Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-936/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Rüstəmlı̇ Türkanə Nazı̇ m qızı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Məmmədov Emı̇ n Fazı̇ l oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Nazım qızı və Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı nikah evində 2531 nömrəli aktla qeyd edilmiş nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılması, X4, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh qazancının və başqa gəlirlərinin ½ (ikidə bir) hissəsi miqdarında aliment məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2010-cu il tarixli, 2531 nömrəli qeydlə Bakı Nikah evində nikaha daxil olmuşlar. Tərəflərin həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 anadan olmuşdur. Nikah bağlandıqdan sonra İddiaçı və Cavabdeh ilə bir müddət mehriban yaşasa da, bir müddət sonra aralarındakı münasibətlər pozulmuşdur. Belə ki, 2021-ci ilin aprel ayında iddiaçı cavabdehlə birgə yaşadığı evi tərk edir və bir müddət faktiki olaraq ayrı yaşayırlar. 2021-ci ilin iyun ayında isə barışaraq bir araya gəlirlər. Lakin noyabr ayından münasibətləri yenidən pozulur və ər-arvad ayrı yaşayır. Halhazırda faktiki olaraq bir yerdə yaşamırlar. Buna görə də bundan sonra tərəflərin ər-arvad kimi yaşamağı və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə, iddiaçı və cavabdeh arasındakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur. Bununla yanaşı, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X4, 01,05.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 hazırda İddiaçı ilə birgə yaşayır. Uşaqların hər üçün yetkinlik yaşına çatmamasını nəzərə alaraq uşağın ana qayğısına ehtiyacı danılmazdır. Buna görə də uşağın öz anasının, yəni iddiaçının himayəsində qalması onların gələcəyi, sağlamlığı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir. Qeyd olunduğu kimi, tərəflər halhazırda faktiki olaraq ər-arvad kimi yaşamır. X4, X8 və X9 hər üçü orta məktəbdə təhsil aldığı üçün onların maddi xərclərini qarşılamaq iddiaçı üçün çətindir. Həmçinin, uşaqların ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini iddiaçı təkbaşına edə bilməz. Yuxarıda sadalananlara əsasən o hesab edir ki, uşaqların və İddiaçı diqqətəlayiq mənafelərini nəzərə alaraq, habelə qanunvericiliyin tələblərinə müvafiq olaraq, Cavabdeh uşağın layiqli həyat səviyyəsini təmin etmək üçün zəruri olan xərclərini ödəməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizəsinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, işləmir. Hal-hazırda cavabdehlə ayrı yaşayırlar, axırıncı dəfə noyabr ayında evdən çıxmışdır. Cavabdeh şiddət göstərir, söyüş söyür, dəfələrlə onu döymüş, ona təzyiqlər göstərmiş, o, uşaqlarına görə dözüb oturmuşdur. Hazırda ayrı yaşayırlar, cavabdehin uşaqlarla görüşünə mane yaratmır, cavabdeh istədiyi vaxt uşaqları gəlib görür. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, o, nikahın pozulmasını istəmir. Əgər nikah pozularsa uşaqların anaları ilə qalmağına etiraz etmir. Hər uşaq üçün 193 manat aliment ödəməyə razıdır. Hazırda rəsmi iş yeri yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı tərəflərin barışması üçün 3 ay müddət müəyyən edilməklə, iş təxirə salınmışdır. Lakin bu müddət ərzində tərəflər barışmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ № 620397 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2010-cu il tarixdə Bakı nikah evində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2531 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Rüstəmli soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - xx.xx.2021-ci il tarixli 008-21 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi X2 tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı xx.xx.2010-cu il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Barışıq üçün verilmiş 3 ay müddət başa çatdıqdan sonra tərəflər arasında barışıq olmadığından, iddia təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah pozulmalıdır. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş uşaqların kimin yanında qalması məsələsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən müzakirə edib, qərar qəbul edərkən, belə nəticəyə gəlir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarında doğulmuş uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olması, azyaşlıların ana himayəsində qalıb böyüməsinin onların mənafeyinə uyğunluğu nəzərə alınmalı, boşanmadan sonra uşaqlar ananın yanında saxlanılmalıdır. Buna cavabdeh də etiraz etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2022ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin alimentin alınması hissədə ərizəsinin tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, cavabdehin müntəzəm gəlirlərinin olması barədə məhkəməyə sübutlar təqdim edilməmiş, cavabdeh isə övladlarının hər biri üçün uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində aliment ödəyə biləcəyini qəbul etmişdir. Həmçinin qeyd olunmalıdır ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (iddiaçının) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini Cavabdeh tutmaq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Qeyd olunana normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 579 manat sabit pul məbləğində aliment müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qimən təmin edilməli, Məmmədov Emı̇ n Fazı̇ l oğlu ilə Rüstəmlı̇ Türkanə Nazı̇ m qızı arasında 16 oktyabr 2010-cu il tarixli, Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şobəsində bağlanılmış və 2532 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 anası Rüstəmlı̇ Türkanə Nazı̇ m qızının yanında saxlanılmalı, Məmmədov Emı̇ n Fazı̇ l oğlundan 0.08.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 579 manat sabit pul məbləğində aliment Rüstəmlı̇ Türkanə Nazı̇ m qızının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci bəndinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 9.1-1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə əməl edərək 50 manat məbləğində mediasiya xərci çəkmiş, 50 manat məbləğində isə dövlət rüsumu ödəmişdir. Hazırda nikahın pozulması tələbi ilə yanaşı alimentin tutulması tələbi ilə də bağlı qətnamə qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci ona aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Məmmədov Emı̇ n Fazı̇ l oğlu ilə Rüstəmlı̇ Türkanə Nazı̇ m qızı arasında 16 oktyabr 2010-cu il tarixli, Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şobəsində bağlanılmış və 2532 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 anası Rüstəmlı̇ Türkanə Nazı̇ m qızının yanında saxlanılsın. Məmmədov Emı̇ n Fazı̇ l oğlundan xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 579 manat sabit pul məbləğində aliment Rüstəmlı̇ Türkanə Nazı̇ m qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı Rüstəmlı̇ Türkanə Nazı̇ m qızı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci ona aid edilsin. Məhkəmə xərcləri qismində Rüstəmlı̇ Türkanə Nazı̇ m qızı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Məmmədov Emı̇ n Fazı̇ l oğlundan tutularaq Rüstəmlı̇ Türkanə Nazı̇ m qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-936/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-936/2022
10.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver