Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-141/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehn nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X15 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdehnə, X16 və X7 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdehnə, X16 və X7 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, oğluna göstərilmiş keyfiyyətsiz tibbi xidmətə və universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə, sağlamlığına vurulmuş zərərlə bağlı ona dəymiş 65.000 ABŞ dolları maddi ziyanın, 1.000.000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, iddaçının övladı X17 xx.xx.2018-ci il tarixdə qəflətən yıxılmış və ayağını sındırmışdır. Uşağı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "xxxx" adlı özəl xəstəxanaya aparmışlar. Onları ilk olaraq xəstəxananın həkimtravmatoloqu İra Dalivalova adlı həkim qəbul etmiş və oğlu Adil Rzazadəyə qəlpəli yerdəyişməli sınıq diaqnozu qoyulmuş və dərhal əməliyyat olunmalı olduğunu bildirmişdir. Bundan sonra həkim İra Dalivalova bildirmişdir ki, oğlunu Emil Kazım adlı həkimlə birlikdə əməliyyat etsə, yüksək nəticə əldə olunacaqdır. X30 həmin xəstəxananın həkimi olmamış və dəvətlə bütün özəl klinikalarda əməliyyatlar etmişdir. Onlar həm həmin anda təlaşlı olduqları üçün, həm də İra Dalivalovanın həkim olaraq məsləhətinə olan inamlarından Emil Kazım adlı həkimin uşağı əməliyyat etməsinə razılıq vermişlər. X31 görüşlərində bildirmişdir ki, oğlunun ayağına mil qoyulacaq və gələcəkdə bu sınıqdan irəli gələn hər hansı bir zərərin olmaması üçün yüksək səviyyəli əməliyyat keçiriləcəkdir. Sonda isə həkim bildirmişdir ki, bu əməliyyat üçün onlar "xxxx" klinikasına 2500 manat pul ödəməlidirlər. İddiaçı ana olaraq oğlunun sağlamlığı üçün tələb olunan məbləğin həddindən çox yüksək olmasına baxmayaraq, təklif edilən qiymətlə razılaşmış və ödəmişdir. Beləliklə, oğlu xx.xx.2018-ci il tarixdə "xxxx"da Emil Kazim və İra Dalivalova tərəfindən əməliyyat olunmuşdur. Lakin iddiaçının oğlu əməliyyatdan müəyyən müddət keçməsinə baxmayaraq, yeriyə bilməmiş, ayağının ağrıları keçmədiyindən, yataq xəstəsinə çevrilmiş və hərarəti yüksək olmaqla bərabər, ayağından çirk gəlmişdir. Onlar isə mütəmadi olaraq X31 və İra Dalivalova ilə əlaqə saxlayaraq, səbəbini soruşduqda hər dəfəsində onları əmin etmişlər ki, əməliyyat uğurlu keçmişdir, uşaq ağrımır, sadəcə simulyasiya edir və tezliklə oğlu ayağa qalxacaqdır, sadəcə səbirli olaraq bir müddət gözləmək lazımdır. Lakin oğlunun əməliyyat olunmasından təxminən 4 ay keçdikdən sonra onun hələ də yeriyə bilməməsi və sağalmaması onlarda əsaslı şübhələr yaratmışdır. Bundan sonra onlar yenidən həkim-travmatoloq Emil Kazımın qəbuluna getmişlər. Həkimlə bu dəfə “Medika Hospital” adlı klinikada olan görüşlərində, həkim oğlunda təkrar müayinələr aparmış və bildirmişdir ki, oğlunun ayağına qoyulmuş milin başlığı (platin mil) yeriməsinə mane olduğundan, milin çıxarılması üçün yenidən əməliyyat edilməlidir. O isə yaranmış vəziyyətdən çox narahat olduğu və azyaşlı oğlunun həyatının məhv olmaması üçün oğluna təkrar əməliyyat keçirilməsinə razılıq vermişdir. X31 bu dəfə də ondan oğlunun əməliyyatı üçün 1400 manat pul ödəməli olduğunu bildirmişdir. İddiaçı bu dəfə də razılıq vermiş və həkimin tələb etdiyi məbləği ödəmişdir. Beləliklə, X31 ikinci dəfə oğlunu “Medika Hospital”da əməliyyat etmiş və oğlu 15 gün müddətində oranın stasionar şöbəsində müalicə olunmuşdur. Qeyd edir ki, əməliyyatın ortasında həkim onları əməliyyatxanaya dəvət edərək bildirmişdir ki, əməliyyat nəticəsində oğlunun ayağında ostemelit aşkar etmiş və həmin mikroblar oğlunun sümüyünü 10 sm uzunluğunda əritmişdir. Həmçinin həkim bildirmişdir ki, bu mikroblar onun səhvi ucbatından deyil, məhz "xxxx" klinikasının əməliyyatxanasında olan anti-sanitarik şərait ucbatından düşmüşdür. Həmin mikroblar müayinə olunmuş və “clipsiella” və “enterekok” mikrobu olduğu müəyyən edilmişdir. Qeyd edir ki, həmin klinikanın əməliyyatxanasından başqa xəstələrə də bu mikroblardan düşmüşdür. Xüsusilə, “clipsiella” mikrobu əməliyyatxana mikrobudur və həmin mikrob əməliyyatxanadan başqa yerdə düşə bilməz. Uşağın ayağında aşkar olunmuş mikroblar iddiaçının oğlunun ayağını 10 sm uzunluqda sümük nahiyyəsini əritmişdir və artıq həmin irinləri təmizləmişdir. Bu dəfə də onları əmin etmişdir ki, artıq oğlunun ayağında olan bütün mikroblar və irinlər onun tərəfindən tamamilə təmizlənmişdir, oğlunun sağlamlığı qısa zamanda geri qayıdacaqdır. Bu dəfə də o, həkimin bu vədlərinə inanmışdır. Oğlu iki ay müddətində müalicə olunmasına baxmayaraq, sağlamlığında heç bir irəliləyiş olmamışdır. Nəzərə çatdırılır ki, ikinci əməliyyatdan və sonrakı müalicəsindən sonra da X31ın tibbi müdaxiləsinin bir nəticə verməməsi, oğlunun ayağında heç bir inkişaf olmaması və yenidən ayağa qalxaraq yeriyə bilməməsi onu məcbur etdmişdir ki, oğlunun müalicəsini artıq Azərbaycanda deyil, xaricdə davam etdirsin. Qeyd edir ki, Azərbaycandan oğlunun hər iki əməliyyat və dərman xərclərinə ümumilikdə 10.000 ABŞ dolları məbləğində pul xərclənmişdir. Lakin həm həkim səhlənkarlığı, həm də klinikanın anti-sanitarik şəraiti ucbatından iddiaçının azyaşlı oğlu sağalmaq əvəzinə, ayağının sümüyündə ərimə baş vermişdir. Beləliklə, təxminən 3 ay sonra 2019-cu ilin fevral ayında o, məcburiyyət qarşısında qalaraq bütün mülklərini satıb oğlunu Türkiyə Cümhuriyyətinə aparmışdır. İddiaçı oğlunu xx.xx.2019-cu il tarixdə X3 şəhərində yerləşən “Acıbadəm” xəstəxanasına müayinə olunmaq üçün aparmışdır. Müayinələrin nəticəsi isə çox acınacaqlı olmuşdur. Oradan iddiaçıya bildirmişlər ki, oğlunun ayağında aprılan hər iki əməliyyat uğursuz olmuş və artıq oğlunun ayağında olan irinlər ayaq sümüyünü daha 5 sm olmaqla, ümumilikdə 15 sm hissədə çürütmüşdür. Tək orada oğlunun müayinə olunması və biopsiya əməliyyatının aparılması üçün iddiaçı 2400 ABŞ dolları məbləğində pul xərcləmişdir. Orada aparılan müayinələrdən sonra Osteomielit sümük iliyinin iltihabı diaqnozu qoyulmuş və bildirilmişdir ki, oğlunun ayağı artıq məhv olmaq üzrədir. Müayinənin nəticəsinə görə isə oğlunun dərhal əməliyyat olunmalı olduğunu və ona irinləmiş hissəyə sümük köçürülməsi (transplantasiyası) aparılacağını, bunun qiymətinin isə 17.000 ABŞ dolları məbləğində olduğunu bildirmişlər. O isə həm maddi imkanının yaxşı olmaması, həm də Azərbaycanda olan müalicələrə həddindən çox pul xərclədiyi üçün həmin məbləği qarşılaya bilməmişdir. Lakin oğlunun taleyinə biganə yanaşa bilmədiyindən, yaxın qohumlardan və dostlardan borc alaraq oğlunun əməliyyat olunması üçün tələb olunan 17.000 ABŞ dollarını toplamışdır. Beləliklə, xx.xx.2019-cu il tarixdə oğlu orada əməliyyat olunmuş, ona 15 sm uzunluqda sümük köçürülmüş və plastinka qoyulmuşdur. Əməliyyatdan sonra xəstəxanadan ona bildirilmişdir ki, oğlunun ayağından mikrobların təmizlənməsi üçün əməliyyatdan sonrakı proseduralara görə hər 3 gündən bir VAC aparatı (ayağına yığılmış irini mütəmadi təmizləməsi üçün) qoyulmalıdır. Qeyd edir ki, həmin VAC aparatının yerləşdirilməsi narkozlu əməliyyatdır və onun bir proseduru 900 ABŞ dollara olmaqla, ümumilikdə dərmanlarla birlikdə 1200 ABŞ dollarına başa gəlir. Yenidən o, çarəsiz vəziyyətdə qaldığı üçün bununla da razılaşmışdır. Beləliklə, oğlunun ayağına ümumilikdə 22 ədəd VAC aparatı qoyulmuş və o, bunun üçün ümumilikdə 26.400 ABŞ dolları pul ödəmişdir. Bunun xərcindən başqa, hər 3-4 gündən bir oğluna narkoz vurulmuş və bu, oğlunun səhhətinə çox ağır nəticələr vermişdir. Onun yalnız Türkiyə Cümhuriyyətində oğlunun əməliyyat və müalicə xərclərinə 45.800 ABŞ dolları məbləğində xərci çıxmışdır. Bundan sonra Bakı şəhərində “X26” klinikasında yenidən əməliyyat olunaraq irinli hissələr təmizlənmiş və sümüklər birləşdirilərək illizarov aparatı qoyulmuşdur. Uşağın ayağı bundan sonra da 8 ay həmin aparatda qalaraq yataq xəstəsi olmuşdur. Ən acınacaqlısı da odur ki, oğlunun ayağı 4 sm kiçilmişdir. Bu əməliyyatla bağlı 15.000 manat xərci çıxmışdır. Bu günə kimi isə ümumilikdə 65.000 ABŞ dollarıdan çox pul xərcləmiş və xərcləməkdədə davam edir. Oğlu sağalsa belə, “clipsiella” mikrobu onun immunitetinin zəiflədiyi anda yenidən aktivləşə bilər ki, bu da oğlunun daim həkim nəzarətindən yaşamasına səbəb olacaqdır. Eləcə də 17 yaşından sonra oğlunun ayağının uzadılması əməliyyatı icra edilməlidir ki, onun bir ayağı digərindən qısa olmasın. Qısası, tibb işçilərinin səhvləri ucbatından oğlunun sağlamlığına ağır zərər vurulmuş, aylarla yataq xəstəsi olmağa məcbur edilmiş, bütün bunlardan başqa, illərdir ki, keçirdiyi ağrılar səbəbindən gecələr ancaq dərmanla yata bilir, gündüzlər isə ölmək istədiyini bildirir. Göründüyü kimi, "xxxx"ın əməliyyatxanasında olan anti-sanitar rejim, həkimlərin isə əməliyyatxananın gigiyenasına fikir verməmələri səbəbindən oğlunun ayağına irin gəlmiş, Emil Kazımın səhlənkarlığı ucbatından irinin gəlməsi yalnız 4 aydan sonra bilinmiş və nəticədə 10 sm sümüyü çürümüş və yenə Emil Kazımın onları aldadaraq sağaltmasını vəd etməsi ilə daha 5 sm ölçüdə sümüyü çürümüşdür. Bütün bunların nəticəsində, oğlu aylarla yataq xəstəsi olmaqla ağrılardan yata bilməmiş, təhsilindən geri qalmış, sağlamlığına ağır zərər dəymiş və dəfələrlə əməliyyatlar keçirmiş və keçirəcəkdir. Azyaşlı oğlu Adil Rzazadənin keçirdiyi çox ağır əməliyyatlar onun sağlamlığını və gələcək həyatını məhv etmişdir. Baş verən hadisələri həkim klinikanın, klinika isə həkim üstünə ataraq məsuliyyətdən yayınmağa çalışırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı müəyyən edilmişdir ki, sözügedən tibb müəssisəsi tərəfindən tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmuşdur. Buna görə də, xx.xx.2019-cu il tarixdə Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(008)-2361/2019 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsinə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" da belə anti-sanitar vəziyyətin olması iddiaçının oğlu Adil Rzazadədə osteomielit xəstəliyinin yaranmasına səbəb olmuşdur. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 518/KEŞ saylı rəyinin 6.8-ci bəndində qeyd edilmişdir ki, Adil Rzazadədə osteomielit xəstəliyi müxtəlif səbəblərdən, yəni əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, immunitetin zəifliyindən, yaranın düzgün işlənməməsindən yarana bilər. Eləcə də xəstəni əməliyyat etmiş həkim-travmatoloq Emil Kazım prokurorluğa verdiyi izahatında uşağının ayağına mikrobun düşməsinin klinikadakı anti-sanitar vəziyyətdən irəli gəldiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı tibb işçisi olmaqla əvvəllər təmsil etdiyi klinikada çalışmışdır. X5 "xxxx" klinikasında əməliyyat edən həkimin cavabdeh X22 olmasını iddiaçı özü seçmişdir, klinika isə uşağın əməliyyat olunması üçün sadəcə şərait yaratmışdır. Xəstənin əməliyyatından sonra yarasına yalnız həkimlər deyil, həmçinin iddiaçının özü tərəfindən sarğılar edilmişdir. Ona görə, yaraya mikrobun həmin vaxt ev şəraitində düşməsi istisna deyil. Uşağın yarasına sarğının olunması üçün klinikaya gətirilməsi barədə məlumat yoxdur. Adil Rzazadənin yarasına infeksiyanın düşməsinə əməliyyatın "xxxx" klinikasında aparılması səbəb olmamışdır. Ekpert rəylərindən də görünür ki, infeksiyanın düşməsi bir neçə səbəbdən, o cümlədən yaranın düzgün işlənməməsi və uşağın immunitetin zəifliyi səbəblərindən də ola bilər. Uşağın yarasına infeksiyanın "xxxx" klinikasında aparılan əməliyyatdan düşməsi ilə bağlı hər hansı sübut mövcud deyil. Göstərilənlərə əsasən, nümayəndə və vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X15 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı öz xahişi ilə oğlunu "xxxx" klinikasında əməliyyat etməsi üçün həkim X2. Belə ki, İddiaçı hüquqlarını təmsil etdiyi X18 əvvəldən tanımışdır. Uşağın yarasına infeksiyanın düşməsinə səbəb onun həkim X22 tərəfindən əməliyyat olunması olmamışdır. İddiaçı özü tibb işçisi olduğu üçün əməliyyatdan sonra yaranın işlənməsini özü həyata keçirdiyindən, infeksiya həmin sarğıların dəyişilməsi zamanı da düşə bilərdi. Keçirilmiş ekspertizalarla da infeksiyanın düşməsinin səbəbi kimi X15 təqsiri müəyyən olunmamışdır. Göstərilənlərə əsasən, nümayəndə və vəkil hüquqlarını təmsil etdiyi cavabdehə aid hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X20 xx.xx.2023-cü il tarixli ekspert rəyini vermiş ekspertlərdən X4 məhkəmə iclasında rəyi müdafiə edib, ona verilən suallara cavab olaraq bildirmişdir ki, osteomielit xəstəliyinin yaranması səbəblərindən biri immunitetin zəifliyi ola bilər, osteomielit sümüyün vərəmi sayılır. Osteomielit xəstəliyində sümükdə qidalanmanın pozulmasına və həmin hissənin çürüməsinə gətirib çıxaran iltihablı proses xroniki hala keçmədən, həkim tərəfindən daha tez aşkar edilsə idi, müalicəsi mümkün olardı. Belə ki, osteomielit daha tez aşkar olunduğu təqdirdə, qarşısı alınması mümkün olan xəstəlikdir. Osteomielit xəstəliyinin yaranma səbəbləri tibb sahəsinə konkret formada məlum deyil. Yaraya ev şəraitində sarğı edilən zaman həmin xəstəliyin yaranmasına səbəb olan mikrob düşə də bilər, düşməyə də bilər. Klinikanın 1-ci mərtəbəsində yığılan tullantılar səbəbindən, 5-ci mərtəbədə əməliyyat olunan xəstəyə həmin mikrobun keçməsi mümkün deyil. Digər cavabdeh X7 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Tibbi yardımın göstərilməsi haqqında xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin müalicə həkimi X19 ilə İddiaçı arasında X14 tibbi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik Tarixi sənədindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə “Sol bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı” diaqnozu təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində xx.xx.2018-ci il tarixdə “Sol bud sümüyünün kilidli intramedulyar osteosintezi” cərrahiyyə əməliyyatı aparılmışdır. - “X12 ve Ticaret Anonim Şiketinin” e-arşiv faturalarından görünür ki, 2019-cü ilin yanvarmay ayları ərzində X14 tibbi yardımın göstərilməsi ilə bağlı ödənişlər (ödənildiyi vaxt türk lirəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi manata nisbətdə məzənnəyə uyğun olaraq 118.302 manat) edilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun 418C-17 nömrəli X9 müraciəti əsasında toplanmış materiallarında olan cavabdeh X15 xx.xx.2019-cu il tarixli izahatından görünür ki, X13 əməliyyatına başlamazdan əvvəl keçirilmiş müayinələr zamanı uşaqda hər hansı bir virus aşkar edilməmişdir. İnfeksiyanın yara kanalına keçməsi tərəfindən aparılmış əməliyyatla əlaqəli olmamış, çox güman ki, həmin infeksiya klinikanın əməliyyatxanasında olan alətlərin sterilizasiyasının zəifliyindən qaynaqlanmışdır. Ostemelit xəstəliyi əməliyyatdan ən azı 4-5 ay keçəndən sonra sümüklərdə öz fəsadlarını göstərir ki, o da həmin fəsadları aşkar edən kimi dərhal tədbir görüb ikinci əməliyyatı icra etmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun 418C-17 nömrəli X9 müraciəti əsasında toplanmış materiallarında olan cavabdeh X6 xx.xx.2019-cu il tarixli izahatından görünür ki, o, X13 yalnız birinci əməliyyatında iştirak etmişdir, həmin əməliyyatda heç bir problem olmamışdır. Uşağa virusun hansı şəraitdə düşməsi barədə heç bir məlumatı yoxdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(008)- 2361/2019 saylı qərarından görünür ki, tibbi xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsinə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X20 xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X13 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir. Cavabdehda X13 adına tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona xx.xx.2018-ci il tarixdə “Sol bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində xx.xx.2018-ci il tarixdə “Sol bud sümüyünün kilidli intramedulyar osteosintezi” cərrahiyyə əməliyyatının aparılması düzgün seçim olmuşdur. Adil Rzazadə xx.xx.2018-ci il tarixdə “Medikal Hospital”a daxil olmuş və ona “Sol bud sümüyünün intramedulyar metaloosteosintezdən sonrakı irinləmiş bitişməmiş vəziyyəti” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Metal fiksatorların çıxarılması, irinliyin sanasiyası, İlizarov aparatı ilə osteosintez” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün icra edilmişdir. Adil Rzazadənin təkrar cərrahiyyə əməliyyatına məruz qalmasına səbəb osteomielitin inkişafı ilə əlaqədar olmuşdur. Bu da müxtəlif səbəblərdən, yəni əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, yaranın düzgün işlənməməsindən, immunitetin zəifliyindən və s. yarana bilər. Osteomielit müxtəlif səbəblərdən yarandığından, patoloji prosesin əmələ gəlməsində hansı amilin həlledici olması barədə konkret olaraq fikir söylənilməsi mümkün olmadı. Adil Rzazadəyə aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Adil Rzazadədə osteomielit əlamətləri ilkin əməliyyatdan əvvəl qeyd edilməmişdir. Bu patoloji hal əməliyyatdan sonrakı dövrdə meydana çıxmışdır. “Osteomielit” əlamətləri Adil Rzazadənin xx.xx.2018-ci il tarixdə “Medika Hospital”a daxil olduqdan sonra, yəni sol bud sümüyünün intramedulyar metaloosteosintezdən sonrakı irinləmiş bitişməmiş vəziyyəti ilə əlaqədar özünü birüzə vermişdir. İltihabi prosesin müalicəsi ilkin mərhələlərdə daha effektiv olur. “Osteomielit” xəstəliyində irinli proses zamanı sümükdə qidalanmanın pozulmasına və həmin hissənin çürüməsinə gətirib çıxarır ki, bu da prosesin xroniki hala keçməsini və özünü bir müddət sonra (3-5 ay ərzində) biruzə verir. Qeyd olunan patoloji proses müalicə müddətinin uzanmasına, təkrar cərrahiyyə əməliyyatlarının aparılmasına və sonda isə ətrafın qısalmasına gətirib çıxarmışdır. Hazırda osteomielit prosesinin dəqiqləşdirilməsi üçün KT və MRT müayinələrinin aparılması məqsədə uyğun hesab edilir. Lakin sol bud sümüyü xarici fiksator aparatında olduğundan qeyd olunan müayinələrin aparılması mümkün olmamışdır. “Osteomielit” ilkin mərhələdə aşkar edildiyi və adekvat müalicə taktikası seçildiyi halda optimal nəticə əldə oluna bilir. X23 aparılmış konservativ və operativ müdaxilələrə baxmayaraq, patoloji prosesin xroniki hala keçməsi səbəbindən hazırda stabilləşmənin əldə edilməsi mümkün olmamışdır. “Osteomielit”in aşkarlanması zamanı xəstənin ambulator və ya stasionar müalicəyə cəlb olunması müalicə həkiminin qərarından asılıdır. Həkimin və tibb müəssisəsinin seçimi xəstənin öz səlahiyyətlərinə aiddir. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X20 xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X13 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir. Adil Rzazadəyə xx.xx.2018-ci il tarixdə "xxxx"da “Sol bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı” diaqnozu ilə xx.xx.2018-ci tarixdə “Sol bud sümüyünün kilidli intramedulyar osteosintezi” və daha sonra, xx.xx.2018-ci il tarixdə “Medika Hospital”da “Sol bud sümüyünün intramedulyar metaloosteosintezdən sonrakı irinləmiş bitişməmiş vəziyyəti” diaqnozu ilə “Metal fiksatorların çıxarılması, irinliyin sanasiyası, İlizarov aparatı ilə osteosintezi” cərrahiyyə əməliyyatları icra edilmişdir. “Medika Hospital”da təkrar aparılmış cərrahiyyə əməliyyatına səbəb ilkin müdaxilədən sonra inkişaf etmiş irinli proseslə əlaqəli sümük fraqmentlərinin bitişməməsi olmuşdur. Bu da aparılmış ilkin cərrahiyyə əməliyyatının texniki icrası ilə deyil, əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, yaranın düzgün işlənməməsindən, immunitetin zəifliyindən və s. yarana bilər. Adil Rzazadəyə qeyd edilən “Osteomielit” xəstəliyi müxtəlif səbəblərdən yarandığından, patoloji prosesin əmələ gəlməsində konkret olaraq hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün deyildir. Yəni ehtimal olaraq hansı faktorun daha çox və ya daha az olması məhkəmə-tibbi baxımından qiymətləndirilə bilməz. Müalicələrin effektivliyi orqanizmin kompensator və immun sistemi ilə bağlıdır. İltihabi müalicəsinin erkən vaxtlarda aparılması daha effektiv hesab edilir. Adil Rzazadənin “Sol bud sümüyündə osteomielit” xəstəliyinin inkişafına “klebsiella pneumaniae” və “enetrobacter cloacae” mikrobları səbəb olmuşdur. Qeyd olunan mikroblara hansı şəraitdə, o cümlədən "xxxx"da yoluxması haqqında bir əsasın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli ekspert rəyləri məhkəmə iclasında toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu Adil Rzazadə xx.xx.2018-ci il tarixdə qəflətən yıxılıb ayağını sındırdığından, xx.xx.2018-ci il tarixdə iş üzrə Cavabdeh MMC-də iş üzrə digər cavabdehlər olan həkim-travmatoloqlar Emil Kazim və İra Dalivalova tərəfindən cərrahiyyə əməliyyatı olunmuşdur. Lakin əməliyyatdan uzun müddət keçsə də, uşaq yeriyə bilməmiş, ağrıları qalmışdır. Bununla bağlı iddiaçı cavabdeh Emil Kazıma müraciət etdikdə, həkim milin çıxarılması üçün yenidən əməliyyat edilməli olduğunu bildirmiş, ikinci dəfə oğlunu “Medika Hospital”da əməliyyat etmişdir. Həmin vaxt həkim oğlunun ayağında ostemelit xəstəliyi aşkar etmişdir. Xəstənin ayağında aşkar olunmuş mikroblar onun ayağının sümük nahiyyəsini əritmişdir. Aylarla müalicə olunmasına baxmayaraq, xəstənin sağlamlığında heç bir irəliləyiş olmamışdır. 2019-cu ilin fevral ayında xəstə İstanbul şəhərində yerləşən “Acıbadəm” xəstəxanasına müayinə olunmaq üçün aparılmışdır. Oradakı müayinələr nəticəsində, Osteomielit sümük iliyinin iltihabı diaqnozu qoyulmuş və xəstənin dərhal əməliyyat olunmalı olduğu və ona irinləmiş hissəyə sümük köçürülməsi (transplantasiyası) aparılacağı bildirilmişdir. Daha sonra xəstə “X26” klinikasında yenidən əməliyyat olunaraq irinli hissələr təmizlənmiş və sümüklər birləşdirilərək illizarov aparatı qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı müəyyən edilmişdir ki, sözügedən tibb müəssisəsi tərəfindən tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmuş, xx.xx.2019-cu il tarixdə Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(008)-2361/2019 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsinə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyləri ilə belə nəticəyə gəlinmişdir ki, Cavabdehda Adil Rzazadəyə “Sol bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı” diaqnozu aparılmış, müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində “Sol bud sümüyünün kilidli intramedulyar osteosintezi” cərrahiyyə əməliyyatının aparılması düzgün seçim olmuşdur. Adil Rzazadəyə “Medika Hospital”da təkrar aparılmış cərrahiyyə əməliyyatına səbəb ilkin müdaxilədən sonra inkişaf etmiş irinli proseslə əlaqəli sümük fraqmentlərinin bitişməməsi olmuşdur. Bu da aparılmış ilkin cərrahiyyə əməliyyatının texniki icrası ilə deyil, əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, yaranın düzgün işlənməməsindən, immunitetin zəifliyindən və s. yarana bilər. Adil Rzazadəyə qeyd edilən “Osteomielit” xəstəliyi müxtəlif səbəblərdən yarandığından, patoloji prosesin əmələ gəlməsində konkret olaraq hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün deyildir. Adil Rzazadənin “Sol bud sümüyündə osteomielit” xəstəliyinin inkişafına “klebsiella pneumaniae” və “enetrobacter cloacae” mikrobları səbəb olmuşdur. Qeyd olunan mikroblara hansı şəraitdə, o cümlədən "xxxx"da yoluxması haqqında bir əsasın olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyləri ilə Adil Rzazadədə “Osteomielit” xəstəliyinin üç əsas səbəbdən - əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, yaranın düzgün işlənməməsindən, immunitetin zəifliyindən yarana biləcəyi nəticəsinə gəlinmiş, bunun aparılmış ilkin cərrahiyyə əməliyyatının texniki icrası ilə bağlı olmadığı, lakin patoloji prosesin əmələ gəlməsində konkret olaraq hansı amilin həlledici olmasını müəyyənləşdirilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Adil Rzazadə üzərində Cavabdeh və “Medika Hospital”da aparılmış cərrahiyyə əməliyyatlarının aparılmasının düzgün seçim olması, “Osteomielit” xəstəliyinin aşkar olunmasının aparılmış ilkin cərrahiyyə əməliyyatının texniki icrası ilə əlaqəli olmaması barədə ekspertlərin gəldiyi nəticəni nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, Adil Rzazadədə “Osteomielit” xəstəliyinin aşkar olunmasında həkim təqsiri sübuta yetirilmir. Ona görə də, X16 və X7 aid hissədə iddia təmin edilə bilməz. Lakin “Osteomielit” xəstəliyinin yaranmasının səbəblərindən biri kimi əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmaması barədə ekspertlərin gəldiyini nəticəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı sözügedən tibb müəssisəsində tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmasının müəyyən edilməsi və bu səbəbdən, məhkəmənin qərarı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi ilə əlaqəli şəkildə təhlil edərək, eləcə də X15 xx.xx.2019-cu il tarixli izahatını (X13 əməliyyatına başlamazdan əvvəl keçirilmiş müayinələr zamanı uşaqda hər hansı bir virus aşkar edilməmişdir. İnfeksiyanın yara kanalına keçməsi tərəfindən aparılmış əməliyyatla əlaqəli olmamış, çox güman ki, həmin infeksiya klinikanın əməliyyatxanasında olan alətlərin sterilizasiyasının zəifliyindən qaynaqlanmışdır.) nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, törətdiyi mülki-hüquq pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmin maddəyə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə vurğulayır ki, şəxsin delikt normaları çərçivəsində məsuliyyət daşıması üçün tələb olunan zəruri şərtlərdən biri də səbəbli əlaqədir. Səbəbli əlaqə dedikdə, həyat təcrübələrinə görə bir əməlin hadisələrin normal axışında meydana gətirə biləcəyi zərərlərlə olan məntiqi əlaqə zənciri başa düşülür. Məntiqi əlaqə zənciri (bağı) içərisində bir səbəbin zərəri meydana gətirməyə uyğun bir səbəb olub-olmadığı araşdırılmalıdır. Zərərlə əməl arasında uyğun səbəbli əlaqə bağının varlığını qəbul edə bilmək üçün həyat təcrübələrinə görə hadisələrin normal axışında əməlin bu zərəri meydana gətirə biləcəyi nəticəsinə gəlmək lazımdır. Bu zaman önəmli olan, əməli törədən şəxsin nəticələri əvvəlcədən görə bilməsi deyil, obyektiv olaraq hərəkətin həmin zərəri (nəticəni) meydana gətirə biləcəyinin hadisələrin normal axışına görə qəbul edilməsidir. Dəymiş maddi ziyanın miqdarı ilə bağlı məhkəməyə təqdim edilmiş “X12 ve Ticaret Anonim Şiketinin” elektron arxiv qəbzlərinə əsaslanaraq, məhkəmə vurulmuş maddi ziyanın iddia tələbində göstərilən miqdarda, yəni 65.000 ABŞ dolları (hazırkı məzənnə ilə 110.500 Azərbaycan manatı) olması ilə razılaşır. Vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləğiağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Plenum izah edir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Cavabdehndə əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmaması nəticəsində, iddiaçının övladı X1 vurulmuş ziyanla bağlı azyaşlı uşağın və ailə üzvlərinin uzun müddət mənəvi sarsıntılar, iztirablar keçirdiyini, maddi məhrumiyyətlərə məruz qaldığını nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən mənəvi zərər tələb etməkdə haqlıdır. Lakin məhkəmə, tələb olunan mənəvi zərərin məbləği ilə razılaşmayaraq, hesab ki, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 5000 manat məbləğində mənəvi zərərin tutulması qanuni, əsaslı və işin hallarına uyğun sayılmalıdır. Belə ki, məhkəmə, vurulmuş mənəvi ziyanın ödənilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçının övladı X13 dörd dəfə cərrahiyyə əməliyyatına məruz qalması, aradan qaldırılması mümkün olmayan pisləşmə, əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması, ona qoyulmuş diaqnozlar, çoxsaylı (hətta bundan sonra da davam edəcək) müayinə və müalicələrdən onun mənəvi sarsıntılar və iztirablar keçirməsi aşkardır. Ona görə də, məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyana 5000 məbləğində pulun Cavabdeh MMC-dən tutulmasını məqsədəmüvafiq hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla maddi zərərə görə 65.000 (altmış beş min) ABŞ dolları, mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Seriya AA 469873 nömrəli vəsiqədən görünür ki, İddiaçı məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0.1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 405,50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla maddi zərərə görə 65.000 (altmış beş min) ABŞ dolları, mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilməli olan 405,50 (dörd yüz beş manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-141/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-141/2024
10.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver