Məhkəmə qərarları › İş №e-2(008)-1510/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1510/2025

05.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1510/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X13 qızının katibliyi, İddiaçı nümayəndəsi Qasımov Nəriman Sabir oğlunun və onun nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə, Cavabdeh arasında xx.xx.2022-ci il tarixində imzalanmış Barışıq sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi olunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixində X8 anadan olmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-276/2021 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X8 anası İddiaçı yanında qalması qət edilmişdir. İddiaçıya “Amazon” şirkətinin Praqa şəhərində yerləşən departamentindən müsbət cavab gəldiyindən o, Praqa şəhərinə gedərək “Amazon” şirkəti ilə əmək müqaviləsi bağlamışdır. Qızı Liliyanı atası Nəriman Qasımov və anası Samirə Qasımovanın himayəsində qoymuşdur. Sonradan o Çexiya Respublikasında işlədiyi üçün xx.xx.2022-ci il tarixdə uşağı atası Cavabdeh yanında qalmasına razılıq verməsi barədə mediasiya təşkilatında barışıq sazişi imzalamışdır. Son zamanlar cavabdeh tərəfindən övladına lazımı diqqət və qayğı göstərilməməklə yanaşı, Cavabdeh 2024-cü ilin avqust ayında uşağı onun valideynlərinin evinə gətirərək, artıq saxlamayacağını, evində təmir işləri getdiyini, təmir yekunlaşdıqdan sonra ailə quracağını və fiziki olaraq ona baxmaq imkanının olmadığını bildirmişdir. İddiaçı məktəb açılmamış yenə də cavabdehlə əlaqə saxlayaraq, dərslərin başlayacağını və uşağın onun valideynləri ilə qalmağa davam etməsi ilə maraqlanmışdır. O isə: “bəli, özünüz baxın, məktəbə aparın, dərsləri ilə məşğul olun, əlavə məşğələlərlə aparmalarını bildirmişdir. Emilya Məmmədovanın övladı ilə mütəmadi olaraq əlaqə saxladığını, onu görməyə gəldiyini, işlərini qaydaya saldıqdan sonra ölkəyə qayıtmaq niyyətində olduğundan, uşağın belə kiçik yaşda valideynləri arasında olan mübahisələr səbəbindən məktəb dəyişməsinin onun psixoloji sağlamlığına ziyan verə biləcəyini nəzərə alaraq, mediasiya təşkilatında barışıq sazişi imzalayaraq, uşağı atasının himayəsində qalmasına razılıq vermişdir. Hazırda ata uşağa baxmadığından, valideynlik vəzifələrini icra etmədiyi və evlənmək niyyətində olduğu üçün aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi barədə 10 dekabr 2024-cü il tarixində Cavabdeh pretenziya məktubu göndərilmiş və ona Barışıq sazişinin ləğvi barədə 3 (üç) gün ərzində cavab verilməsini xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı nümayəndəsi X9 iddia tələbini müdafiə ederək, 01 sentyabr 2024-cü il tarixində Cavabdeh heçnə demədən uşağı əşyaları ilə onlara gətirdiyini, sentyabr ayının 21-i sahə müfəttişinin iştirakı ilə gəlib apardığını və bir gün sonra yenidən qaytardığını, Liliyanın onların evindən uzaq məsafədə olan məktəbdə təhsil aldığını, aparıb-gətirəndə əziyyət çəkdiklərini, məktəbini dəyişmək istəmələrinə cavabdehin razı olmadığından, səhər uşağı onlar məktəbə aparmaqla axşam isə cavabdehin gətirməsi ilə razılaşdıqlarını, Cavabdeh ruhi xəstə olması ilə bağlı 12 ildir müavinət aldığını, övladı ilə görüşməsinə tərəflərindən heç bir maneə yaradılmadığını, sentyabr ayından uşağı əşyaları ilə birlikdə onlara verməklə Cavabdeh tərəfindən faktiki olaraq barışıq sazişinin şərtlərinin pozulduğunu və müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil izahatında iddiaçının Çexiya Respublikasına getdikdən sonra cavabdeh uşağa baxmaq üçün bir şəxslə razılaşdığını, baxıcı şəxsin qadın olması deyilsə də, sonradan bəlli olmuşdur ki, uşağa kişi baxır. Həmin kişi çox kobud olduğundan uşağın qorxduğunu, bununla bağlı səs yazısının olduğunu, Cavabdehla iddiaçı arasında olan yazışmalarda, cavabdehin uşağa baxmaqdan imtina etməsi onunla maraqlanmaması öz əksini tapdığını, Lilyaya atası tərəfindən alınmış boyunbağının isə bilərəkdən deyil, nənəsi tərəfindən onun paltarı dəyişilən zaman qırıldığını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh izahatında yeni işə düzəldiyini məcbur olaraq şənbə günü də işə çıxdığını, uşağa baxan ailənin onunla bir məhlədə yaşadığını, uşaqlıqdan bəri onları tanıdığını, Nəriman müəllimdən həftənin şənbə günü uşağa baxmalarını istədiyini, lakin razılaşmadıqlarını, Ramiz adlı şəxsin onun qonşusu olduğunu, sadecə bir gün uşaq yuxudan oyanana kimi yanında qalmasını, bu barədə komissiyada da araşdırılma aparıdığını, hər hansı zorakılıq faktı aşkar edilmədiyini, aralarında uşaqla ünsiyyət barəsində mübahisə olmadığını, iddiaçının anası onu hədələdiyini, əsəbləşərək uşağı baxması üçün ana nənə-babasına verdiyini, evində təmirə başlamalı olduğunu, nikaha daxil olduğunu, hal-hazırda evində aparılan təmirini bitirdiyini və iddiaçının Azərbaycan Respublikasında olmadığından barışıq sazişinin ləğv edilməsi əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində 01 sentyabr 2024-cü il tarixində Cavabdeh uşaqla birlikdə onların evinə gəldiyini və uşağa onların baxmağını tələb etdiyini, 21 sentyabr 2024-cü ildə isə sahə müfəttişi ilə evləriə gələrək, aktla uşağı təhvil alıb apardığını, 1 gündən sonra yenidən evə gətirdiyini, həmin gündən uşağın onlarla yaşadığını, hər cür qayğısına qaldıqlarını, atası ilə də görüşməsinə heç bir maneə yaratmadıqlarını, nəvəsinə qarşı heç bir təyziq göstərmədiyini, uşağa cavabdehin evində yad kişi baxdığını, bunu isə təsadüf nəticəsində öyrəndiklərini və aidiyyəti üzrə şikayət etdiklərini bildirdi. 23 yanvar 2025-ci il tarixində keçirilən məhkəmə iclasında dindirilən X8 izahatında 7 yaşı olduğunu, nənə və babasıyla yaşadığını, atası ilə görüşdüyünü, ona yaxşı davrandığını, nənə və babasının ona yaxşı davrandığını, atasının onu döymədiyini, hər ikisiylə yaşamaq istədiyini və məktəbə babasının apardığını, qayıdanda isə atasının gətirdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/11-01355 nömrəli Barışıq Sazişinin surətindən görünür ki, “İkinci tərəf İddiaçı” Birinci tərəf Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X4 ataya verilməsi və atanın himayəsində saxlanılması barədə öhdəlik götürməsi, “Birinci tərəf” uşağın saxlanılması barədə öhdəlik götürməsi, “Birinci tərəf” uşağın ana ilə görüşməsinə və Azərbaycanda olduğu müddətdə ananın yanında qalmasına maneə yaratmaması barədə razılığa gəlmişlər. 3 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş AZ-İV seriyalı 051224 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 387735 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin 07 ayının 09 günündə 334 nömrə ilə qeyd edilmişdir. İddiaçı nümayəndəsi Vəkil tərəfindən 10 dekabr 2024-cü il tarixində Cavabdeh pretenziya məktubu göndərərək, Barışıq sazişinin ləğvi barədə 3 (üç) gün ərzində cavab verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin 51-2/2-M-12811/11/24 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubunda Cavabdeh bildirilmişdir ki, Nəriman Qasımov tərəfindən Liliya Məmmədovanın könüllü olaraq ona təhvil verilməsi nəzərə alınaraq müraciətinin baxılması dayanadırılmışdır. Aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2020-ci il tarixli 2738 nömrəli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh xx.xx.2020-ci il tarixdə Həkim-Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Müayinə zamanı heç bir psixi pozuntu əlamətləti aşkarlanmamışdır. Anamnezinə görə yeniyetmə dövründə şəxsiyyət pozuntusu keçirmişdir. Son 15 il ərzində vəziyyəti stabil qalmış və psixi pozuntular müşahidə olunmamışdır. Sağalması ilə bağlı dispanser müşahidəsindən çıxarılmışdır. Auto Azerbaijan tərərfindən təqdim olunan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən "xxxx" MMC-nin əməkdaşıdır. Hal-hazırda ehtiyyat hissələri departamentində - Baş satış təmsilçisi vəzifəsində çalışır. Bakı şəhəri Bakıxanov Bələdiyyəsi xx.xx.2022-ci il tarixində X5 ərizəsinə cavab olaraq, məsələ ilə əlaqədar ünvan 1 ünvanında yaşayan vətəndaş Məmmədov X3 dəvət olunmuş, onunla söhbət aparılmış və mahiyyəti üzrə suallar verilmişdir. Cavabdeh, iş fəaliyyəti ilə bağlı uşağın anası Emiliya Qasımova azyaşlı övladını onun himayəsinə verərək Çexiya Respublikasına getdiyini, uşağın bir ildən artıq müddətdə onunla birlikdə yaşadığını və Bakıxanov qəsəbəsində yerləşən “Şəhrizad” uşaq bağçasında hər həftənin beş günü saat 8:00-dan 18:00-dek tərbiyə olunduğunu, özünün iş qrafiki 6-1 günlük olduğu üçün şənbə günü onun qonşusu Şəhri xanım uşaqla saat 13:00-dek məşqul olduğunu, uşağın onunla qaldığ müddət ərzində cəmi bir dəfə bir-iki saat müddətində Şəhri xanımın həyat yoldaşı Ramiz müəllim uşağın yanında qaldığını, uşağın ona Ramiz baba deyərək müraciət etdiyini və bir nəvə kimi ona bağlı olduğunu bildirmişdir. Komissiya tərəfindən xx.xx.2017-ci il il təvəllüdlü X8 ilə söhbət aparılmış və müəyyən olunmuşdur ki, uşağın fikrini ifadə etmək qabiliyyəti yaşına uyğundur, atasına çox bağlıdır, anası ilə ünsiyyət telefon vasitəsi ilə keçirilir. Liliya yaxın qohumlarından baba kimi Ramiz babası olduğunu bildirmişdir. Söhbət zamanı uşaq babası ilə yaxşı münasibətdə olduğunu qeyd etmişdir. Eyni zamanda Cavabdeh bildirmişdir ki, öz doğma nənə və babası ilə uşağın ünsiyyətinə müvəqqəti olaraq icazə vermir. Bu da onlar tərəfindən uşağın psixologiyasına mənfi təsir göstərdikdən irəli gəlir. Belə ki, onlar uşağa onun barəsində xoşagəlməz ifadələr və fikirlər söyləmişlər. Cavabdeh iddia ərizəsinə etiraz verərək, İddiaçı ona qarşı xx.xx.2022-ci il tarixində imzalanmış Barışıq sazişinin ləğv edilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, qızı ilə birlikdə yaşadığı evini 2024-cü ilin sentyabr ayında təmir etdirmək qərarına gəlmişdir. İddiaçının uşağı qoyub getdiyi vaxtdan yəni 2 yaşından 7 yaşma kimi davamlı onun yanında qalmış və qayğısını çəkmişdir. Ona baxmayaraq, iddiaçının valideynləri uşağa baxmaqdan imtina etmişlər və bu səbəbdən məcbur olaraq, uşağı polis sahə müfəttişi ilə bərabər ünvanlarına gedib təhvil almışdır. Bundan sonra cavabdehin valideyinləri polisin onlara getməsindən narahat olmuş, ona zəng vuraraq uşağın onlara aparılmasını xahiş etmişlər. Bu səbəbdən də o X2 valideynlərindən xahiş etmişdir ki, təmir işləri bitənə kimi müvəqqəti olaraq, X8 onların evində yaşasın. İddiaçının atası Nəriman Qasımov və anası Samirə X1 təmir işləri bitənə kimi müvəqqəti olaraq onların evində yaşamasına razılıq vermişlər. O da X7 iddiaçının evinə yerləşdirdikdən sonra təmir işlərinə başlamışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, İddiaçı ona qarşı bele bir iddia irəli sürərək, iddia ərizəsində həqiqətə uyğun olmayan məlumatlar yazmalqa, öz iddiasını əsaslandırmağa çalışmışdır. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 onun yanında qalması istəyir, onun qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq bir ata kimi ona xoşdur. Çünki uşaq orada qaldığı müddətdə uşağa mənəvi, psixoloji və fiziki zor tətbiq olunmaqla uşağının psixiki inkişafına çox böyük mənfi göstərmişdilər. Bundan əlavə dəfələrlə uşağın arzusu olduğu istedadlı uşaqlar üçün olan Bülbül adına orta ixtisas musiqi məktəbindən xaric edib adi məktəbə keçirtmək istəyiblər və buna icazə verməmişdir. X6 nikahın pozulması barədə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-276/2021 nömrəli qətnaməsi elan olunduqdan bir müddət sonra azyaşlı qızını öz anasının yanında qoyaraq, Çexiya Respublikasına getmişdir. Halhazırda da daimi olaraq Çexiya Respublikasının Praqa şəhərində yaşayaraq, orada fəaliyyət göstərən “Amazon” şirkətində çalışır. İddiaçı Azərbaycanda yaşamadığı halda uşağın atada qalması barəsində bağlanmış Barışıq sazişinin ləğv olunması əsassızdır. Hətta İddiaçı ona qarşı iddia qaldıraraq azyaşlı qızları X4 daimi yaşamaq üçün öz yanına, Çexiya Respublikasına aparmaq istəmiş, lakin onun iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində imzalanmış Barışıq sazişinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, bağlanmış müqavilənin şərtlərinə əsasən birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X4 ataya verilməsi və atanın himayəsində saxlanılması barədə Cavabdeh öhdəlik götürür. Həmçinin Cavabdeh öhdəlik götürür ki, uşağın ana ilə görüşməsinə və Azərbaycanda olduğu müddətdə ananın yanında qalmasına maniyə yaratmır. İş materiallarından və məhkəmə araşdırması zamanı isə müqavilənin digər tərəfi olan Cavabdeh sazişin şərtlərini pozaraq, 2024-cü il tarixdən Liliyanı əşyaları ilə birlikdə ana nənəsinin evinə gətirib təhvil verməklə müqavilə şərtlərini əhəmiyyətli şəkildə pozmuşdur. Bu nəinki tərəflərin, həmdə uşağın mənafeyinə ziddir, həmin şərtə əməl olunmaması bu razılaşmanı əhəmiyyətsiz edir. Məhkəmə qeyd edir ki, cavabdeh barışıq sazişi əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, sazişin icrasından birtərəfli qaydada imtina etmiş və bununla da Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Cavabdeh qeyd olunan müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən, müqavilənin tərəfi olan iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub. Bu səbəbdən də iddiaçı, barışıq sazişinin ləğv edilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış Barışıq sazişi ləğv edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış Barışıq sazişi ləğv edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar