Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3155/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs Cavabdeh iştirakları ilə Ərizəçi İddiaçı qızının maraqlı şəxs Cavabdeh qeyd edilməklə mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı qızının maraqlı şəxs Cavabdeh qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək mediyasiya prosesinin nəticəsində İddiaçı ilə Cavabdeh arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli barışığın təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, ərizəçi İddiaçı səhhəti və maddi vəziyyəti ilə əlaqədar, maraqlı şəxs Cavabdeh ona – 2023-cü ilin yanvar ayından başlayaraq, hər ayın 25-i tarixində olmaqla, aylıq 750 (yeddi yüz əlli) AZN məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin barışıq sazişi könüllü icra müddəti ərzində maraqlı şəxs Cavabdeh tərəfindən icra olunmadığı üçün, Sazişin məhkəmə qaydasında təsdiq olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahat verərək ərizəni qəbul etdiyini bildirdi. Eyni zamanda qeyd etdi ki, başqa kredit borcları olduğuna görə hazırki Sazişin icrasını gecikdirmiş, Sazişin məhkəmə qaydasında təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalı və saziş təsdiq edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında mediasiya sessiyasında aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdır:
1. 1-ci tərəfin səhhəti və maddi vəziyyətinin çətinliyi ilə əlaqədar, 2-ci tərəf ona hər ay 750 AZN məbləğində aliment ödəyəcəkdir;
2. Aliment ödənişi hər ayın 25-i tarixində olmaqla, 1-ci tərəfin təqdim etdiyi kart hesabına ödəniləcəkdir;
3. Aliment ödənişi 2023-cü ilin yanvar ayından hesablanacaqdır.
Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1 -ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamış, eyni zamanda məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh Sazişin məhkəmə qaydasında təsdiq edilməsinə etiraz etməməklə, barışıq sazişinin onun tərəfindən icra edilməməsini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir:
1. Cavabdeh İddiaçı xeyrinə hər ay 750 AZN məbləğində aliment ödənilsin;
2. Aliment ödənişi hər ayın 25-i tarixində olmaqla, İddiaçı təqdim etdiyi kart hesabına ödənilsin;
3. Aliment ödənişi 2023-cü ilin yanvar ayından hesablansın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Mediyasiya prosesinin nəticəsində xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin:
1. Cavabdeh İddiaçı xeyrinə hər ay 750 AZN məbləğində aliment ödənilsin;
2. Aliment ödənişi hər ayın 25-i tarixində olmaqla, İddiaçı təqdim etdiyi kart hesabına ödənilsin;
3. Aliment ödənişi 2023-cü ilin yanvar ayından hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova