Məhkəmə qərarları › İş №e-2(008)-238/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-238/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-238/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən 427,91 ABŞ dollarının qaytarılmasının təmin edilməsi, cavabdehdən ABŞ dollarının manata məzənnəsinə müvafiq 210 ABŞ dolları miqdarda manatla faizin, etibarnamənin alınmasına çəkilən 17,25 manatın və 1711,64 ABŞ dolları miqdarda manatla mənəvi ziyanın tutulması, həmin məbləğlərin xx.xx.2020-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən iddiaçının adına açılmış kart hesabına köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin bu işlə bağlı vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 308-ci və 200-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə bir neçə dəfə iddia tələbini dəyişdirmiş, sonuncu dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən 427,91 ABŞ dollarının ona qaytarılmasının təmin edilməsi, qətnamə icra olunan tarixə ABŞ dollarının manata məzənnəsinə müvafiq olaraq 1574,71 ABŞ dolları miqdarda manatla dəbbə pulunun və 1711,64 ABŞ dolları miqdarda manatla mənəvi ziyanın, etibarnamənin alınmasına çəkilən 17,25 manatın cavabdehdən tutulması və İddiaçı ödənilməsinin təmin edilməsi barədə qətnamə, tələb olunan sübutların təqdim edilməməsi səbəbinin üzür süz hesab edilməsi və cavabdehin 727 manat miqdarında cərimə olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istehlakçı qismində, 20 ilə yaxın müddət ərzində cavabdehin xidmətlərindən istifadə edir və sonuncu dəfə “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında" BPM**********433 nömrəli, xx.xx.2020-ci il tarixli Müqaviləni, bankın ünvan 1 ünvanda yerləşən Sabunçu filialında, müvafiq surətdə müvəkkil edilmiş nümayəndəsi ilə bağlamışdır. Müqavilənin predmetini müəyyən edən 2.1ci bəndinə əsasən Bank tərəfindən Müştərinin adına Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabının açılmasından, Ödəniş kartının dövriyyəyə buraxılmasından və Ödəniş kartından istifadə etməklə Kart hesabı üzrə hesablaşmaların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarətdir. Müştəri Ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlarla, eləcə də Ödəniş kartından istifadəyə görə xidmət haqlarını Banka ödəməyi öhdəsinə götürür. Bankın vəzifələrindən birini müəyyən edən, Müqavilənin 3.1.11-ci bəndinə əsasən Kart hesabına daxil olan pul vəsaitlərinin toxunulmazlığını təmin etməkdir. Bankın hüquqlarından birini müəyyən edən, Müqavilənin 3.2.15-ci bəndinə əsasən Bank tərəfindən kart hesabına səhv olaraq silinmiş pul vəsaitini Müştəriyə xəbər vermədən silmək bərpa etməkdir. Müştərinin hüquqlarından birini müəyyən edən müqavilənin 3.4.2-ci bəndinə əsasən -Kart hesabından çıxarışlar almaqdır. Müqavilənin 4.1-ci bəndinə əsasən kart hesabı Müştəriyə Ödəniş kartı vasitəsilə əməliyyatların aparılması və həmin əməliyyatların uçotunu aparmaq üçün açılır. Müqavilənin 4.9-cu bəndinə əsasən müştərinin sərəncamı olmadan Kart hesabındakı pul vəsaitinin silinməsi məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bu Müqavilədə nəzərdə tutlmuş hallarda yol verilir. Müqavilənin 4.13-cü bəndinə əsasən Kart hesabı, Ödəniş kartı vasitəsilə aparılmış əməliyyatlar, Kart hesabının qalığı, habelə Müştəri haqqında məlumatlar Bank sirridir və 3-cü şəxslərə yalnız AR qanunvericiliyində nəzərdə tutulan hallarda verilir. Müqavilənin 5.2.3.1-ci bəndinə əsasən aparılmış müvafiq əməliyyatlara dair məlumatlar müştəriyə SMS vasitəsilə əməliyyatın aparıldığı gün göndərilir. Göstərilən Müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə və yaranmış hüquqdan sui-istifadə etməklə, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxiləyə aydınlıq gətirilməsi üçün cavabdehə edilmiş həm şifahi, həm də yazılı müraciətlər heç bir nəticə vermədiyindən məcbur olub məhkəməyə müraciət edir. Belə ki, o, cari ilin mart ayının 21-i tarixində Avstraliya dövlətinin Sidney şəhərində yerləşən APPLE mağazasından APPLE markalı planşet almış, yuxarıda göstərilən Müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya verilmiş ABŞ dolları olan Ödəniş kartı vasitəsilə 3525 Avstraliya dolları məbləğində, yəni 2377,26 ABŞ dolları məbləğində pulun silinməsi müəyyən edilmişdir. Həmin hal, yəni xx.xx.2023-cü il tarixdə Ödəniş kartından 2377,26 ABŞ dolları məbləğində pulun silinməsi faktı, bank tərəfindən iddiaçının telefonuna göndərilən hesabatda da öz əksini tapmışdır. Bundan sonra, cari ilin mart ayının 24-də iddiaçının sərəncamı və izacəsi olmadan, eyni zamanda pulun hansı şəxsə və hesaba ödənilməsi göstərilmədən bankın öz təşəbbüsü ilə, həmin Ödəniş kartından məlum olmayan səbəbdən 427,91 ABŞ dolları miqdarında pul silinmiş və kartda 49,24 ABŞ dolları qalmışdır. Həmin hal yəni xx.xx.2023-cü il tarixdə 427,91 ABŞ dollarının silinməsi və ödəniş kartında qalığın 49,24 ABŞ dolları olması faktı bank tərəfindən iddiaçının telefonuna göndərilən hesatda açıq-aşkar göstərilir. İddiaçı, Sidney şəhərindən xx.xx.2024-cü il tarixdə, Ödəniş kartının arxasında qeyd olunan "Azərkart müştəri xidmətlərinin qaynar xətti hesab edilən +99412 *** ** ** nömrəli telefona zəng etmiş, həm 427,91 ABŞ dollarının silinməsi səbəbini öyrənmək istəmiş, həm də pulun silinməsi onun sərəncamı əsasında olmadığına görə, geri qaytarılmasını xahiş etmiş, eləcə də, Azərbaycana xx.xx.2023-cü il tarixdə, yəni 4 gündən sonra qayıdacağını və 4 gün ərzində xaricdə yaşaması, gəzintisi və istirahəti üçün kartda qalan 49,24 ABŞ dollarının kifayət etməyəcəyini izah etməyə çalışsa da, bankın əməkdaşı bayram günləri olduğu üçün ona heç bir kömək edə bilməyəcəyini bildirmiş və bayramdan sonra müraciət etməsini məsləhət görmüşdür. Təəccüblüsü budur ki, cavabdeh bayram günləri ərzində özbaşına və bilə-bilə qanunsuz olaraq həmin pul vəsaitini onun sərəncamı və icazəsi olmadan silmiş, həmin pul vəsaitinin hara və nəyə görə silinməsinə belə aydınlıq gətirmədən, həmin məsələlərin həlli üçün bayramdan sonra müraciət edilməsini bildirmişdir. Bundan sonra, iddiaçı çarəsiz qalaraq, həmin 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməmiş, bir sözlə cavabdehin ona qarşı bilə-bilə etdiyi qanunsuz və özbaşına hərəkətlərinə görə normal istirahət etməsindən məhrum olmuş və bununla da ciddi sarsıntılar və istirablar keçirməsinə səbəb olmuşdur. Azərbaycana qayıtdıqdan sonra, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin Sabunçu filialında olmuş, filialın əməkdaşları Mirnahit Abdullazadə və İlham Seyidovdan yuxarıda göstərilən məsələlərə aydınlıq gətirilməsini və 427,91 ABŞ dollarının hansı hesaba silinməsi barədə yazılı izahat verilməsini xahiş etmiş, 2 saatdan artıq müddətdə heç bir açıqlama vermədən müxtəlif bəhanələr gətirməklə, sonda iddiaçıya ərizə ilə deyil, 937 nömrəli qaynar xəttə zəng etməyi bildirmişlər. O, cavabdehin əməkdaşlarının bu cür qanunsuz hərəkətlətinin qarşısının alınması və 427,91 ABŞ dollarının hansı hesaba silinməsi barədə məlumat əldə olunması üçün, elə həmin gün 937 nömrəli qaynar xəttə zəng etmiş, telefona cavab verən şəxs özünü Xanım Xocbəyova kimi təqdim etmiş və Sidney şəhərində yerləşən APPLE mağazasından APPLE markalı planşetin Azərbaycana gətirilib-gətirilməməsini soruşmuş, həmin planşetin Azərbaycana gətirilməməsi və Doha şəhər hava limanından onun həmyerlisi vasitəsilə Vena şəhərində təhsil alan oğluna göndərildiyi bildirilmiş, Xanım Xocbəyova təxminən 40 dəqiqə sorgu-sualdan sonra, iddiaçının şikayətinin CS 3800 nömrə ilə qeyd alındığını bildirmişdir. Növbəti gün, xx.xx.2023-cü il tarixdə +994 51 *** ** ** nömrəli mobil telefonundan iddiaçıya zəng olunmuş və özünü Səbinə adı ilə təqdim edən əməkdaş 2 dəqiqə ərzində onunla danışdıqdan sonra, filialın əməkdaşları olan Mirnahit Abdullazadənin və İlham Seyidovun tövsiyyə etdiklərinin əksi olaraq, iddiaçının banka yazılı ərizə ilə müraciət etməyini bildirmişdir. Göründüyü kimi, əməkdaşların bir-birini təkzib edən tövsiyələri və ona qarşı edilmiş açıq-aşkar qərəzli mövqeləri bir daha sübut edir ki, onun 427,91 ABŞ dolları kimlərinsə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində naməlum hesaba köçürülmüş və bu işə məsul olan əməkdaşlar isə göstərilən qanun pozuntusunun səbəbləri barədə məlumat verilməməsində maraqlıdırlar. Odur ki, xx.xx.2023-cü il tarixdə yenidən bankın Sabunçu filialına getmiş, yazılı ərizə ilə müraciət etmək üçün həmin şəxslərə yaxınlaşsa da, onlar ərizəni qəbul etməyəcəklərini bildirdikdən sonra, iddiaçı məcbur qalıb cavabdehin e-poçtuna ərizə ilə müraciət etmişdir. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh e-poçt vasitəsi ilə iddiaçıya cavab verərək, qeyd etmişdir ki, müvafiq şöbə əməkdaşları tərəfindən Sizinlə əlaqə saxlanılıb və etdiyiniz əməliyyatın ödəniş tapşırığını (invoice) banka təqdim etməyiniz xahiş olunub. Ödəniş tapşırığı olmadan məbləğin araşdırılması və geri qaytarılması mümkün deyil. Açıqaşkardır ki, cavabdehin bu məsul olan əməkdaşları, qeyd olunanlarla bağlı araşdırmanın aparılmamasında və 427,91 ABŞ dollarının ona qaytarılmamasında israrlıdır. Hesab edir ki, cavabdehin, yəni bankın adından cavab məktubunu göndərən şəxsin və onunla görüşlərdə iştirak edən, o cümlədən telefon danışıqları aparan yuxarıda adları gösrərilən əməkdaşların ona qarşı törədilmiş hərəkətləri (hərəkətsizliyi) vəzifə səlahiyyətlərindən suiistifadə etmə, eləcə də ona təqdim edilən və telefon vasitəsilə göndərilən bəzi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə, həmçinin istehlakçı olaraq onu xeyli miqdarda aldatma əməllərinin istisnasına olunmasına əsaslı şübhələr yaradır. Bununla yanaşı, göstərilənləri nəzərə alaraq, cavabdehin ona qarşı bilə-bilə və açıq-aşkar qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) qarşısı məhkəmə vasitəsilə alınmalı, eləcə də cavabdehin davamlı və israrlı şəkildə qərəzli hərəkətlərinə (hərəkətsizliyinə) son qoyulmalı, ona dəyən maddi zərər, həmçinin mənəvi zərər və çəkilən məsrəflər cavabdehin hesabına qarşılanmalıdır. İddia tələbinə tətbiq olunmalı hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarında da qeyd olunmuşdur ki, Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyanın 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Göründüyü kimi, Konstitusiyada təkcə verilən hüquqların dairəsi deyil, həm də hər kəsin bu hüquqlar əsasında məsuliyyətini və vəzifələrini müəyyən edir. AR-nın Mülki Məcəlləsi- Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (maddə 5.3.). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.1.). Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddə 449.1.). Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir (maddə 448.2.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1.). Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz (maddə 954.3.). Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin (maddə 957.4.). Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir (maddə 964.2.). Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir (maddə 964.2.). Müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir (maddə 966.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi: Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdir. 12-ci maddəsi istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. 21-ci maddəsi bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 26-cı maddəsi istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Proceccual Məcəllənin 2.1-ci maddəsi mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 36.9-cu maddəsi istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 77.1-ci maddəsi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsi qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 265.4-cü maddəsi məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2020-ci il 18 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, "... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir." Deməli, sadalanan qanunvericiliyin tələblərinə, eləcə də Konstitusiya Məhkəməsində formalaşmış hüquqi mövqeyə görə də, cavabdehin iddiaçıya qarşı etdiyi hərəkətlərində hüquqdan sui-istifadə halları açıq-aşkar nümayiş etdirilmiş, eləcə də cavabdehin bəzi vəzifəli şəxsləri bir qrup halında əlbir olaraq sosial ədalətə və vicdanlılığa sığmayan əməlləri ilə, iddiaçıya məxsus pul vəsaiti üzərində onun hüquqlarının həyata keçirilməsinə mane olmuşlar. Odur ki, cavabdehin bəzi vəzifəli şəxsləri tərəfindən iddiaçının hüquqlarına qarşı bilə-bilə qanunusuz hərəkətlərə (hərəkətsizliyə) yol verildiyindən, ona əsas verir ki, 427,91 ABŞ dollarının qaytarılmasının təmin edilməsini; qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürməklə, xx.xx.2023-cü il tarixdə pulun qanunsuz olaraq silindiyini nəzərə alaraq, ABŞ dollarının manata məzənnəsinə müvafiq 210 ABŞ dolları miqdarda manatla faiz ödənilməsini; etibarnamənin alınmasına çəkilən 17,25 manatın qarşılanmasını tələb etsin. Bundan başqa, hesab edir ki, o, mənəvi zərərin ödənilməsini də tələb etməkdə haqlıdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «insan hüquqlarının və X6 haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. "İnsan Hüquqlarının və X6 haqqında" Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd olunmalıdır ki, o, xoş məqsədlərə görə və bayram günlərini xarici dövlətə səyahət etməklə, orada gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə getməklə istirahət etməsini bir neçə ay əvvəlcədən planlaşdırmış və bunun üçün də Ödəniş Kartına 4000 ABŞ dolları pul yerləşdirmişdir. Lakin cavabdeh tərəfin yuxarıda göstərilən hərəkəti (hərəkətsizliyi) ilə şəxsin öz arzusuna çatmaması nəticəsində, yəni 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməməsi, bir sözlə cavabdehin ona qarşı bilə-bilə etdiyi qanunsuz və özbaşına hərəkətlərinə görə normal istirahət etməsindən məhrum olması onun hansı mənəvi iztirablar çəkməsinin sübuta ehiyacı olmayan haldır. Digər tərəfdən, açıq-aşkardır ki, cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə görə o, çarəsiz qalaraq 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməməsi bə buna görə də normal istirahətindən məhrum olması sevindirici hal kimi qəbul edilən deyildir. Hazırki, iddia tələbindən də müəyyən olunur ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetrilməməklə qanunsuz hərəkətlər etmişdir. Deməli, qeyd edilənlər və təqdim olunan sübutlar üzrə dəyərləndirmə aparılmaqla açıq-aşkar müəyyən olunur ki, onun mənəvi sarsıntı və iztirablara məruz qalması, məhz cavabdehin təqsiri nəticəsində baş vermişdir. Hesab edir ki, cavabdehdən onun xeyrinə ABŞ dollarının manata məzənnəsinə müvafiq, 427,91 ABŞ dollarının 4 misli, yəni 1711,64 ABŞ dolları miqdarda manatla mənəvi ziyanın əvəzinin tutulması işin faktiki halları baxımından qanuni olmaqla yanaşı, həm də tam ədalətlidir. Qeyd etdiyi kimi, cavabdehin bu işə məsul olan vəzifəli şəxsləri bir qrup halında birləşməklə, ona qarşı törədilmiş hərəkətlərində cinayət əməlinin olmasına əsaslı və inandırıcı şübhələr yarandığından, aşağıda göstərilənlərin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Qətnaməsi ilə qəbul edilmiş «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 8-ci maddəsinə görə hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Odur ki, bu işdə maraqlı və cavabdeh olan şəxslər arasında vahid cinayətkar niyyətin mövcud olmasının istisnası şübhə doğurduğundan və həmin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və 200-cü maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasına əsaslı və inandırıcı şübhələr yaranmışdır. Belə ki, bu cinayətin subyekti vəzifəli şəxsdir, subyektiv tərəfi qəsdlə törədilən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə, motivi üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmə, ictimai təhlükəli nəticə isə dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə mühüm ziyan vurmadır. Eləcə də istehlakçıları aldatma dedikdə əhaliyə xidmət göstərən təşkilatlarda, xidmətin keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma başa düşülür və istehlakçıya dəyən ziyanın miqdarı 300 manatdan yuxarı olduğu halda, həmin cinayətin törədilməsini istisna etmir. Qeyd: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq və BMT-nin Baş Assambleyasının xx.xx.1980-ci il tarixli 35/63 saylı "İstehlakçıların hüquqlarının qorunmasına dair rəhbər prinsiplər"-in 2-ci fəsilində nəzərdə tutulmuş istehlakçıların şikayət və təkliflərinə baxılmasının effektli metodlarının yaradılması baxımından, X12 Heyətinin xx.xx.2022-ci il tarixli (9 nömrəli protokol) Qərarı ilə "Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair" Metodoloji Rəhbərlik təsdiq edilmişdir. X3 1.1-ci bəndində göstərilir ki, bu Metodoloji Rəhbərlik (bundan sonra Rəhbərlik) maliyyə xidmətləri bazarında istehlakçıların hüquqlarının qorunması ilə bağlı qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla istehlakçıların hüquqlarının qorunması mexanizmlərinin səmərəliliyinin artırılması, o cümlədən mübahisələrin operativ və effektiv həll edilməsi işinin gücləndirilməsi məqsədilə hazırlanaraq banklar, xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığortaçılar və investisiya şirkətləri (bundan sonra maliyyə institutu) tərəfindən şikayətlərə baxılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankının metodoloji tövsiyələrini müəyyən edir. X3 "Anlayışlar" hissəsinin 2.1.1-ci bəndində açıq-aydın qeyd olunur ki, İstehlakçı maliyyə xidmətlərindən istifadə etmiş, istifadə edən və ya istifadə etmək niyyətini bildirən fiziki və ya hüquqi şəxsdir (Metodoloji Rəhbərlik əlavə olunur). Deməli, cavabdeh icraçı olaraq, beynəlxalq bank kartları assosiasiyalarının başçılıq etdiyi iri plastik kartlar sistemlərinin kartlarından biri olan «Viza» kartını iddiaçıya təqdim etməklə, həmin sistemin tərəfdaşı (nümayəndəsi) qismində çıxış edərək onun kartını emissiya etmişdir. Artıq şərhə ehtiyac qalmır ki, bu halda bankın müştərisi istehlakçı olaraq, «Viza» kart sistemindən istifadə etmək üçün, məhz bank vasitəsilə göstərilən xidmətə dair Müqavilə bağlamışdır. Bununla yanaşı, yaranmış anlaşılmamazlığa müəyyənlik gətirilməsi üçün xx.xx.2023-cü il tarixdə, cavabdehin "mailto:info@abb-bank.azElektron ünvan " elektron poçtuna müraciət olunmuş; və "müştəri fiziki şəxs qismində, sahibkarlıq fəaliyyəti ilə deyil, özünün şəxsi tələbatı ilə əlaqədar ödənişlərin nağdsız qaydada Ödəniş kartı vasitəsilə aparılması üçün hər hansı bir bankla "Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında" müqavilə imzalamışdırsa, bu halda bank tərəfindən göstərilən xidmət həmin müştəriyə münasibətdə müştərinin istehkakçı olmasını müəyyən edirmi?" sualının cavablandırılması xahiş olunmuşdur. Həmin müraciət, xx.xx.2023-cü il tarixdə, cavabdehin "mailto:info@abbbank.azElektron ünvan " elektron poçt vasitəsilə cavablandırılmış və həmin cavabda "Siz ABB-dən hər hansı şəxsi məqsədlər məqsədi ilə debet kart əldə etdikdə, istehlakçı müəyyən edilirsiniz, lakin vergi ödəyicisi olaraq müəyyən edilmirsiniz."-qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsi istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Deməli, iddiaçının seçməsinə görə aidiyyəti müəyyən edən qaydaların iki halı üzrə, yəni istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə və müqavilənin bağlandığı yerə yerə görə verə bilməsi nəzərdə tutulduğundan, hazırkı iddianı Sabunçu Rayon Məhkəməsinə təqdim edir. Eləcə də qeyd olunmalıdır ki, Dövlət Rüsumu haqqında ARQ-nun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə EMİS vasitəsilə məhkəməyə təqdim olunmuş və cavabdeh tərəfindən 427,91 ABŞ dollarının qaytartlmasının təmin edilməsi, cavabdehdən ABŞ dollarının manata məzənnəsinə müvafiq 210 ABŞ dolları miqdarda manatla faizin, etibarnamənin alınmasına çəkilən 17,25 manatın və 1711,64 ABŞ dolları miqdarda manatla mənəvi ziyanın tutulması, həmin məbləğlərin, xx.xx.2020-ci il tarixli Müqavilə əsasında cavabdeh tərəfindən, iddiaçının adına açılmış kart hesabına köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılması və cavabdehin bu işlə bağlı vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 308-ci və 200-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılması və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən qəbul edilən açıq-aşkar əsassız və qanunsuz Qərardadları ilə, həmin iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi təxminən 10 aya yaxın müddətdə mümkün olmamışdır. Belə ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 nömrəli qərardadı ilə- iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, həmin qərardadın ləğv edilməsi barədə o, şikayət versə də, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apeliyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apeliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4567/2023 saylı qərardadı ilə onun şikayəti qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş, həmin qərardaddan o, kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 3425/2023 saylı qərarı ilə şikayət təmin edilmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 3806/2023 saylı qərardadı ilə onun şikayəti qismən təmin edilmiş və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş, bu dəfə isə, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadı ilə- iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul olunmanmadan geri qaytarılmış, həmin Qərardadın ləğv edilməsi barədə o, şikayət versə də, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadı ilə onun şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 1512/2O24 nömrəli qərardadı ilə onun tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi, qərardaddan kassasiya şikayətinin verilə bilməyəcəyi, qərardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1512/2024 nömrəli qərardadında göstərilən mövqe ondan ibarət olmuşdur ki, Hazırkı haldan göründüyü kimi, cavabdeh icraçı olaraq, beynəlxalq bank kartları assosiasiyalarının başçılıq etdiyi İri plastik kartlar sistemlərinin kartlarından biri olan «Viza» kartını iddiaçıya təqdim etməklə, həmin sistemin tərəfdaşı (nümayəndəsi) qismində çıxış edərək onun kartını emissiya etmişdir. Belə olan halda bankın müştərisi İstehlakçı olaraq, «Viza» kart sistemindən istifadə etmək üçün, məhz bank vasitəsilə göstərilən xidmətə dair müqavilə bağlamışdır. Kollegiya hesab edir ki, iddiaçının müştəri qismində şəxsi tələbatını ödəmək məqsədi ilə, mülkiyyətindəkl pul vəsaiti əsasında bank tərəfindən ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasını və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılması barədə müqaviləni bağlaması onun istehlakçı statusunda olmamasına əsas vermir. Hər bir halda banka məxsus hər hansı məhsulun əldə edilməsi və istifadəsi üçün tərəflər arasında müqavilənin bağlanması, o cümlədən həmin müqavilə üzrə hüquq və vəzifələrin müəyyən edilməsi labüddür. Məhz həmin müqavilədən irəli gələn iddiçıya münasibətdə hüquqlarının pozulması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməklə bu konteksdə həmin iddiaya baxılmalıdır, Bu baxımdan da, birinci instansiya məhkəməsinin hazırki iddianın iddiaçı ilə cavabdeh arasında müqavilənin olmasını əsas gətirməklə bankın qeydiyyatının olduğu yer üzrə məhkəmədə baxılmalı olması barədə qənaəti əsaslı hesab edilə bilməz. (Qərardadın 4 və 5-ci abzasları). İddia ərizəsində göstərilən dəlilləri və halları nəzərə almaqla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçını bankın müştərisi olaraq istehlakçı qismində qəbul edilməsi və eyni zamanda, "...bankla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn iddiçıya münasibətdə hüquqlarının pozulması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməklə bu konteksdə həmin iddiaya baxılmalıdır" mövqeyini də nəzərə almaqla, iddianın "Cavabdehdən ABŞ dollarının manata məzənnəsinə müvafiq 210 ABŞ dolları miqdarda manatla faizin tutulması" hissəsinin hüquqi əsasının dəyişdirilməsini və həcminin artırılmasını zəruri hesab edir. Deməli, hazırkı iddia tələbinin qanuni əsaslarını "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun normaları təşkil etdiyindən, iddia tələbi həmin normaların tələblərinə müvafiq əsaslandırılmalıdır. Odur ki, cavabdeh icraçı olaraq heç bir əsas və iddiaçının göstərişi olmadan sonuncunun mülkiyyəti olan 427,91 ABŞ dollarını hesabdan silməklə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxmış, eləcə də həmin vəsaitin geri qaytarılması (yəni, mühüm qüsurun aradan qaldırılması) üçün cavabdehə edilmiş çoxsaylı müraciətlərə məhəl qoymamış və bununla da cavabdeh icraçı olaraq göstərdiyi xidmətin qüsurunu hal-hazıradək aradan qaldırmadığına görə, iddiaçı istehlakçı olaraq iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək, yəni 290 gün üçün 1240,94 (427,91 X 1% X 290) ABŞ dolları miqdarında dəbbə pulunun tutulmasını xahiş edir. Onun Bankdakı ******************** nömrəli USD hesabından, sərəncamı və icazəsi olmadan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə, naməlum şəxsə və naməlum hesaba 427,91 ABŞ dolları qəflətən silindiyi kimi, Faktiki olaraq həmin 427,91 ABŞ dolları xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qəflətən də iddiaçının bankda olan hesabına qaytarılmışdır. Deməli, cavabdeh iddia tələbinin "Cavabdeh tərəfindən 427,91 ABŞ dollarının İddiaçı qaytarılmasının təmin edilməsi" hissəsini qəbul etmiş və xx.xx.2024-cü il tarixdə həmin pulu qaytarmışdır. Bununla da tam sübut olunur ki, iddiaçıya qarşı bilə-bilə qanunsuz və qərəzli hərəkətlər və hərəkətsizlik törədilməsi faktları, cavabdeh tərəfindən qəbul edilmiş və eyni zamanda, iddiaçıya cavabdeh tərəfindən açıq-aşkar qüsurlu xidmət göstərilmişdir. Hesab edir ki, 427,91 ABŞ dollarının qəflətən iddiaçının bankda olan hesabına məhz xx.xx.2024-cü il tarixdə, yəni 1 il 1 ay 23 gündən sonra qaytarmışdır ona görə ki, cavabdeh, o cümlədən onun bu işə məsul olan vəzifəli şəxsləri tərəfindən iddiaçıya qarşı törədilmiş və davam edən bilə-bilə qərəzli və qanunsuz hərəkətlərin və hərəkətsizliyin məhkəmə tərəfindən müəyyən edilməsinin qarşısı alınsın. Hesab edir ki, hazırda iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Odur ki, dəbbə pulunun xx.xx.2024cü il tarixədək tələb olunması, yəni artırılması üçün əsaslar məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasından sonra yarandığından, eyni zamanda bu artımın işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər irəli sürülməsinin iddiaçıdan asılı olmayan səbəbə görə mümkün olmadığını nəzərə alaraq, həmin halları və dəlilləri xronoloji qaydada aşağıdakı kimi izah edir: EMİS-dəki e-kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim olunan hesabatlardakı məbləğlər nəzərə alınmaqla, iddiaçının sərəncamı olmadan 427,91 ABŞ dollarının cavabdeh tərəfindən əsassız silinməsini sübut edən dəlillər (hallar) barədə yazılı izahatdan və məhkəmənin xx.xx.2024-cü il saat 11:50-yə təyin edilmiş iclasına cavabdehin bəzi vəzifəli şəxslərinin şahid qismində dindirilməsi üçün dəvət olunduqlarından və şahidlərin məhkəməyə verdikləri ifadələrdən sonra, eləcə də iddiaçının 2023-cü ilin mart ayının axırlarında və aprel ayının əvəllərində etdiyi həm telefon vasitəsilə, həm üzbəüz şifahi olaraq, həm də yazılı müraciətlərinə, cavabdehin xx.xx.2024cü il tarixdə imzaladığı cavabı xx.xx.2024-cü il saat 11-12 radələrində poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Həmin cavabda qeyd olunmuşdur ki, "Sizin "xxxx" ASC-yə ünvanladığınız müraciətinizə baxılmışdır. Bildirmək istəyirik ki, ərizənizdə qeyd etdiyiniz məsələ hazırda məhkəmə prosesindədir. Sizə yekun nəticə ilə bağlı Bank tərəfindən məlumat veriləcəkdir..." Tərəfindən EMİS-dəki e-kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə vəsatət yerləşdirilmiş və həmin vəsatətə cavabdehin cavabı əlavə edilərək, iş materiallarına qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Eləcə də, həmin vəsatətdə göstərilmişdir ki," Açıq-aşkardır ki, iddiaçı 2023-cü ilin mart ayının axırlarında və aprel ayının əvəllərində etdiyi həm telefon vasitəsilə, həm üzbəüz şifahi olaraq, həm də yazılı müraciətlərinə, nəhayət demək olar ki, təxminən 1 il 1 aydan sonra cavablandırılmışdır. Əlbəttə ki, iddiaçının müraciətlərində göstərilən məsələnin 1 il 1 ay ərzində cavablandırmaması və 1 il 1 ay ərzində məhkəmədənkənar deyil, məhkəmə vasitəsilə həll edilməsinə üstünlük verilməsi, yəni müraciətlə bağlı məsələyə aydınlıq gətirilməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, 427,91 ABŞ dollarının əsassız silinməsi halı dolayısı ilə cavabdehin özü tərəfindən də təsdiq edilir. Bununla yanaşı onu da qeyd edir ki, cavabdehin 1 il 1 ay ərzində belə bir cavabın verilməsi iddiaçıya əlavə sarsıntılar keçirməsinə də səbəb olmuşdur. Açıq-aşkardır ki, məhz bu vəsatətdən sonra, cavabdeh həmin pul vəsaitinin qaytarılması qərarına gəlmişdir. Xatırlatmağı zəruri hesab edir ki, onun rəsmi qaydada tələb etdiyi sübutlar cavabdeh tərəfindən təqdim olunmadığına görə, EMİSdəki e-kabinetdə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən nümayəndəsi tərəfindən səsləndirilmiş "Məhkəmə sorğusunun göndərilməsi" barədə vəsatət, cavabdehə aid olan hissədə təmin edilmiş və Vəsatətdə qeyd olunan cavabdehdən tələb olunan sübutların, məhkəmənin növbəti iclasınadək təqdim edilməsi vəzifəsi həmin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinə tapşırılmışdır. Lakin, həmin vəsatətin 6.1-ci bəndinin l-ci və 4-cü yəni "İddiaçı (ş\v AA*******; FİN xxxxxxx) Cavabdeh "xxxx"ASC-də olan hesabından xx.xx.2023-cü il tarixdə 427,91 ABŞ dollarının silinməsinə göstəriş verən və əməliyyatı həyata keçirən əməkdaşın soyadı, adı və ata adı barədə məlumatın, eləcədə həmin şəxs ilə Bank arasında bağlanmış əmək və ya xidməti müqaviləsinin təsdiq olunmuş surətinin və iddiaçının Bankda olan hesabından xx.xx.2023-cü il tarixdə silinmiş 427,91 ABŞ dollarının hansı hesaba köçürülməsi barədə (yəni hesabın nömrəsi və həmin məbləği alan şəxsin adı və rekvizitləri göstərilməklə) məlumatın- təqdim edilməsi"- hissələri halhazıradək icra olunmamışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, hazırkı mübahisəsinin ədalətli həll olunması və məhkəmə icraatında həqiqətin müəyyən edilməsi, eyni zamanda işin hallarının tam, bütünlükdə, hərtərəfli və obyektiv araşdırılması üçün, artıq məhkəmə tərəfindən də zəruri hesab edilərək cavabdehin üzərinə həmin sübutların təqdim edilməsi vəzifəsi qoyulsa da, cavabdeh həmin sübutları hər-hansı bir üzürlü səbəb göstərmədən məhkəməyə təqdim olunmasından açıq- aşkar qərəzli və bilə-bilə qanunsuz olaraq yayınmışdır. Digər tərəfdən, EMlSdəki e-kabinet vasitəsilə cavabdeh tərəfindən müxtəlif vaxtlarda açıq-aşkar təhrif olunmuş və dolandırıcı 3 ədəd ACCOUNT STATEMENT (az. dilində- "Hesabdan Çıxarış") adlı və başlanğıcında Teymur Kərimov yazılmış, 2 vərəqdən ibarət, ödənilmiş valyuta və həmin valyuta məbləğinin SMS vasitəsilə göndəriliş bildiriş sənədlər təqdim edilmişdir ki, iddiaçının Bankda olan ******************** hesabından xx.xx.2023-cü il tarixdə silinmiş 427,91 ABŞ dollarının hansı hesaba və hansı şəxsə köçürülməsi faktına, ümumiyyətlə aydınlıq gətirilməsi mümkün olmasın. Belə ki, cavabdeh tərəfindən EMİSdəki e-kabinetdə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş 3 ədəd ACCOUNT STATEMENT çıxarış adlı sənədlərdə aşağıdakılar qeyd olunmuşdur. Account Number (az. ailində "hesab nömrəsi"): ******************** USD; Opening Balance (az. ailində "balansın əvvəlki saldosu"): 2.28 -xx.xx.2023, Closing Balance (az. dilində "balansın axırıncı saldosu"): 2.28-xx.xx.2024, Credit Movement: (az. dilində "kreditin hərəkatı"): 0.00, Debit Movement: (az. dilində "debetin hərəkatı"): 0.00, Account Number (az. dilində "hesab nömrəsi"): ******************** USD; Opening Balance (az. dilində "balansın əvvəlki saldosu"): 0.00-xx.xx.2023, Closing Balance (az. ailində "balansın axırıncı saldosu"): 0.00xx.xx.2024, Credit Movement: (az. dilində "kreditin hərəkatı"): 0.00, Debit Movement: (az. dilində "debetin hərəkatı"): 0.00, Account Number (az. ailində "hesab nömrəsi"):******************** AZN; Opening Balance (az. dilində "balansın əvvəlki saldosu"): 0.00- xx.xx.2023, Closing Balance (az. ailində "balansın axırıncı saldosu"): 29.00- xx.xx.2024, Credit Movement: (az. ailində "kreditin hərəkatı"): 80.00, Debit Movement: (az. ailində "debetin hərəkatı"): -51.00. Qeyd. Bu sənədin axırında isə, ümumiyyətlə məhkəmə mübahisəsinə aid olmayan, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabın hərəkatı barədə məlumat göstərilmişdir. Göründüyü kimi, hər 3 sənədin müqayisəli təhlilindən belə nəticəyə gəlmək olar ki, iddiaçının Bankda 3 ədəd müxtəlif nömrəli hesabı, yəni 2 ədəd USD və 1 ədəd manat hesabı vardır. Halbuki, iddiaçının Bankda 1 ədəd ******************** nömrəli USD hesabı olmuş və həmin hesabdan da, xx.xx.2023-cü il tarixdə naməlum şəxsə və naməlum hesaba 427,91 ABŞ dolları silinmişdir. Odur ki, cavabdeh, ******************** nömrəli USD hesabından xx.xx.2023-cü il tarixdə 427,91 ABŞ dollarını kimin sərəncamı əsasında silindiyi, o cümlədən kimə və hansı hesaba ödənildiyi barədə məlumat vermək əvəzinə, ümumiyyətlə xx.xx.2023-cü il tarixi açıqlanmadan, eləcə də iddiaçıya aidiyyatı olmayan hesabları göstərməklə, təhrif olunmuş və dolandırıcı məlumatlar təqdim etmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, cavabdeh, xx.xx.2023-cü il tarixdə iddiaçının sərəncamı olmadan sildiyi 427,91 ABŞ dolları pul vəsaitinin kimə və hansı hesaba köçürülməsi barədə məlumatı məhkəməyə təqdim etməməkdə və bu cür açıqaşkar təhrif olunmuş çıxarışları məhkəməyə təqdim etməkdə bir məqsədi olmuşdur ki, biləbilə qanunsuz və əsassız sildiyi 427,91 ABŞ dolları pul vəsaitinin kimə və hansı hesaba köçürülməsi faktı gizli saxlanılsın. Həmin hal cavabdehin digər hərəkətləri də açıq-aşkar sübut olunur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 11:50-də keçirilən məhkəmənin baxış iclasına bir neçə dəqiqə qalmış, EMİSdəki e-kabinetdə yerləşdirilmiş və başlanğıcında Teymur Kərimov yazılmış, ******************** nömrəli USD hesabından ödənilmiş valyuta və həmin valyuta məbləğinin SMS vasitəsilə göndəriliş bildiriş sənədində də, xx.xx.2023cü il tarixədək olan məlumatlar təqdim edilmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehə edilmiş yazılı və şifahi müraciətlərində, iddia ərizəsində, iddia ərizəsinin dəyişdirilməsi barədə 2 ərizədə və vəsatətlərdə açıq-aydın səlist və azərbaycan dilində anlaşılan şəkildə qeyd edilmişdir ki, iddiaçının sərəncamı və icazəsi olmadan onun hesabından xx.xx.2023cü il tarixdə 427,91 ABŞ dolları silinmiş və məhz bu səbəbdən də məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh isə iddiaçının pul vəsaitini xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək istifadə etməklə, qanunsuz hərəkətlərə yol vermişdir. Açıq-aşkardır ki, qanunsuz silinmiş 427,91 ABŞ dolları pul vəsaiti silindiyi gündən 1 il 1 ay 23 gündən sonra və həmin vəsaitin geri qaytarılması (mühüm qüsurun aradan qaldırılması) üçün cavabdehə edilmiş çoxsaylı müraciətlərə cavab verilmədiyindən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən isə, 1 il 2 gündən yəni 368 gün sonra- cavabdeh tərəfindən qaytarılmışdır. Artıq şərhə ehtiyac yoxdur ki, iddianın dəyişdirilməsinə əsaslar, məhz xx.xx.2024-cü il tarixdə, yəni məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasından sonra əmələ gəlmiş, eləcə də dəbbə pulunun xx.xx.2024-cü il tarixədək tələb olunması da, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin iddiaçıdan asılı olmayan səbəb kimi qəbul olunmalıdır. Odur ki, 368 gün üçün 1574,71 (427,91 X1% X 368) ABŞ dolları miqdarında dəbbə pulunun manatla tutulmasını və iddiaçıya ödənilməsini xahiş edir. Bundan başqa, "Məhkəmə sorğusunun göndərilməsi" barədə vəsatətin 6.1-ci bəndinin 1-ci və 4-cü hissələrində tələb olunan sübutları təqdim edilməməsi səbəbinin üzürsüz hesab edilməsini və cavabdehin 727 manat miqdarında cərimə olunmasını xahiş edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "cavabdeh tərəfindən 427,91 ABŞ dollarının tutulması" hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia və onun dəyişdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh arasında yaranmış məhkəmə mübahisəsinin səbəbi- icraçı (yəni cavabdeh) tərəfindən istehlakçıya (yəni iddiaçıya) ABŞ dolları kart hesabı üzrə qüsurlu xidmətin göstərilməsi və göstərilmiş qüsurlu xidmətdən yaranmış zərərin ödənilməməsidir. Daha dəqiq, 2023-cü ilin mart ayının 24-də iddiaçının sərəncamı və izacəsi olmadan, eyni zamanda pulun hansı şəxsə və hesaba ödənilməsi göstərilmədən, bankın öz təşəbbüsü ilə, iddiaçının ödəniş kart hesabından məlum olmayan səbəbdən 427,91 ABŞ dolları miqdarında pulu silməklə, Bank icraçı olaraq istehlakçının ABŞ dolları kart hesabında olan vəsaitinin toxunulmazlığını təmin etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış və Bankın vəzifələrini müəyyən edən, müqavilənin 3.1.11-ci bəndində açıq-aşkar qeyd olunmuşdur ki, kart hesabına daxil olan pul vəsaitlərinin toxunulmazlığını təmin etmək Bankın vəzifəsidir. Eləcə də, kart hesabının rejimini müəyyən edən, müqavilənin 4.9-cu bəndində göstərilir ki, müştərinin sərəncamı olmadan kart hesabındakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bu müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Qeyd. Kart hesabındakı 427,91 ABŞ dolları miqdarında pul vəsaitinin silinməsi isə, müqavilənin yuxarıda göstərilən halları əsasında aparılmamışdır, (bunun əksini təsdiq edən sübut varsa, cavabdeh təqdim edə bilər). Cavabdehin göstərdiyi xidmətin qüsurunu təsdiq edən halı sübut etmək üçün, məhkəmə iş materiallarına aşağıdakı sənədlər təqdim olunmuşdur: 2023-cü ilin mart ayının 17-29 günləri üzrə: WhatsApp (azərb. Votsap), (ing.ıkominikeyşın; azər.ıməlumat kommutasiyası)- smartfonlar üçün ani mesajlaşma mübadilə sisteminə göndərilən və müxtəlif valyutalarla da ödənilsə də yalnız ABŞ dolları ilə göstərilən hesabat (bundan sonra ABŞ dolları ilə göstərilən hesabat adlanacaq). 2023-cü ilin mart ayının 17-26 günləri üzrə: WhatsApp (azərb. Votsap), (ing.ıkominikeyşın; azər.ıməlumat kommutasiyası)- smartfonlar üçün ani mesajlaşma mübadilə sisteminə göndərilən və müxtəlif valuytalarla ödənilmiş, eyni zamanda həmin valyutalarla göstərilmiş hesabat (bundan sonra müxtəlif valyutalarla göstərilən hesabat adlanacaq). 2023-cü ilin mart ayının 23-24 günləri üzrə: SMS vasitəsilə, ödənilmiş valyuta və həmin valyuta məbləği, eləcə də günün sonuna ABŞ dolları ilə qalıq hesabatı (bundan sonra SMS hesabatı adlanacaq). 2023-cü ilin mart ayının 17-28 günləri üzrə: aparılmış əməliyyatların ABŞ dolları ilə qeyd olunmuş, cavabdehin xx.xx.2023-cü il tarixli hesabdan çıxarış hesabatı (bundan sonra cavabdehin hesabatı adlanacaq). Yuxarıda göstərilən 4 hesabat üzrə, 2023-cü ilin mart ayının 24-də kart hesabından silinmiş ödənişlərin adi arfimetik qaydada müqayisəli təhlili onu sübut edir ki, həmin tarixdə 427,91 ABŞ dolları məbləğində pul vəsaiti naməlum (əsası olmayan) səbəbdən silinmişdir. Göstərilən halı aşağıdakı qaydada izah edir ki: ABŞ dolları və müxtəlif valyutalarla göstərilən hesabatlardakı 2023-cü ilin mart ayının 21 tarixində Apple Online AU-yə 3525 AUD dollarının, yəni 2377,26 ABŞ dollarının ödənildiyi açıq-aşkar göstərildiyi halda, cavabdehin hesabatında Apple Online AU-ya 2023-cü ilin mart ayının 21 tarixində deyil, qüya 24 tarixində və həmin tarixdə güya 2805,17 ABŞ dolları ödənildiyi qeyd olunmuşdur. Tam məsuliyyətlə qeyd edir ki, 2023-cü ilin mart ayının 24 tarixində ümumiyyətlə 2805,17 ABŞ dolları məbləğində ödəniş edilməsini təsdiq edən hər hansı bir sənəd və sübut mövcud olmamışdır, (əksini təsdiq edən sənəd və sübut varsa cavabdeh tərəfindən təqdim edilə bilər). Böyük təcrübə və peşəkarlıq tələb olunmur ki, həmin hesabatlardakı fərqi müəyyən edilsin. Yəni, Fakt olaraq Apple Online AU-ya 3525 AUD dolları və ya 2377,26 ABŞ dolları ödənildiyi halda, cavabdehin hesabatına əsasən 24 tarixində 2805,17 ABŞ dolları ödənildiyi göstəriıməkiə, 427,91 (2805,17-2377,26) ABŞ dolları məbləğində pul vəsaitinin 2023-cü ilin mart ayının 24 tarixində əsassız olaraq silinməsini sübut edir. Digər tərəfdən, cavabdehin hesabatına əsasən 2023-cü ilin mart ayının 24 tarixində 2805,17 ABŞ dolları ödənildiyinin göstərilməsi halı həm də ona görə əsassızdır ki, cavabdehə və məhkəmə iş materiallarına təqdim olunmuş Apple Online AUya ödənilmiş hesab və təhvil fakturasında (tax invoice) göstərilən yekun dəyərin 3204,54 AUD və vergisinin 320,46 AUD, toplam 3525 AUD dolları olduğu, eyni zamanda 2023-cü il mart ayının 21-ndə iddiaçının kart hesabından həmin malın 3525 AUD dolları (və ya 2377,26 ABŞ dolları) dəyərinin ödənilməsi və Avstraliyada yerləşən mağazadan göstərilən dəyər miqdarında malın, məhz iddiaçı tərəfindən həmin mağazadan təhvil götürülməsi müəyyən edilir. Bir sözlə, dəyəri 3525 AUD dolları və ya 2377,26 ABŞ dolları olan mala görə, 427,91 ABŞ dolları məbləğində artıq pul vəsaitinin ödənilməsi, iddiaçının sərəncamı ilə deyil, cavabdehin təşəbbüsü ilə icra edilmişdir. Eləcə də, 427,91 ABŞ dolları məbləğində pul vəsaitinin ödənişini təsdiq edən ümumiyyətlə hər hansı bir sübut və ya sənəd yoxdur, (əksini təsdiq edən sübut və ya sənəd varsa cavabdeh təqdim edə bilər). Bundan başqa, SMS hesabatında 2023-cü ilin mart ayının 23 tarixində son ödəniş olan 32,87 AUD dolları, yəni 22,23 ABŞ dolları nəzərə alınmaqla qalıq məbləği -678,91 ABŞ dolları olmuşdur. Növbəti gün, yəni 24-ndə isə ilk ödəniş 298,55 AUD dolları, yəni 201,76 ABŞ dolları nəzərə alınmaqla qalıq məbləği 49,24 ABŞ dolları olmuşdur. Deməli, 678,91 ABŞ dollarından 201,76 ABŞ dolları çıxıldıqda, qalıq məbləğinin 477,15 ABŞ dolları olduğu müəyyən edilir ki, bu da həmin əməliyyatın sonuna qalıq məbləğinin 49,24 ABŞ dolları olmadığını və ya 427,91 (477,15-49,24) ABŞ dolları məbləğində pul vəsaitinin açıqaşkar naməlum (əsassız) səbəbdən silindiyini sübut edir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin, xx.xx.2023-cü il tarixli hesabdan çıxarış hesabatında 2023-cü ilin mart ayinin 24 tarixində Apple Online AU-ya güya 2805,17 abş dolları ödənişini göstərməkdə bir məqsədi olmuşdur ki, iddiaçının sərəncamı və izacəsi olmadan, eləcə də cavabdehin əsassız və qanunsuz hərəkətləri nəticəsində silinmiş 427,91 ABŞ dollarının əsaslı hesab edilməsinə faktiki görüntü yaradılsın. Açıq-aşkardır ki, ödəniş kart hesabından 2023-cü ilin mart ayının 24 tarixində, eləcə də ümumiyyətlə 427,91 ABŞ dolları miqdarında pulun hansı şəxsə və hesaba ödənilməsini təsdiq edən sənədin olmaması və iddiaçının sərəncamı və izacəsi olmadan bu bank əməliyyatının aparılması halları, Bank tərəfindən istehlakçıya qüsurlu xidmətin göstərilməsini sübut edir. Nəhayət, bir faktı da xüsusi olaraq qeyd edir ki, yuxarıda göstərilənlərdən və cavabdehin iddiaçının e-poçtuna göndərilmiş " ...Ödəniş tapşırığı olmadan məbləğin araşdırılması və geri qaytarılması mümkün deyil." cavablarından belə nəticəyə gəlmək olur ki, cavabdehə təqdim olunan Apple Online AU-ya ödənilmiş hesab və təhvil fakturasını (tax invoice) cavabdeh araşdırmamış və ya araşdırmaq istəməmişdir. Göstərilənlərdən başqa, cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli hesabdan çıxarış hesabatının "Əməliyyat Tarixi: Val Tarixi", "Əməliyyat Təsviri" və "Məbləğ" hissələrinin 12-ci sətirində fakt olaraq qeyd olunur ki, "xx.xx.2023 xx.xx.2023", "Apple Online AU "20230321" "USD" 3525.00 "SYDNEY" və "2805,17". Deməli, bu hal ilə, cavabdeh tərəfindən bir daha etiraf və təsdiq olunur ki, iddiaçı tərəfindən həmin əməliyyatın ödənişinə 3525.00 AUD dolları (və ya 2377,26 ABŞ dolları) miqdarında pul vəsaitinin silinməsinə sərəncam verilmişdir. Digər tərəfdən, seçmə qaydada digər sətirlərdə olan "Əməliyyat Tarixi: Val Tarixi", "Əməliyyat Təsviri" və "Məbləğ" hissələrinin müqayisəli təhlili aparılarsa, aşağıdakı nəticəni əldə etməklə, 12-ci sətirdə 427,91 ABŞ dolları miqdarında pulun əsassız silinməsi bir daha sübut olunur. Belə ki, 2-ci sətirdə- "xx.xx.2023 xx.xx.2023", "Azercell ********** "20230320" "USD"100.00" "4127" və "59,12"- göstərilir. Yəni, iddiaçı kart hesabından Azercell-ə 100 AZN manat ödənilməsinə sərəncam vermiş və cavabdeh də həmin günün məzənnəsinə uyğun olaraq 59,12 ABŞ dolları silmişdir. Bundan başqa, 7-ci sətirdə- "xx.xx.2023 xx.xx.2023", PARAM\TRENDYOL" ********** "20230318" "USD" "1718.99" "İSTAN" və "90,56"- göstərilir. Yəni, iddiaçı kart hesabından TRENDYOL-la 1718,99 TRY Türkiyə lirəsi ödənilməsinə sərəncam vermiş və cavabdeh də həmin günün məzənnəsinə uyğun olaraq 90,56 ABŞ dolları silmişdir. Bundan başqa, 11-ci sətirdə- "xx.xx.2023 xx.xx.2023", "QATAR DUTY FREE CORE P C" "20230319" "USD" "50.92" və "50,92"-göstərilir. Yəni, iddiaçı kart hesabından QATAR DUTY FREE CORE P C-yə 50,92 ABŞ dolları ödənilməsinə sərəncam vermiş, cavabdeh də həmin 50,92 ABŞ dollarını silmişdir. Bundan başqa, 18-ci sətirdə- "xx.xx.2023 xx.xx.2023", "CH EM İST WAREHOUSE" "20230324" "USD" "298.55" "SYDN" və "201,76" - göstərilir. Yəni, iddiaçı kart hesabından CH EM İST WAREHOUSE yə 298.55 AUD dolları ödənilməsinə sərəncam vermiş və cavabdeh də həmin günün məzənnəsinə uyğun olaraq 201,76 ABŞ dollarını silmişdir. Göstərilənlərdən başqa, güman edilməsi şübhə doğurmur ki, iddiaçının sərəncamı olmadan silinmiş 427,91 ABŞ dolları miqdarında pul, Avstraliyada alınmış malın dəyəri olan 3525.00 AUD dollarının, yəni 2377,26 ABŞ dollarının 18%-ni təşkil etdiyindən, cavabdeh həmin 427,91 (2377,26x18%) dolları məbləğində pulu ƏDV adı altında silmişdir. Belə olan halda, hesab edir ki, iddiaçıya qarşı törədilən açıq-aşkar qanunsuz və əsassız hərəkətləri ört-basdır etməkdən ötrü, cavabdeh xx.xx.2023-cü il tarixli hesabdan çıxarış hesabatının 12-ci sətrində saxtakarlığa yol verərək, qanunsuz sildiyi məbləğin əsaslı hesab edilməsinə cəht etmişdir. İzahatımızda qeyd olunan dəlillərin və istinad olunan halların hüquqi əsasları: Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında ARQ-nin 14-cü maddəsinin 3-cü hissəsi: Banklarla müştərilər arasında münasibətlər müqavilə xarakteri daşıyır. Bankların ixtiyarı yoxdur ki, müştərilərin pul vəsaitindən istifadənin istiqamətlərini müəyyən etsin və nəzarətdə saxlasın, müştərilərin öz pul vəsaitindən özləri istədiyi kimi istifadə etmək hüquqlarını qanunvericilik aktlarında və ya müqavilələrdə nəzərdə tutulmayan başqa şəkildə məhdudlaşdırsın. AR-nın Mülki Məcəlləsi: Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz, (madda 954.3.) Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin, (maddə 957.4.) Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. (maddə 964.2.). Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı etiraf etməmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, Azərbaycan respublikasının Bank sistemində olan problemlə əlaqədar olaraq şəxslər ayrı ölkədə ödəniş etdikdə onlardan ƏDV tutulur və Beynəlxalq Bank tərəfindən iddiaçıdan tutulan məbləğ də ƏDV kimi tutulmuşdur. Problemin səbəbi aşkar olunduğuna görə həmin pul iddiaçıya artıq qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfindən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Şahid qismində dindirilmiş X1 bildirdi ki, müştəri müraciəti əsasında sorğu yaradıldı və müştəriyə bildirildi ki, təsdiqedici sənəd varsa, təqdim olunsun, amma hər hansı bir sənəd təqdim olunmamışdır. Şahid qismində dindirilmiş X9 bildirdi ki, müştəridən təsdiqedici sənəd istənildi, lakin təqdim etməmişdir. Şahid qismində dindirilmiş X5 bildirdi ki, müraciətlər daxil olur və onlar qeydə alınaraq müvafiq olaraq yönləndirilir. İş materiallarında olan: -Kart hesabı üzrə hesablaşmaların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimləyən müştərinin Ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlarla, eləcə də Ödəniş kartından istifadəyə görə xidmət haqlarını Banka ödəməyi öhdəsinə götürməsi barədə “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında" BPM**********433 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 3.1.11-ci bəndinə əsasən kart hesabına daxil olan pul vəsaitlərinin toxunulmazlığını təmin etmək bankın vəzifələrindən biridir; müqavilənin 4.9-cu bəndinə əsasən müştərinin sərəncamı olmadan kart hesabındakı pul vəsaitinin silinməsi məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bu müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir; -C03106067 saylı pasportun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır; -Qatarairways şirkətinin təyyarə bletlərinin surətindən görünür ki, İddiaçı Melbrun- Doha və Doha-Bakı xəttində sərnişin olmuşdur; -Əməliyyatlara dair SMS məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:32:33-də aparılmış əməliyyatdan sonra İddiaçı kart hesabında 679,91 ABŞ dolları qalsa da, xx.xx.2023-cü il tarixdə saat 08:08:15-də aparılmış növbəti 298,55 Avstraliya dolları (201,76 ABŞ dolları) məbləğində əməliyyatdan sonra kart hesabında 477.15 qalmalı olsa da, qalan pul vəsaiti 49,24 ABŞ dolları olmaqla, son əməliyyatdan sonra kart hesabında çatışmayan pul vəsaiti 427.91 ABŞ dolları təşkil edir; -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 45-164 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı notariat haqqı üzrə 17,25 manat ödəniş etmişdir; -Hesabdan çıxarışdan görünür ki, 427,91 ABŞ dolları xx.xx.2024-cü il tarixdə İddiaçı ******************** saylı hesabına köçürülmüşdür; -Apellyasiya instansiyası məhkəməsi 2(103)-1512/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı hesab etdiyindən hazırkı mübahisə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən həll edilmişdir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən istehlakçı olaraq cavabdehin təqdim etdiyi kart hesabı üzrə hesablaşmaların aparılması məhsulunun istifadəçisi olmuş və ödənişlərini cavabdehin ödəniş kartı vasitəsi ilə nağdsız qaydada etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:32:33-də aparılmış əməliyyatdan sonra onun kart hesabında 679,91 ABŞ dolları qalmışdır. Onun xx.xx.2023cü il tarixdə saat 08:08:15-də apardığı növbəti 298,55 Avstraliya dolları (201,76 ABŞ dolları) məbləğində əməliyyatdan sonra isə kart hesabında 477.15 qalmalı olsa da, 49,24 ABŞ dolları qalmış, nəticədə son əməliyyatdan sonra kart hesabında çatışmayan pul vəsaiti 427.91 ABŞ dolları təşkil edir. Məhkəmə gedişatında cavabdeh tərəfindən 427.91 ABŞ dolları iddiaçıya qaytarılmışdır. İddiaçı 427,91 ABŞ dollarının əsassız silindiyini iddia etmiş, cavabdeh silinmənin ƏDV-nin tutulması qaydasında edilməsi əsası ilə iddiaya etmiş, lakin etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla 427,91 ABŞ dollarının ƏDV təyinatı üzrə tutulması halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən 427,91 ABŞ dollarının onun kart hesabından əsassız silinməsinə dair iddiaçının dəlillərini işin hallarına uyğun sayır. İddiaçı eyni zamanda cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəydiyini iddia etsə də, fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin 427,91 ABŞ dollarının onun kart hesabından əsassız silinməsində ifadə olunan hərəkətləri nəticəsində baş verməsi, cavabdehin hərəkəti ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması, bununla da ona mənəvi zərər vurulması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin 427,91 ABŞ dollarının onun kart hesabından əsassız silinməsində ifadə olunan hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Resrublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada ararılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə ararılır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinin 5-ci hissəsinə əsasən bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın.Öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallar üçün müəyyən edilmiş dəbbə pulunun (cərimənin, penyanın) icraçı tərəfindən ödənilməsi və itkilərin əvəzinin verilməsi onu öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və X6 haqqında Konvensiya”nın və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizlıklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı Qərarının 6-cı bəndində izah edilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, 427,91 ABŞ dolları onun kart hesabından əsassız silindiyindən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək 368 gün üçün 1574,71 (427,91 X1% X 368) ABŞ dolları miqdarında dəbbə pulu 427,91 ABŞ dolları məbləğinin iddiaçıya qaytarıldığı günə olan manat məzənnəsi ilə və etibarnamənin alınmasına çəkilən 17,25 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bununla yanaşı hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi, eləcə də cavabdehin tələb olunan sübutları təqdim etməməsinin səbəbinin üzürsüz olması sübut edilmədiyindən, iddia tələbi mənəvi zərərin əvəzinin tutulmasına və cavabdehin 727 manat miqdarında cərimə olunmasına dair hissələrdə təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 40,37 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddianın qiyməti 4011,49 manat təşkil edir, bu iddiaya görə 60,12 manat məbləğində rüsum ödənilməlidir. Cəmi 4011,49 ((427,91 ABŞ dolları + 210 ABŞ dolları + 1711,64 ABŞ dolları) x 1,7 + 17,25 manat) manat məbləğində iddianın 2694,26 (1574,71 ABŞ dolları x 1.7 + 17,25 manat) manat hissəsi (67,16 faizi) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 67,16 faizi, yəni 40,37 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1574,71 ABŞ dolları miqdarında dəbbə pulu qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və etibarnamənin alınmasına çəkilən 17,25 manat xərc tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən dövlət rüsumu hesabına 40 (qırx) manat, 37 (otuz yeddi) qəpik tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar