Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-813/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin iş 2-116/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən nikah dövründə sağlamlığını itirdiyinə görə cavabdeh İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızı üçün tərəfindən hər ay cavabdehin xeyrinə 50 (əlli) manat aliment ödənilməsi öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildə Cavabdeh ilə nikahı rəsmi qeyd etdirmədən, el adəti üzrə toy edərək ailə qurmuş və sonradan 6 iyul 2000-ci il tarixdə nikahlarını VVADQ orqanında rəsmiləşdirmişdir. Birgə nikahlarından övladları olmamışdır. Buna baxmayaraq cavabdeh yalandan öz bacısı Nəzakətin 8 avqust 2000-ci ildə anadan olmuş qızı Ellada İbadovanı götürərək birgə nikahddan doğulduğunu və onların uşaqları olduğunu bildirmişdir. Sonradan Cavabdeh ilə münasibətləri pozulduğundan uzun müddət ayrı yaşamışlar. 2007-ci ildə o, Qusar Rayon Məhkəməsinə “Nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş və Qusar Rayon Məhkəməsinin 2-116/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış 06 iyul 2000-ci il tarixli nikah pozulmuş və həmçinin xx.xx.2000-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün habelə nikah dövründə sağlamlığını itirdiyinə görə cavabdeh İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızı üçün ondan hər ay cavabdehin xeyrinə sabit pul məbləğində cəmi 100 (yüz) manat aliment tutulması qət edilmişdir. Bundan sonra o, Qusar Rayon Məhkəməsinə ”atalıq qeydinin ləğv olunması tələbinə dair ” iddia ərizəsi ilə müraciət etmiş və Qusar Rayon Məhkəməsinin 20 aprel 2009-cu il tarixli 2(029)-219/2009 saylı qətnaməsinə əsasən 08 avqust 2000-ci ildə anadan olmuş X2 doğumu haqqında Qusar rayon Qeydiyyat şöbəsində 28 avqusat 2000ci il tarixli 147 nömrəli akt qeydində atasının X4ması barədə aparımış qeydiyyat ləğv edilmişdir. Buna görə də, 08 avqust 2000-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan cavabdehin xeyrinə tutulan 50 (əlli) manat alimentin ödəniməsi öhdəliyinə xitam verilmişdir. Cavabdeh ilə aralarında bağlanmış nikah 2007-ci ildə pozulmasına baxmayaraq Qusar Rayon Məhkəməsinin 2-116/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən nikah dövründə sağlamlığını itirdiyinə görə cavabdeh İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızı üçün ondan hər ay cavabdehin xeyrinə 50 (əlli) manat alimentin tutulması davam edir. Məndə olan məlumata görə Cavabdeh Şafiddinovanın əmək qabiliyyəti bərpa olunduğundan hazırda onun əlilliyi ləğv edilmişdir. Bununla əlaqədar vəkili tərəfindən Azərbaycan Respublikasının Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realbilitasiya Agentliyinə verilmiş rəsmi sorğuya agentlik tərəfindən subyektin şəxsi razılığının olmaması əsası ilə cavab verilmədiyindən rəsmi məlumatın məhkəmə qaydasında sorğu verilməklə alınması zəruriyyəti yaranmışdır. Həmçinin xx.xx.2012- ci ildə X3 ilə rəsmi nikaha daxil olmuş və bu nikahlarından X5, X6, X7 və X9 adlarında uşaqları anadan olmuşdur. Rəsmi olaraq heç bi yerdə işləmədiyindən maddi vəziyyəti ağırdır. Buna görə də, Qusar Rayon Məhkəməsinin 2-116/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən nikah dövründə sağlamlığını itirdiyinə görə cavabdeh İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızı üçün məndən hər ay cavabdehin xeyrinə 50(əlli) manat alimentin tutularaq ödənilməsi vəziyyətini daha da ağırlaşdırır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə ərizə verilərək digər iş üzrə əvvəlcədən təyin olunmuş məhkəmə prosesi olduğundan mülki iş üzrə təyin olunmş məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə baxışını onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar. Qusar Rayon Məhkəməsinin 2-116/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan olan uşaq xx.xx.2000-ci il təvəllüdlü X2 Cavabdeh himayəsində saxlanması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün habelə nikah dövründə sağlamlığını itirdiyinə görə İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızı üçün İddiaçı İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızının xeyrinə hər ay sabit pul məbləğində cəmi 100 (yüz) manat alimentin tutulması qət edilmişdir. Daha sonra İbadov İddiaçı (Gerəyxanova) Sevinc Şafiddin qızına qarşı “atalıq qeydinin ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(029)-219/2009 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızının etiraf etməsi təsdiq edilmiş, xx.xx.2000-ci ildə anadan olmuş X2 doğumu haqqında Qusar rayon Qeydiyyat şöbəsində xx.xx.2000-ci il tarixli 147 nömrəli akt qeydində atasının X4ması barədə aparımış qeydiyyat ləğv edilmişdir. Belə olan təqdirdə, X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçın Cavabdeh xeyrinə tutulan 50 (əlli) manat alimentin ödəniməsi öhdəliyinə xitam verilmişdir. İddiaçı xx.xx.2012-ci ildə X3 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından X5, X6, X7 və X9 adlı uşaqları anadan olmuşdur. Hazırda iddiaçı cavabdehin nikah dövründə sağlamlığını itirdiyinə görə cavabdeh İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızı üçün hər ay cavabdehin xeyrinə 50 (əlli) manat aliment ödənilməsi öhdəliyinə xitam verilməsini xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realbilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli “Vətəndaşın əlillik vəziyyəti haqqında” cavab məktubundan görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixdə ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2007-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə şəxsin ikinci dərəcə əlilliyi hər dəfə bir il olmaqla xx.xx.2015-ci il tarixinə kimi qüvvədə saxlanılmışdır. Sonuncu dəfə vətəndaşın əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2020-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonra Cavabdeh əlillik vəziyyəti 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AAB30 nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əsas xəstəlik və onun ağırlaşmaları, həmçinin yanaşı xəstəliklərlə müalicə yetərli olmadığından əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə Cavabdeh dair 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 2788003AAB5S nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və instrumental müayinə nəticəsi kliniki göstəricilərin ağırlıq dərəcəsini təsdiq etmədiyindən natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Qusar rayon İcra qrupunun xx.xx.2013-cü il tarixli məktubu ilə iş üzrə borclu İddiaçı pensiyasından 647 manat aliment pulunun artıq tutularaq iş üzrə tələbkar X1 göndərilməsi, buna görə də aliment tutulmasının 1 il 1 ay müddətinə dayandırılmalı olması müəyyən olunmuş və 647 manat pul məbləğinin tələbkar tərəfindən alındığı üçün İddiaçı pensiyasından tutulmanın dayandırılması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Qusar Rayon Məhkəməsinin 2-116/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə nikah dövründə sağlamlığını itirdiyinə görə İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızı üçün İddiaçı İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızının xeyrinə hər ay sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı sonuncu dəfə Cavabdeh dair 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 2788003AAB5S nömrəli göndərişin rəsmiləşdirilməsi, həmin göndəriş əsasında şəxsin əlillik vəziyyətinin xx.xx.2021-ci il tarixində qiymətləndirilməsi və instrumental müayinə nəticəsi kliniki göstəricilərin ağırlıq dərəcəsini təsdiq etmədiyindən natamam doldurulması səbəbindən göndərişin dövlət tibb müəssisəsinə geri qaytarılması müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdehin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdən uzadılmamış və bununla bağlı da hər hansı bir müraciət olunmamışdır. Əksini təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Hansı ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.3-cü maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda xitam verilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2-116/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən nikah dövründə sağlamlığını itirdiyinə görə İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızı üçün İddiaçı İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızının xeyrinə hər ay 50 (əlli) manat sabit məbləğdə aliment ödənilməsi öhdəliyinə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş 50 manat mediasiya xərci və ödənilmiş 50 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2-116/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən nikah dövründə sağlamlığını itirdiyinə görə İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızı üçün İddiaçı İbadova (Gerəyxanova) Sevinc Şafiddin qızının xeyrinə hər ay 50 (əlli) manat sabit məbləğdə aliment ödənilməsi öhdəliyinə xitam verilsin. İddiaçı tərəfindən çəkilmiş 50 manat mediasiya xərci və ödənilmiş 50 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-813/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-813/2023
25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver