Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-619/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Sahı̇ b oğlunun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqısının və qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış rəsmi nikah Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1206/2021 saylı qətnaməsinə əsasən pozulmuş və Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınaraq nikahın pozulmasına dair şəhadətnamə verilmişdir. Birgə nikahdan doğulmuş uşaqlar xx.xx.2014-cü il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X15 onun himayəsinə verilmişdir. İlk vaxtlar cavabdeh uşaqlara baxacağına və maddi köməklik edəcəyinə söz versə də, sonradan bu sözünü tutmamış və hazırda uşaqların saxlanılmasında ona heç bir maddi köməklik göstərmir. Bu səbəbdən də, uşaqlara təkbaşına baxmaq və onları saxlamaq ona çətin olduğundan cavabdehdən aliment tələb etmək məcburiyətində qalmışdır. Cavabdeh hazırda AR FHN-də işləyir və stabil, yüksək əmək haqqı alır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, nikahın pozulması ilə bağlı məhkəmə qətnaməsi ilə uşaqlar ananın himayəsinə verilmiş və hazırda uşaqlar ana ilə yaşayır, alimentlə bağlı məsələsində tərəflər arasında alimentin ödənilməsi ilə bağlı razılıq olduğu üçün atadan aliment tutulmamışdır. Tərəflər arasında alimentin ödənilməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq qarşı tərəf alimenti ödəmədiyi üçün iddiaçı bu gün alimentlə bağlı iddia qaldırmışdır. Tunarla atasının ünsiyyətinə ana tərəfindən mane olunmamış və uşaq atasını gedib görür, amma bu Tunarın atasında qalması demək deyildir. Bundan başqa uşaq atasından çox ata nənəsini görür. Hüseynli Səlcuğa da atasının köməlik etməsi ilə bağlı qarşı tərəf sənədlər təqdim etməlidir. Tunarın alimentlə bağlı məsələ həll edilərkən iş üzrə məhkəmə tərəfindən dinlənilməsinə gərək olmamasını bildirmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, nikah pozulduqda məhkəmə qətnaməsi ilə uşaqlar ananın himayəsinə verilmiş, lakin tərəflər arasında alimentlə bağlı şifahi razılıq olmuşdur. Uşaqlardan böyük olan Hüseynli Tunar atası, digər uşaq Hüseynli Səlcuq anası ilə qalmışdır. Tunar doğulduğu andan atası ilə qalır. Bundan başqa uşaqlardan biri Hüseynli Tunar Bakı şəhəri Nizami rayonunda yerləşən 250 saylı orta məktəbdə, digər uşaq isə Hüseynli Səlcuq isə Bakı şəhəri Nizami rayonunda yerləşən 286 saylı orta məktəbdə təhsil alır. Hüseynli Tunarın atası ilə qalması halı onun oxuduğu məktəbdən və qonşuların tərtib etdiyi aktdan da görünür. Hüseynli Tunar atası ilə qaldığı halda nə üçün iddiaçıya həm onun üçün həm də digər uşaq üçün aliment ödəməlidir. O, məhkəmə iclasında X10 dindirilməsinə münasibətdə bildirdi ki, Tunar dinlənilərkən fikiri tam olmuş və özünü aydın ifadə etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh Sahı̇ b oğlu iddianı qəbul etmədiyini, oğlu Səlcuğun saxlanılması üçün o, əmək haqısının dörddə bir hissəsində aliment ödədiyini, X10 onunla qaldığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, iddiaçı autizim xəstəsidir. Onun övladlarının yaşı arasında 10 ay kimi az müddət var və həkimlər iddiaçıya 2-ci uşağın doğulmasına qadağa qoysalar da iddiaçının, əsasən də bacısının israrı ilə oğlu dünyaya gəlmişdir. X19 analıq hislərini iddiaçının bacısından, digər oğlu Hüseynli Tunar da onun anasından alır və heç vaxt öz anası ilə yaşamamışdır. Səlcuq doğulduğu gündən iddiaçının anası, atası ilə yaşamış, əsasən də iddiaçının bacısı Ceyhunə xanım onu öz övladı kimi saxlamışdır. Onun qarşı tərəflə aralarında aliment barəsində problem olmamış və hər zaman nə lazımdırsa etmişdir. Oğlu Səlcuğun saxlanılması üçün o, əmək haqısının dörddə bir hissəsində aliment ödəyir və qarşı tərəflə də arasında heç bir problem olmamışdır. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəbin psixoloqu X5 iştirakı ilə dinlənilmiş X17 bildirmişdir ki, 250 saylı məktəbin 3-cü sinfində oxuyur, pilot olmaq istəyir. Ata nənəsinin adı Məlahətdir, atasının adı Zaurdur, anasının adı isə yadında deyil. O, atası və ata nənəsi ilə birlikdə qalır. Səlcuq onun qardaşıdır, Səlcuq hərdən bir gəlib onu görür, o çox vaxt Səlcuğu görməyə gedir, vaxt olanda da bir-iki gün orada qalır. O, başqa məktəbdə, qardaşı Səlcuq başqa məktəbdə oxuyur. O da, Səlcuq da dərslərini yaxşı oxuyur. O, atasını da, anasını da, nənəsini də çox istəyir. O, çox vaxt nənəsi ilə olur, atasının işi çox olduğu üçün evə gec gəlir. Ata nənəsi ona yaxşı baxır, onu yuyundurur. Onu atası parka aparır, atası ilə tamaşaya baxmağa gedirlər. Anası deyəsən həkim işləyir. Əgər anası desə ki, gəl həmişəlik qal, o öz evində qalmaq istəyir. O istəyir ki, hamısı bir evdə yaşasınlar, belə tək darıxır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəbin psixoloqu X3 Tunar Zaur oğlu dindirildikdən sonra qeyd etmişdir ki, X17 250 saylı məktəbin və birinci sinifdən oxuyur. O, psixi cəhətdən sağlamdır və fikirlərini sərbəst ifadə edir. Məhkəmə tərəflərin vəkil-nümayəndələrinin, cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 05 iyul 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1206/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların cavabdehin yanında qalmasının müəyyən edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, tərəflər arasında olan nikahın pozulması və birgə nikah dövründə anadan olan uşaqların ananın himayəsinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış X17 X1 üçün cavabdehin əmək haqqısının və qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş qonşular tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli və 88 saylı MKİS-nin rəisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktlar ilə Cavabdeh ünvan 1 ünvanında övladı X17 və valideyni X8 ilə yaşadığı, İddiaçı da həmin ünvanda qeydiyyatda olduğu, xx.xx.2014-cü il təvəllüdlü X10 Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəbin 3-cü sinfində oxuduğu müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 250 nömrəli tam orta ümumməktəbin xx.xx.2022-ci il tarixli arayış ilə də X10 həmin məktəbin 3c sinfində oxuduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri əsasında X10 öz fikirlərini sərbəst ifadə etməsini təmin etmək baxımından valideynlərinin iştirakları olmadan həmin dinləmə həyata keçirilmişdir. Dinləmə zamanı X17 atasının yanında qaldığını bildirmişdir. Beləliklə, məhkəmə iddia tələbinin “xx.xx.2014-cü il təvəllüdlü X2 üçün alimentin tutularaq ona verilməsi” hissəsi ilə bağlı bildirir ki, hazırda işin mübahisəli halı ondan ibarətdir ki, hər iki tərəf xx.xx.2014-cü il təvəllüdlü X10 onun yanında qaldığını bildirmişdir. Məhkəmə işin faktiki hallarını, iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq qeyd edir ki, cavabdehin qonşuları tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli və 88 saylı MKİS-nin rəisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktlar ilə, X10 özünün dindirilməsi nəticəsində uşağın atası Cavabdeh ilə qaldığı, uşağın tələbatlarının atası tərəfindən ödənildiyi müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2014-cü il təvəllüdlü X11 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə -qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh ananın himayəsində olduğundan iddiaçının tələbi ilə cavabdehdən aliment tutula bilər. Hazırda iddiaçı hər iki uşaq üçün cavabdehin əmək haqqısının və digər gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment tələb edir. İddia tələbinin X11 münasibətdə aliment tutulması hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən həmin uşağın məhkəmə qətnaməsi ilə anasının yanında saxlanılması qət edilməsinə baxmayaraq onun faktiki atasının yanında yaşaması, bütün təlabatlarının faktiki atası tərəfindən qarşılandığı, yəni uşağın atası tərəfindən saxlanılması müəyyən olunduğundan və alimentin məhkəmə qaydasında tutulmasının məqsədinin isə uşağın təlabatlarının ödənilməsi üçün nəzərdə tutulduğundan məhkəmə həmin uşağa münasibətdə cavabdehdən aliment tutulmaması qənaətinə gəlmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Aviasiya Dəstəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Hüseynov X12 Hallar Nazirliyi Aviasiya Dəstəsində həqiqi hərbi xidmətdədir və aylıq gəliri 2261,26 manat təşkil edir. Hazırda 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edildiyindən məhkəmə xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Sahı̇ b oğlundan xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq əmək haqqısının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment, İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 50,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Sahı̇ b oğlundan xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq əmək haqqısının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment, İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya xərcinə görə İddiaçı tərəfı̇ ndən ödənı̇ lmı̇ ş 50 manat xərc ona aid edilsin. Cavabdeh dövlət rüsumuna görə 50 manat vəsait tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-619/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-619/2023
20.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver