Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-943/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin qoyulması və müqavilənin etibarsız hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkil-nümayədəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 və vəkil-nümayəndəsi Vəkil2, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin qoyulması və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh1nə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun tərəfindən Cavabdeh1 MMC-yə 425200 manat ödənilməklə, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında inşa edilmiş sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili “iddia tələbinin həcminin artırılması” dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı tərəfindən cavabdeh “Vesta Construction" MMC-yə 425.200 manat ödənilməklə, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında inşa edilmiş sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanılmış Q/Y- 019 nömrəli, 14 iyul 2021-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 aprel 2018-ci il tarixdə podratçı Cavabdeh1 MMC (bundan sonra – cavabdeh) ilə onun (sifarişçi) arasında 1.445200 manat muzd müqabilində Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri kəsişməsi 2535-ci məhəllə, D1 ünvanında sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi barədə podrat müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 15 dekabr 2019-cu il tarixədək qeyri-yaşayış sahəsini tikərək tam hazır vəziyyətdə ona təhvil vermək öhdəliyini, o isə həmin müqaviləyə əsasən ilkin olaraq 500000 manat, qalan məbləği isə hissə-hissə 50 ay müddətində, qrafik üzrə 25 iyun 2022-ci il tarixədək ödəmək öhdəliyini üzərinə götürmüşdür. O, 03 aprel 2018-ci il tarixdə cavabdehə 500000 manat vəsaiti ödəmişdir və hissə-hissə ödəməli olduğu vəsaiti 2020-ci ilin yanvar ayınadək ödəyərək, öhdəliyini lazımi qaydada icra etmişdir. Buna baxmayaraq, cavabdeh müqavilədə nəzərdə tutulan müddətdə öhdəliyini icra etməmiş, dəfələrlə etmiş olduğu müraciətlərə baxmayaraq əmlakı ona təhvil verməmişdir. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyindən, o, ödənişlərin həyata keçirilməsini dayandırmışdır və əmlakı olduğu formada ona təhvil verilməsini tələb etmişdir. Cavabdeh 1 il müddətində süründürməçiliyə yol verərək, müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı heç bir tədbir görməmiş, yalnız üstündən 1 il keçdikdən sonra, xx.xx.2020-ci il tarixdə onunla əlavə razılaşma bağlayaraq 6 ay müddətində dəmir-beton işlərini tamamlamaq öhdəliyini üzərinə götürmüşdür. O isə həmin razılaşmaya əsasən 14 dekabr 2020-ci il tarixədək 200000 manat ödəmək öhdəliyini üzərinə götürmüşdür və həmin məbləği cavabdehə ödəmişdir. Qalan məbləği isə 15 may 2021-ci il tarixdən başlayaraq hər ay 15000 manat olmaqla ödəməli idi. Cavabdehlə aralarında əlavə razılaşmanın bağlanmasına baxmayaraq cavabdeh yenə də üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və o əvvəllər olduğu kimi cavabdehin öz öhdəliyini yerinə yetirməyəcəyini anlayaraq, ödənişləri yalnız əmlak təhvil verildikdən sonra tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, əmlak bu günədək ona təhvil verilməmişdir. Cavabdehlə dəfələrlə aparılmış danışıqlar nəticəsində ona bildirilmişdir ki, qeyri-yaşayış sahəsi ən qısa zaman ərzində ona təhvil veriləcək, lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh qanunsuz və əsassız olaraq özü tərəfindən müqavilə öhdəlikləri pozulduğu halda müqaviləni 19 iyun 2021-ci il tarixdə birtərəfli qaydada ləğv etmişdir. Bu barədə onlara müraciət etdikdə müqavilənin ləğvinin əhəmiyyətsiz olduğunu, qalan muzdu ödədikdən sonra əmlakı ona təhvil verəcəklərini bildirmişlər. O isə qalan vəsaiti yalnız əmlak təhvil verildikdən sonra ödəyəcəyimi bildirmişdir. Uzun müddət keçməyinə baxmayaraq cavabdeh hər dəfə yeni vədlər verərək öhdəliyini bu günədək yerinə yetirməmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, podratçı ona məxsus əmlakı daha baha satmaq məqsədilə 03 aprel 2018-ci il tarixli müqavilənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən onun da onlara qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini və tələbinin qanuni və əsaslı olmasını anlayaraq iddialarını geri götürməyi və öz aralarında razılaşmağı təklif etmişlər. O isə onlardan ən qısa zamanda əmlakı təhvil vermələrini tələb etmişdir. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o faktiki olaraq əmlakını ala bilmir, bu isə öz növbəsində ona külli miqdarda ziyanın yetirilməsi ilə nəticələnir. Belə ki, həmin əmlakın alınması üçün cavabdehə bu günədək ******* (bir million iyirmi min) manat vəsait ödəmiş, həmin vəsaitin bir hissəsi onun tərəfindən bankdan kredit borcu kimi götürülmüş və bunun müqabilində o banka xeyli miqdarda faiz ödəmişdir. Bununla yanaşı həmin əmlak ona vaxtında təhvil verilsəydi, o, ondan kommersiya məqsədləri ilə istifadə edərək, həm kredit borcunu bağlaya bilər, həm də gəlir əldə edərdi. Xüsusi ilə qeyd etmək istəyir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsi artıq cavabdeh tərəfindən inşa edilib, lakin ona təhvil verilmir. Cavabdehin öhdəliklərini təxirə salınmadan icra etməsi və əmlakını ona təhvil verməsi ilə bağlı yazılı qaydada müraciət etsə də, heç bir nəticə əldə olunmayıb və bu səbəbdən o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, işin hazırlıq mərhələsində müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri kəsişməsi 2535-ci məhəllə, D1 ünvanında yerləşən sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsi podratçı Cavabdeh1 MMC tərəfindən qanunsuz olaraq Cavabdeh2 satılmışdır. Podratçının ümumiyyətlə, sifarişçinin sifariş etdiyi əşyanı satmaq kimi bir hüququ yoxdur. Bununla yanaşı mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri kəsişməsi 2535-ci məhəllə, D1 ünvanında yerləşən sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsi podratççı tərəfindən tam hazır şəkildə sifarişçiyə yəni İddiaçı təhvil verilməli idi və həmin Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri kəsişməsi 2535-ci məhəllə, D1 ünvanında yerləşən sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsinə dair hüquqlar İddiaçı məxsusdur.
İş materialları :
5. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y-002 nömrəli müqavilədən görünür ki, bu müqaviləyə əsasən icraçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında inşa edilmiş sahəsi 578.08 kv.m, 1 kvm-nin qiyməti 2500 manat, ümumi qiyməti ******* manat olan qeyri-yaşayış sahəsini tikintisini başa çatdırdıqdan sonra sifarişçiyə 15 dekabr 2019-cu ildə təhvil verməyi, sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
6. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y – 002 nömrəli müqaviləyə Əlavə №1-dən (ödəmə qrafikindən) görünür ki, İddiaçı ilkin ödəniş 200000 manat olmaqla, 50 ay müddətinə, xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 15000 manat, sonuncu ay 10200 manat olmaqla, cəmi 945200 manat ödəniş etməlidir.
7. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y-002 nömrəli müqaviləyə xx.xx.2020-ci il tarixli Əlavə Razılaşmadan görünür ki, icraçı sifarişçinin xx.xx.2020-ci il tarixinədək 820000 manat ödədiyini təsdiq etmiş, sifarişçi xx.xx.2020-ci il tarixədək 200000 manat ödəməyi, ******* manat məbləğində borcu xx.xx.2021-ci il tarixindən hər ay 15000 manat olmaqla qrafik üzrə ödəməyi ödəməyi, icraçı xx.xx.2021-ci il tarixinədək dəmir-beton işlərini tamamlamağı öhdəsinə götürmüşdür.
8. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y-002 nömrəli müqaviləyə xx.xx.2020-ci il tarixli Əlavə Razılaşmaya 2 nömrəli Əlavədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 23 ay müddətinə, hər ay 15000 manat, sonuncu ay 5200 manat olmaqla, 425200 manat ödəniş etməlidir.
9. İddiaçı tərəfindən edilmiş ödənişlərə dair kassa mədaxil orderlərindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində 500000 manat, xx.xx.2018-ci il tarixində 200000 manat, xx.xx.2018-ci il tarixində 15000 manat, xx.xx.2025-ci il tarixində 15000 manat, xx.xx.2018ci il tarixində 15000 manat, xx.xx.2019-cu il tarixində 15000 manat, xx.xx.2019-cu il tarixində 15000 manat, xx.xx.2019-cu il tarixində 15000 manatnxx.xx.2019-cu il tarixində 15000 manat, xx.xx.2019-cu il tarixində 15000 manat və xx.xx.2020-ci il tarixində 200000 manat ödəniş etmişdir.
10. Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı müqavilə üzrə öhdəliklərini icra etməyərək Q/Y-nın dəyərini bugünədək ödəmədəyinə görə onunla Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, № Q/Y-002 saylı müqavilənin xx.xx.2019-cu il tarixindən Cavabdeh1 MMC tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi barədə xəbərdar edilmişdir.
11. Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müqavilə üzrə öhdəliklərini icra etməyərək Q/Y-nın dəyərini bugünədək ödəmədəyinə görə onunla Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, № Q/Y-002 saylı müqavilənin xx.xx.2021-ci il tarixindən Cavabdeh1 MMC tərəfindən birtərəfli qaydada ləğv edildiyi barədə xəbərdar edilmişdir.
12. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış tələbnamədən görünür ki, xx.xx.2018-ci ildə Cavabdeh1 MMC ilə onun arasında olan müqaviləyə xx.xx.2019-cu il birinci, xx.xx.2021-ci ildə ikinci dəfə ona xəbərdarlıq etmədən birtərəfli qaydada xitam verilmişdir. Cavabdeh1 MMC ilə o xx.xx.2018-ci il ümumi sahəsi 578.08 kv.m və bir kvadrat qiyməti 2500 manat, cəmi 1.445.200 manat olan qeyri-yaşayış № D1sahəsinə dair müqavilə bağlamışdır. Cavabdeh1 MMC-yə xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək 1020.000 manat məbləğində ödəniş etmişdir. Baxmayaraq ki, müqaviləyə birinci xitam xx.xx.2019-cu ildə verilmişdir, xitamdan sonra Cavabdeh1 MMC ondan 275000 manat ödəniş almışdır. Onun Cavabdeh1 MMC-yə qyri-yaşayış sahəsinə görə 425200 manat ödənişi qalıb. xx.xx.2020-ci il bağladığı müqaviləyə Əlavə Razılaşma ödəmə qrafikinin müddətinin son tarixi xx.xx.2023-cü il olmasına baxmayaraq qeyri-yaşayış sahəsinə görə qalan 425200 manat məbləği tam ödəməyə razıdır. Tam ödəniş barədə Cavabdeh1 MMCnin təsisçisi X1 xx.xx.2021-ci il tarixində onunla görüş zamanı demişdir. Bu görüşün səs yazısı da onda var. Həmin vaxtdan xx.xx.2021-ci i müqaviləyə ikinci dəfə xitam verildiyi gündən dəfələrlə get-gələ salsa da, gec-gec görüşsə də, heç bir razılaşma, nəticə əldə olunmamışdır. Bu tələbnaməni ona görə göndərir ki, qeyri-yaşayış sahəsinin qalan məbləğinin tam ödənişi ilə (425200 manat) razılaşma varsa, müqaviləyə xitam verilməsinin ləğv edilməsini və tam ödənişi etməsini bildirmişdir.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-375/2024 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 MMC cavabdeh İddiaçı qarşı Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində inşa edilmiş yaşayış kompleksində D.1 saylı qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, № Q/Y-002 alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC-yə geri qaytarılması və adiçəkilən müqavilə üzrə həmin qeyri-yaşayış sahəsi üçüncü şəxslərə satıldıqdan və ödəniş qəbul olunduqdan sonra sonrakı 7 iş günü ərzində müqavilə üzrə ödənilmiş vəsaitin sifarişçiyə geri qaytarılması barədə qətnamə çıxaırlmasını xahiş etmiş, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X2 daha sonra iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmasını xahiş etdiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
14. xx.xx.2024-cü il tarixli, **********20 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
15. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, onun tərəfindən müqavilə üzrə 425200 manat dəyərində vəsait tam şəkildə ödənilməklə, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri kəsişməsi 2535-ci məhəllə, D1 ünvanında sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsinin 10 gün müddətində təhvil verilməsini xahiş etmişdir.
16. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, Q/Y- 019 nömrəli müqavilədən görünür ki, müqavilənin predmetini Bina – “My Home” Yaşayış kompleksi, Ünvan – Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllə, Blok – D, mərtəbə 1, qeyri-yaşayış № D.1, ümumi sahə 586, 1 m2-nın qiyməti 2450, qiyməti ******* manat olan qeyri yaşayış sahəsi təşkil etmişdir.
17. Cavabdeh1 MMC tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli MA-719 nömrəli maliyyət arayışından görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, Q/Y – 019 nömrəli müqavilənin predmeti sayılan Bakı şəhəri, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə tikilən D bloku, D.- 1 №-li qeyri-yaşayış sahəsi üçün müştərinin heç bir borcu yoxdur.
18. Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 21/23 nömrəli məktubdan görünür ki, xx.xx.2018-ci il tarixli, № Q/Y-002 alqı-satqı müqaviləsinin tələblərini pozaraq ödəniş öhdəliklərini yerinə yetirmədiyi üçün yenidən xx.xx.2020-ci il tarixdə Q/Y-002 nömrəli əlavə razılaşma edərək ödəniş öhdəliyini qəbul etdiyi, buna baxmayaraq sonuncu ödəniş xx.xx.2020-ci il tarixindən sonra heç bir ödəniş etmədiyi, bununla da ikindi dəfə müqavilənin şərtlərini kobud şəkildə pozduğu, müqaviləyə birtərəfli qaydada xitam verildiyi barədə xəbərdar edilmişdir.
19. İş materiallarına qeyri-yaşayış obyektinə dair forşəkillər əlavə edilmişdir.
20. İş materiallarına Cavabdeh2 tərəfindən edilmiş ödənişlərə dair kassa mədaxil orderləri əlavə edilmişdir.
Tərəflərin izahatları :
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsi, 2535-ci məhəllə Dİ ünvanında inşa edilən sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsinin tikilərək tam hazır vəziyyətdə təhvil verilməsi barədə 03 aprel 2018-ci il tarixdə podrat müqaviləsi bağlanmış, podratçı 15 dekabr 2019-cu il tarixədək qeyri-yaşayış sahəsini tam hazır vəziyyətdə sifarişçiyə təhvil verməyi, sifarişçi isə 2022-ci ilin iyun ayınadək podratçıya hissə-hissə muzd ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra, 11 dekabr 2020-ci il tarixdə tərəflər arasında əlavə razılaşma bağlanılmış və həmin razılaşmanın şərtlərinə əsasən, podratçı müqavilə obyektində dəmirbeton işlərini tamamlamağı, sifarişçi isə qalan pul vəsaitini hissə-hissə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Podrat müqaviləsinin ümumi dəyəri 1.445.200 manat müəyyən edilmiş və həmin vəsaitdən 1.020.000 manat hissəsi sifarişçi tərəfindən podratçıya hissəhissə ödənilmiş, podratçı isə həmin vəsaiti qəbul etmişdir. Yəni sifarişçi öhdəliyinin 70%-ni icra etmişdir. Həmin məbləğ isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən xüsusilə külli miqdar hesab olunur. Daha sonra isə podratçı birtərəfli qaydada müqaviləni ləğv etdiyini bildirmiş, lakin bu günədək öz öhdəliyinin icra vəziyyəti barədə hər-hansı bir meyara əsaslanan sübut təqdim etməmişdir. İlk öncə qeyd olunmalıdır ki, qanunvericilikdə podratçı tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi deyil müqaviləyə podratçı tərəfindən xitam verilməsi imkanını nəzərdə tutulmuşdur. Mülki hüquq nəzəriyyəsinə görə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Mülki Məcəllənin 760-cı maddəsinin mənasından aydın olur ki, podratçı tərəfindən müqaviləyə birtərəfli qaydada xilam verilməsi, podratçının görməli olduğu işləri görməsindən birtərəfli qaydada imtina etməsini ehtiva edir və bu halda isə onun müqavilə obyektinə hər-hansı bir hüququ yaranmır, onun hüququ yerinə yetirilmiş işin haqqını və olduğu halda zərərin əvəzini almaqla məhdudlaşır. Yəni, hazırkı iş üzrə podratçı müqavilənin icrasından birtərəfli qaydada imtina etdiyi halda, müqavilə obyektini, yəni qeyri-yaşayış sahəsini olduğu halda sifarişçiyə təhvil verməli, artıq almış olduğu vəsaiti sifarişçiyə qaytarmalı, görmüş olduğu işin dəyəri almış olduğu vəsaitdən çox olduğu halda isə, həmin vəsaiti sifarişçidən tələb etməli idi. Lakin podratçı qanun tələblərini pozaraq, heç bir hüquqi əsası olmayan və əhəmiyyətsiz bildirişlər göndərərək, sifarişçiyə məxsus müqavilə obyektini mənimsəməyə çalışmış, sifarişçinin qalan vəsaiti tam şəkildə ödəmək niyyətində olmasını qəbul etməmiş və varlanmaq niyyəti ilə əmlakı sifarişçiyə təhvil verməmişdir. Daha sonra öz hərəkətlərinə don geyindirmək üçün həmin qeyri-yaşayış sahəsinin guya 2021-ci ildə başqa şəxsə satılması ilə bağlı sənədlər təqdim etmişdir, lakin bunun qanuni baxımdan mümkün olmadığını anlamamışdır. Xüsusilə qeyd olunmalıdır ki, Cavabdeh1 MMC tərəfindən qeyriyaşayış sahəsinin 3-cü şəxs Cavabdeh2 satılmasına dair məhkəməyə təqdim olunmuş sənədlərin (ödəniş qəbzləri, müqavilə və s.) təhlili onu deməyə əsas verir ki, belə bir əqd ümumiyyətlə bağlanmayıb, bu uydurma əqddir, əmlaka görə heç bir ödəniş həyata keçirilməyib. Bununla yanaşı, başqa bir uyğunsuzluq ondan ibarətdir ki, Cavabdeh1 MMC 2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsində inşa edilmiş yaşayış komleksində Dİ saylı qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y-002 saylı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC-yə geri qaytarılması və adı çəkilən müqavilə üzrə həmin qeyri-yaşayış sahəsi üçüncü şəxslərə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 iş günü ərzində müqavilə üzrə ödənilmiş vəsaitin sifarişçiyə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsini geri götürmüş və bu barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 375/2024 nömrəli xx.xx.2024-cu il tarixli qərardadı qəbul edilmişdir. Lakin hazırda isə məhkəməyə müqavilə təqdim edərək, guya həmin əmlakın 2021-ci ildə, yəni iddia verildikdən 3 il əvvəl satılmasını bildirir. Göründüyü kimi, Cavabdeh1 MMC 2023-cü ildə müqavilənin ləğvi, əmlakın qaytarılması və s. tələblərlə bağlı iddia ilə məhkəməyə müraciət edir, iddiada da qeyd edir ki, əmlak satıldıqdan sonra 7 gün ərzində vəsait İddiaçı qaytarılacaq, hazırda isə bildirir ki, həmin əmlak 2021-ci ildə satılmışdır. Bu hall bir daha mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin satılmadığını, təqdim edilmiş müqavilənin isə sonradan uydurma əqd olaraq bağlandığını təsdiq edir. Eyni zamanda Cavabdeh1 MMC ilə İddiaçı arasında 2023-cü ildə olan yazışmalardan görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə müraciət edərək, qalıq 425.200 manat vəsaiti tam ödəmək və qeyri-yaşayış sahəsini almaq niyyətini ifadə etmiş, cavab olaraq isə ona bildirilmişdir ki, müqavilə ləğv olunub, əmlak başqa şəxsə satıldıqdan sonra 7 iş günü ərzində ödəniş etdiyi pul ona geri qaytarılacaq. Həmin əmlak 2021-ci ildə satılmış idi isə, nə üçün satıldıqdan sonra vəsait qaytarılacaq qeyd olunurdu!? Bu bir ritorik sualdır və cavab aydındır, əmlak heç kəsə satılmayıb, satıla da bilməz, çünki qanun buna imkan vermir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı sonuncu ödənişinə dair Cavabdeh1 MMC tərəfindən 18 dekabr 2020-ci il tarixli GİF/3 seriyalı 821852 nömrəli qəbz təqdim edilmişdir. Cavabdeh2 guya 14 iyul 2021-ci il tarixdən etibarən etmiş olduğu ödənişlərə dair isə GİF/3 821507, GİF/3 821513, GİF/3 821521, GİF/3 821526 və s. seriya və nömrəli qəbzlər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən 2021-ci ildə təqdim edildiyi bildirilən qəbzlərin seriya və nömrələri 2020-ci ildə təqdim olunan qəbzlərin seriya və nömrələrindən əvvəlki sıralamaya aiddir, həmin qəbzlər isə ciddi hesabat blankı olduğundan bunun qanuni olması mümkünsüzdür. Eyni zamanda Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-nin kassasına hər-hansı vəsaitin mədaxil edilməsinə dair sübut, yəni kassa mədaxil orderi təqdim edilməmişdir. Bütün bu faktlar sübut edir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilə uydurmadır, həmin müqavilə üzrə heç bir ödəniş həyata keçirilməmişdir.
22. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbini qəbul etmədiyini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkil-nümayəndəsi Vəkil2 iddia tələbinii qəbul etmədiyini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, onlar bütün ödənişləri rəsmi qaydada edib əmlakı almışlar. İddiaçı və digər cavabdeh tərəf arasında olan münasibətlərin onlara heç bir aidiyyəti yoxdur. Onlar vicdanlı alıcıdırlar. İddia tələbi onlara aid olan hissədə əsassızdır.
24. Məhkəmə iclasında iştirak Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, sənədlərin tədqiqi mərhələsində tələbnamənin olduğu vurğulanmışdır. 23 may tarixində həmin tələbnamə sistemə yüklənmişdir. Orada qeyd olunur ki, müqaviləyə onun xəbəri olmadan 2 dəfə xitam verilmiş, amma sənədlərdən də görünür ki, birinci dəfə iddiaçıya müqaviləyə xitam veriləcəyi bildirmişdir. Birinci dəfə sadəcə xəbərdarlıq edilmişdir. Sonra iddiaçı bir iki ay ödəniş edir və ödənişləri yenidən gecikdirir. Sonra sazişə əlavə razılaşma bağlanılır, iddiaçı 200 min manat ödəniş edir, ondan sonra yenidən ödənişləri gecikdirir. Onlar məcbur qalıb 2-ci dəfə müqavilə ləğv edilməsinə dair məktub göndərirlər. Müqavilə 19 iyun 2021-ci il tarixində birtərəfli qaydada ləğv edilmişdir. Tələbnamədə bundan əlavə yanlış məlumatlar qeyd olunmuşdur. Belə ki, ödənişləri onlar müqaviləyə xitam vermədiyi vaxtlar qəbul etmişlər. Tələbnamənin sonunda qeyd edib ki, “müqavilənin ləğvinə xitam verin və yenidən ödənişləri edim.” İddiaçı özü müqavilənin ləğv edilməsini qəbul edib və bilib. Bu həmişə belədir ki, gecikmələr olduqda, müqaviləyə birtərəfli qaydada xitam verilir. Cavabdeh1 MMC-də işlərin gecikməsinin bir nömrəli səbəbkarı elə iddiaçıdır. Ödənişləri gecikdirərək bu halı yaratmışdır. Cavabdeh1 MMC 1 milyon 20 min manatı iddiaçıya ödəməyə razıdır. Barışıq sazişi bağlanılsın və 1 həftə ərzində onlar ödənişi həyata keçirəcəklər. İşin faktiki halı :
25. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixli, Q/Y – 002 nömrəli müqavilə bağlanılmışdır. Bu müqaviləyə əsasən icraçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında inşa edilmiş sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsinin tikintisini başa çatdırdıqdan sonra sifarişçiyə 15 dekabr 2019-cu ildə təhvil verməyi, sifarişçi isə razılaşdırılmış pul vəsaitini müəyyən edilmmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
26. İddiaçı tərəfindən müqavilə üzrə xx.xx.2018-ci il tarixində 500000 manat, xx.xx.2018-ci il tarixində 200000 manat, xx.xx.2018-ci il tarixində 15000 manat, xx.xx.2025-ci il tarixində 15000 manat, xx.xx.2018-ci il tarixində 15000 manat, xx.xx.2019cu il tarixində 15000 manat, xx.xx.2019-cu il tarixində 15000 manat, xx.xx.2019-cu il tarixində 15000 manat xx.xx.2019-cu il tarixində 15000 manat, xx.xx.2019-cu il tarixində 15000 manat və xx.xx.2020-ci il tarixində 200000 manat ödəniş edilmişdir.
27. Cavabdeh1 MMC tərəfindən İddiaçı aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y-002 nömrəli müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməməsi səbəbindən onunla bağlanılmış müqavilənin xx.xx.2019-cu il tarixindən birtərəfli qaydada ləğv ediləcəyi barədə xx.xx.2019-cu il tarixli bildiriş göndərilmişdir.
28. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y – 002 nömrəli müqaviləyə xx.xx.2020-ci il tarixli Əlavə Razılaşmaya əsasən icraçı sifarişçinin xx.xx.2020-ci il tarixinədək 820000 manat ödədiyini təsdiq etmiş, sifarişçi xx.xx.2020-ci il tarixədək 200000 manat, 425200 manat məbləğində borcu xx.xx.2021-ci il tarixindən hər ay 15000 manat olmaqla qrafik üzrə ödəməyi, icraçı xx.xx.2021-ci il tarixinədək dəmirbeton işlərini tamamlamağı öhdəsinə götürmüşdür.
29. Cavabdeh1 MMC tərəfindən İddiaçı aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y – 002 nömrəli müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməməsi səbəbindən onunla bağlanılmış müqaviləyə xx.xx.2021-ci il tarixindən birtərəfli qaydada ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli bildiriş göndərilmişdir.
30. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında inşa edilmiş sahəsi 578.08 kv.m, 1 kvm-nin qiyməti 2450 manat, ümumi dəyəri ******* manat olan qeyriyaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixli, Q/Y-019 nömrəli müqavilə bağlanılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 tərəfindən müqavilənin dəyəri tam şəkildə ödənilmişdir.
Məhkəmə baxışının hədləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarı
Məhkəmənin mövqeyi :
35. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
36. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:
1. Cavabdeh1 MMC-nin üzərinə qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin qoyulması.
2. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanılan Q/Y-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi .
İddia tələbinin “Cavabdeh1 MMC-nin üzərinə qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin qoyulması” hissəsi ilə bağlı:
37. İddiaçı tərəfindən iddia tələbinin “Cavabdeh1 MMC-nin üzərinə qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin qoyulması” hissəsi cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi, onun tərəfindən öhdəliyin yerinə yetirilməsinə baxmayaraq qeyri-yaşayış sahəsinin təhvil verilməməsi ilə əsaslandırılmışdır.
38. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
40. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
41. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, Q/Y-002 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh üzərinə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında inşa edilmiş sahəsi 578.08 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixdə iddiaçıya təhvil verməyi, iddiaçı müqavilə qiymətinin, yəni ******* manatın 500000 manat hissəsini ilkin olaraq, qalan 945200 manat hissəsini isə 50 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək ödəməyi öz üzərinə öhdəlik götürmüşdür.
42. Müəyyən edilmişdir ki, iddiaçı müqaviləyə uyğun olaraq xx.xx.2018-ci il tarixində 500000 manat ödəniş həyata keçirmiş, qalan 945200 manat ödənişi isə tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y-002 saylı müqaviləyə 1 nömrəli əlavə olan ödəniş qrafikinə əsasən xx.xx.2018-ci il tarixində 200000 manat, xx.xx.2018-ci il tarixindən başalayaraq xx.xx.2022-ci il tarixinədək hər ay 15000 manat olmaqla ödənilməsinə dair razılıq əldə edilmişdir.
43. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y-002 saylı müqaviləyə 1 nömrəli əlavə olan ödəniş qrafikinin tələbləri pozulmuş, xx.xx.2018-ci il tarixində 200000 manat, 2018-ci ilin aprel, may, iyul, avqust aylarında hər ay 15000 manat ödəniş edilsə də, 2018-ci ilin sentyabr ayından ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik lazımi qaydada icra edilmədiyindən Cavabdeh1 MMC tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixində məktub ünvanlanaraq müqavilənin xx.xx.2019-cu il tarixindən birtərəfli qaydada ləğv ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən edilmiş xəbərdarlıqdan sonra iddiaçı tərəfindən 2019-cu ilin iyun, avqust, sentyabr, oktyabr, noyabr aylarında hər ay 15000 manat olmaqla ödəniş edilmişdir. Daha sonra tərəflər arasında razılıq əldə edilərək xx.xx.2020-ci ilin dekabr ayında xx.xx.2018-ci il tarixli, Q/Y- 002 saylı müqaviləyə Əlavə razılaşma bağlanılmışdır. Həmin razılaşmaya əsasən iddiaçı üzərinə xx.xx.2020-ci il tarixinədək 200000 manat ödəniş etməyi, qalan 425200 manat borcu isə xx.xx.2021-ci il tarixindən hər ay 15000 manat olmaqla qrafiq üzrə ödəməyi, cavabdeh isə xx.xx.2021-ci il tarixinədək dəmir-beton işlərini tamamlamağı öhdəsinə götürmüşdür. Həmin razılaşmaya əsasən müqavilənin digər şərtlərinin dəyişilməz olaraq qalmasına dair razılıq əldə edilmişdir.
44. İddiaçı tərəflər arasında əldə edilmiş yeni razılaşmanın da tələblərini pozmuş, xx.xx.2020-ci il tarixində 200000 manat ödəniş etsə də, xx.xx.2021-ci il tarixindən hər ay 15000 manat ödəniş etməli olmasına baxmayaraq ödəniş etməmişdir.
45. İddiaçı tərəfindən üzərinə götürülən öhdəlik lazımi qaydada icra edilmədiyindən Cavabdeh1 MMC tərəfindən xx.xx.2021-ci il tarixində iddiaçıya məktub ünvanlanaraq tərəflər arasında bağlanılmış müqavilənin xx.xx.2021-ci il tarixində birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir.
46. İşin məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC tərəfindən müqavilə ləğv edildikdən sonra mübahisə obyekti olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixində Cavabdeh2 ilə müqavilə bağlanılmış, müqavilə qiyməti olan ******* manat Cavabdeh2 tərəfindən tam şəkildə ödənilərək, cavabdehə xx.xx.2022-ci il tarixində borcun olmamasına dair maliyyə arayışı verilmişdir.
47. Hazırda isə iddiaçı tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, Q/Y-002 saylı müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsinin qanunsuz olduğunu bildirməklə, müqavilə üzrə ödənilməli olan vəsaitin qalan hissəsi ödənilməklə qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən iddiaçıya təhvil verilməsini istəyir.
48. Belə olan halda mülki iş üzrə məhkəmə tərəfindən ilk növbədə qiymət verilməli olan məsələ cavabdeh tərəfindən tərəflər arasında bağlanılmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunauyğun olub-olmamasıdır.
49. Mülki qanunvericiliyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər (MM 421.2m). Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (MM421.3m).
50. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda.
51. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
52. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (MM 1.1-ci maddəsi).
53. Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır.
54. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.
55. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır.
56. Hazırki mülki iş üzrə tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli Q/Y-002 saylı müqavilənin 2.1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, icraçı, yəni Cavabdeh1 MMC sifarişçi, yəni İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ödənişləri gecikdirdikdə bu müqavilə bəndlərinə uyğun hərəkət edərək müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin qeyri-yaşayış sahəsinə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququna malikdir. Həmçinin nəzərdə tutulmuşdur ki, bu bəndə nəzərdə tutulmuş hal baş verərkən qeyri-yaşayış sifarişçiyə təhvil verilmişdirsə, icraçı eyni zamanda sifarişçidən dərhal qeyri-yaşayışı boşaltmasını və təhvil verməsini tələb edə bilər.
57. Göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilədə müqavilə azadlığı və iradə sərbəstliyi prinsipləri əsasında iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ödənişlərin gecikdirilməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi şərti olaraq müəyyən edilmişdir.
58. İşin mübasisəsiz halı isə ondan ibarətdir ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik lazımi qaydada icra edilməmiş, müqavilənin 2.4.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müqavilə məbləğini vaxtında və tam şəkildə ödəmək vəzifəsi olaraq müəyyən edilməsinə baxmayaraq ödəniş qrafikini pozmuş, ödənişləri vaxtıvaxtında həyata keçirməmişdir.
59. İddiaçı ödənişləri ödəniş qrafiki üzrə həyata keçirməməsinin səbəbini onunla əsaslandırmışdır ki, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, MM-in 562.1-ci maddəsinə əsasən ləngitmə hüququndan istifadə etmişdir.
60. Mülki Məcəllənin 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasında imtina edə bilər (ləngitmə hüququ).
61. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli Q/Y-002 saylı müqavilədə Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə öhdəliyin xx.xx.2019-cu il tarixdə icrası, iddiaçının isə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində, yəni xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay qrafik üzrə ödəmək öhdəliyi nəzərdə tutulmuşdur. Belə olan halda sual yaranır ki, iddiaçının 2018-ci ilin sentyabr ayından başlayaraq, yəni iddiaçının cavabdeh barəsində ödəniş müddəti çatmış tələbi olmadığı halda ləngitmə hüququndan istifadə edərək ödəniş etməməsinin səbəbi nə olmuşdur.
62. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ləngitmə hüququndan istifadə edərək ödənişləri həyata keçirməməsi üçün əsas hesab etdiyi hala dair, yəni ödənişləri həyata keçirməyi dayandırdığı vaxtda müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəlik və həmin öhdəliyin icra edilməməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir.
63. Əksinə qeyd etdiyimiz kimi müqavilədən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixdə qeyri-yaşayış sahəsini təhvil vermək öhdəliyi daşımasına baxmayaraq iddiaçı 2018-ci ilin sentyabr ayından ödənişləri dayandırmış, bu da təbiidir ki cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyin icrasında gecikmələrə səbəb omuşudur.
64. Hər bir halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməməsi belə iddiaçını müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən azad etmir.
65. İddiaçı cavabdeh tərəfindən müqavilə ləğv edildikdən sonra cavabdeh ilə danışıqlar aparıldığını, razılıq əldə edildiyini, bu səbəbdən məhkəmədən iddia ərizələrini geri götürdüklərini bildirsə də, tərəflər arasında əldə edilmiş razılığa dair məhkəməyə sübut təqdim edilməmişdir.
66. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin əsaslandırılmasından da aydın görünür ki, iddiaçı cavabdeh ilə aparılan danışıqlarda qalan məbləği qeyri-yaşayış sahəsi təhvil verildikdən sonra ödəyəciyini bildirdiyini qeyd etmişdir. Halbuki müqavilə üzrə iddiaçı ilk növbədə ödənişləri vaxtı-vaxtında həyata keçirmək öhdəliyi daşımış və bundan sonra qeyri-yaşayışa dair hüquqları əldə etmək, o cümlədən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlı tələb hüququnu əldə etmək hüququna malik olmuşdur.
67. Məhkəmə vurğulayır ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və bu münasibətlər qüvvədə olduğu müddətçə vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq davranışı bir-birindən tələb etmək hüququna malikdirlər. Belə ki, qanunvericilk digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı, məsələn, qarşı tərəfi müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etməklə hərəkət etməyi qadağan edir və müqavilə tərəfləri üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
68. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
69. Hazırki mülki iş üzrə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik lazımi qaydada icra edilməmiş, ödəniş qrafiki üzrə yerinə yetirməli olduğu öhdəlik dəfələrlə pozulmuşdur.
70. Belə ki, iddiaçı müqavilə bağlanıldığı xx.xx.2018-ci il tarixindən bir neçə ay müqavilə üzrə ödənişi həyata keçirmiş, lakin 2018-ci ilin sentyabr ayından başlayaraq 2019-cu ilin iyun ayınadək ödənişləri həyata keçirməmişdir. İşdən görünür ki, 2019-cu ilin fevral ayında cavabdeh tərəfindən iddiaçıya müqavilənin ləğv ediləcəyinə dair xəbərdarlıq məktubu göndərilmiş, həmin xəbərdarlıqdan bir neçə ay sonra ödənişlər həyata keçirilməyə başlanılmışdır. İddiaçı tərəfindən 2019-cu ilin iyun, avqust, sentyabr, oktyabr, noyabr aylarında ödənişlər həyata keçirilsə də, yenidən ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixində tərələr arasında yeni razılaşma əldə edilmiş və həmin razılaşma ilə iddiaçıya yeni ödəniş qrafiki müəyyən edilsə də, iddiaçı yenə də qrafik üzrə ödənişi həyata keçirməmişdir.
71. Tərəflər arasında bağlanılmış müqavilədə sifarişçi, yəni iddiaçının icraçıdan tikinti işlərinin sonunda (müqavilə qiymətinin və müqavilə ilə nəzərdə tutulmuş digər pul öhdəliklərinin tam ödənişini təmin etdiyi halda) qeyri-yaşayışı müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə təhvil almaq hüququ (bənd 2.3.2), o cümlədən müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ödənişləri gecikdirdikdə icraçının tələbi ilə dərhal qeyriyaşayışı boşaltmaq və icraçıya təhvil vermək (bənd 2.4.7), qeyri-yaşayışa dair əldə etdiyi hüquqları ancaq tam ödənişi başa çatdırdıqdan sonra əldə etmək (bənd 2.4.6) vəzifəsi nəzərdə tutulmuşdur.
72. Göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilədə müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahəsinin dəyərinin tam şəkildə ödənilməsi iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hüquqları əldə etməsinin əsas şərti olaraq müəyyən edilməsinə, hətta qeyri-yaşayış təhvil verildiyi halda belə ödənişlərin həyata keçirilməməsi qeyri-yaşayış sahəsinin dərhal boşaldılaraq icraçıya təhvil verilməsi şərti olaraq müəyyən edilməsinə baxmayaraq iddiaçı müqavilə şərtini, öhdəliyini dəfələrlə pozaraq ödənişləri vaxtı-vaxtında həyata keçirməmiş, yalnız cavabdeh tərəfindən müqavilə birtərəfli qaydada ləğv edildiyi vaxtdan uzun müddət sonra ödənişi həyata keçirmək üçün cavabdehə ərizə ilə müraciət etmişdir.
73. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə üzrə üzərinə düşən öhdəliyi dəfələrlə pozması nəticəsində cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli Q/Y-002 saylı müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsi qarşı tərəfə bildirilməklə müqavilə birtərəfli qaydada ləğv edilmişdir.
74. Konstitusiya Məhkəmə Plenumun formalaşdırdığı hüquqi mövqeyə əsasən Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir.
75. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə yerinə yetirmədiyindən cavabdeh müqaviləni ləğv etməkdə haqlı olmuş, tərəflər arasında bağlanılmış müqavilənin birtərəli qaydada ləğv edilməsi məhkəmədən kanar qaydada baş vermişdir.
76. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilənin 10.2-ci bəndində icraçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, sifarişçi tərəfindən icraçıya ödənilmiş vəsait, həmin qeyri-yaşayış üçüncü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 iş günü ərzində sifarişçiyə qaytarılacağı nəzərdə tutulmuşdur.
77. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, onlar həmin vəsaiti ödəməyə hazırdırlar.
İddia tələbinin “Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanılan Q/Y-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı:
78. İddiaçı Cavabdeh2 qarşı olan “müqavilənin etibarsız hesab edilməsi” tələbini Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanılan Q/Y-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin uydurma əqd olması ilə əsaslandırmışdır.
79. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
80. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
82. İşin müəyyən edilmiş faktiki halı odur ki, mübahisə obyekti olan qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış müqavilə cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilmiş və ləğv edildikdən sonra Cavabdeh2 ilə müqavilə bağlanılmışdır.
83. Məhkəmə tərəfindən Cavabdeh1 MMC tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsaslı olduğu, qanunauyğun həyata keçirildiyi müəyyən edilmişdir.
84. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanılan Q/Y-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin etibarsızlığı tələbini irəli sürməkdə subyektiv hüquqa malik deyildir.
85. Bununla belə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
86. Əqdin uydurma (əhəmiyyətsiz) sayılması üçün onun etibarsızlığını iddia edən tərəf qeyd edilən normanın dispozisiya şərtlərini sübuta yetirməlidir.
87. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə Cavabdeh1 MMC tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsi qarşı tərəfə bildirildikdən sonra, yəni onun iddiaçı qarşısında qeyri-yaşayış sahəsini təhvil vermək ilə bağlı öhdəliyi olmadığı halda Cavabdeh1 MMC tərəfindən öz əmlakına sərəncam verilməsinin hansı səbəbdən etibarsız olması, başqa bir ifadə ilə, onların müqavilə bağlamaqla görüntü yaratmaqda məqsədlərinin nədən ibarət olması əsaslandırılmamışdır.
88. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumu “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı.
89. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanılan Q/Y-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin etibarsızlığını təsdiq edən hallar müəyyən edilməmişdir. Cavabdeh2 mübahisə obyekti olan qeyri-yaşayış sahəsinin dəyərini tam şəkildə ödəmiş, qanunla müəyyən edilmiş qaydada sahiblik hüququ əldə etmiş vicdanlı sahibdir. Məhkəmə xərcləri:
90. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
91. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı olan İddiaçı tərəfindən Cavabdeh1nə 425.200 manat ödənilməklə, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında inşa edilmiş sahəsi 578.08 kv.m olan qeyri yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanılmış Q/Y-019 nömrəli, xx.xx.2021-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməməlidir.
92. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı olan İddiaçı tərəfindən Cavabdeh1nə 425.200 manat ödənilməklə, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında inşa edilmiş sahəsi 578.08 kv.m olan qeyri yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanılmış Q/Y-019 nömrəli, xx.xx.2021-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələri 2535-ci məhəllə, D1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva