Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3073/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X13 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə ödənilmiş alimentin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əzizova (Əliyevə) Nərmin Nizam qızına 2,958 manat məbləğində alimentə görə ödənilmiş pul vəsaitinin ondan tutularaq qaytarılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əzizova (Əliyevə) Nərmin Nizam qızı xx.xx.2008-cİ il tarixdə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuş, birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X15 dünyaya gəlmişdir. Daha sonra Əzizova (Əliyeva) Nərmin Nizam qızı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək aralarında olan nikahın pozulmasını xahiş etmişdir. Həmçinin müvəqqəti təminat tədbiri barədə ərizə ilə də məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadına əsasən hər iki uşağa görə müvəqqəti aliment təyin edilmişdir. Həmin vaxt uşaqlardan biri faktiki onun himayəsində olduğu üçün həmin qərardaddan tərəfindən şikayət verilmiş və şikayəti təmin edilərək yalnız bir uşağa görə alimentin tutulması qərara alınmışdır. Daha sonra ikinci övladı da, yəni xx.xx.2011-ci il təvəllüdlü X15 da 2022-ci ilin noyabr ayının 5-dən etibarən könüllü olaraq onun yanına gəlmiş və onunla yaşamağa başlamışdır. Nikahın pozulması tələbinə dair iddiaya baxılarkən bu barədə Yasamal Rayon Məhkəməsinə məlumat vermişdir. Lakin, qarşı tərəf həmin prosesdə qeyd edilən xüsusatla bağlı məhkəməyə yanlış məlumat verərək guya uşağın onun himayəsində olmasını bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(004)-1913/2022 nömrəli qətnaməsi ilə Əzizova (Əliyeva) Nərmin Nizam qızı ilə arasında olan nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün onun yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün Əzizova (Əliyeva) Nərmin Nizam qızının yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay ondan əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq Əzizova (Əliyeva) Nərmin Nizam qızına ödənilməsi qət edilmişdir. Qətnamə qəbul edildiyi vaxt xx.xx.2011-ci il təvəllüdlü X15 faktiki onun himayəsində olduğu halda, ananın himayəsində olması əsası ilə qətnamə qəbul edilmiş və həmin uşağa görə alimentin ödənilməsi davam etdirilmişdir. Əgər bu xüsusat üzrə, yəni həmin vaxt uşağın kimin himayəsində olması xüsusatı üzrə qarşı tərəf məhkəməyə düzgün məlumat vermiş olsa idi məhkəmə hətta uşağı onun himayəsinə vermiş olsaydı belə usaq faktiki onun himayəsində olduğu üçün alimentin tutulmasının uşağın faktiki qarşı tərəfə veriləcəyi tarixdən hesablanmasını qeyd etməli idi. Lakin, qarşı tərəfin bu yanlış məlumatına görə alimentin tutulması davam etmişdir. Qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və bu xüsusatlar apellyasiya şikayətində də qeyd edilmişdir. Həmin işin apellyasiya icraatı zamanı uşaqların fikirlərinin dinlənilməsi üçün onları məhkəməyə özü aparmış, müəllimləri də təsdiq edir ki, uşaqların hər ikisi faktiki onun himayəsindədirlər. Uşqaların faktiki onun himayəsində olmasını qarşı tərəf, yəni Əzizova (Əliyeva) Nərmin Nizam qızı özü də apellyasiya məhkəməsində etiraf etmiş və bu hal qəbul edilmiş məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 2312/2023 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2{004)-1913/2022 nömrəli iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsi “xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün Əzizova (Əliyeva) Nərmin Nizam qızının yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulub Əzizova (Əliyeva) Nərmin Nizam qızına ödənilməsi" hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin edilməmiş və Əzizova (Əliyeva) Nərmin Nizam qızı ilə onun birgə nikahından anadan olmuş 28 04.2011-ci il təvəllüdlü X15 onun himayəsində saxlanılmışdır. Yalnız, bundan sonra aliment kimi onun aylıq maaşından tutmalar dayandırılmışdır. Lakin, bu vaxta qədər, yəni 2022-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayına kimi 5 ay müddətində onun əmək haqqından aliment tutulması davam etmişdir. Alimentin əsassız tutulması səbəbi isə cavabdehin birinci instansiya məhkəməsində uşağın guya onun himayəsində olması barədə yanlış informasiya verməsi olmuşdur. Birinci instanisya məhkəməsinin qətnaməsi isə yuxarıda da qeyd etdiyi kimi alimentin tutulması hissəsində də ləğv edilmişdir. Əmək haqqı ilə bağlı bank hesabından müvafiq çıxarış da əldə etmiş və oradan da görünür ki, həmin müddət ərzində əmək haqqından aliment üzrə tutmalar aşağıdakı kimi olmuşdur. 2022-ci ilin noyabr ayı üzrə 605 manat, dekabr ayı üzrə 1109 manat, 2023-cü ilin yanvar ayı üzrə 550 manat, fevral ayı üzrə 347 manat, mart ayı üzrə 347 manat olmaqla ümumilikdə 2.958 manat. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, 2022-ci ilin noyabrın 5-dən ayından Əli Əliyevin artıq onun himayəsində olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının Nazirlikdə işlədiyini, hər bir hüququndan xəbərdar olduğunu, sözügedən halın mövcud olduğu halda alimentin dayandırılması barədə müraciət edə biləcəyini, iddiaçının iddiasını rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, X9 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində 722 nömrəli akt qeydinə əsasən bağlanılmış nikah pozulması, xx.xx.2008-ci ci il təvəllüdlü X3 və tərbiyə edilməsi üçün İddiaçı yanında qalması, xx.xx.2011-ci ci il təvəllüdlü X4 və tərbiyə edilməsi üçün X5 yanında qalması, xx.xx.2011-ci təvəllüdlü X15 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq X7 ödənilməsi, Alimentin tutulması zamanı müvəqqəti aliment tutulmasına dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-99/22 nömrəli qərardadı ilə xx.xx.2011-ci il təvəllüdlü X2 üçün tutulmuş alimentin miqdarı nəzərə alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2312/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2022 nömrəli iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsi "xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün X5 yanında qalması, xx.xx.2011-ci ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulub X7 ödənilməsi” hissəsində ləğv olunması, İddia tələbi həmin hissədə təmin edilməyərək X9 ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 Asif Əli oğlunun himayəsində saxlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilərək Mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 28 fevral 2022-ci il tarixdən başlayaraq hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında müvəqqəti aliment tutularaq X7 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, şikayət təmin edilərək Yasamal Rayon Məhkəməsinin MTT(004)-99/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən ləğv edilməsi, Mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 28 fevral 2022-ci il tarixdən başlayaraq hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müvəqqəti aliment tutularaq X7 ödənilməsi qərara alınmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixdən 25 mart 2023-cü il tarixədək ardıcıl olaraq müxtəlif ay və saatlarda, gecə saatları da olmaq şərti ilə mobil telefondan çıxarılmış fotoşəkillərdən görünür ki, Əli Əliyev iddiaçının yanında olmuşdur. Azərbaycan Beynəlxalq Bankından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 1103.15; xx.xx.2023-cü il tarixdə 1045.15 manat; xx.xx.2023-cü il tarixdə 1403.15 manat; xx.xx.2023-cü il tarixdə 1403.15 manat əmək haqqı ödənilmişdir. Sonrakı aylarda isə əmək haqqı 1871.15 manat təşkil edir. - Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında dindirilən X15 167 nömrəli tam orta məktəbdə oxuduğunu, 2022ci ilin noyabrın 4-dən atası ilə birgə yaşadığını, əvvəllər də atası ilə yaşamaq istədiyini, lakin anasının ona icazə vermədiyini, atası ilə öz razıılığı əsasında qaldığını, heç bir qaçırtma halları olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilən X10 286 nömrəli tam orta məktəbin 10-cu sinifdə təhsil aldığını, qardaşının da əvvəllər həmin məktəbdə təhsil aldığını, 2022-ci ildən anasının qardaşını 167 nömrəli tam orta məktəbə təhsilini davam etdirmək üçün yazdırdığını, bir dəfə də belə halın olduğunu, lakin anasının onu geri götürdüyünü, qardaşının atası və onunla 2022-ci ilin noyabr ayından qaldığını, bunu sübut edəcək fotoların olduğunu, həmin tarixdən birlikdə yaşadıqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109.2.3-cü maddəsinə əsasən aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh oğlu Əli Əliyevin iddiaçının yanında qalmasını etiraf etməsə də, məhkəmə iclasında dindirilmiş Fidan Əliyeva və Əli Əliyev 2022-ci ilin noyabr ayından atası ilə qaldığını bildirmişdir. Bunu sübuut edən foto şəkillər də iş materiallarına əlavə edilmişdir ki, foto şəkillərdən günün müxtəlif saatlarında, həmçinin ardıcıl olaraq Əli Əliyevin atası və bacısı ilə yaşadığını müəyyən etmək mümkündür. xx.xx.2011-ci-cı il tarixdə təvəllüdlü X2 üçün ödənilmiş 2958 manat aliment geri alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2011-ci-cı il tarixdə təvəllüdlü X15 2022-ci ilin noyabr ayından iddiaçının yanında olsa da, iddiaçı tərəfindən 2023-cü ilin aprel ayının sonunadək həmin uşaq üçün nəzərdə tutulmuş əmək haqqından ¼ hissə aliment aliment cavabdehə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək xx.xx.2011-ci-cı il təvəllüdlü X11 faktiki atanın yanında olduğu müddətdən uşağın saxlanması üçün anaya ödənilmiş 5 aylıq aliment məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. xx.xx.2011-ci-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ödənilmiş 2958 (iki min doqquz yüz əlli səkkiz) manat aliment Cavabdeh geri alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3073/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3073/2024
07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver