Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-893/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Səlı̇ mov Yusı̇ f Tofı̇ q oğlunun cavabdeh Səlı̇ mova Səadət Seyfəl qızına qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın naturada bölünməsi, bu mümkün olmasa cavabdehdən əmlakın yarısının dəyərinin tələb olunması, bu mümkün olmadıqda əmlakın hərracda satılması və hərracdan əldə olunmuş pul vəsaitinin paylara uyğun tərəflər arasında bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Səlı̇ mov Yusı̇ f Tofı̇ q oğlu cavabdeh Səlı̇ mova Səadət Seyfəl qızına qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın naturada bölünməsi, bu mümkün olmasa cavabdehdən əmlakın yarısının dəyərinin tələb olunması, bu mümkün olmadıqda əmlakın hərracda satılması və hərracdan əldə olunmuş pul vəsaitinin paylara uyğun tərəflər arasında bölünməsi tələbinə dair idida ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh qızı ilə birgə nikah dövründə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 57 saylı evin, 48 saylı mənzilini əldə etmişlər. Cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulub.Cavabdehlə birgə nikah dövründə əldə etdiyikləri Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 57 saylı evin, 48 saylı mənzilində məhkəmə qətnaməsi ilə ½ hissədə payları müəyyən edilib və bu barədə dövlət reyestrindən müvafiq çıxarış verilib.Cavabdehə dəfələrlə şifahi şəkildə mənzilin naturada bölünməsi, satılaraq pulun tərəflər arasında bərabər bölünməsi və ya mənzilin yarısının dəyərinin ona ödənilməsini təklif etsə də bundan imtina edib.Həmçinin cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif verilib, cavabdeh hətta mediasiya prosesində iştirak etməkdən imtina edib.İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd edilənlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 57 saylı evin, 48 saylı mənzilini naturada paylara uyğun olaraq bərabər şəkildə bölünməsi bu mümkün olmasa mənzilin dəyərinin yarısının Cavabdeh qızından tutularaq ona ödənilməsi, bu mümkün olmasa həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pulun bərabər surətdə tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki,mənzil paylı mülkiyyətdədir. Cavabdeh heç bir vaxt qarşı tərəfin həmin mənzildə yaşamısına maneə törətməyib. Lakin mənzil satılsa onun dəyəri tərəflər arasında bölünsə cavabdeh yaşamaq üçün özünə mənzil ala bilməyəcək. Buna görə də, cavabdeh mənzilin dəyərinin, yəni 71000 manat pulun yarısını qarşı tərəfə verməyə razıdır, həmin vəsait ona ödənilsin və mənzil cavabdehin tam mülkiyyətinə keçsin. Buna görə də, xahiş edir iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılsın. Cavabdeh da eyni məzmunlu izahat verərək iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən verilmiş şıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 57 saylı evin, 48 saylı mənziliniə İddiaçı və Cavabdeh qızının paylı mülkiyyət hüququ hər birinə ½ hissədə olmaqla müvafiq olaraq xx.xx.2021-ci il tarixində və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 10 avqust 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 57 saylı evin, 48 saylı mənzilinin bazar qiyməti 71000 manat təşkil edir. paylara uyğun olaraq naturada bölgüsü mümkün deyil. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 13 may 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 57 saylı evin, 48 saylı mənzilinin paylara uyğun olaraq naturada bölgüsü mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıda istinad olunan maddələrinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 57 saylı evin, 48 saylı mənzili İddiaçı və Cavabdeh qızının paylı mülkiyyətindədir.Hər birinin payı bərabər olaraq ½ hissədə müəyyən olunmuşdur. Hal-hazırda iddiaçı öz payının naturada paylara uyğun olaraq bərabər şəkildə bölünməsini, bu mümkün olmasa mənzilin dəyərinin yarısının Cavabdeh qızından tutularaq ona ödənilməsi, bu mümkün olmasa həmin mənzilin açıq hərracdan satılması,satışdan əldə olunmuş pulun bərabər surətdə tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ekspert rəyindən görünür ki,mənzilin paylara uyğun olaraq naturada bölünməsi mümkün deyil. Bundan başqa, cavabdeh mənzilin dəyərinin,71000 manat pulun yarısını iddiaçıya verməyə razıdır. Belə olan halda əmlakın hərracda satılması zərurəti aradan qalxır. Ona görə də iddia qismən təmin olunmalı, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 57 saylı evin,48 saylı mənzilinin dəyərinin,71000 manat pulun yarısı yəni 35500 manat Cavabdeh qızından alınaraq həmin mənzildən ½ hissədə payının əvəzinə İddiaçı verilməlidir. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 57 saylı evin,48 saylı mənzilinin dəyərinin, 71000 manat pulun yarısı yəni 35500 manat Cavabdeh qızından alınaraq həmin mənzildən ½ hissədə payının əvəzinə İddiaçı verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-893/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-893/2022
01.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver