Məhkəmə qərarları › İş №e-2(008)-3352/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3352/2023

10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3352/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi; cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi; cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin hüquqi ünvanı Nəsimi rayonu, A.Bakıxanov 13-dür. Belə olan halda iddia tələbinə Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi, cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar