Məhkəmə qərarları › İş №e-2(007)-872/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-872/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-872/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahdan olan övladı 26 dekabr 2022-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin 26 dekabr 2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə əlavə 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu ilə 10 may 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah 4 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 may 2022-ci il tarixdə 937 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 26 dekabr 2022-ci il təvəllüdlü X6 anadan olmuşdur. Son zamanlar aralarındakı münasibətlərin korlanması səbəbi ilə cavabdeh ilə artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Birgə nikahdan olan övladlarının saxlanılması üçün cavabdeh tərəfindən heç bir köməklik göstərilmir. X5 himayəsindədir və onun saxlanılmasında maddi çətinlik çəkir. Cavabdehlə arasında ailə münasibətlərinin bərpa edilməsi artıq mümkün olmadığından o, xx.xx.2023-cü il tarixində Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda e-2(007)-236/2024 saylı iş Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun icraatındadır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçı cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə prosesində üzürlü səbəblərdən səhhətində yaranmış problemlərlə əlaqədar olaraq iştirak edə bilməyəcəyini qeyd etmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, iddiaçı nikahın pozulması ilə bağlı olan mülki iş üzrə aliment istədiyini bildirmiş və birinci dəfə tərəflərindən aliment tələbi ilə bağlı iddia qaldırılmışdır. Lakin daha sonra iddiaçı aliment istəmədiyini bildirdiyinə görə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, aliment tələbini iddia ərizəsindən çıxarmışlar. Hal-hazırda iddiaçı uşağın saxlanması üçün aliment istədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Bildiyi qədər cavabdeh işləmir və o, mediasiya prosesi zamanı, “nikahın pozulması, uşağın ananın yanında saxlanılması” tələbi ilə bağlı olan mülki iş üzrə məhkəmə iclaslarında da iştirak etməmişdir. İddiaçı da işləmir və hazırda atasının yanında yaşayır. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 10 may 2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 26 dekabr 2022-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, tərəflərin nikahının pozulması, X4 anasının yanında qalması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 6 saylı Mediasiya Təşkilatının MŞB/6-0203 saylı xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana yetkinlik yaşına çatmamış 26 dekabr 2022-ci il təvəllüdlü X2 üçün hər ay 235 manat məbləğində alimentin və X4 3 (üç) yaşına çatanadək ona baxılması ilə əlaqədar olaraq hər ay 100 manat məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1 və 84.2.2-ci maddələrinə əsasən, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq 26 dekabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay 235 manat sabit pul miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Məhkəmə Ailə Məcəlləsinin 84.1 və 84.2.2-ci maddələrini nəzərə alaraq qeyd edir ki, tərəflərin ümumi uşağı doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırda uşaq körpə olduğundan, onunla bağlı əlavə xərclər çəkildiyindən və qulluq göstərilməli olduğundan hazırkı halda iddiaçının həmin hüququ qismən təmin edilməklə onların birgə nikahından doğulmuş 26 dekabr 2022-ci il təvəllüdlü X6 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, 26 dekabr 2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsini nəzərə alaraq, hesab edir ki, aliment iddia ərizəsinin verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat və xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat və xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar