Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-800/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X23 vəkili və nümayəndəsi Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı X16 ilk iddia üzrə Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X18 qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı, iddiaları ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı X24 ilk iddia üzrə Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nizami Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(007)-690/2017 nömrəli icra vərəqəsinə əsasən 16 dekabr 2016-cı il tarixindən 16 yanvar 2023-cü il tarixinədək İddiaçı tutulmalı olan aliment borcunun 19500 (on doqquz min beş yüz) manat hissəsində azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2016-cı ildə İddiaçı qarşı aliment tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(007)-690/2017 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək, Ə.Müşfiq Tofiq oğlundan 16 dekabr 2016-cı il tarixindən etibarən, 05 iyun 2014-cü il təvəllüdlü X19 və 10 iyul 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 150 manat olmaqla, ümumilikdə aylıq 300 manat aliment ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icra olunmasına dair xx.xx.2017-ci il tarixində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qeyd edir ki, İddiaçı alimentin tutulması qət edilsə də, tərəflərin rəsmi nikahına bu günə qədər xitam verilməmişdir. Cavabdeh 16 dekabr 2016-cı il tarixindən 16 yanvar 2023-cü il tarixinədək olan bütün dövr üzrə İddiaçı sözügedən icra sənədi üzrə ödənilməmiş aliment borcu olduğunu bildirmiş və həmin məbləği tələb etmişdir. Bununla bağlı aşağıdakı xüsusatları məhkəmənin nəzərinə çatdırır:
1. Nizami Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(007)-690/2017 nömrəli icra vərəqəsinə əsasən İddiaçı aliment məbləğinin tutularaq Cavabdeh ödənilməsi qət edilsə də, tərəflər faktiki olaraq 2021-ci ilin mart ayına qədər birgə nikah münasibətlərini davam etdirmişlər. Tərəflər 2021-ci ilin mart ayına qədər birgə təsərrüfat apardıqları üçün uşaqlar faktiki olaraq Ə.Müşfiqin himayəsində olmuş, uşaqların bütün ehtiyacları Ə.Müşfiq tərəfindən qarşılanmışdır. Bu dövrə nəzərən ümumi aliment borcunun azaldılmalı hissəsi 15000 (on beş min) manat təşkil edir. 2. 2021-ci ilin fevral ayında Ə.Müşfiq əməliyyat olunmuş, bundan sonra 2021-ci ilin iyul ayına kimi uşaqlar anası ilə qalmışlar. 3. 2021-ci ilin iyun ayında uşağın qolu sınanda Ə.Müşfiq uşağı həkimə aparmış, iyul ayında isə uşaqların bədənində səpkilər yarandığı və anaları Cavabdeh uşaqları baxımsız vəziyyətdə qoyduğu üçün Ə.Müşfiq uşaqları götürüb öz evinə gətirmiş və uşaqlara 2021-ci ilin 15 sentyabr tarixinədək təkbaşına baxmışdır. Bu dövrə nəzərən ümumi aliment borcunun azaldılmalı hissəsi 900 (doqquz yüz) manat təşkil edir. 4. 2021-ci ilin 15 sentyabr tarixindən 2022-ci ilin iyun ayına qədər uşaqlar həftənin müəyyən günləri anaları ilə, daha çox isə ataları ilə qalmışdır. Həmin müddətdə uşaqların bütün ehtiyacları Ə.Müşfiq tərəfindən qarşılanmışdır. Sözügedən müddətdə Q.Aytən uşaqlara laqeyd münasibət göstərmiş, uşaqlar faktiki olaraq Ə.Müşfiqin himayəsində olmuşdur. Bu dövrə nəzərən ümumi aliment borcunun azaldılmalı hissəsi 3600 (üç min altı yüz) manat təşkil edir. 5. 2022-ci ilin iyul ayından etibarən Cavabdeh birgə nikahdan olan uşaqlardan birini - X12 özü ilə aparmış, həmin vaxtdan bu günə qədər Qasımova Məryəm anasının, X20 isə atasının, yəni İddiaçı himayəsində olmuşdur. 6. Yuxarıda qeyd edilən dönəmlər üzrə aliment borcunun azaldılmalı olan hissəsi 19500 (on doqquz min beş yüz) manat təşkil edir. 7. Beləliklə, birgə nikahdan olan uşaqların saxlanması üçün aliment ödənilməsinə dair icra sənədində aliment ödənilməsinin başlandığı tarixdən, yəni 16 dekabr 2016-cı il tarixindən bu günə kimi X20 cəmi 5 ay, yəni 2021-ci ilin fevral ayından iyul ayına kimi Cavabdeh himayəsində olmuşdur. Həmin dövr üzrə X5 üçün ümumi aliment borcu 750 (yeddi yüz əlli) manat təşkil edir. 8. Birgə nikahdan olan digər uşaq - X19 16 dekabr 2016cı il tarixindən bu günə kimi cəmi 11 ay, yəni 2021-ci ilin fevral ayından iyul ayına kimi və 2022-ci ilin iyul ayından bu günə kimi Cavabdeh himayəsində olmuşdur və 11 aya nəzərən ödənilməli aliment borcu 1650 (bir min altı yüz əlli) manat təşkil edir. 9. Nəzərə alsaq ki, uşaqların valideynlərdən kimin himayəsində qalması ilə bağlı məhkəmə mübahisəsi davam edir və uşaqlardan biri hazırda Ə.Müşfiqin, digəri Q.Aytənin himayəsindədir, buna görə də 16 dekabr 2016-cı il tarixindən 16 yanvar 2023-cü il tarixinədək toplanmış və İddiaçı tərəfindən ödənilməli olan ümumi aliment borcunun azaldılması zərurəti yaranmışdır. 10. Lakin, Cavabdeh əsassız olaraq İddiaçı 16 dekabr 2016-cı il tarixindən 16 yanvar 2023-cü il tarixinədək bütün dövr üzrə ödənilməmiş aliment borcunu tələb etmişdir.
11. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin bu tələbi tamamilə əsassızdır. Cavabdehin 16 dekabr 2016-cı il tarixindən 16 yanvar 2023-cü il tarixinədək olan bütün dövr üzrə uşaqlarının saxlanması məqsədi ilə aliment tələb etməsi iddiaçını ağır maddi duruma salır və cavabdehin əsassız varlanması ilə nəticələnir. Belə ki, cavabdeh iddiaçı ilə birgə yaşadığı, birgə təsərrüfat apardığı və İddiaçı uşaqların bütün ehtiyaclarını qarşıladığı dönəmi nəzərə almayaraq əsassız olaraq ondan yüksək məbləğdə aliment tələb edir. İndiki halda, məhkəmə nəzərə almalıdır ki, tərəflər alimentin hesablanmağa başladığı vaxtdan, yəni 16 dekabr 2016-cı ildən 2021-ci ilin mart ayına kimi birgə yaşamış, birgə təsərrüfat aparmışlar. 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayına kimi isə tərəflər ayrı yaşasa da, uşaqların bütün ehtiyaclarını İddiaçı qarşılamış, uşaqlar ataları ilə yaşamışlar. Yuxarıda da bütün dövrlərə nəzərən alimentin azaldılması olan hissəsi konkret olaraq göstərilmişdir (cəmi 19500 manat). Buna görə də 16 dekabr 2016-cı il tarixindən 16 yanvar 2023-cü il tarixinədək İddiaçı sözügedən icra sənədi üzrə ümumilikdə yaranmış ödənilməmiş aliment borcunun 19500 (on doqquz min beş yüz) manat miqdarında azaldılması zərurəti yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbinə etiraz edərək bildirmişdir ki, ilkin iddia tələbi üzrə İddiaçı Məhkəməyə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, İddiaçı tutulmalı olan aliment borcunun 19500 (on doqquz min beş yüz) manat hissəsində azaldılması barədə qətnamə qəbul edilsin. Aşağıdakılara əsasən hesab edir ki, ilkin iddia tələbi əsassız olmaqla yanaşı qərəzli olduğu üçün təmin edilməməlidir. 1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Lakin həmin vaxtdan bəri borclu İddiaçı heç bir ödəniş etməmişdir. Nəticədə hazırda borclunun ona 22000 manatdan çox ödənilməmiş aliment borcu yaranmışdır. Məlumat üçün bildirir ki, borclunun adında 3 ədəd nəqliyyat vasitəsi olsa da, kifayət qədər ödəmə qabiliyyəti olsa da bu günə kimi aliment ödəməkdən yayınmışdır. Alimentin bu günə kimi ödənilməməsinin səbəbi isə, icra məmurlarının təqsiri olmuşdur. Qətnamənin icrasını tələb etmək əvəzinə, həmin nəqliyyat vasitəsi süni şəkildə yüksək qiymətləndirilmiş və bunun hüquqi nəticəsi kimidə hərracın baş tutmamasına nail olunmuşdur. Amma sonradan cavabdehin bu qərəzli və qanunsuz hərəkətləri aşkar olunduğu üçün, azyaşlı oğlu İbrahimi 2022-ci ilin avqust ayında ünsiyyətdə olarkən geri qaytarmamışdır. Daha sonra isə azyaşlı uşağın birinin onun himayəsində olması faktını bəhanə edərək alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, ana olaraq öz övladı ilə görüşə bilmir. Məhkəmənin qərarı olsa da, icra məmuru və borclunun yaxın adamları onu iddiaçıya göstərməkdən imtina edirlər. Səbəb budur ki, borclunun ona alimentlə bağlı 22000 manatdan artıq borcu var. 2017-ci il tarixdən bəri borclunun adamlarının, yaxınlarının və icra məmurunun hərəkətsizliyi nəticəsində ona ödəniş edilməyib. Uşaqlarına özü baxmışdır. Amma keçən il məcbur olub şikayətlər etdikdən sonra borclu və icra məmuru bu süründürməçiliyi uzada bilməyəcəyini anlayaraq planlı şəkildə məhkəmə qətnaməsinin icrasından yayınmağa çalışırlar. Bunun üçün ilk öncə qeyd etdiyi kimi, azyaşlı övladının birini atası görüş adı ilə apararaq geri qaytarmayıb. Azyaşlı uşağını əlindən alan ata çalışır ki, onun vasitəsilə aliment ödəməkdən yayınsın. 2. Həmçinin bildirir ki, digər bir mülki iş üzrə qəyyumluq komissiyası rəy verib və qərara alınıb ki, hər iki uşağın ananın yanında qalması məqsədəmüvafiqdir. Psixoloji rəylərdə onu təsdiq edir ki, uşaqlar anaya verilməlidir və oğlu İbrahim atanın təsiri altındadır. Amma buna baxmayaraq Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyev tərəfindən çıxarılmış qanunsuz qətnamə ilə azyaşlı övladının biri (oğlu) atanın himayəsinə verilmişdir. Çünki, uşağın biri atasına verildikdə borclu aliment ödəməkdən azad ola bilər. Halbuki cavabdeh narkotik istifadəçisidir. O, necə öz övladını narkotik istifadəçisinə, öz övladına baxmayan, qanunları heçə sayan bir insana verib? Uşağın atasının narkoman olduğunu sübut edən dəlilləri məhkəməyə vermişdir. Polisdən arayış almış və məhkəməyə təqdim etmişdir ki, azyaşlı uşağı narkotik istifadəçisi olan ataya vermək olmaz. Həmçinin Ata olan şəxs öz övladına aliment belə ödəmir. Onlara baxmır. Bunu söz olaraq yazmır. Bunu təsdiq edən sübutları var. 3. Məhkəməyə təqdim etdiyi çoxsaylı sübutlar təsdiq edir ki, borclu İddiaçı valideynlik borcunu yerinə yetirmir. Hər hansı sübut yoxdur ki, uşaqlarına baxdığını sübut etsin. Ancaq formal sözlərə istinad edilir. Cavabdeh tərəf qeyd edir ki, guya birgə təsərrüfat aparıblar ona görə aliment ödəməyib. Amma bütün bunlar həqiqətdən uzaq fikirlərdir və əsassızdır. Çünki, necə ola bilər ki, bu qədər mübahisə və zorakılıqlar olan yerdə onlar birlikdə yaşayalar və birgə təsərrüfat quralar. Bu halı təsdiq edən heç bir sübut yoxdur. 4. Cavabdeh tərəf öz əsassız tələbini təmin etdirmək üçün azyaşlı övladından istifadə edir. Oğlu İbrahim azyaşlı olmaqla yanaşı təsir altındadır. Bu baxımdan hesab edir ki, bu halda onun dinlənilməsi doğru deyil. Yuxarıda yazılanları nəzərə alaraq ilkin iddia tələbi üzrə İddiaçı ondan tutulmalı olan aliment borcunun 19500 (on doqquz min beş yüz) manat hissəsində azaldılması barədə tələbinin təmin edilməməsini (rədd edilməsini) məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X18 qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı qətnaməsinə əsasən cavabdeh X13, 05 iyun 2014-cü il tarixdə doğulmuş X21 və 10 iyul 2015-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün onun xeyrinə (Cavabdeh) tutulan, hər uşaq üçün aylıq 150 (bir yüz əlli) manat məbləğindəki alimentin miqdarının artırılaraq hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, hər ay cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı qətnaməsinə əsasən cavabdeh X13, 05 iyun 2014-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrimə (Cavabdeh) tutulan aylıq 150 (bir yüz əlli) manat məbləğindəki alimentin miqdarının artırılaraq hər ay cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, cavabdeh X13 16 dekabr 2016-cı il tarixdən başlayaraq, 05 iyun 2014-cü il tarixdə doğulmuş X21 və 10 iyul 2015-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər birinə 150 manat olmaqla, hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Lakin həmin vaxtdan bəri borclu X25 heç bir ödəniş etməmişdir. Nəticədə hazırda borclunun ona 22000 manatdan çox ödənilməmiş aliment borcu yaranmışdır. Məlumat üçün bildirir ki, borclunun adında 3 ədəd nəqliyyat vasitəsi olsa da, kifayət qədər ödəmə qabiliyyəti olsa da bu günə kimi aliment ödəməkdən yayınmışdır. Alimentin bu günə kimi ödənilməməsində hesab edir ki, icra məmurlarının təqsiri olmuşdur. Elə bil heç məhkəmə qətnaməsi yoxdur, cavabdehin borcu yoxdur, qanunlar bunun üçün işləmir. Bu qədər özbaşınalığı borclu kimə güvənərək edir? Nə üçün dövlətin adından çıxan qətnamə icra edilə bilmir? Bu azmış kimi, cavabdeh alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu tələb əsassız olmaqla yanaşı qərəzlidir. Hazırda çoxsaylı şikayətləri səbəbindən cavabdeh tərəfindən alimentlə bağlı ödənişlər edilməyə başlanılmışdır. Amma cavabdeh tərəfindən aliment məbləği uşağın saxlanılmasına yetərli deyildir. Bu baxımdan qarşılıqlı iddia ərizəsi verməklə aliment tələbinin artırılması ilə bağlı məhkəməyə müraciət edir. Çünki, 2023-cü ildən Azərbaycanda alimentin minimum miqdarı 193 manatdan 220 manata qaldırılıb. İlk iddia üzrə iddiaçı X16 vəkili və nümayəndəsi Vəkil1 qarşılıqlı iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)- 800/2023 nömrəli iş üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində qarşılıqlı iddia ərizəsi verilmişdir. Hesab edir ki, qarşılıqlı iddia tamamilə əsassız olduğu üçün rədd edilməlidir və bununla bağlı aşağıdakı xüsusatları qeyd edir: Qarşılıqlı iddia üzrə iddiaçı bildirir ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi İddiaçı tərəfindən icra edilmir. Bu azmış kimi, cavabdeh alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu tələb əsassız olmaqla yanaşı qərəzlidir. İlk olaraq onu bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddianın (bizim tərəfimizdən təqdim edilən) mahiyyətini düzgün anlamayıb. Onların ilkin iddia üzrə tələbi alimentin azaldılması yox, bu günə qədər hesablanmış əsassız aliment borcunun azaldılmasıdır. Hesablanmış aliment borcunun 19500 (on doqquz min beş yüz) manat hissəsində azaldılmasına dair mülahizələri ilkin iddia ərizəsində kifayət qədər əsaslandırmışlar. Qarşılıqlı iddia üzrə iddiaçı hər uşaq üçün aylıq 150 (bir yüz əlli) manat məbləğindəki alimentin miqdarının artırılaraq hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, hər ay cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu mülahizə ilə bağlı bildirir ki, hazırda Nizami Rayon Məhkəməsinin icraatında (hakim Fikrət Mirəzyev) tərəflər arasındakı nikaha xitam verilməsi, uşağın hansı valideynin himayəsində saxlanmasına dair 2(007)-97/2023 nömrəli məhkəmə işi var. Həmin iş üzrə tərəflərindən qarşılıqlı iddia verilərək İddiaçı faktiki olaraq himayəsində olan birgə nikahdan olan uşaq - X5 üçün Cavabdeh qarşı aiiment tələbi irəli sürülmüşdür. Bununla əlaqədar qeyd edir ki, Cavabdeh Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin artırılmasını xahiş etsə də, qarşılıqlı iddiaçı tərəflərin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən təqdim edilən alimentin məbləğinin artırılmasına dair qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı X16 vəkili və nümayəndəsi Vəkil1 ilk iddia tələbini müdafiə edərək bildirmişdir ki, 16 dekabr 2016-cı il tarixdən 03 fevral 2022-ci il tarixədək onlar bir yerdə yaşamışlar. Qeyd edilənlərə əsasən ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı X24 ilk iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirdi. Əlavə olaraq 16 dekabr 2016-cı il tarixdən 03 fevral 2022-ci il tarixədək bir yerdə yaşadıqlarını və ailənin xərclərini çəkdiyini bildirdi. 2021-ci ilin iyul ayından uşaqların bədənində səpkilər yarandığı və anaları Cavabdeh uşaqları baxımsız vəziyyətdə qoyduğu üçün uşaqlar 2021-ci ilin 15 sentyabr tarixinədək onunla yaşamışlar. Həmçinin Dubayda bir yerdə yaşayıblar. Dubayda yaşamasalar da o, orada işləyib pul göndərirdi dost tanış vasitəsilə. Ailənin xərclərini o, çəkmişdir. Oğlu 18 avqust 2022-ci ildən faktiki onun yanındadır. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq 2021-ci ilin noyabırında barışdıqlarını həmin ilin martında Müşviq Əhmədovun getdiyini, cəmi 3 ay pandemiya dövründə anasıgilin bağında bir yerdə yaşadıqlarını bildirdi. Dubayda isə yeni evlənən zaman bir müddət 2016-cı ilədək yaşayıblar. 2017-ci ildən əvvəl Dubaydan qayıdıb. Müşviq oğlunu görüşmək adı ilə aparıb və qaytarmayıb. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, X17 İbrahimlə görüşən zaman aparmış və qaytarmamış. Məhkəmə qətnaməsi ilə İbrahimin atada Məryəmin anada qalması müəyyən olsa da hakim iş materiallarında uşağın təzyiq altında olması barədə rəy olmasına baxmayaraq bu halı nəzərə almamışdır, bu səbəbdən qətnamədən apellyasiya şikayəti verilmişdir, yəni qətnamə qanuni qüvvəsini almamışıdr. Məhkəmənin 24 may 2023-cü il tarixli iclasında iştirak edən Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddn Şahhüseynov bildirmişdir ki, mübahisə edilən aliment işi əvvəl başqa icra məmurunun icraatında olmuş, sonra ona keçmişdir. xx.xx.2022-ci il tarixdə Aytən xanım ərizə ilə müraciət edib alimenti tələb etmişdir. Əhmədov Müşviqin adına olan 2 avtomobil barəsində axtarış elan edilmiş, hərraca çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə borcluya təklif edəndə qiymətlə razı olmadı. Hər iki tərəf qiymətləndirmənin hesabatından şikayət vermişdir. Həmçinin bildirmişdir ki, Cavabdeh 20 fevral 2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək X16 18300 manat aliment borcu olduğunu qeyd etmişdir. X6 avqust ayında atasının himayəsinə verilmişdir. 24 avqust 2022-ci il tarixədək X16 20100 manat borcu olmuşdur. 2023-cü ilin may ayınadək isə bir uşağa, yəni 05 iyun 2014-cü il tarixdə doğulmuş X1 görə 2022-ci ilin avqust ayından 2023-cü ilin may ayınadək 1350 manat aliment ödəməli idi. X16 cəmi 2023-cü ilin may ayınadək olan 21145 manat borcundan cəmi 820 manat aliment ödəmiş və hazırda 20630 manat borcu vardır. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 16 yanvar 2023-cü il tarixli, MŞB/12/007 saylı arayışdan görünür ki, Cavabdeh 16 yanvar 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. X16 vəkili və nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərcini ödəmişdir. - Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin surətindən görünür ki, X13 16 dekabr 2016-cı il tarixdən başlayaraq, 05 iyun 2014-cü il tarixdə doğulmuş X21 və 10 iyul 2015-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər birinə 150 manat olmaqla, hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 13 fevral 2017-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - 20 yanvar 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X24 məhkəməyə müraciət etmək üçün 98.50 manat dövlət rüsumu ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(007)-97/2023 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia qismən təmin olunmuş, qarşılıqlı iddia qismən təmin olunmuş, X24 ilə Cavabdeh arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış və 1719 nömrə ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X10 anası Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X9 isə atası X16 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 193 manat aliment X16 xeyrinə tutulması qət edilmişdir. Qalan hissədə ilkin iddia və qarşılılı iddia təmin olunmamışdır. - Cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə ünvanlandığı 30 yanvar 2023cü il tarixli ərizəsinin surətindən görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu X16 ödəmədiyi aliment borcunu tam şəkildə tələb etmişdir. Əks təqdirdə borclunun inzibati və cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlandığı sorğuya cavab məktubundan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Qasımov (Əhmədov) Müşfiq Tofiq oğlundan hər ay 2 uşağın saxlanılması üçün ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Qətnamə üzrə verilmiş icra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, müvafiq olaraq icraata başlanılmış (icra məmuru Elman İsrafılov), tələbin icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İş üzrə tələbkar Cavabdeh xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək 2022-ci ilin yanvar ayınadək 18300 manat məbləğində borcunun yarandığını bildirmiş və borclunun mülkiyyətində olan əmlakların üzərinə həbs qoyularaq yaranmış aliment borcunun təmin olunmasını xahiş etmişdir. Bundan sonra tələbkar Cavabdeh şöbəyə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək qeyd olunan avtomobili qiymətləndirilərək, hərraca çıxarılması və yaranmış aliment borcunun təmin olunmasını xahiş etmişdir. Borclunun məhkəmə qərardadı ilə həbs qoyulmuş "BMW 750" minik markalı, 10-SS- 898 dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə qiymətləndiricinin dəvət olunması üçün müraciət olunmuş və xx.xx.2022-ci il tarixdə "xxxx" MMC əmlakın qiymətləndirilməsi barədə nəticələri şöbəyə təqdim etmişdir. Həmin nəticələr nəzərdən keçirilən zaman avtomobilin dəyərinin 15.000 (on beş min) manat dəyərində qiymətləndirildiyi müəyyən olmuş, "İcra Haqqında " AR Qanunun 53.1 maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə tələbkar tərəfə təklif olunmuşdur. Tələbkar Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək aliment borcunun təmin olunması üçün qeyd olunan avtomobilin hərracda satılmasını xahiş etmişdir. İcra sənədi üzrə yaranmış aliment borcunun təmin edilməsi məqsədi ilə, üzərinə həbs qoyulmuş əmlakın açıq hərracda satılmasının təşkil edilməsi üçün, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə müraciət olunmuş və hərrac xx.xx.2022-ci il tarixə saat 11.00-a təyin olunmuş, lakin keçirilən açıq hərrac zamanı əmlakın satışı baş tutmamışdır. Belə olan halda xx.xx.2022-ci il tarixdə yenidən borclu Qasımov (Əhmədov) Müşfiqə məxsus " BMW 750" minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil "İcra Haqqında "AR Qanunun 53.3-cü maddəsinə əsasən tələbkara Cavabdeh təklif olunmuş, lakin edilmiş təklifə rəsmi cavab verməyərək qiymət rəyindən şikayət verəcəyini bildirmişdir. Bundan sonra icra sənədi üzrə hər iki tərəf qiymətləndiricinin rəyindən narazı olduqlarını və bu səbəbdən həmin qərardan şikayət verdiklərini bildirmişdirlər. Bildirilir ki, hər iki tərəfin uşaqla görüşlə bağlı icra sənədləri mövcuddur. Həmin icra sənədlərinin icrası ilə əlaqədar hər iki tərəfin və Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının mütəxəssisinin iştirakı ilə Nizami Rayon İcra Şöbəsinin inzibati binasında görüş təşkil olunmuş, görüş zamanı tərəflər bundan sonrakı görüşlərin keçirilməsi ilə bağlı öz aralarında qarşılıqlı razılığa gəldiklərini bildirmişdirlər. Həmçinin yaranmış aliment borcunun tələbkarın xeyrinə təmin olunması üçün borclu Qasımov (Əhmədov) Müşfiq şöbəyə dəvət olunmuş, izahat verərək tələbkarın xeyrinə aliment ödənişi etmək üçün bank rekvizitləri tələb etmişdir. Tələbkarın bank rekvizitləri borcluya təqdim olunmuş xx.xx.2022ci il tarixidə başlayaraq hər ay tələbkarın xeyrinə 200 manat olmaqla ödənişi etmişdir A. Qasımova barəsində xx.xx.2023-cü il tarixində aliment tələbinə dair borclu qismindən iştirak etdiyi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi şöbənin icraatına daxil olmuşdur. Həmin icra sənədinin icrası ilə əlaqədar borlu şöbəyə dəvət olunmuş, müvafiq olaraq izahatı alınmış alimenti ödəməkdən imtina etmədiyini bildirmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlandığı 24 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, icra sənədi üzrə tələbkar Cavabdeh xx.xx.2022-ci ildə ərizə ilə müraciət edərək aliment borcunun 18300 manat olduğunu bildirmişdir. Bundan sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfində qəbul edilmiş, 2(007)-97 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X9 İddiaçı himayəsinə verilənədək ümumilikdə 2 uşağa görə aliment borcu (xx.xx.2022-ci il tarixədək) 20100 manat təşkil etmişdir. Həmin müddətdən 2023-cü ilin may ayınadək Müşfiq Qasımov (Əhmədov) tərəfindən övladı X14 ödəniş edəcəyi aliment məbləği 1350 manat təşkil etmişdir. Belə ki, Müşfiq Qasımov (Əhmədov) tərəfindən ödəniləcək aliment borcu 2023-cu ilin may ayınadək 21145 manat olmuş, həmin borc məbləğindən təqdim etdiyi qəbzlərə əsasən cəmi 820 manat tələbkar tərəfin xeyrinə aliment ödəmişdir. Hazırda aliment borcu 206.30 manat təşkil edir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, X24 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “sürücü” vəzifəsində işləyir. Aylıq əmək haqqı 345 manatdır. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “direktor müavini” vəzifəsində işləyir. Aylıq əmək haqqısı 600 manatdır. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, X24 xx.xx.2019-cu ildə sonuncu dəfə Dubaydan ölkəyə giriş etmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü ildə sonuncu dəfə ölkədən Dubaya çıxış etmiş və xx.xx.2015-ci ildə Dohadan ölkəyə giriş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X22 adlı övladları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-690/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X13 16 dekabr 2016-cı il tarixdən başlayaraq, 05 iyun 2014-cü il tarixdə doğulmuş X21 və 10 iyul 2015-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər birinə 150 manat olmaqla, hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 13 fevral 2017-ci il tarixli qərarı ilə həmin tarixdə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 690/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(007)-97/2023 saylı qətnaməsi ilə X24 ilə Cavabdeh arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində xx.xx.2013cü il tarixdə bağlanmış və 1719 nömrə ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X10 anası Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X9 isə atası X16 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 193 manat aliment X16 xeyrinə tutulması qət edilmişdir. Hazırda İlk iddia üzrə iddiaçı X7 Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(007)-690/2017 nömrəli icra vərəqəsinə əsasən 16 dekabr 2016-cı il tarixindən 16 yanvar 2023-cü il tarixinədək İddiaçı tutulmalı olan aliment borcunun 19500 manat hissəsində azaldılmasını, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 690/2017 saylı qətnaməsinə əsasən cavabdeh X13, 05 iyun 2014-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aylıq 150 manat məbləğində alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə İddiaçı məhkəmə iclaslarında bir-birinə zidd izahatlar vermişdir. Belə ki, aliment ödəmədiyi dövrdə bir yerdə yaşamalarını, daha sonra uşaqların bir neçə ay onda qalmasını, daha sonra Dubayda yaşadıqlarını, Dubayda 2016cı ildən öncə yaşadıqları müəyyən olunduqdan sonra isə dost-tanışdan pul göndərdiyini və onun göndərdiyi vəsaitə ailənin saxlandığını bildirmişdir. Göründüyü kimi 10 yanvar 2017ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün X15 hər ay 300 manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan “whatsapp” yazışmalarından görünür ki, tərəflər bir yerdə yaşamamışlar. İlk iddia üzrə iddiaçı bu halı sübut edə bilməmişdir. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışlarla müəyyən olundu ki, Cavabdeh sonuncu dəfə 2015-ci ildə X24 isə 2019-cu ildə ayrı-ayrı illərdə ölkəyə qayıtmışlar. Dubayda yaşadığı dövrdə pul göndərməsi barədə isə hər hansı qəbz ya hesabdan çıxarış təqdim etməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa məhkəmə qətnaməsi ilə Əhmədov İbrahim atası X16 yanında saxlanılmış və Cavabdeh onun saxlanılması üçün 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin qətnamə hələ qanuni qüvvəyə minməmişdir belə ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. X28 18 avqust 2022-ci ildən faktiki olaraq atanın yanında qalır. Belə olan halda icra məmurunun izahatından və məhkəməyə təqdim etdiyi sorğuya cavabdan görünür ki, X16 hazırda aliment borcu 20630 manat təşkil edir. Belə ki, Cavabdeh 20 fevral 2023-cü il tarixdə icra şöbəsinə müraciət edərək X16 18300 manat aliment borcu olduğunu bildirmişdir. 2022-ci ilin avqust ayından isə X22 atasının yanında qaldığı üçün avqust ayından ilk iddia ərizəsi məhkəməyə verilən tarixədək (23 yanvar 2023-cü il) o, bir uşağa görə aliment ödəməli idi. X16 2022-ci il avqust ayından 23 yanvar 2023-cü il tarixədək X3 üçün aliment borcu 750 manat təşkil edir (20630-750=19880). Beləliklə, göründüyü kimi X16 hazırda aliment borcu silinməsini tələb etdiyi 19500 manatdan çox, 19880 manat təşkil edir. Eyni zamanda məhkəmə aliment tələbinin davam edən münasibət olduğunu qeyd etməyi zəruri hesab edir və uşağın hansı valideynin yanında saxlanması, aliment tələbi barədə qıtnamə qanuni qüvvəsini alandan sonra yenidən müəyyən olunmuş alimentlərin məbləği Əhmədov İbrahimə münasibətdə hesablanmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(007)-97/2023 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X21 anası Cavabdeh himayəsinə verilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X4 üçün 2(007)-690/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi ilə tutulmalı olan 150 manat alimentin məbləği artırılmalıdır. Belə ki, məhkəmə iclasında “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışda X24 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “sürücü” vəzifəsində işləməsi və 345 manat əmək haqqı alması qeyd olunsa da, məhkəmə iclasında özü fərdi əməklə məşğul olduğunu bildirmişdir. X28 atası X16 yanında saxlanılmış və Cavabdeh onun saxlanılması üçün 193 manat sabit pul məbləğində aliment tutulmuş. Lakin qanunvericiliyin tələbinə görə uşaqlar hərəsi valideynələrdən birinin yanında saxlanılmışsa uşağın saxlanmasında ehtiyacı olan valideyn iddia tələbi qaldıraraq alimentin artırılmasını xahiş edə bilər. Belə olan halda qanunverici məhkəmə tərəfindən daha az təminatlı valideyndən digərinin xeyrinə hər ay sabit pul məbləğində alimentin tutulmasını özündə ehtiva etmişdir. Belə hallarda valideynlərdən hansının digərinə münasibətdə az təminatlı olduğu müəyyən edilməlidir. Hazırki halda məhkəmə tərəfindən müyyən edilir ki, Cavabdeh X18 münasibətdə daha az təminatlıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçı X16 Nizami Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(007)-690/2017 nömrəli icra vərəqəsinə əsasən 16 dekabr 2016-cı il tarixdən 16 yanvar 2023-cü il tarixədək İddiaçı tutulmalı olan aliment borcunun 19500 manat hissəsində azaldılması barədə tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia təmin edilməli, 05 iyun 2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon 10 yanvar 2017-ci il tarixli, 2(007)-690/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, X15 qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 iyun 2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İlk iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu X18 aid edilməlidir. Qarşılıqlı iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri X18 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçı X16 Nizami Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(007)-690/2017 nömrəli icra vərəqəsinə əsasən 16 dekabr 2016-cı il tarixdən 16 yanvar 2023-cü il tarixədək İddiaçı tutulmalı olan aliment borcunun 19500 manat hissəsində azaldılması barədə tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu X18 aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. 05 iyun 2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon 10 yanvar 2017-ci il tarixli, 2(007)-690/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. X15 qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 iyun 2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilsin. Məhkəmə xərcləri X18 aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova