Məhkəmə qərarları › İş №e-2(008)-2552/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2552/2022

12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2552/2022 12.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndədi və vəkili Vəkil oğlunun, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Mirzəağa oğlu arasında 27 avqust 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan 01.07.2011-ci il təvəllüdlü X5 və 01.04.2014-ci il təvəllüdlü X4 boşanmadan sonra onun yanında saxlanılması, Cavabdeh Mirzəağa oğlundan 01.07.2011-ci il təvəllüdlü X5 və 01.04.2014-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 27 avqust 2011-ci il tarixdə Cavabdeh Mirzəağa oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 01.07.2011-ci il təvəllüdlü X5 və 01.04.2014-cü il təvəllüdlü X4 adlı iki uşağı anadan olmuşdur. Ailə qurduqları vaxtdan münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdehlə aralarındakı ər-arvad münasibətlərini kəsilmişdir. Aralarındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Gələcəkdə ər-arvad kimi birgə yaşamağı və ailənin saxlanması qeyri mümkündür. Münasibətləri pozulduğu vaxtdan cavabdeh ona birgə nikahdan olan uşağının saxlanması üçün maddi yardım etmir. O, isə təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh Mirzəağa oğlu ilə iddiaçı arasında 27 avqust 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan 01.07.2011-ci il təvəllüdlü X5 və 01.04.2014-ci il təvəllüdlü X1 boşanmadan sonra iddiaçının yanında saxlanılması, Cavabdeh Mirzəağa oğlundan 01.07.2011-ci il təvəllüdlü X5 və 01.04.2014ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iddianın həcminin azaldılması barədə xahişini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil,iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul edərək, barışıq üçün vaxt verilmədən nikahın posulmasını məhkəmədən xahiş edərək, uşaqların ananın yanında qalmasına və hər uşaq üçün 193 manat alimentin ödənilməsinə etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. İş materiallarında olanSabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27.08.2011-ciil tarixdə nikah bağlanmış və 1271 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mərdanov, arvada Əliyeva soyadı verilmişdir; -Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli arayışdan görünür ki, X5 01.07.2011-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. - Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli arayışdan görünür ki, X4 01.04.2014-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1.-ci maddəsi əsasında, bu Məcəllənin 17.2.-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1.-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında qarşılıqlı razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar(onlardan biri) nikahın pozulmasını təkid etdikdə nikah pozulur. Məhkəmə tərəflərin birgə yaşamasının və ailənin qorunub saxlanmasının qeyrimümkünlüyünü, eləcə də tərəflər arasında nikahın pozulmasına dair etirazlarının olmadığını nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış nikah onlara barışıq üçün 3 ay vaxt verilmədən pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iddiaçı ilə cavabdehin birgə nikahlarından olan uşaqların nikah ləğv olunduqdan sonra hansı valideynin yanında qalması məsələsinə münasibət bildirərək qeyd edir ki, uşaqların mənafeyi əsas götürülməklə onların ana qayğısına ehtiyacının olması və cavabdehin ümumiyyətlə uşaq tələbinin olmamasını nəzərə alınaraq, nikah pozulduqdan sonra 01.07.2011-ci il təvəllüdlü X5 və 01.04.2014-ci il təvəllüdlü X1 iddiaçının himayəsinə verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideyn övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət olunduğu 05.03.2022-ci tarixdən 01.07.2011-ci il təvəllüdlü X5 və 01.04.2014-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər bir uşaq üçün 193 manat olmaqla cəmi, 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəməyalnıztərəflərintəqdimetdiyisübutlarıaraşdırmalıvəonlardanistifadəetməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh oğlu arasında Bakı şəhəri Sabunçu Rayonu Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1271 nömrəli akt qeydi ilə tərtib olunmuş 27.08.2011-ci il tarixli nikah pozulsun. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 01.04.2014-cü il təvəllüdlü X4 və 01.07.2011-ci il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılsın. Cavabdeh 05.03.2022-ci il tarixdən etibarən İddiaçı ilə Cavabdeh birgə nikahından olan 01.04.2014-cü il təvəllüdlü X1 və 01.07.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar