Məhkəmə qərarları › İş №e-2(008)-1422/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1422/2022

09.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1422/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 sentyabr 2019-cu il tarixdə doğulmuş X5 və 11 sentyabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay sabit pul məbləğində bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Xətai rayon qeydiyyat şöbəsində 18 dekabr 2013-cü il tarixdə 158 saylı qeyd etdirməklə rəsmiləşdirmişlər. Birgə nikahdan onların 11 sentyabr 2019-cu il tarixdə İmran və 11 sentyabr 2021-ci il tarixdə Məryəm adlı uşaqları doğulmuşdur. Hazırda uşaqlar sağ və salamat olmaqla onun himayəsində yaşayırlar. Belə ki, cavabdehlə bir neçə il mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən aralarında olan səmimi ailə münasibətləri pozulmağa başladı. Ailə münasibətləri bərpa etmək üçün bütün cəhdləri boşa çıxdı. Hazırda o, cavabdehdən ayrı yaşayır. Özü heç bir yerdə işləmir, uşaqları tək başına böyütməkdə çətinlik çəkir. Uşaqlarının tələbatları çoxalmış və bu da özlüyündə ailədə maddi çətinliklərə gətirib çıxarmışdır. İmkansızlıq ucbatından uşaqlarına lazımi qayğını göstərə bilmir. Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludur və bu vəzifənin icrasında iştirak etməlidir. Bütün bunlara görə də aliment tələbi ilə məkəməyə müraciət edir. Cavabdehlə aralarında ilkin mediasiya sesiyasında da barışıq əldə olunmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlə aralarında razılıq əldə olunduğunu və bu barədə 16.02.2022-ci il tarixdə barışıq sazişi imzalandığnı, barışıq sazişinin onların iradəsinə uyğun olduğunu və barışıq sazişinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirdi. Məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş iddiaçı X1 Cavabdeh arasında bağlanmış 16.02.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışdır.

1. Cavabdeh - xx.xx.1965-ci il tarixdə Lənkəran rayonunun Şağlaser kəndində doğulmuş Cavabdeh, övladları - 11 sentyabr 2019-cu il tarixdə doğulmuş X5 və 11 sentyabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü, 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində bir uşaq üçün 160 (bir yüz altımış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat alimenti hər ayın 30-dan gec olmayaraq iddiaçı - xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş Əkbərova X4 ödəməyi öhdəsinə götürür.

2. İddiaçı Əkbərova X6 Cavabdeh qarşı 11 sentyabr 2019-cu il tarixdə doğulmuş X5 və 11 sentyabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanmasından ötrü hər ay sabit pul məbləğində bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat alimentin cavabdehdən alınması tələbinin sazişin 1-ci bəndində göstərilən qaydada həll edilməsi ilə razılaşır və hazırki iddiadan imtina edir.

3. X11 tərəflərin iradə ifadəsini əks etdirir.

4. X11 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir.

5. X11, hər tərəfdə bir nüsxə qalması və bir nüsxəsi məhkəməyə verilməsi şərti ilə 4 nüsxədə hazırlanmış və imzalanmışdır.

Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəfin izahatını dinləyib, barışıq sazişinin şərtlərinə tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı və hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər arasınada bağlanmış barışıq sazişi təsdiq edilməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə 16.02.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Cavabdeh - xx.xx.1965-ci il tarixdə Lənkəran rayonunun Şağlaser kəndində doğulmuş Cavabdeh, övladları - 11 sentyabr 2019-cu il tarixdə doğulmuş X5 və 11 sentyabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanmasından ötrü, 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində bir uşaq üçün 160 (bir yüz altımış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat alimenti hər ayın 30-dan gec olmayaraq iddiaçı - xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş Əkbərova X4 ödəməyi öhdəsinə götürür.

2. İddiaçı Əkbərova X6 Cavabdeh qarşı 11 sentyabr 2019-cu il tarixdə doğulmuş X5 və 11 sentyabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanmasından ötrü hər ay sabit pul məbləğində bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat alimentin cavabdehdən alınması tələbinin sazişin 1-ci bəndində göstərilən qaydada həll edilməsi ilə razılaşır və hazırki iddiadan imtina edir.

3. X11 tərəflərin iradə ifadəsini əks etdirir.

4. X11 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir.

İddiaçı Əkbərova X6 və Cavabdeh arasında bağlanmış 16.02.2022-ci il tarixli barışıq sazişi təsdiq edildiyindən iddia üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar