Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-72/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil4, Cavabdeh, onun vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil3 iştirakları ilə, İddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə Goranboy rayonu X4 qeydə alınmış 16 mart 2011-ci il tarixli nikahın ləğv olunması, birgə nikahdan anadan olan uşaqlar xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X6 İddiaçı himayəsinə verilməsinə, yetkinlik yaşına çatanadək hər ay 360 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 07 iyun 2008-ci ildə ailə həyatı qurmuşdur. Rəsmi nikahları 16 mart 2011-ci il tarixdə Goranboy rayonu X4 qeydə alınmış və bu barədə nikahın qeydə alınmasına dair akt qeydləri kitabında qeydiyyat aparılaraq, 144 saylı akt qeydi tərtib olunmuşdur. Birgə nikahdan xx.xx.2011-ci ildə X13, xx.xx.2012-ci ildə X11 anadan olmuşdur. Cavabdehlə ailə qurduqları ilk günlərdən münasibətləri normal olmuş, bir müddət sonra tamam korlanmışdır. Sonradan münasibətləri pisləşmiş və 30 dekabr 2021–ci ildən artıq, onlar birgə yaşamırlar. Göründüyü kimi ailələri dağılmış və bərpası da mümkün deyildir. Cavabdehlə aralarında olan nikah formal xarakter daşıyır və ailənin bərpası qeyri – mümkündür. Hesab edir ki, nikahları formal xarakter daşıdığından, təsərrüfatları ayrı olduğundan nikahları ləğv edilməli, razılığa əsasən uşaqlar iddiaçının himayəsində qalmalı və cavabdehin qazanc və gəlirləri nəzərə alınmaqla ayda 360 manat aliment ödənilməsinə dair qərar qəbul edilməlidir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı hüquqlarını müdafiə etdiyi cavabdehə qarşı nikaha xitam verilməsi və birgə nikahdan olan uşaqların, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X6 onun himayəsinə verilməsi və hər iki uşağa görə birlikdə 360 manat aliment alınması tələbi ilə çıxış edir. Bildirir ki, iddia ərizəsindəki iddia tələbini qismən, yəni nikaha xitam verilməsi hissəsində qəbul edir, uşaqların himayəyə verilməsi və aliment tələbi hissəsində isə rədd edirlər. Belə ki, nikaha xitam verilməsindən sonra hər iki uşağın cavabdehin himayəsində saxlanılmasını tələb edirlər. Bunun üçün onlarda həm hüquqi, həm də faktiki səbəbləri vardır. Məsələ ondan ibarətdir ki, tərəflər arasında ailə münaqişəsi baş vermiş və həqiqətən də tərəflər xx.xx.2021-ci il tarixindən sonra faktiki ayrılmışlar. Buna səbəb isə həmin ərəfədə iddiaçı evli olduqları dönəmdə cavabdehə xəyanət etməsi faktının faş olması olmuşdur. Belə ki, iddiaçı xanım evlilik dönəmində cavabdehin sonradan müəyyənləşdirə bildiyi şəxslə intim münasibətdə olaraq videoya çəkmiş və bunu internet məkanına yerləşdirmişdir. Həmin video görüntü isə bu gün dünyanın 20-yə qədər internet saytında yerləşdirilmiş və milyonlarla baxış olmuşdur. Müvafiq görüntülər olan flash-kartı əlavədə təqdim edirlər. Məhz bu faktın faş olması iddiaçını məcbur etmişdir ki, həmin gün rayondan çıxıb Bakıya gəlsin və uşaqlıqdan yaşadığı və böyüdüyü Goranboy rayonu Dəliməmmədli şəhərini birdəfəlik tərk etsin. Hadisələrin gedişinə baxılsa görülər ki, iddiaçı həmin gündən sonra Bakıya köçmüş, Bakıda qeydiyyata düşmüş, hətta Goranboy rayonundakı işindən də çıxmışdır. Yəni, iddiaçı Goranboyla münasibətini birdəfəlik və geridönməz şəkildə qırmaq istəmişdir. Buradan isə aşkar görünür ki, deməli nəsə ciddi səbəb olmuşdur ki, iddiaçı belə addımı atıb. Əks halda boşanma barədə iddia verən qadın nəyə görə işdən də çıxsın, yaşayış yerini də birdəfəflik dəyişsin? Məhkəmənin bu fakta diqqət etməsini xahiş edirlər. Növbəti məqam isə iddiaçının psixikasında ciddi problemlərin olması və dəfələrlə psixiatriya müəssisəsində ciddi müalicə almasıdır. Belə ki, iddiaçı Psixi Sağlamlıq Mərkəzində müayinə və müalicələrdə olmuş, iddiaçıya həkimlər N.Əliyev və S.Rəşidova tərəfindən reseptlər yazılmışdır. Odur ki, psixi durumu yerində olmayan qadının uşaqlara yaxşı valideynlik edəcəyinə, uşaqların hüquq və mənafelərini təmin edə biləcəyinə əmin olmaq olmaz. Eyni zamanda iddiaçı uzun müddət evdə olarkən özünə gündəlik tutmuş və gündəlikdə müntəzəm olaraq öz mənəvi və psixoloji vəziyyətinin izahatını, real vəziyyətini yazmışdır. Həmin yazılara baxanda da əmin olmaq olur ki, ididaçı xanım qeyri-adekvat davranır və psixoloji vəziyyəti də tam qaydasında deyil. Hər iki uşağın psixi durumu yerində olmayan ananın himayəsinə verilməsi uşaqların mənafeyinə cavab vermir. Məsələn, həmin gündəlikdən bəzi çıxarışlar: “dayanammıram artıq, yetər içim bəsdi mənimlə uğraşdın. Çıx içimdən, çıx canımdan. Sən əslində mənə aid deyilsən. Bu boyda qorxu mənə aid ola bilməz, çıx artıq rahat burax özümə dönmək istəyirəm, tərtəmiz özümə, amma bula bilənə aşk olsun. Bu qarmaşa qorxunun içində sən mənim içimdəki qaranlıqsan, əndişə mənim sis qara dumanımdır. Sizdən kurtulucam.” Yuxarıda göstərilənlərə və işin faktiki hallarına əsasən iddianı qismən, nikaha xitam vermə hissəsində qəbul edirlər və birgə nikahdan olan hər iki uşağın cavabdehin himayəsində saxlanılmasını xahiş edirlər. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 20 iyun 2022-ci il tarixdə vəsatət verərək İddiaçı nikahın pozulması, uşaqların himayəyə verilməsi və sair tələblər üzrə Cavabdeh qarşı aparılacaq məhkəmə iclaslarının qapalı keçirilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e- 2(007)1614/2022 nömrəli qərardadı ilə İddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onlar 13 il bir yerdə yaşamışlar. Əvvəllər münasibətləri normal olsa da sonradan aralarında tez-tez mübahisələr olurdu. O, hazırda Bakı şəhərində yaşayır. O, dəfələrlə cavabdehi bağışlamış, lakin heç bir nəticəsi olmamışdır. Uşaqlar atalarından qorxur. O, cavabdehə xəyanət etməmişdir. Cavabdeh ilə Goranboy Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 16 mart 2011-ci il tarixli nikahın ləğv olunması, birgə nikahdan anadan olan uşaqlar xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 himayəsinə verilməsinə, yetkinlik yaşına çatanadək hər ay 360 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 bildirmişdir ki, iddianı müdafiə edir, nikahın pozulması, uşaqların ananın yanında qalmaları və hər ay hər uşağa 360 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil4 iddianı müdafiə etdiyini bildirərək nikahın pozulması, uşaqların ananın yanında qalmaları və alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini, nikahın pozulmasına razı olduğunu, uşaqların ananın yanında qalmasına razı olmadığını bildirmişdir. Həmçinin ananın öz yaxın qohumu ilə intim əlaqədə olduğuna görə uşaqların anaya verilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil3 cavabdehin izahatını müdafiə etdiklərini və etiraz ərizəsində yazdıqlarına uyğun izahat verərək, iddia tələbinin nikahın pozulması hissəsinin təmin olunmasını tələbin qalan hissəsinin isə təmin olunmamasını xahiş etdilər. Məhkəmənin 14 iyul 2022-ci il tarixli iclasında Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin psixoloqu X3 iştirakı ilə dinlənilən, tərəflərin birgə nikahından doğulmuş 30 may 2012-ci il təvəllüdlü X11 bildirmişdir ki, onun 10 yaşı var, 5-ci sinifdə oxuyur. Gələcəkdə kompyuter ixtisasçısı olmaq istəyir. Onlar Gəncə şəhərində yaşayırlar. Hazırda Bakıya gəlmişlər, 2-3 gün sonra evlərinə qayıtmalıdırlar. O, anası və qardaşı ilə qalır. Valideynləri teztez mübahisə edirlər. Sonuncu dəfə maaş kartına görə mübahisə etdilər. Anası kitabxanada işləyir. Valideynləri tez-tez pul üstündə dalaşırlar. Bir iki dəfə hətta atası anasına əl qaldırıb. Atasını sevmir. 7-8 aydır ki, anası ilə tək qalırlar. Atası arada gəlib onları gəzməyə aparır. Valideynləri ayrılmaq istəyirlər. Atası ***-**** manat maaş alır, lakin onlara maddi köməklik etmir. Onlara anası və nənəsi baxır. Əgər valideynləri ayrılsa, anası ilə qalmaq istədiyini bildirmişdir. Məhkəmənin 14 iyul 2022-ci il tarixli iclasında Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin psixoloqu X3 iştirakı ilə dinlənilən, tərəflərin birgə nikahından doğulmuş 03 yanvar 2011-ci il təvəllüdlü X13 bildirmişdir ki, onun 11 yaşı var, 6-cı sinifdə oxuyur. Gələcəkdə kompyuter ixtisasçısı olmaq istəyir. Onlar Gəncə şəhərində yaşayırlar. Hazırda Bakıya gəlmişlər, 2-3 gün sonra evlərinə qayıtmalıdırlar. O, anası və qardaşı ilə qalır. Valideynləri tez-tez mübahisə edirlər. Atası anasını təhqir edir, bəzən əl qaldırır. Valideynlərinin barışmaqlarını istəmir. Onlar Gəncə Şəhərində təhsil alırlar. Valideynləri tez-tez pul üstündə dalaşırlar. Atası onlara maddi köməklik etmir. Onlara anası və nənəsi baxır. Əgər valideynləri ayrılsa, anası ilə qalmaq istədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 649838 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 16 mart 2011-ci il tarixdə Goranboy Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 144 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Səfərova” soyadını qəbul etmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 26 yanvar 2022-ci il tarixli, MŞB/6-235 saylı arayışdan görünür ki, Cavabdeh 26 yanvar 2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 13 aprel 2022-ci il tarixli, MŞB/6-1642 saylı arayışdan görünür ki, Cavabdeh 13 aprel 2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəmişdir. - AZ-İİ seriyalı, 634695 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 03 yanvar 2011-ci ildə Göygöl şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. - AZ-İİ seriyalı, 906698 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 30 may 2012-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. - "xxxx" MTK tərəfindən verilmiş 01 nömrəli, 04 yanvar 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının 103 nömrəli mənzilində yaşayır. - “Elektron məhkəmə” informasiya sistemindən sorğulanmış sorğunun cavabından görünür ki, Cavabdeh “X8 İdarəsi”ndə “direktor, müəssisə/mədəniyyət” vəzifəsində işləyir və aylıq əmək haqqı 466.2 manat təşkil edir. - Məhkəmənin qərardadı əsasında Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası mübahisə üzrə verdiyi 01 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, boşanmadan sonra 03 yanvar 2011ci il təvəllüdlü X9 və 30 may 2012-ci il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılmaları məqsədəuyğundur və Cavabdeh övladları ilə davamlı ünsiyyət hüququnun təmin olunması onlar arasında yaranmış mübahisəinin ədalətli həlli hesab edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2023-cü il tarixli, 11/32 nömrəli məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, 03 yanvar 2011-ci il təvəllüdlü X9 və 30 may 2012-ci il təvəllüdlü X6 hal-hazırda anaları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, ataları Cavabdeh bağlılıqları müəyyən olunmur. Cavabdeh və İddiaçı fərdi-psixoloji xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. 03 yanvar 2011-ci il təvəllüdlü X13 və 30 may 2012-ci il təvəllüdlü X11 əqli və psixi inkişaflarına görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini iradələrinə uyğun ifadə etmək qabiliyyətinə malik olmaqla, onlara ataları Cavabdeh tərəfindən psixoloji təsir əlamətləri müəyyən olunur. - Azərbaycan Respublikası Bakı Şəhər Nizami Rayon Prokurorluğunun 11 noyabr 2022-ci il tarixli, 1023C-22 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının üzvlərinin qanunsuz əməlləri barədə müraciəti əsasında toplanmış 1023C-22 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən 11 noyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 16 mart 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahından 03 yanvar 2011-ci il təvəllüdlü X13 və 30 may 2012-ci il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuşdur, tərəflər bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, onların nikahı formal xarakter daşıyır. İddiaçı nikahın pozulmasını təkidlə xahiş edir. Cavabdeh də nikahın pozulmasına etiraz etmir. Uşaqlar faktiki analarının yanında yaşayırlar. Cavabdeh uşaqların anada saxlanmasına etiraz edir. X13 və X11 analarının yanında qalmaq istəyir. Məhkəmə, iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası “X5”nin 04 noyabr 2022-ci il tarixli, 206 saylı mütəxəssis rəyinə və cavabdehin təqdim etdiyi CD diskə münasibətdə, diskin və mütəxəssis rəyinin hazırki iş üzrə sübutetmə predmetinə aid olmadığına görə sübutlar siyahısından çıxararaq hüquqi qiymət verməyi zəruri hesab etmir. Belə ki, məhkəmə iclaslarında da müəyyən olundu ki, ana uşaqların qayğısına qalır və onun yanında saxlanılmalarını xahiş edir, uşaqlar da öz növbəsində anaları ilə qalmalarını istəyirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. İddiaçı nikahın pozulmasında təkidli olduğundan və cavabdeh buna etiraz etmədiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Tərəflərin nikahı pozulduğu üçün Ailə Məcəlləsinin 22-ci maddəsi nəzərə alınmaqla, həmin nikahdan doğulmuş 03 yanvar 2011-ci il təvəllüdlü X9 və 30 may 2012-ci il təvəllüdlü X6 valideynlərdən hansının yanında qalması məsələsi həll edilməlidir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(007)-1614/2022 nömrəli qərardadı ilə mülki iş rəy verilməsi üçün Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 01 noyabr 2022-ci il tarixli rəyinə əsasən boşanmadan sonra 03 yanvar 2011-ci il təvəllüdlü X9 və 30 may 2012-ci il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılmaları məqsədəuyğundur və Cavabdeh övladları ilə davamlı ünsiyyət hüququnun təmin olunması onlar arasında yaranmış mübahisəinin ədalətli həlli hesab edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin Qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olması qeyd olunmuşdur. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Sözügedən qərarda həmçinin göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri baxımından tərəflərin birgə nikahından doğulmuş 10 yaşına çatmış Cavabdeh və 11 yaşına çatmış X14 ailədə onların marağına toxunan məsələnin həlli, yəni valideynlərdən hansının yanında qalmaları müəyyən edilərkən öz fikirlərini bildirmək hüququ təmin edilməklə dinlənilmişdirlər. Dinləmə zamanı öz fikirlərini sərbəst formada ifadə edərək, analarının yanında qalmaq istədiklərini bildirmişdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci və 22.2-ci maddələrinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş 03 yanvar 2011-ci il təvəllüdlü X9 və 30 may 2012-ci il təvəllüdlü X1 yanında qalmaları məsələsini həll edərkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən yetkinlik yaşına çatmayan Cavabdeh və X10 analarına bağlılığını, faktiki olaraq analarının yanında qaldıqlarını, onların fikirlərini, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 01 noyabr 2022-ci il tarixli rəyini, uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyaclarının olmasını, azyaşlıların ana himayəsində qalıb böyümələrinin onların mənafeyinə uyğunluğunu nəzərə alaraq hesab edir ki, uşaqların ananın yanında qalmaları məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 03 yanvar 2011-ci il təvəllüdlü X13 və 30 may 2012-ci il təvəllüdlü X11 analarının yanında qaldıqları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddia ərizəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 yanvar 2011-ci il təvəllüdlü X9 və 30 may 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər 360 manat alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, Cavabdeh “X8 İdarəsi”ndə “direktor, müəssisə/mədəniyyət” vəzifəsində işləyir və aylıq əmək haqqı 466.2 manat təşkil edir. Qanunvericiliyin tələbinə görə uşaqların saxlanılmasında hər iki valideyn iştirak etməlidir. Bu səbəbdən məhkəmə, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də valideynlərin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyətini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırki halda tərəflər arasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Həmçinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı аrаsındа Goranboy Rayon Qeydiyyat Şöbəsində 16 mart 2011-ci il tarixdə bağlanmış və 144 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 03 yanvar 2011-ci il təvəllüdlü X13 və 30 may 2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalmalı, Cavabdeh 03 yanvar 2011-ci il təvəllüdlü X9 və 30 may 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 18 aprel 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən artıq olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. İddia təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə psixoloji ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul Cavabdeh tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı аrаsındа Goranboy Rayon Qeydiyyat Şöbəsində 16 mart 2011ci il tarixdə bağlanmış və 144 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 03 yanvar 2011-ci il təvəllüdlü X13 və 30 may 2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalsınlar. Cavabdeh 03 yanvar 2011-ci il təvəllüdlü X9 və 30 may 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 18 aprel 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış tədqiqatın dəyəri olan 120 manat məbləğində pul Cavabdeh tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-72/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-72/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver