Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1162/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-2404/2018 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X2 üçün ödədiyi aliment məbləğinin dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlaması üçün hər ay 200 manat alimentin alınaraq ona verilməsi, xx.xx.2022- ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlaması üçün hər ay 200 manat alimentin alınaraq ona verilməsi, xx.xx.2022-ci il təvəllüdlü X5 yaşına çatanadək özünün saxlanmağı üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alıanaraq ona verilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2022-ci ildən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı ildə evlənərək ailə həyatı qurmuşdur. Bu münasibətləri həmin tarixdə Şuşa Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmiş, hazırda həmin nikah pozulmuşdur. Həmin vaxta qədər təsərrüfatı birgə idarə etməklə bir yerdə yaşamışlar. Birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Cavabdeh Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 2404/2018 saylı qətnaməsi ilə aliment ödəməli olduğu halda aliment ödəməmək üçün onu aldadaraq barışmış kimi hərəkət etmiş, sonradan nikahını qeyd aldırmasa da, bu ilin may ayına qədər ailə şəklində yaşasa da may ayında etdiyi xəyanətlərin səbəbindən (başqa bir ailəsi və ordan uşağının olması) o, yenidən ata evinə qayıtmış və onun ona yaşatdığı stressdən hamiləliyini sonlandırmaq istəsə də bir cana qıya bilməmiş və xx.xx.2022-ci ildə X8 dünyaya gətirdi. Cavabdeh isə bugünə qədər yalnız şikayət verəcəyi hədəsindən sonra uşağa atalığın müəyyən edilməsi haqqında şəhadətnamə vermiş, alimentləri ödəməkdən isə yayınmışdır. Cavabdeh kifayət qədər qazanclı işlə məşğul olmasına baxmayaraq uşağın saxlanması ilə maraqlanmır. O, uşağın saxlanmasında və s. xərclərində çətinlik çəkir. Heç bir yerdə işləmir. Uşağın və onun bütün xərclərini valideynləri çəkir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o aliment ödəməkdən yayınır. Belə ki, o may ayından indiyə qədər 1 manat belə köməklik etməyib, xəstəxana (doğum) xərclərini də qarşılamayıb. May ayından bu yana öz uşaqları ilə maraqlanmaması azmış kimi onun qızıl-zinət əşyalarını da mənimsəyərək qaytarmamışdır. Onun ailəsinə qarşı belə laqeydliyindən artıq uşağın saxlanması üçün alimentin alınmasını məhkəmədən xahiş edir. 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edilməsini və uşaqların xərclərinin hər keçən gün artmasını nəzərə alaraq məhkəmə qaydasında hər uşağa uşağa görə 200 manat olmaqla, cəmi 400 və uşaqların azyaşlı olduğundan işləyə bilmədiyi üçün özünün saxlanma xərcim kimi 100 manat aliment alınması zərurəti yaranıb. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Sabunçu Rayon Məhkməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 2404/2018 saylı qətnaməsi ilə xx.xx.2017-ci i təvəllüdlü X2 üçün ödədiyi aliment məbləğinin dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat alınaraq ona verilməsi, xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat alimentin alınaraq ona verilməsi, xx.xx.2022-ci il təvəllüdlü X5 3 yaşına çatanadək özünün saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi, alimentin rurulması əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması, iddia ərizəsi üçün ödənilməli dövlət rüsumunun cavabdehdən tutulması, mediasiya üçün ödədiyi 50 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək hər uşaq üçün 220 manat, xx.xx.2022-ci il tarixdə doğulmuş X10 üçün 3 yaşına çatandək 50 manat məbləğində alimetin tutulmasına etiraz etmədiyini, lakin alimentin may ayından deyil, sentyabr ayından hesablanması xahiş etmişdir. Sentyabr ayınadək maddi imkanı yaxşı olduğu üçün 250 manat pul ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan 4 saylı “Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 331849 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş X6 atası Cavabdeh, anası İddiaçıdır. - 4 saylı “Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 796612 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(008)- 2404/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh məhkəməyə müraciət edildiyi xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının ¼ hissəsi miqdarında məbləğində aliment, X4 üç yaşına çatanadək ananın saxlanması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 273 Sərəncamı ilə xx.xx.2017-ci il təvəllüdlü X4 adı “Xəlil” adına dəyişdirilməsinə razılıq verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli nikahın pozulması barədə şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X12 arasında nikah 12 aprel 2019-cu il tarixdə 162 nömrəsi ilə ləğv edilmişdir. Kişiyə Eyvazov, qadına Vəliyeva soyadı verilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin 2(005)-490/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Eyvazova ( Novruzova) Təhminə Elmar qızı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahından pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X11 iddiaçı X3 yanında qalması, xx.xx.2021ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər aya görə 175 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulması, xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulması qərara alınmışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə ilk öncə iddia tələbinin alimentin artırılma hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırda cavabdehin rəsmi iş yerinin olmaması məhkəmənin qətnaməsi ilə tutulan alimentin icrasına çətinlik törətdiyindən, bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin tutulma qaydası dəyişdirilməli və alimentin dəyişdirilmiş məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2022- ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlaması üçün hər ay 220 manat alimentin alınaraq ona verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2022-ci il təvəllüdlü X10 hazırda ananın yanında olduğundan, cavabdeh ilə iddiaçı arasında uşağın saxlanmasına dair razılıq olmadığından və tələb edilən alimentin məbləği minumum həddə olduğundan iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2022-ci il təvəllüdlü X5 3 yaşına çatanadək özünün saxlanmağı üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Ailə Məcəllənin 85.1.1-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 100 manat məbləğində əlavə aliment tələb etsə də, sonuncunun aylıq əlavə gəlirə malik olması, hər ay həmin aliment məbləğini ödəmək iqtidarında olması barədə məhkəməyə hər-hansı bir sübut təqdim etmədiyindən, digər nikahdan olan uşağın saxlanması üçün əlavə 175 manat alimentin ödənilməsin nəzərə alaraq, xx.xx.2022-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən 50 manat sabit pul məbləğində alimentin tutulması ədalətli hesab olunmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin alimentin tutulmasının əvvəlinin xx.xx.2022-ci ildən hesablanması hissəsinə münasibət bildirərək qeyd edirki, iddia tələbi bu hissədə qismən məhkəməyə müraciət edildiyi tarixdən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, 50 (əlli) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(008)- 2404/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2017ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi ) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. xx.xx.2022-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il tarixdə doğulmuş X10 3 yaşına çatanadək 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə xx.xx.2022-ci il tarixdə doğulmuş X1 və xx.xx.2022-ci il tarixdə doğulmuş X10 3 yaşına çatanadək iddiaçının saxlanması üçün tutulan aliment hissəsində dərhal icra edilsin. 50 (əlli) manat mediyasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1162/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1162/2023
07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver