Məhkəmə qərarları › İş №e-2(008)-3272/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3272/2025

05.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3272/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçı Xankı̇ şı̇ yeva Lalə Elçı̇ n qızının iştirakı ilə, İddiaçı Xankı̇ şı̇ yeva Lalə Elçı̇ n qızının cavabdeh "Qarabağ Regı̇ onal Təhsı̇ l İdarəsı̇ nı̇ n Xankəndı̇ Şəhərı̇ Nı̇ zami Gəncəvı̇ adına 4 Nömrəlı̇ X4 l̇ıshəṪ Məktəbı̇ ” Publı̇ k Hüquqı̇ Şəxsinə ışraq̇ əmək müqaviləsinin bağlanması, əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xankı̇ şı̇ yeva Lalə Elçı̇ n qızının cavabdeh "Qarabağ Regı̇ onal Təhsı̇ l İdarəsı̇ nı̇ n Xankəndı̇ Şəhərı̇ Nı̇ zami Gəncəvı̇ adına 4 Nömrəlı̇ X4 l̇ıshəṪ Məktəbı̇ ” Publı̇ k Hüquqı̇ Şəxsinə ışraq̇ əmək müqaviləsinin bağlanması, əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin üzərinə iddiaçı ilə 2024-cü ilin 27 sentyabr tarixindən əmək müqaviləsi bağlanması barədə öhdəlik qoyulması, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin həyata keçirilməsinə olan maneənin aradan qaldırılması, iddiaçının işinə bərpa olunması, xx.xx.2025-ci il tarixdən məhkəmə qətnaməsi qəbul olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq, əmək haqqının hər gecikdirilmiş gün üçün faizi hər ay üzrə ayrıca hesablanaraq və iddianın təmin olunacağı günə qədər olan müddət ərzində təşkil edəcək son məbləğin və 60 manat mediasiya xərcinin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü ilin iyulun 3-də MİQ (X3) imtahanı verərək, 79.75 bal toplayıb, ilk yerləşdirmə turlarında topladığı bal yetərli olmasa da, daha sonra zəng (yəni zənglə boş qalan yerlərə yerləşdirmə) turunda onu Qarabağ Regional Təhsil İdarəsindən zəng vuraraq topladığı balla N.Gəncəvi adına Xankəndi 4 nömrəli məktəbdə ibtidai sinif müəlliməsi kimi 1 il müddətinə əmək faəliyyəti üçün dəvət etdilər. Bu təklifi qəbul etdikdən dərhal sonra iddiaçıya, miq.edu.az saytından şəxsi kabinetinə bununla bağlı çıxarış göndərildi. Bütün bunlar 27 sentyabr 2024-cü ildə baş vermişdir. İddiaçı, dərhal kabinetdən çıxarışı çapa verərək, məktəbə getdi və həmin gün 3C sinfində dərs keçməyə başladı. Bu zaman direktor müavini (o zaman məktəbdə direktor yox idi) iddiaçıdan sistemdən əldə etdiyi çıxarış, sağlamlıq haqqında arayış, əmək kitabçası, şəkil, şəxsiyyət vəsiqəsinin surəti (əmək fəaliyyətinə başlamaq üçün lazım olan sənədlər) götürərək tezliklə əmək müqaviləsinin təsdiqlənəcəyini bildirdi. Bir ay tamam olandan sonra iddiaçıya müavin bildirdi ki, direktor təyin olunmadığı üçün əmək müqaviləsini təsdiqləyə bilmirlər, lakin, əmək haqqını ala bilmək üçün ona əmək haqqı kartı açdıracaqlar. Bununla bağlı iddiaçı ABB-yə müraciət etdi, iddiaçıya kartı təqdim etmədilər, bildirdilər ki, məktəbdən təqdim olunacaqdır. Çünki, kartı məktəb sifariş etmişdir. Təqribən işə başladığı tarixdən 1 aydan az çox keçəndən sonra həmin əmək haqqı kartını məktəb iddiaçıya təqdim etdi və o, 2024-cü ilin sentyabrın 27-tarixindən 2025-ci ilin yanvar ayının 1-i tarixinədək olan əmək haqqını həmin kart vasitəsilə aldı. 2025-ci ilin yanvarın sonunda faktiki direktor vəzifəsində çalışan Fərid Ağalıyev (dediyinə görə rəsmi olaraq təsdiqlənməmişdir ) iddiaçını və daha 3 müəlliməni otağına dəvət edərək bildirdi ki, sizə əmək müqaviləsi olmadığına görə əmək haqqı verə bilməyəcək, ya əmək müqaviləsi gələn aya təsdiqlənənə kimi işləyin, bir ay gözləyin, ya da çıxın gedin. Onlar, hamısı dərsə - əmək fəaliyyətinə davam etdi, lakin, fevral ayında da əmək haqqı verilmədi, əmək müqavilələri təsdiqlənmədi. İddiaçı, fevral ayının 21-i günündə axırıncı dəfə dərsə gedərək, dərsini keçdi. Həmin tarixədək şagird və valideynlərlə doğru, düzgün, rahat münasibət quraraq, onların cox razı qala biləcəyi bir şəkildə tədris həyata keçirmişdir. Fəaliyyətində heç bir qüsuru olmayıbdır. Fevralın 24-ü tarixində isə qar olduğu üçün dərs olmamış, 25-i tarixində isə məktəbə getdiyi zaman dərsə buraxılmamışdır. Bu zaman müavin bildirmişdir ki, direktorun tapşırığıdır, dərsə buraxılmırsız. Valideynlər də etiraz etdilər də ki, biz indi razı qaldığımız bir müəllim tapmışıq, niyə o getməlidi? Uşaqların taleyi necə olacaq? Lakin, bu etirazlara baxmayaraq iddiaçı yenə də dərsə buraxılmadı. 2025-ci ilin yanvar ayının sonunda iddiaçı tərəfindən Əmək Müfəttişliyinə ilk olaraq telefonla müraciət etmiş, sonra onu DOST mərkəzinə dəvət edərək orada yazılı izahatını almışlar. Məktəbdə baş verən bütün bu pozuntularla bağlı şikayətini yazılı olaraq da təqdim etmişdir. Hazırda da bu müraciətlə bağlı araşdırma aparılır, hələ ki yekun nəticə verilməyib. Məktəb rəhbərliyi də iddiaçının bu müraciətindən, eyni zamanda hazırkı iddia ilə bağlı mediasiyaya müraciətindən sonra iddiaçını dərsə buraxmamağa qərar verdi. Hal-hazıradək də bu maneə davam etməkdədir. İddiaçı, 2025-ci ilin yanvar ayının 1-i tarixindən əmək haqqını ala bilməmiş, fevral ayının 25-i tarixindən də məcburi olaraq dərsə buraxılmamışdır. Bununla bağlı, yəni bu pozuntularla bağlı AR Təhsil Nazirliyinə, Bakı Şəhər Təhsil İdarəsinə, Qarabağ Regional Təhsil İdarəsinə və s. müraciət etsə də bu pozuntuya qarşı heç bir tədbir görülməmiş və hazırədək də bu sahədə hüquqlarım pozulmaqda davam etməkdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xxxxxxx8erSsM nömrəli çıxarışdan görünür ki, İddiaçı MİQ 2024 imtahanında 79.75 bal toplamaqla N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin Azərbaycan bölməsi İbtidai sinif fənni üzrə xx.xx.2024-cü il tarixdə işə qəbul olmuşdur. AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətə Nazirlik yanında X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar izahatın alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə iddiaçının ünvanına (AZ1034, ünvan 2X-11272/2025 saylı xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, müvafiq izahat, əmək haqqı bank çıxarışı və digər sənədlər təqdim edilmişdir. Araşdırma zamanı N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbin ünvanına (AZ1034, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi), məlumat üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (AZ1008, Bakı şəhəri, Xətai prospekti 49), Bakı şəhəri üzrə Təhsil İdarəsinə (AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 17) Qarabağ Regional Təhsil İdarəsinə 3-17- 5/211271/2025 saylı xx.xx.2025-ci il tarixli və 3-17-5/2-17540/2025 saylı xx.xx.2025-ci il tarixli məktublarla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunqnun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi, Publik hüquqi şəxs statuslu 338 nömrəli X4 təhsil məktəbi tərəfindən, həmçinin tərəfinizdən təqdim edilmiş sənədlərdən Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli 145 nömrəli əmri ilə (əsası ərizəniz, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xxxxxxx8erSsM nömrəli çıxarışı, əmək müqaviləsi qeyd edilən) iddiaçının həmin tarixdən ibtidai sinif müəllimi vəzifəsinə təyin edildiyi məlum olmuşdur. Lakin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin (əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi) tələbləri pozularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmədiyindən xx.xx.2024-cü il tarixli 145 nömrəli əmr hüquqi qüvvəyə minməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə Qarabağ Regional Təhsil İdarəsi arasında bağlanmış hər hansı əmək müqaviləsinin mövcud olmadığı, lakin fərdi hesabınızdan və təqdim etdiyiniz əmək haqqı bank çıxarışından 2024-cü ilin oktyabrdekabr ayları üzrə əmək haqlarınızın Qarabağ Regional Təhsil İdarəsi tərəfindən ödənildiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının xx.xx.2024-cı il tarixindən dekabr ayınadək (dekabr ayı daxil olmaqla) Xankəndi şəhər 4 saylı tam orta məktəbdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ibtidai sinif müəllimi vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edildiyiniz müəyyən edilmişdir. Əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmaqla bağlı N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən tərəfimizdən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati inzibati cərimə tətbiq edilmişdir. Müraciətidə qeyd etdilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. Məhkəmə hazırki mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 50.1. Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. 50.2. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. 50.3. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. 50.4. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 50.5. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. 50.6. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. 50.7. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Maddə 51.1 Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. 51.2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. 51.3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Maddə 52. Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə,ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir. Maddə 53.1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. 53.2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. 53.3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. 53.4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. 15 mart 2017-ci il tarixli, 54 nömrəli əmrlə təqdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş 5 müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Həmin qaydaların 4.4-cü bəndinə əsasən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən həyata keçirilir. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müsabiqədə müvafiq keçid balını toplayan namizədlər müddətli müqavilə ilə işə qəbul oluna bilərlər. Həmin qaydaların 5.1-ci bəndinə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Həmin qaydaların 5.7-ci bəndinə əsasən müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağrılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və protokollaşdırılır. Müsahibə mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq təqdim olunacaq mövzular öncədən elan olunur və internet səhifəsində yerləşdirilir. Həmin qaydaların 5.7-ci bəndinə əsasən müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir. İlk öncə məhkəmə N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin üzərinə iddiaçı ilə 2024-cü ilin 27 sentyabr tarixindən əmək müqaviləsi bağlanması barədə öhdəlik qoyulması hissəsinə münasibət bildirərək qeyd edir ki, təqdim edilmiş çıxarışla və DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli 145 nömrəli əmri ilə (əsası ərizəniz, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xxxxxxx8erSsM nömrəli çıxarışı, əmək müqaviləsi qeyd edilən) iddiaçının həmin tarixdən ibtidai sinif müəllimi vəzifəsinə təyin edildiyi məlum olmuşdur. Lakin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin (əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi) tələbləri pozularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmədiyindən xx.xx.2024-cü il tarixli 145 nömrəli əmr hüquqi qüvvəyə minməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin həyata keçirilməsinə olan maneənin aradan qaldırılması və iddiaçının işinə bərpa olunması hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə olunmuş DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə yaddaş kartı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbində əmək fəaliyyətini davam etdirmiş, xx.xx.2025ci il tarixdə direktorun tapşırığı ilə dərsə buraxılmamışdır. İddiaçıya maaş kartı verilmiş və xx.xx.2025-ci il tarixədək ona hər ay əmək haqqı odənilmişdir. İddiaçının faktiki olaraq ibtidai sinif müəllimi kimi işə cəlb olunmasına baxmayaraq, müəyyən olmayan səbəblərdən onunla cavabdeh arasında əmək müqaviləsi bağlanmayıb. İddiaçının müraciəti əsasında X1 bununla müvafq araşdırma aparmış və yekunda cavabeh barəsində inzibati xəta haqqında protokol da tərtib etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin (əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi) tələblərini pozaraq, iddiaçı ilə əmək müqaviləsi bağlamadığından, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin olmamasını əsas göstərərək, cavabdehi dərsə buraxmamış, onun əmək fəaliyyətini qanunsuz şəkildə məhdudlaşdırmışdır. Beləliklə müəyyən olunur ki, cavabdehin iddiaçı ilə xx.xx.2024-cü ildən əmək müqaviləsi bağlamalı olduğu bunu etməməsi və iddiaçını xx.xx.2025-ci ildən işə buraxılmaması qanunsuz olmuşdur. İddianın məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların, əmək haqqının hər gecikdirilmiş gün üçün faizin hesablanmaqla zərərin ödənilməsinə dair hissəsinə münasibət bildirərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 172 (4-cü hissə). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Sadalanan normalardan görünür ki, işəgötürən əmək müqaviləsini ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək münasibətlərinə xitam vermişdirsə işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı alma hüququ vardır. Hazırki işdən görünür ki, cavabdeh işçinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarını pozmuş, ona görə də iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqını tələb etməkdə haqlıdır. Beləliklə, iddia bu hissədə də təmin edilməlidir. Eyni zamanda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Göründüyü kimi, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçı işə getmişdir. Bu hal məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş video görüntülər ilə müəyyən olunur. Həmin video görüntülərində iddiaçının xx.xx.2025-ci ildə məktəbə buraxılmadığı görünür. Həmçinin sinif jurnalından edilmiş çıxarışlar da ididaçının bu dövr ərzində dərs keçməsini təsdiq edən sübut kimi qəbul oluna bilər. Lakin, iddiaçının həmin vaxtadək işləməsinə baxmayaraq, o müddətə görə əmək haqqı ona ödənilməmişdir ki, bu da əmək haqqının gecikdirilməsi hesab olunur və buna görə Əmək Məcəlləsi müvafiq cərimə nəzərdə tutur. Bu səbəbədən də elə xx.xx.2025-ci il tarixdən məhkəmə qətnaməsi çıxarılanadək hər gün üçün bir faiz olmaqla cərimə hesablanaraq cababdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində deyilir ki, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddiaçı tərəfindən 60 manat Bakı 11 saylı Mediasiya Təşkilatına rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən-hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi arasında 2024-cü ilin 27 sentyabr tarixindən əmək müqaviləsi bağlanılması öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddiaçı Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa edilsin. İddiaçı işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (xx.xx.2025-ci ildən hazırkı qətnamə qəbul edildiyi günədək) orta əmək haqqı və əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz üzrə hesablanmaqla cərimə cavabdeh Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbindən alınaraq ona ödənilsin. Mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul cavabdeh Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbindən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar