrı-ayrı aylar üzrə müəyyən edilmişdir.
59. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1130 nömrəli ekspert rəyində qeyd dilmişdir ki, işçi iş vaxtından artıq işləməyə görə 1 saat üçün əmək haqqı Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci bəndinə əsasən tarif maaşının ikiqat məbləğindən az olmamaqla hesablanır və aylar üzrə aşağıdakı qaydada müəyyən edilir: 2022 noyabr – 25,42 manat olmaqla, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 24,02 manat. 2022 dekabr – 23,46 manat olmaqla, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 22,17 manat. 2023 yanvar – 30,50 manat olmaqla, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 28,82 manat. 2023 fevral – 29,22 manat olmaqla, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 27,26 manat. 2023 mart – 33,40 manat olmaqla, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 31,56 manat. 2023 aprel – 30,50 manat olmaqla, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 28,82 manat. 2023 may – 28,06 manat olmaqla, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 26,52 manat. 2023 iyun – 31,88 manat olmaqla, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 30,13 manat. 2023 iyul – 26,98 manat olmaqla, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 25,50 manat.
60. İddiaçının iş vaxtından artıq işə cəlb edildiyi müddət isə məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən edilmişdir.
61. Məhkəmə iddiaçının iş vaxtından artıq işə cəlb ediliyi müddət və həmin müddətə görə ödənilməli olan əmək haqqının miqdarına işçinin cavabdeh müəssisədə işlədiyi aylar üzrə ayrı-ayrılıqda qiymət verməyi zəruri hesab edir.
62. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, 2022-ci ilin noyabr ayında iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi iş günlərinin sayı 20 təqvim günü (1,2,3,4,7,10,11,14,15,16,17,18,21,22,23,24,25,28,29,30) təşkil edir.
63. Belə olan halda, iddiaçı noyabr ayında 20 təqvim günü işlədiyindən, işçi 20 təqvim günü 7 saat işə cəlb edilməklə gündəlik iş norması olan 6 saatdan 1 saat artıq işə cəlb edilmişdir. Ekspert rəyinə əsasən noyabr ayı üzrə 1 saat iş vaxtından artıq işə görə əmək haqqı 24,02 manat müəyyən edildiyindən, iddiaçıya noyabr ayı üzrə iş vaxtından artıq işə görə 480,4 manat (20 saat x 24,02) əmək haqqı ödənilməlidir.
64. Məhkəmə əvəzləşdirilən günlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının davamlı istirahət etməsi üçün hər iki tərəfin qarşılıqlı razılığına əsasən iddiaçının ərizəsi əsasında iddiçının iş günləri onun istirahət günləri ilə əvəz ediliərək iddiaçıya davamlı istirahət günləri verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı tərəfindən yazılmış ərizələrə əsasən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi əsasında ona ümumilikdə 10 təqvim günü (08-14 dekabr 2022 və 18-20 aprel 2023-cü il) istirahət verilmişdir. Müəyyən edilmişdir ki, verilmiş istirahət günlərindən 11 dekabr 2022-ci il əmək müqaviləsinə əsasən iddiaçının istirahət günü olmuşdur.
65. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, 2022-ci ilin dekabr ayında iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi iş günlərinin sayı 17 təqvim günü (1,2,5,6,7,15,16,19,20,21,22,23,26,27,28,29,30) + 6 təqvim günü (istirahət günləri ilə əvəz edilən, işlənilən istirahət günləri) olmaqla, 23 təqvim günü təşkil edir.
66. Belə ki, qeyd edilən iş günlərində əmək qanunvericiliyinə əsasən iddiaçının 6 saatdan artıq işləməsi yolverilməz olduğu halda, əmək müqaviləsi üzrə 7 saat iş vaxtı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən dekabr ayı üzrə 1 saat iş vaxtından artıq işə görə əmək haqqı 22,17 manat müəyyən edildiyindən, iddiaçıya dekabr ayı üzrə iş vaxtından artıq işə görə 509,91 manat (23x22,17) əmək haqqı ödənilməlidir.
69. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin yanvar ayında iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi iş günlərinin sayı 18 təqvim günü (5,6,9,10,11,12,13,16,17,18,19,23,24,25,26,27,30,31) təşkil edir. Belə ki, qeyd edilən iş günlərində əmək qanunvericiliyinə əsasən iddiaçının 6 saatdan artıq işləməsi yolverilməz olduğu halda, əmək müqaviləsi üzrə 7 saat iş vaxtı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən yanvar ayı üzrə 1 saat iş vaxtından artıq işə görə əmək haqqı 28,82 manat müəyyən edildiyindən, iddiaçıya yanvar ayı üzrə iş vaxtından artıq işə görə 518,76 manat (18 saat x28,82) əmək haqqı ödənilməlidir.
70. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin fevral ayında iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi iş günlərinin sayı 20 təqvim günü (1,2,3,6,7,8,9,10,13,14,15,16,17,20,21,22,23,24,27,28) təşkil edir. Belə ki, qeyd edilən iş günlərində əmək qanunvericiliyinə əsasən iddiaçının 6 saatdan artıq işləməsi yolverilməz olduğu halda, əmək müqaviləsi üzrə 7 saat iş vaxtı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən fevral ayı üzrə 1 saat iş vaxtından artıq işə görə əmək haqqı 27,26 manat müəyyən edildiyindən, iddiaçıya fevral ayı üzrə iş vaxtından artıq işə görə 545,2 manat (20 saat x27,26) əmək haqqı ödənilməlidir.
71. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin mart ayında iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi iş günlərinin sayı 17 təqvim günü (1,2,3,6,7,9,10,13,14,15,16,17,27,28,29,30,31) təşkil edir. Belə ki, qeyd edilən iş günlərində əmək qanunvericiliyinə əsasən iddiaçının 6 saatdan artıq işləməsi yolverilməz olduğu halda, əmək müqaviləsi üzrə 7 saat iş vaxtı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən mart ayı üzrə 1 saat iş vaxtından artıq işə görə əmək haqqı 31,56 manat müəyyən edildiyindən, iddiaçıya mart ayı üzrə iş vaxtından artıq işə görə 536,52 manat (17 saat x31,56) əmək haqqı ödənilməlidir.
72. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin aprel ayında iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi iş günlərinin sayı 15 təqvim günü (3,4,5,6,7,10,11,12,13,14,17,25,26,27,28) + 3 təqvim günü (istirahət günləri ilə əvəz edilən, işlənilən istirahət günləri) olmaqla, 18 təqvim günü təşkil edir.
73. Belə ki, qeyd edilən iş günlərində əmək qanunvericiliyinə əsasən iddiaçının 6 saatdan artıq işləməsi yolverilməz olduğu halda, əmək müqaviləsi üzrə 7 saat iş vaxtı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən aprel ayı üzrə 1 saat iş vaxtından artıq işə görə əmək haqqı 28,82 manat müəyyən edildiyindən, iddiaçıya aprel ayı üzrə iş vaxtından artıq işə görə 518,76 manat (18 saat x28,82) əmək haqqı ödənilməlidir.
74. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin may ayında iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi iş günlərinin sayı 21 təqvim günü (1,2,3,4,5,8,10,11,12,15,16,17,18,19,22,23,24,25,26,30,31) təşkil edir.
75. Belə ki, qeyd edilən iş günlərində əmək qanunvericiliyinə əsasən iddiaçının 6 saatdan artıq işləməsi yolverilməz olduğu halda, əmək müqaviləsi üzrə 7 saat iş vaxtı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən may ayı üzrə 1 saat iş vaxtından artıq işə görə əmək haqqı 26,52 manat müəyyən edildiyindən, iddiaçıya may ayı üzrə iş vaxtından artıq işə görə 556,92 manat (21 saat x26,52) əmək haqqı ödənilməlidir.
76. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin iyun ayında iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi iş günlərinin sayı 18 təqvim günü (1,2,5,6,7,8,9,12,13,14,16,19,20,21,22,23,27,30) təşkil edir. Belə ki, qeyd edilən iş günlərində əmək qanunvericiliyinə əsasən iddiaçının 6 saatdan artıq işləməsi yolverilməz olduğu halda, əmək müqaviləsi üzrə 7 saat iş vaxtı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən iyun ayı üzrə 1 saat iş vaxtından artıq işə görə əmək haqqı 30,13 manat müəyyən edildiyindən, iddiaçıya iyun ayı üzrə iş vaxtından artıq işə görə 542,34 manat (18 saat x30,13) əmək haqqı ödənilməlidir.
77. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin iyul ayında iddiaçının iş vaxtından artıq işə cəlb edildiyi iş günlərinin sayı 21 təqvim günü (3,4,5,6,7,10,11,12,13,14,17,18,19,20,21,24,25,26,27,28,31) təşkil edir. Belə ki, qeyd edilən iş günlərində əmək qanunvericiliyinə əsasən iddiaçının 6 saatdan artıq işləməsi yolverilməz olduğu halda, əmək müqaviləsi üzrə 7 saat iş vaxtı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən iyul ayı üzrə 1 saat iş vaxtından artıq işə görə əmək haqqı 25,50 manat müəyyən edildiyindən, iddiaçıya iyul ayı üzrə iş vaxtından artıq işə görə 535,5 manat (21 saat x25,50) əmək haqqı ödənilməlidir.
78. Beləliklə, İddiaçı iş vaxtından artıq işə görə ümumilikdə 4744,31 manat məbləğində əmək haqqı cavabdehden tutularaq ödənilməlidir.
79. İddia tələbinin “Əmək şəraiti zərərli olmasına baxmayaraq əmək müqaviləsi üzrə 40 saat iş vaxtı müəyyən edilməsinə görə əmək haqqı tələbi” ilə bağlı hissəsində “iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə kompensasiya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olmadığından təmin edilə bilməz.
80. İlk növbədə qeyd edilir ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir.
81. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
82. Əmək haqqının vaxtında ödənilməməsində təqsirkar olan işəgötürənin məsuliyyəti Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndi ilə tənzimlənmişdir.
83. Həmin normaya əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
84. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
85. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.
86. Qeyd edilir ki, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.
88. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.).
89. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
90. Göründüyü kimi Qanunverici tərəfindən əmək haqqının ödənilməsinin gecikdirilməsində təqsirkar olan işəgötürənin məsuliyyətə cəlb edilməsində məqsəd işçinin əmək haqqını vaxtında almasını təmin etmək, onu düşə biləcəyi zərərdən qorumaq və işəgötürənləri isə əmək haqqını vaxtında ödəməkdə inztizamlı olmağa məcbur etməkdir.
91. Hazırki mülki işin faktiki halı isə ondan ibarətdir ki, hər iki tərəfin qarşılıqlı razılığı əsasında iddiaçının iş vaxtı 40 saat olaraq müəyyən edilmiş və 40 saata görə əmək haqqı müəyyən edilərək ödənilmişdir. Yəni iddiaçının cavabdeh müəssisədə əmək fəaliyyəti zamanı əmək şəraiti zərərli olmasına görə əmək qanunvericiliyi ilə müəyyən edilmiş gündəlik normadan (6 saat) artıq işə (əmək müqaviləsi ilə 7 saat müəyyən edildiyi üçün 1 saata) görə əmək haqqının ödənilməsi ilə bağlı gözləntisi, həmin əmək haqqına görə əvvəlcədən planlaşdırdığı öhdəliyi olmamışdır.
92. Qeyd edilir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.
93. Məhkəmə hazırki işin faktiki hallarına əsasən qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh “X7 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsinə əsasən əmək şəraitinin zərərli olmasının müəyyən edilməsinə baxmayaraq İddiaçı iş vaxtı normasının pozulması məhkəmə tərəfindən qanunsuz hesab edildiyindən, cavabdeh tərəfindən iddiaçının əmək haqqının verilməsinin gecikdirilməsi işin mübahisəsiz halıdır.
94. Bu gecikdirmənin işəgötürənin təqsiri üzündən baş verməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci bəndinin hazırki işin faktiki halı (əmək şəraiti zərərli olmasına baxmayaraq əmək müqaviləsi ilə həftəlik 40 saat, gündəlik 7 saat iş vaxtının müəyyən edilməsi) baxımından iş vaxtından artıq işə görə əmək haqqı tələbinə tətbiqi həmin normanın mahiyyətindən irəli gəlmir.
95. Qeyd edilən normanın mahiyyətindən göründüyü kimi işəgötürənin təqsiri dedikdə, işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallar ilə bağlı işçinin əmək haqqının ödənilməsinin gecikdirildiyi hallar nəzərdə tutulmuşdur. Həmçinin işəgötürənin özündən asılı olmayan səbəblərə görə işçiyə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə işəgötürənin məsuliyyəti istisna edilmişdir.
96. Məhkəmə qeyd edir ki, nəzərə alınmalıdır ki, tərəflər arasında əmək müqaviləsi bağlanılan zaman iddiaçının iş vaxtının həftəlik 40 saat, gündəlik 7 saat olaraq müəyyən edildiyi və həmin iş saatına uyğun olaraq cavabdeh tərəfindən əmək haqqının ödənildiyi və əmək müqaviləsi ilə iddiaçının iş vaxtının əmək şəraitinin zərərli olmasına baxmayaraq həftəlik 40 saat, gündəlik 7 saat olaraq müəyyəb edilməsi məhkəmə tərəfindən qanunsuz hesab edildiyindən və iş vaxtından artıq işə görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qərar məhkəmə tərəfindən qəbul edildiyindən iş vaxtından artıq işə görə əmək haqqının gecikdirilməsində cavabdeh təqsirli hesab edilə bilməz. İstirahət vaxtı və iş vaxtından sonra işə cəlb etməyə görə əmək haqqı tələbi.
97. İddiaçı iddia tələbinin hazırki hissəsinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, əmək müqaviləsinə əsasən saat 10:30-dan 11:00-dək; 12:00-dan 14:00-dək və 16:30-dan 17:00-dək istirahət vaxtı olaraq müəyyən edilməsinə baxmayaraq cavabdeh tərəfindən istirahət vaxtı işə cəlb edilmiş, qeyd edilən iş qrafikinin müəyyən edilməsi nəticəsində faktiki olaraq 10 saat işdə olmuşdur.
98. Əmək qanunvericiliyinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilir.
99. Qanunvericinin iş vaxtından artıq işə verdiyi anlayışdan görünür ki, iş vaxtından artıq iş işçi tərəfindən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasının işəgötürənin əmri və işçinin razılığı ilə əmək müqaviləsi ilə müəyyən edilmiş iş vaxtından artıq iş vaxtı ərzində yerinə yetirməsidir.
100. Hazırki mülki iş üzrə İddiaçı cavabdeh “X7 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən iş vaxtından artıq işlərə cəlb edilməsini iddia etməsinə baxmayaraq məhkəməyə iş vaxtından artıq işə cəlb edilməsini, hansı müddətə iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
101. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi ilə bağlı sübut qismində məhkəməyə şahid ifadələri, elektron poçt yazışmaları, whatsapp yazışmaları təqdim edilmişdir.
102. Məhkəmə ilk növbədə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
103. İddiaçı tərəfindən təqdim edilən elektron poçt yazışmalarına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən elektron poçt yazışmaları (həm ona ünvanlanmış, həm də onun tərəfindən göndərilmiş) onun həmin müddət ərzində əmək funksiyasını icra etməsini, əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübut qismində qiymətləndirilə bilməz.
104. Qeyd edilməlidir ki, şəxsin əmək fəaliyyəti ilə məşğul olması onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olan işləri yerinə yetirməsini ifadə edir. Əmək funksiyası isə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.
105. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə əsasən iddiaçının əmək funksiyası əmək müqaviləsi maddə 3-də, əmək funksiyasının tam siyahısı isə əmək müqaviləsinə 1 saylı Əlavə olan “Vəzifə Təlimatı”nda nəzərdə tutulmuşdur.
106. İddiaçının “Vəzifə Təlimatı”na nəzər saldıqda (cild 10, səh 151) görünür ki, onun əmək funksiyası SƏTƏM-in fəaliyyətinə aid faktiki yerinə yetirilməli olan çoxsaylı vəzifə və öhdəliklərdən ibarətdir. Lakin əmək müqaviləsi və onun tərkib hissəsi olan “Vəzifə Təlimatı”nda iddiaçı tərəfindən əmək funksiyasını elektron poçtdan istifadə etməklə icra etməsi nəzərdə tutulmamışdır.
107. Belə ki, ola bilər ki, əmək müqaviləsində işçinin əmək funksiyasını komputer, mobil telefon və s. kimi elektronik cihazlardan istifadə etməklə elektron poçt vasitəsilə yerinə yetirməsi nəzərdə tutulmuş olsun. Yəni işçinin əmək fəaliyyəti əmək funksiyasına daxil olan işlərin sırf həmin vasitədən istifadə etməklə icra edilməsindən ibarət olmuş olsun. Lakin hazırki mülki iş üzrə qeyd edilən hal müəyyən edilməmişdir. Odur ki, iddiaçı tərəfindən istirahət vaxtı əmək kollektivinə elektron məktub ünvanlanması onun əmək funksiyasına daxil olan işlərin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz.
108. Həmçinin məhkəmə onu da qeyd edir ki, elektron poçtun “google” axtarış sistemində araşdırılması zamanı vikipediyadan (virtual açıq ensiklopediya) əldə edilən məlumata əsasən görünür ki, elektron poçt (ing. electronic mail) ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləridir.
109. İddiaçı tərəfindən təqdim edilən istirahət vaxtı və ya iş vaxtından sonra aparılan “whatsapp yazışmaları” da elektron poçt yazışmaları kimi iddiaçının iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən mötəbər sübut qismində qiymətləndirilə bilməz.
110. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən şahidlərin ifadələri iddiaçının iş vaxtından artıq işə cəlb edildiyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
111. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş şahidlər ilə cavabdeh müəssisə arasında olan əmək fəaliyyətinə xitam verilmiş, əmək münasibətləri zamanı tərəflər arasında olan münasibətlərdə narazılıqlar olmuşdur.
112. Belə ki, iddiaçının iş vaxtından sonra və ya istirahət vaxtında elektron məktub göndərməsi onun işəgötürən tərəfindən istirahət vaxtı işə cəlb edilməsi kimi qiymətləndirilə bilməz.
113. Ümumiyyətlə iddiaçı tərəfindən məhkəməyə işəgötürən tərəfindən ondan istirahət vaxtı və ya iş vaxtından sonra əmək funksiyasını icra etməsini tələb etməsini təsdiq edən sübut təqdim edilməmişdir. Belə ki, iddiaçının istirahət vaxtı, iş vaxtından sonra iş vaxtından artıq işləməsi üçün işəgötürənin müvafiq əmri (sərəncamı) və onun razılığı olmalıdır. Ancaq hazırki mülki iş üzrə nə işəgötürənin belə bir qərarı, nədəki iddiaçının buna razılığı müəyyən olunmamışdır.
114. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
115. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
116. Odur ki, İddiaçı tərəfindən onun istirahət vaxtı və iş vaxtından sonra işəgötürən tərəfindən iş vaxtından artıq işə cəlb edilməsi sübuta yetirlmədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz.
117. Məhkəmə qeyd edir ki, iddia tələbi istirahət vaxtı və iş vaxtından sonra iş vaxtından artıq işə görə əmək haqqı tələbinə dair hissədə təmin edilmədiyindən, iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə kompensasiya tələbinə dair hissədə də əsaslı hesab edilə bilməz.
İddia tələbinin “istirahət və bayram günlərində işə cəlb etməyə görə əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı:
117. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdeh “X7 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən əmək müqaviləsinə əsasən onun istirahət vaxtı olan bazar günləri və iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilməsi, lakin əmək haqqı ödənilməməsi ilə əsaslandırılmışdır.
118. İddiaçı iddia tələbinin hazırki hissəsinin faktiki halları qismində məhkəmə bildirmişdir ki, o cavabdeh müəssisədə işlədiyi müddət ərzində 12 iş günü hesab edilməyən bayram və hüzn günü (xx.xx.2022, 02-03 yanvar 2023, xx.xx.2023 xx.xx.2023. 22-24 mart.2023, xx.xx.2023, 28-29 may 2023, xx.xx.2023) və əmək müqaviləsinə əsasən istirahət vaxtı olan bazar günləri əmək fəaliyyətinə cəlb edilmiş, lakin həmin günlərdə işləməyə görə əmək haqqı ödənilməmişdir.
119. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi ilə bağlı məhkəməyə sübut qismində iş öncəsi təlimatlar, elektron poçt yazışmaları, səs yazısı, şahid ifadələri, “whatasapp yazışmaları” təqdim edilmişdir.
120. İddiaçı tərəfindən təqdim edilən elektron poçt yazışmaları, şahid ifadələri, “whatasapp yazışmaları” ilə bağlı mövqeyini məhkəmə iddia tələbinin hazırki hissəsinə münasibətdə də təkrarlayaraq, həmin sübut növlərinin iddiaçının istirahət vaxtı olan bazar günləri, o cümlədən iş günü hesab edilməyən bayram günləri əmək fəaliyyətinə cəlb edilməsini təsdiq edən mötəbər sübut olaraq qiymətləndirmir.
121. Bununla belə iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş iddiaçı ilə cavabdehin nümayəndəsi (Nümayəndə3) arasında aparılmış danışıqlara dair səs yazısına əsasən müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya 12 günün əmək haqqısının hesablanaraq ödənilməsi təklif edilmişdir. Həmin səs yazısında cavabdehin nümayəndəsi qeyd edir ki, “onun tərəfindən hesablanaraq müəyyən edilmişdir ki, iddiaçının işlədiyi günlərin sayı 12 gündür”. Yəni səs yazısına əsasən müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən hesablanma aparılaraq iddiaçının işlədiyi əmək haqqı ödənilməyən günlər 12 gün olaraq müəyyən edilmişdir.
122. Belə ki, cavabdehin səs yazısına əsasən cavabdehin nümayəndəsi tərəfindən müvafiq hesablama aparıldığı, yəni iddiaçının bildirməsinə əsasən deyil, cavabdehin nümayəndəsi tərəfindən aparılan hesablamaya əsasən 12 günə görə əmək haqqı ödənilməli olduğu nəticəsinə gəlindiyi məyyən edilmişdir.
123. Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
124. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.
125. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən isə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
126. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1130 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, işçinin bayram günlərində və ümumxalq hüzn günündə işləməyə görə əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci bəndinə əsasən işçi bayram və ümumxalq hüzn günündə işləməyə cəlb edildikdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən az olmamaqla hesablanaraq aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-144,13 manat; 02, 03 və 20 yanvar 2023-494,48 manat, 08,22,23,24 mart 2023-715,65 manat, 09,28,29 may 2023-456,04 manat, 15 iyun 2023-153,01 manat olmaqla, ümumilikdə iddiaçıya bayram günlərində və ümumxalq hüzn günündə işləməyə görə ələ çatan məbləğin 1963,31 manat təşkil etdiyi müəyyən edilmişdir.
127. Beləliklə, iddiaçının iddia tələbi iş günü hesab edilməyən bayram və hüzn günləri günü işləməyə görə cavabdehdən əmək haqqı tutulmasına dair hissədə əsaslı olduğundan, iddia tələbi həmin hissədə təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 1963,31 manat məbləğində pul vəsaiti tutulmalı, lakin istirahət günləri işləməyə görə əmək haqqı tutulmasına dair hissədə iddia tələbi sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
128. İddia tələbinin “istirahət və iş günü hesab edilməyən bayram və hüzn günlərində işə cəlb etməyə görə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən kompensasiya tutulması hissəsi”nə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin hazırki hissəsi iş günü hesab edilməyən bayram və hüzn günləri işə cəlb etməyə görə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən kompensasiya tutlmasına dair hissədə təmin edilməli, lakin istirahət günləri işə cəlb etməyə görə əmək haqqı tutulmasına dair hissədə iddia tələbi təmin edilmədiyindən həmin hissədə kompensasiya tutulması əsaslı olmadığından təmin edilməməlidir.
129. Yuxarıda qeyd edildiyi kimi iddia tələbinin hazırki hissəsinin hüquqi əsasını təşkil edən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə işəgötürən tərəfindən işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərti müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.
130. Hazırki mülki iş üzrə isə cavabdeh tərəfindən iddiaçıya iş günü hesab edilməyən bayram və hüzn günləri işləməyə görə əmək haqqının ödənilməsinin gecikdirilməsi və bu gecikdirilmənin işəgötürənin təqsiri üzündən baş verməsi işin mübahisəsiz halıdır.
131. Belə ki, qeyd edildiyi kimi əmək qanunveriicliyinə əsasən qanunvericiliklə müəyyən edilmiş müstəsna hallar istisna olmaqla işçinin iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddiaçının iş günü hesab edilməyən bayram günləri işə cəlb edilməsi nəticəsində iddiaçının hüquqları və əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. İşçi iş günü hesab edilməyən bayram günləri işə cəlb edildiyi halda isə işçiyə işəgötürən tərəfindən əmək haqqı ödənilməli olması isə Əmək Məcəlləsinin imperativ tələbidir. Belə olan halda cavabdeh müəssisə işçini iş günü hesab edilməyən bayram günlərində işə cəlb etdiyi üçün ona əmək haqqı ödəməli idi. Lakin cavabdeh tərəfindən iddiaçıya iş günü hesab edilməyən bayram günləri işə cəlb etməyə görə əmək haqqı ödənilməmiş, qeyd edilən hala dair məhkəməyə sübut təqdim edilməmişdir.
132. Əmək qanunvericiliyində işçinin iş günü hesab edilməyən bayram günləri işə cəlb etməyə görə əmək haqqı ödənilməli olması imperativ qaydada müəyyən edilməsinə baxamayaraq cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənilməməsi cavabdehin təqsirli hərəkəti olaraq qiymətləndirilməlidir.
133. İddiaçıya iş günü hesab edilməyən bayram və hüzn günləri işə cəlb etməyə görə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənilməli olan kompensasiyanın miqdarı ilə bağlı isə məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1130 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının gecikdirilməsi üzrə hesablanan faiz məbləği üzrə təyin edilmiş kompensasiya məbləğinin 1%-nin gecikdirilmiş günlərin sayına vurulmaqla hesablanır.
134. İddiaçı tərəfindən iş günü hesab edilməyən bayram və hüzn günləri işləməyə görə ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan kompensasiyaya dair müvafiq hesablama aparılmış, həmin hesablama cədvəl şəkində məhkəməyə təqdim edilmiş, həmin hesablama məhkəmə tərəfindən tədqiq edilərək hesablamanın düzgün aparılmadığı nəticəsinə gəlinmişdir.
135. İddiaçıya iş günü hesab edilməyən bayram və hüzn günləri işləməyə görə ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə kompensasiya aşağıdakı məbləğdə müəyyən edilərək ödənilməlidir: xx.xx.2022-375,95 manat; 02,03,20 yanvar 2023-1000,48 manat; 08,22,23,24 mart 2023-1072,27 manat; 09,28,29 may 2023-444,96 manat, 15 iyun 2023-111,34 manat olmaqla, ümumilikdə iddiaçıya bayram günləri işləməyə görə ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə 3005 manat kompensasiya ödənilməlidir. İddia tələbinin “əmək haqqının verilməsinin gecikdirilməsinə görə kompensasiya ödənilməsi” hissəsi ilə bağlı:
136. İddia tələbinin hazırki hissəsini iddiaçı tərəfindən əmək müqaviləsinə əsasən əmək haqqının hər ayın 10-cu iş gününə kimi (ayın 10-daxil olmaqla) ödənilməsinin müəyyən edilməsinə baxmayaraq cavabdeh tərəfindən 2023-cü ilin aprel ayı üzrə əmək haqqının 7 gün gecikmə ilə xx.xx.2023-cü il tarixində ödənilməsi ilə əsaslandırılmışdır.
137. Hazırki mülki iş üzrə cavabdeh işəgötürən tərəfindən iddiaçıya əmək haqqının verilməsinin gecikdirilməsi işin mübahisəsiz halını təşkil edir.
138. Belə ki, iddiaçıya əmək haqqının ödənilməsinin gecikdirilməsi cavabdehin nümayəndəsi və vəkili tərəfindən qəbul edilmiş, lakin əmək haqqının ödənilməsinin gecikdirilməsinin cavabdehdən asılı olmayan səbəblər ilə bağlı olduğunu, cavabdehin bank hesabında pul vəsaitinin olmaması ilə bağlı olduğunu bildirmişdir.
139. Əmək Məcəlləsinin 172-ci maddəsinin Qeyd hissəsinə əsasən bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir
140. Cavabdeh tərəfindən iddiaçının əmək haqqının vaxtında ödənilməməsinin ondan asılı olmayan səbəblər ilə bağlı olması sübuta yetirilə bilməmişdir.
141. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə əmək haqqının ödənilməsinin gecikdirilməsinin cavadehdən asılı olmayan səbəblər ilə bağlı olduğunu təsdiq etmək üçün cavabdehin bank hesabından çıxarış təqdim edilmişdir. Lakin həmin çıxarış cavabdeh müəssisə tərəfindən işçinin əmək haqqının vaxtında ödənilməsi üçün müvafiq tədbirlər görüldüyünü təsdiq etmədiyindən məhkəmə tərəfindən cavabdehin bank hesabında pul vəsaitinin olmaması əmək haqqının ödənilməsinin gecikdirilməsinin işəgötürənin özündən asılı olmayan səbəb kimi qiymətləndirilməmişdir.
142. Odur ki, iddia tələbi əmək haqqının ödənilməsinin gecikdiriməsinə görə cavabdehdən kompensasiya tutulmasına dair hissədə əsaslı olduğundan təmin edilməlidir.
143. İddiaçı tərəfindən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 160,85 manat məbləğində kompensasiya hesablanmış və məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1130 nömrəli ekspert rəyində iddiaçı tərəfindən əmək haqqı ödənişinin gecikdirilməsinə görə hesablanmış 160,85 manat kompensasiya məbləğinin düzgün hesablandığı müəyyən edilmişdir.
İddia tələbinin “istifadə edilməmiş əlavə məzuniyyətə görə pul əvəzinin ödənilməsi” hissəsi ilə bağlı:
144. İddiaçı iddia tələbinin hazırki hissəsini əmək stajına görə 2 gün və əmək şəraitinə görə isə 6 gün istifadə edilməmiş əmək məzuniyyətinə görə cavabdeh tərəfindən ona pul əvəzinin verilməməsi ilə əsaslandırmışdır.
145. İşin faktiki halı odur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılmış, xx.xx.2023-cü il tarixində isə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi müddət ərzində əmək məzuniyyətinə çıxmamışdır.
146. Hazırda isə iddiaçı cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilən zaman ona əmək şəraitinə və iş stajına görə istifadə edilməmiş əlavə əmək məzuniyyətə görə pul əvəzi verilməli olduğunu iddia edir.
147. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 136-cı maddəsinə əsasən bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.
148. Qeyd edilən normanının məzmunundan göründüyü kimi işçinin əgər Əmək Məcəlləsinin 115-ci maddəsi (əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət) və 116-ci maddəsi (əmək stajına görə əlavə məzuniyyət) ilə nəzərdə tutulmuş əsaslar ilə əlavə məzuniyyət hüququ olduqda, işçi həmin əlavə məzuniyyət hüququndan yalnız birindən və əsas məzuniyyətə birləşdirilməklə istifadə edə bilər.
149. Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə əsasən isə əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
150. Hazırki işin mübahisəsiz halıdır ki, iddiaçı cavabdeh müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə əmək məzuniyyəti hüququndan istifadə etməmişdir. Halbuki, Əmək Məcəlləsinin 143-cü maddəsinin 1-ci bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilən zaman onun məzuniyyət hüququndan istifadə etmək hüququ olmuşdur.
151. Belə ki, həmin normaya əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
152. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilən zaman cavabdeh tərəfindən iddiaçının istifadə etmədiyi əsas məzuniyyətə görə pul əvəzi ödənilmiş, haqlı olaraq əlavə məzuniyyətə görə isə pul əvəzi ödənilməmişdir.
153. Odur ki, əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verilən zaman əlavə məzuniyyətə görə pul əvəzinin verilməsi nəzərdə tutulmadığından iddiaçının iddia tələbi hazırki hissədə əsassızdır.
154. İddia tələbi hazırki hissədə əsassız olduğundan, təmin edilmədiyindən istifadə edilməmiş əlavə məzuniyyətə görə pul əvəzinin gecikdirilməsinə görə cavabdehdən kompensasiya tutulmasına dair hissədə də iddia tələbi təmin edilə bilməz.
İddia tələbinin “əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə görə əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı:
155. İddiaçı iddia tələbinin hazırki hissəsini “əraziyə gələn işçilərin, nəqliyyat vasitələrinin və qonaqların "xxxx" QSC-nin mühafizə postundan keçə bilməsi üçün icazə alınması” və “əraziyə daxil olmaq istəyən işçilərin, nəqliyyat vasitələrinin və qonaqların "xxxx" QSC-nin mühafizə postundan qarşılanaraq əraziyə daxil edilməsi” onun vəzifə funksiyasına daxil olmadığı halda həmin işi yerinə yetirməyə məcbur edildiyindən, əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını icra etdiyi üçün həmin vəzifə üzrə əmək haqqının cavabdeh tərəfindən ona ödənilməli olduğu ilə əsaslandırmışdır.
156. İlk növbədə qeyd edək ki, iddiaçı tərəfindən təqdim edilən elektron poçt yazışmalarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən qeyd etdiyi kimi müvafiq icazələrin alınması ilə bağlı yazışmalar aparılmışdır. Lakin iddiaçının qeyd etdiyi kimi gedib şəxsən qonaqları qarşılaması, etmişdirsə, hansı müddət, hansı tarixlərdə etməsi isə işin müəyyən edilməmiş halıdır.
157. Bununla belə məhkəmə tərəfindən qiymət verilməli olan məsələ müvafiq icazələrin alınması və qonaqların qarşılanmasının iddiaçının iddia etdiyi kimi onun əmək funksiyasına və ya başqa işçinin əmək funksiyasına daxil olub-olmaması, ümumiyyətlə həmin işlərin görülməsinin ayrıca əmək funksiyası olaraq müəyyən edilib-edilməməsi məsələsinin aydınlaşdırılmasıdır.
158. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qonaqların qarşılanmasında məqsəd hər hansı bədbəxt hadisə baş verməsinin qarşısını almaq, təhlükəsizliyi təmin etmək olmuş və qeyd edilən işlər isə ayrıca vəzifə olaraq müəyyən edilməmişdir. Yəni həmin vəzifə başqa işçinin icra etməli olduğu əmək funksıyasına daxil olan iş, iddiaçının iddia etdiyi kimi “boş vəzifə” olmamışdır.
159. Halbuki iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir.
160. Normanın məzmunundan göründüyü kimi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirən işçi həmin boş vəzifə üzrə əmək haqqı ödənilməsi hüququna malikdir.
161. Hazırki mülki iş üzrə isə iddiaçı tərəfindən mübahisələndirilən işlərin başqa işçinin əmək funksiyasına daxil olan işlər olması sübuta yetirilə bilməmişdir. Əksinə isə müəyyən edilmişdir ki, həmin işlərin yerinə yetirilməsində məqsəd SƏTƏM üzrə menencerin, mütəxəssisin vəzifə funksiyasına daxil olan sağlamlığın, əməyin təhlükəsizliyinin və X12nin təmin edilməsi, hər hansı bədbəxt hadisə baş verməsinin qarşısını almaq olmuşdur.
162. Odur ki, iddiaçının iddia tələbinin hazırki hissəsinin faktiki halları onun iddia tələbinin hüquqi əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi təmin edilə bilməz. O cümlədən, iddia tələbi təmin edilmədiyindən boş vəzifə üzrə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən kompensasiya tutulmasına dair hissədə də iddia tələbi təmin edilə bilməz.
Nəticə:
163. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X8 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialından İddiaçı xeyrinə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 160,85 manat, iş günü hesab edilməyən bayram və hüzn günləri işləməyə görə 1963,31 manat və iş günü hesab edilməyən bayram günləri işləməyə görə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 3005 manat kompensasiya, iş vaxtından artıq işə görə 4744,31 manat olmaqla, cəmi 9873,47 manat və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat və vəkilə hüquqi yardım üçün ödənilmiş vəsaitin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
164. İddiaçı məhkəmədən X5 iştirak edilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.
165. İş materiallarından görünür ki, iddiaçı tərəfindən X5 iştirak edilməsi üçün 50 manat məbləğində pul vəsaiti və 10 manat kargüzarlıq xərci ödənilmişdir.
166. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X5 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
167. Məhkəmə qeyd edir ki, cavabdeh X5 iştirak etmədiyindən və iddiaçı müvafiq tələb irəli sürdüyündən X5 iştirak üçün iddiaçının çəkdiyi 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
168. Həmçinin iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 500 manat məbləğində vəsaitin cavabdehdən tutulması tələbi irəli sürülmüş və qeyd edilən halı təsdiq edən ödəniş qəbzlərinin surəti məhkəməyə təqdim edilmişdir.
169. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
170. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 500 manat məbləğində vəsait ağlabatan olmaqla, həmin vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
171. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 58,74 manat dövlət rüsumu (mediasiya xərcləri nəzərə alınmaqla: 118,74-60) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
172. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünməli, İddiaçı 50 manat və cavabdeh “X8 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialından 50 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
173. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh “X8 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialından İddiaçı xeyrinə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 160,85 manat, iş günü hesab edilməyən bayram və hüzn günləri işləməyə görə 1963,31 manat və iş günü hesab edilməyən bayram və hüzn günləri işləməyə görə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 3005 manat kompensasiya, iş vaxtından artıq işə görə 4744,31 manat olmaqla, cəmi 9873,47 manat və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat və vəkilə hüquqi yardım üçün ödənilmiş vəsaitin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 58,74 manat məbləğində vəsait cavabdeh “X8 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialından tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünsün, İddiaçı 50 manat və cavabdeh “X8 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialından 50 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva