Məhkəmə qərarları › İş №e-2(008)-1045/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1045/2021

26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1045/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı Hidayət qızının, Cavabdeh2, Cavabdeh1 vəkili X2 iştirakları ilə, İddiaçı Hidayət qızının Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi ziyanın ödənilməsi dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hidayət qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2019-cu ilin aprel ayında cavabdehlər tərəfindən borc alınmış 1000 manat məbləğində pul vəsaitinin, iddiaçı ilə Kapital Bank ASC arasında bağlanmış 26 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bankdan öz adına cavabdehlər üçün götürdüyü kreditə görə dəymiş maddi zərər qismində 1557,53 manat məbləğində pul vəsaitinin, iddiaçı ilə BOKT "xxxx" MMC arasında bağlanmış 04 iyun 2019-cu il tarixli 030-EMB-0543-19 saylı müqaviləyə əsasən "xxxx" MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədi ilə ayrılmış 3909 manat məbləğində əsas kredit və 1050,63 manat faiz borcu ilə birlikdə 4 959,63 manat məbləğində pul vəsaitinin, ümumilikdə isə 7517,16 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq ödənilməsi, Cavabdeh2 cinayət əməli nəticəsində iddiaçının burnuna vurulmuş xəsarətlərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar dəymiş maddi zərər qismində 2500 manat məbləğində pul vəsaitinin, Cavabdeh2 cinayət əməli nəticəsində iddiaçıya dəymiş mənəvi zərər qismində 3000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 5500 (beş min beşyüz) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya aşağıda qeyd etdiyi maddi və mənəvi zərərlər dəymişdir. 2019-cu ilin aprel ayında Cavabdeh2 iddiaçıdan 1000 manat məbləğində pul vəsaitini borc almışdır. Bu halı Cavabdeh3 etiraf etmiş, həmin məbləğin Cavabdeh2 tərəfindən qızı Rəna üçün cehiz əmlak almaq məqsədi ilə ondan borc alınmasını göstərmişdir. İddiaçı ilə Kapital Bank ASC arasında bağlanmış 26 .04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı öz adına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üçün 1170 manat məbləğində kredit götürüb cavabdehlərə vermiş, həmin müqaviləyə əsasən o, Bank qarşısında əsas borc məbləği 1170 manat, faiz borcu 387,53 manat olmaqla ümumilikdə 1557,53 manat məbləğində pul vəsaitini Banka qaytarmaq öhdəliyi götürmüş, cavabdehlər isə həmin pul vəsaitini Banka vaxtlı-vaxtında ödəməyi öhdələrinə götürsələr də həmin kredit məbləğini ödəmədiyindən iddiaçı krediti ödəmək məcburiyyətində qalmış, bunun nəticəsində ona ümumilikdə 1557,53 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı ilə BOKT "xxxx"MMC arasında bağlanmış 04.06.2019-cu il tarixli 030-EMB- 0543-19 saylı müqaviləyə əsasən "xxxx" MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədi ilə ayrılmış 3909 manat məbləğində əsas kredit və 1050,63 manat faiz borcu ilə birlikdə 4 959,63 manat məbləğində pul vəsaitini ödəmədiklərinə görə cavabdehlər iddiaçıya 4 959,63 manat məbləğində zərər vurmuşdur. Cavabdeh2 cinayət əməli nəticəsində iddiaçının burnuna vurulmuş xəsarətlərin nəticələrinin aradan qaldırılması üçün lazım olan 2500 manat məbləğində pul vəsaitinin maddi zərər qismində cavabdehlərdən tələb etmək hüququ var. Cavabdeh2 cinayət əməli nəticəsində iddiaçıya baş beyin silkələnməsi, burun sümüyünün xətti sınığı, sağ göz yuvası ətrafı nahiyənin, burun nahiyyəsinin, sağ əlinin V barmağının sınması, sağ əlin və sağ baldırın qançırları xəsarətləri almağı nəticəsində o, neçə gün mənəvi iztirablar çəkmiş, hətta bu vaxta qədər burnunun sınığının müalicə etdirə bilməməyindən mənəvi sarsıntı vermiş, bunun nəticəsində isə ona 3000 manat məbləğində mənəvi zərər dəymişdir. Cavabdeh3 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Anası onun xəstə olduğunu bildirmiş, lakin bunu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Hidayət qızı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təm təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək qeyd etdi ki, oğlu Məhəmməd keçən məhkəmə iclasında 1000 manat və 1170 manatı etiraf etmiş, halhazırda xəstə olduğuna görə gəlməyib, dediyini bu gün də təsdiq edir. Embafinansa olan borcu hissə-hissə ödəyir. Cavabdeh1 vəkili və nümayəndəsi X1 qarşı iddianın rədd edilməsini xahiş etdi. Əvvəllər keçirilmiş məhkəmə iclasında Cavabdeh3 iddiaçı ilə birlikdə işlədiyini, iddiaçının onların evinə gedib gəldiyini, bacısının toyu ilə əlaqədar anasının iddiaçıdan borc pullar aldığını, 1000 manatı pulu o, özü işləyib hissə-hissə iddiaçıya qaytaracağını bildirmişdir. Məhkəmə tərəflərin izihatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia Cavabdeh2 və Cavabdeh3 qarşı qismən təmin, Cavabdeh1 qarşı rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı Hidayət qızı Cavabdeh3 ilə birlikdə işləmiş, aralarında yoldaşlıq münasibəti yaranmış, iddiaçı onların evinə gedib gəlmişdir. 2019-cu ilin aprel ayında Cavabdeh2 iddiaçıdan 1000 manat məbləğində pul vəsaitini tərəfindən qızı üçün cehiz əmlak almaq məqsədi ilə alınmasını üçün borc almışdır. Bu halı Cavabdeh3 məhkəmə prosesində etiraf etmiş, sonradan da Cavabdeh2 bunu inkar etməmişdir. İddiaçı ilə BOKT "xxxx" QSC arasında bağlanmış 04.06.2019-cu il tarixli 030-EMB- 0543-19 saylı müqaviləyə əsasən "xxxx" QSC-nin istehsal etdiyi mebelləri almaq məqsədi ilə iddiaçıya 3909 manat məbləğində əsas kredit ayrılmış, həmin kreditə 1050,63 manat faiz borcu hesablanmış, ümumilikdə qaytarılası məbləğ 4 959,63 manat hesablanmışdır. Cavabdeh2 həmin mebellərin onun tərəfindən qızı üçün alındığını etiraf etmiş və "xxxx" QSC-yə özü tərəfindən ödəniş edildiyini bildirmişdir. Məhkəmənin sorğusuna əsasən BOKT "xxxx" QSC tərəfindən verilmiş 02.06.2021ci il tarixli maliyyə arayışına əsasən adıçəkilən müqavilə üzrə İddiaçı Hidayət qızının qalıq ümumi borcu 3318,63 manat təşkil edir. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 26 .04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən idiaçı 1170 manat məbləğində kredit götürmüş, həmin müqaviləyə əsasən o, Bank qarşısında əsas borc məbləği 1170 manat, faiz borcu 387,53 manat olmaqla ümumilikdə 1557,53 manat məbləğində pul vəsaitini Banka qaytarmaq öhdəliyi götürmüşdür. Həmin 1557,53 manatı iddiaçı "xxxx" ASC-cə ödəmişdir. Cavabdehlər bu halı etiraf etməsələr də, inkar da etməmişdilər. Həmin kreditin tarixi o biri borclarla eyni dövrə təsadüf etdiyindən məhkəmə həmin pulun da Cavabdeh2 üçün götürüldüyünü inandırıcı hesab edir. Beləliklə, 1000 manat, 3318,63 manat və 1557,53 manatın faktiki olaraq iddiaçı tərəfindən Cavabdeh3 vasitəsilə Cavabdeh2 verildiyi təsdiq edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin bu hissədə qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdehlər Cavabdeh3 vasitəsilə Cavabdeh2 iddiaçıdan 1000 manat məbləğində borc götürmüşdür, faktiki Nahid zamin olmuşdur və bu məbləğ onlardan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə müəyyən etmişdir, iddiaçı "xxxx" ASC-dən və BOKT "xxxx" QSC-dən Cavabdeh3 vasitəsilə Cavabdeh2 qız üçün kredit götürmüş, "xxxx" ASC-yə 1557,53 manatı ödəmiş, BOKT "xxxx" QSC-yə 3318,63 manat borcu qalmış və BOKT "xxxx" QSCnin məhz iddiaçıya tələbetmə hüququ yaranmışdır. Odur ki, həmin məbləğlər 1557,5 və 3318,63 manat Cavabdeh3 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia birinci, ikinci və üçüncü hissədə qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 5876,13 manat (1000 + 1557,5 + 3318,63) iddiaçının xeyrinə tutulmalı, iddia üç tələb üzrə qalan hissədə və Cavabdeh1 qarşı rədd edilməlidir. Belə ki, "xxxx" QSC-nin ödənişləri Cavabdeh2 etmiş və qalıq borc məhz təmin edilən hissədə olmuşdur. Cavabdeh1 bu mələğlərin alınmasında hər-hansı bir iştirakının olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 cinayət əməli nəticəsində iddiaçının burnuna vurulmuş xəsarətlərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar dəymiş maddi zərər qismində 2500 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulması hissəsində rədd edilməlidir. Belə ki, Sabunçu rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli hökmü ilə Cavabdeh2 digər xəsarətlərlə yanaşı, iddiaçının burun sümüyünün xətt sınığı xəsarəti yetirdiyinə görə təqsirli bilinib 09 ay islah işləri cəzasına məhkum olmuşdur. Məhkəmə tərəfindən məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və Patoloji- Anatomiya Birliyi» X8 tərəfindən verilmiş 800/KEŞ nömrəli rəyə əsasən iddiaçının burun nahiyəsində septumda estetik olaraq carrahiyyə əməliyatına ehtiyac var, lakin əməmliyyatın icrası üçün vəsaitin miqdarı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı belə bir iddia ilə burnunu əməliyyat etdirib sonra sərf etdiyi məbləğ barədə iddia qaldıra bilər. Hazırda ehtimal edilən əməliyyata dair iddiaçı pul tələbi irəli sürə bilməz. Odur ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia 3000 manat mənəvi ziyanın Cavabdeh2 tutulması hissəsində qismən, 300 manat hissədə təmin, qalan hissədə rədd ediməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 əməlləri nəticəsində həqiqətən məvəi iztirablara məruz qalmışdır. Lakin, 3000 manat məbləğində mənəvi zərər sübuta yetirilmədiyindən, məhkəmə həmin məbləği hədsiz dərəcədə yüksək hesab edir və 300 manat hissədə ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 5876,13 manat məbləğində maddi zərər iddiaçı İddiaçı Hidayət qızının xeyrinə tutulsun. Cavabdeh2 300 manat məbləğində mənəvi zərər iddiaçı İddiaçı Hidayət qızının xeyrinə tutulsun. İddia qalan hissədə və Cavabdeh1 qarşı rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar