Məhkəmə qərarları › İş №e-2(008)-2662/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2662/2021

23.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2662/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı «Kreditor” MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor «Kreditor” MMC Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək Borclu bağlanmış xx.xx.2017-ci il tarixli, VSBK00046 saylı Nisyə satış müqaviləsi üzrə 237.90 (iki yüz otuz yeddi manat doxsan qəpik) manat əsas borcun, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 257.90 (iki yüz əlli yeddi manat, doxsan qəpik) manat, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat mələğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2017-ci il tarixdə «Kreditor” MMC ilə əşyanın alqı-satqısına dair Borclu arasında nisyə satış müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya nisyə əşya satılmışdır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, Borclu dəyəri 607.7 (altı yüz yeddi manat, yetmiş qəpik) manat olan avadanlığı 50 (əlli) manat ilkin ödəniş olmaqla qəbul etmişdir. Bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Təqdim olunmuş ərizənin qoşma hissəsində ödəniş cədvəlinin sənədlərə əlavə edilməsi göstərilsə də, ödəniş cədvəli sənədlərə əlavə edilməmişdir. Belə olan halda ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə yaranır. Azərbaycan Respublikası MPM-nin 278.2.5-ci maddəsində göstərilir ki, məhkəmə əmri verilməsi haqqında ərizəyə tələbin əsaslılığını təsdiq edən sənədlər əlavə edilməlidir. Həmin Məcəllənin 279.2.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmə əmrinin verilməsi üçün ərizəyə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə görə ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 279cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: «Kreditor” MMC-nin məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər «Kreditor” MMC-yə qaytarılsın. «Kreditor” MMC-yə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar