Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2508/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4600 manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş 66 manat dövlət rüsumunun və 0,40 bank xidməti xərci olmaqla cəmi 4666,40 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan Sığorta aktına əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh2na məxsus olan və Cavabdeh1 tərəfindən idarə edilən X1 markalı 90CU901 (k.d.q.n 60BR685) dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 19:00 radələrində H.Əliyev prospektində “Hyundai Accent” markalı 77PV467 dövlət qeydiyyat nişanlı avtomobil və “Volkwagen Passat” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. xx.xx.2022-ci il tarixli hadisə ilə bağlı AR DİN Bakı DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa və tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixli hadisə zamanı X1 markalı 90CU901 (k.d.q.n 60BR685) dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilindiyi üçün AR İXM-in 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar Cəmiyyət tərəfindən “Volkwagen Passat” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4606,34 manat məbləğində sığorta ödənişi, “Hyundai Accent” markalı 77PV467 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə isə 393,66 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli PBA ********** saylı icbari sığorta müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2na məxsus olan X1 markalı 90CU901 (k.d.q.n 60BR685) dövlət qeydiyyat nişanlı avtomobil Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icbari qaydada sığortalanmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışlara və tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixli hadisə zamanı X1 markalı 90CU901 (k.d.q.n 60BR685) dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilindiyi üçün AR İXM-in 332.1-ci maddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. Zərərin hesablanmasına dair aktlardan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkwagen Passat” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4606,34 manat məbləğində, “Hyundai Accent” markalı 77PV467 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə isə 393,66 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkwagen Passat” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4606,34 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü ödəniş tapşırığından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Hyundai Accent” markalı 77PV467 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə isə 393,66 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh2 400 manat borcu geri ödəmiş və 4600 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4600 manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş 66 manat dövlət rüsumunun və 0,40 bank xidməti xərci olmaqla cəmi 4666,40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 25-ci maddəsinə əsaəsn subroqasiya hüququ həmin şəxsə qarşı bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda (25.1.8) yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4600 manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş 66 manat dövlət rüsumu və 0,40 bank xidməti xərci olmaqla cəmi 4666,40 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-2508/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2508/2023
07.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver