Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1620/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi; uşağa qulluğa görə xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 150 manat məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi; hüquqi yardımın göstərilməsinə görə ödənilən 120 manat, həmçinin, mediasiya sessiyasına görə ödənilən 60 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə toy olmuş, sənədlərdə əskiklik olduğu üçün aralarında rəsmi nikah qeydə alınmamışdır. Həmin nikahdan xx.xx.2022-ci il tarixdə X2 doğulmuş, atası Cavabdeh tərəfindən rəsmi qaydada atalıq verilmişdir. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq, sonradan aralarında olan səmimi ailə münasibətləri pisləşmiş, cavabdehlə bir yerdə yaşamağı baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Birgə təsərrüfat idarə etmirlər və hal-hazırda ayrı yaşayırlar. Uşaq hal-hazırda anasının himayəsindədir. Alimentin müəyyən olunması barədə cavabdehlə aralarında razılaşma əldə olunmamışdır. Qanunvericiliyin tələbinə əsasən mediasiya müraciət etmiş, lakin nəticə əldə olunmamış, bunun əsasında da mediator tərəfindən arayış verilmişdir. Həmçinin, tərəfindən ilkin mediasiyanın keçirilməsi üçün 60 manat pul ödənilmişdir. O, məhkəmədə hüquqlarını təmsil və müdafiə etmək üçün Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə ilə 120 manat dəyərində müqavilə bağlamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, işə iddiaçı tərəfin məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etdi və izahatında bildirdi ki, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment ödəməyə etiraz etmir. Aralarında rəsmi nikah qeydə alınmamışdır. İddiaçı hazırda işləyir. Uşağın 3 yaşına çatanadək hər ay 150 manat alimentin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 120 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat məbləğində pulun ondan tutulmasına etiraz edir. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İ seriyalı 431907 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. -AZ-T seriyalı 254142 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. -İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/MT015/2023-00607/002 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. -Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 1481 nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin və xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, sonuncu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hüquqlarının müdafiə edilməsi üçün 120 manat hüquqi yardım haqqı ödəmişdir. -Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən verilmiş X/204 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı hal-hazırda Bakı şəhəri 46 saylı notariat ofisinə işləyir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların bu münasibətindən xx.xx.2022-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər ayrılmışlar, uşaq ananın himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, cavabdehdən tutulacaq alimentin məbləğini müəyyən edərkən, uşağın və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, cavabdehin etirafını, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə, xx.xx.2022-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək cavabdehdən hər ay 150 manat alimentin tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbayacan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər rəsmi nikahda olmamışlar. Belə olan halda, iddiaçı cavabdehin keçmiş arvadı sayılmadığından, onun Azərbayacan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə müvafiq qaydada aliment tələb etmək üçün subyektiv hüququ yaranmamışdır. Odur ki, iddia tələbi xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 150 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı, 48.20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qismən təmin edildiyindən qalan məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 48.20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1620/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1620/2024
18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver