Məhkəmə qərarları › İş №e-2(008)-1309/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1309/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1309/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1943/2023-cü il saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin miqdarı azaldılması, cavabdehin xeyrinə ondan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 150 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1943/2023 saylı qəntnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində bağlanmış 1093 saylı akt qeydli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X10 anasının himayəsində saxlanmışdır. Ondan Cavabdeh xeyrinə, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cu il tarixdən başlayaraq, hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir. Aylıq əmək haqqısı 500 manat təşkil edir. Bu faktı vətəndaşın iş yeri barədə arayışı təsdiq edir. Belə ki, yuxarıda qeyd etdiyi kimi onun əmək haqqısı 500 manat təşkil edir. Bu pulun % hissəsi 125 manat edir. O, hal-hazırda 150 manat ödəyə bilər. Əvvəlki alimentdən 150 manat çıxdıqda yerdə 150 manat qalır. Onun illik hissəsi 150*12=1800 manat edir. Həmin məbləğin dövlət rüsumu isə 38 manat edir. Mediasiya üçün 60 manat ödədiyindən və bu məbləğ ödəməli olduğu 38 manatı əhatə etdiyindən o rüsumdan azad edilməlidir. Uşağın anası da hal-hazırda sığorta şirkətində işləyir. Onun da aylıq gəliri var. Bu faktı elektron məhkəmə informasiya sistemindəki məlumatlarla dəqiqləşdirmək olar. Uşaq üzərində hər iki valideyn eyni dərəcədə hüququ və vəzifələrə malikdirlər. Uşağın saxlanılmasında hər iki valideyn bərabər vəzifə daşıyır. Onun da uşağın ehtiyaclarını ödəmək üçün onunla bərabər vəzifəsi vardır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni zamanda bildirdi ki, onun hal-hazırda rəsmi iş yeri olsa da, əlavə gəlirinin olmamasına baxmayaraq onun aylıq gəlirindən tutulan alimentin miqdarı çox olduğundan aliment dəyişdirilərək əmək haqqısından ¼ olmaqla tutulmasını xahiş etmişdir. Belə ki, onun əlavə gəliri avtomobilindən olmuş, işdən sonra avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hal-hazırda cavabdeh əmlak bölgüsünə dair iddia tələbi ilə müraciət etdiyindən əmlakı bölündüyü üçün artıq əlavə gəliri yoxdur. Məhkəmə iclasında iştirak etmiş X5 iddia tələbinə etiraz edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Bildirdi ki, iddiaçı taksi fəaliyyəti ilə məşğul olmamış, əgər belə fəaliyyətlə məşğul olmuşdursa bununla bağlı sübutlarını təqdim etməsini, hal-hazırda kirayədə qalmasını, maddi vəziyyətinin çətin olmasını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1943/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı və X5 arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində bağlanmış 1093 saylı akt qeydi ilə nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X10 anası X4 himayəsində saxlanılması, İddiaçı Cavabdeh xeyrinə, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. AZEMİS “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh "xxxx" MMC-də ticarət agenti, səyyar/pərakəndə satış vəzifəsində 500 manat əmək haqqısı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Belə növ iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, alimentin məbləğinin azaldılması onun övladlarının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı hallar, alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını sübuta yertirə bilməmişdir. Belə ki, iddiaçı 300 manat məbləğində aylıq aliment müəyyən edilən zaman onun mülkiyyətinə olan avtomobil vaistəsidən əlavə gəliri olduğunu, hazırda həmin avtomobilə cavabdehində payı müəyyən olunduğudan əlavə gəlir yerinin artıq olmadığını bildirsədə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 1943/2023 saylı qətnaməsində alimentin məbləğinin müəyyən edilməsi zamanı iddiaçının hazırda qeyd etdiyi hallar müəyyən edilməmişdir. Beləliklə iddiaçı əlavə qazancının işdən sonra avtomobil vasitəsilə taksi fəaliyyəti ilə məşğul olaraq əldə etdiyini bildirsə də, bu halı sübut edəcək zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar