Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-167/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahından olan 23 oktyabr 2023-cü il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 oktyabr 2023-ü il tarixdən etibarən hər ay 1000 (bir min) manat məbləğində alimentin, habelə uşağın 3 yaşınadək qulluğuna görə ana üçün hər ay 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23 oktyabr 2024-cü ildə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsi ərizəsi ilə müracət edərək, Cavabdeh birgə nikahımızdan olan 23 oktyabr 2023-cü il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 oktyabr 2023-ü il tarixdən etibarən hər ay cavabdehin aylıq rəsmi gəlirlərinin ¼ hissəsi məbləğində alimentin, habelə uşağın 3 yaşınadək qulluğuna görə ana üçün hər ay 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində doğulmuş və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cti il tarixində 318 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydləri kitabında və doğum şəhadətnaməsində X1 atası qrafasında-Cavabdeh yazılması hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixli nikah şəhadətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X5 adlı oğlumuz dünyaya gəlmişdir. Aralarında olan ailə münasibətlərini davam etdirmək mümkün olmadığından 02 noyabr 2023-cü il tarixdə nikaha xitam verilmişdir. Övladı dünyaya gəldikdən sonra cavabdehlə də heç cür əlaqə saxlaya bilməmişdir. Çünki nə zaman o və ailəsi danışmaq istəsək, söyüş təhqir və hədəqorxu gəlirdilər. Bu səbəbdən də oğlunun sənədlərini də almaq gecikmişdir. Cavabdeh hazırda övladı ilə maraqlanmır, ölkə xaricində olduğundan ümumiyyətlə görməyib. Sənədlərin tərtibi, mediasiyaya müraciət edilməsi və s. səbəblərdən də məhkəməyə indi müraciət edə bilir. Qeyd etmişdir ki, hazırda övladı çox körpə olduğundan onun saxlanılması xərcləri də həddən artıqdır. Belə ki, dərmanları, yemək, pampers və digər ehtiyaclarının qarşılanması elə aylıq olaraq 1000 manat təşkil edir. Cavabdeh Almaniya Federativ Respublikasında əmək fəaliyyəti ilə məşğul olur. Kifayət qədər də yüksək əmək haqqı alır. Lakin övladına baxmır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh birgə nikahdan olan 23 oktyabr 2023-cü il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 oktyabr 2023-ü il tarixdən etibarən hər ay cavabdehin aylıq rəsmi gəlirlərinin ¼ hissəsi məbləğində alimentin, habelə uşağın 3 yaşınadək qulluğuna görə ana üçün hər ay 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh X4 arasında 21 oktyabr 2022-ci il tarixində Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində nikahı qeydə alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 5413\2023 saylı cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuş və Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində nikahın pozulması akt qeydləri kitabında qeyd edilməklə nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Hazırda İddiaçı aliment ödənilməsi barədə iddia ərizəsi verərək qətnamə qəbul edilməsini xahiş etmişdir. O, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq atalıq haqqında mübahisə açır, belə ki, bu halları təsdiqləyən çoxasaylı sübutlarım vardır. Eyni zamanda qanunvericiliyə uyğun olaraq məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsini xahiş edir. Qeyd etdiyi halları təsdiqləyən aşağıdakı faktları təqdim edir. Belə ki, cavabdeh İddiaçı Azərbaycanda uşağın (X1) yoxlanışlarına həmin oğlanla (Emil Məhərrəmovla) bərabər gedib. Həmin halı təsdiq edən səkilləri əlavə edir. Bəlkə də deyə bilərlər ki, burda nə var, oğlan dostudur. Xeyr! Təqdim olunan şəkillər və videolardan göründüyü kimi, bu dostluq yox, hətta sevgili münasibələrini aşan sənədlərdir-sübutlarıdır. Könül özü (mən onun sədaqətsizliyini tutduğum zaman) belə təsdiq etmişdi ki, o şəxslə illər öncə sevgili olublar, lakin valideynləri istəmədiyi üçün onlarda güya alınmayıb. İddia ərizəsində İddiaçı bildirir ki, xx.xx.2023 tarixinde Camal adli “oğlumuz” dünyaya gəlib. Bundan onun xəbərim niyə yoxdur?! Könül Almaniyadan Azərbaycana qayıdandan sonra Könülün atası ve anası bildirdilər ki, usaq düsdü. Amma sonradan uşaq məsələsi gündəmə gəlir, İddiaçı özü uşağa onsuz ad, soyad, ata adı seçir, doğum şəhadətnaməsi alır və s. Özü də soyad kimi uşağa özünün “Əhmədli” soyadını seçir, amma ata qrafasında onun adını yazdırır. Könül iddia ərizəsində bildirir ki, o, onu aldadib isindən ayrılmağına səbəb olmusdur. Evlənmək aldatmaqdırmı məgər? O, onu qanun çərçivəsində Almaniya dövlətinin vizası ilə Almaniyaya ailə qurulması məqsədi ilə gətirmişdir. Onlar evlənəndə aralarında onun Azərbaycanda gəlib yaşayacağına dair hec bir söhbətləri olmayib. O onunla evlənəndə bilirdi ki, o, Almaniyada daimi yaşayır və buna razı olub onunla nikaha girib. Onların ailəsi də təzə tanımamışdılar ki, deyir onlar onu aldatmışlar. Onlar bilirlər ki, onlar illərdir Almaniyada yaşayır. Bura gəlmək ücün təbii ki, Könül isindən və ailəsindən ayrılmali idi .Yox buna razı deyildisə, niyə onunla nikaha daxil olmağa razılıq verdi? Ona görə bu fikirlər cox əsassız və gülüncdür. İddiaçı bildirir ki, o, ona guya fiziki və psixoloji təzyiq göstərmişdir. Nəzərinizə çatdırır ki, xx.xx.2022-ci il tarixinde Könüllə 2 həftə bərabər qalmışdır. Sonra o, xx.xx.2022-ci ildə Almaniyaya qayıtmışdır. xx.xx.2023-cü ildə o, Azərbaycana uçmuş və xx.xx.2023-cü ildə geri Almaniyaya qayıtmışam. xx.xx.2023-cü idə isə Könül rəsmi viza ilə Almaniyaya gəlmiş və mən onu telefonunda tutduğum yazışmalara görə xx.xx.2023-cü ildə geri qaytarmışdır. Yəni evli olaraq və bu qədər qısa zaman bərabər qaldığımız halda necə mən ona fiziki və psixoloji təzyiq göstərə bilərəm?! İddiaçı hətta Almaniyaya uçmamisdan əvvəl belə həmin şəxslə görüşüb. Bunu təsdiq edən 10-larla səkillər var ki, o, bu səkilləri Könül Almaniyanı tərk edəndən sonra tapmısdır. Sən demə onla evli olduğu müddətdə mütamadi olaraq onunla görüşüb, yemək icməklərə gedib. Bu arada bildirir ki, o şəxs onun is yoldasi olub. Basqa bir is yoldası da onu təsdiqlədi ki, onlar Könül bura gəlməmiş son 1 -2 ayı bərabər keçiriblər. Buna dair səs yazısı var. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılqılı iddia tələbini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, lakin ilk iddianın isə qismən təmin edilməsini xahiş etmişdir. Yəni xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay Cavabdeh Ramiz oğlunadn 235 manat alimentin tutlaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron qaydada müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakları olmadan baxılaraq ilk iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə işə ilk iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilk iddia tələbi qismən təmin olunmalı, qarşılıalı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İV seriyalı, 940973 nömrəli doğum haqqında şəgadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ seriyalı, 463705 nömrəli nikahın pozulması haqqında şəgadətnamənin surətindən görünür ki, Cavabdeh il İddiaçı arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Şirinov qadına Əhmədli soyadı verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9/2024-00049 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüququ şəxs tərəfindən 9/827 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X2 adlı uşağın bioloji atası olması təsdiq olundu. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 170-ci maddəsinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğulmasının qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı qaydasında aparılır. Məhkəmə ilk öncə qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd edilir ki, mülki iş matriallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikah münasibətlərindən xx.xx.2023cü il tarixdə bir oğlan uşağı doğulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırda məhkəməyə müraciət edərək iddiaçı ilə rəsmi nikahlarından dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X1 bioloji atasının olmadığını bildirsədə, ekspertizanın vermiş olduğu rəydən xx.xx.2023-cü il təvəllüdlü X1 bioloji atasının Cavabdeh olduğu müəyyən edildiyindən qarşılıqlı iddia iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə—hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilkin iddia tələbinin 23 oktyabr 2023-cü il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 hər ay cavabdehin aylıq rəsmi gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulması hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdehin hazırda rəsmi gəlirlərinin nə qədər olmasına dair məhkməyə məlumat verilməsədə, iddiaçı uşağın saxlanması üçün cavabdehin qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tələb etmiş odluğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin alimentin tutulmasının 23 oktyabr 2023-cü il tarixdən hesablanması hissəsinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia üzrə iddiaçı alimentin məbləğinin məhkəməyə müarciət etdiyi tarixdən deyildə daha əvvəldən tutulmasını xahiş etsədə, iddiaçı alimetin tutulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl hər hansı bir tədbir görməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə qismən yəni məhkəməyə müraciət etdiyi tarixdən olan xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Ailə Məcəlləsinin 100.3-ci maddəsinə əsasən Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Bundan sonra məhkəmə ilkin iddia tələbinin cavabdehdən uşağın 3 yaşınadək qulluğuna görə ana üçün hər ay 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin buna zəruri imkanının olmasını təsdiq edəcək sübutları iddiaçı məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 oktyabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay ilk iddia üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamə alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-167/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-167/2025
09.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver